Microsoft Word Magistr-dissertas doc



Yüklə 1,06 Mb.
Pdf görüntüsü
səhifə13/37
tarix15.07.2018
ölçüsü1,06 Mb.
#55721
1   ...   9   10   11   12   13   14   15   16   ...   37

 
37
ölkələrin  səviyyəsinə  yaxındır.  Məsələn,  Rusiyada  HPB  üzrə  bir  sıra  layihələrdə 
mültiplikator  əmsalı  1,9,  Norveçdə  1,6-1,7,  Avstraliyada  1,8-2,4,  ABŞ-da  2,1-ə 
bərabərdir. 
HPB ilə yanaşı ənənəvi və modernləşdirilmiş konsessiya kontrakt üsulları da 
səmərəli  hesab  edilir.  ngilis  sözü  «concession»  hərfi  mənada  mülkiyyətdən 
istifadəyə hüqüq vermə kimi tərcümə olunur. Umumi formada konsessiyanın çox 
əsirlik tarixi vardır. Belə hüqüqi münasibətlər qədim Roma imperiyasında mövcud 
olmuşdur. 
Müasir  biznesində  konsessiya  dövlət  və  ya  bəbdiyyəyə  mənsub  təbii 
sərvətlərin,  müəssisələrin  və  digər  təsərrüfat  obyektlərinin  müəyyən  müddətdə 
müqavilə əsasında istismara verilməsi formasıdır. 
Ənənəvi konsessiyanı müasir anlamda aşağıdakı düsturla ifadə etmək olar: 
F = S + K
+
 
Burada:  
F – ənənəvi konsessiya; 
   
 
S – uzunmüddətli kontrakt; 
   
 
K
+
 – vergi güzəşti – «kost-plyus» (cost+). 
Konsessiya dövlətlə investor arasında istehsalat sazişinin ən ilkin formasıdır. 
Neft  sənayesində  onun  təməli  1901-ci  ildə  ingilis  maqnatı  Uilyam  Noks  D.Arsi 
tərəfındən  randa  qoyulmuşdur.  Ölkə  ərazisinin  1/3-ni  əhatə  edən  bu  fəaliyyət 
1909-cu ildə  ngilis- ran neft kompaniyasının (Anglo-Persian Oil Compani) əsasını 
qoymuş,  sonradan  bu  şirkət  tanıdığımız  məşhur  neft  şirkəti  BP-yə  (British 
Petroleum)
 çevrilmişdir. 
XX  əsrin  birinci  yarısında  neft  konsessiya  ənənəsi  konsessioneri  royalti 
vergisi  ödənişinə  öhdələndirmişdi.  Lakin  1948-ci  ildə  Venesuellada  konsessiya 
sistemində  dəyişikliklərlə  müşaiyət  olan  yeni  forma  tətbiq  edildi.  Burada 
mənfəətdən də vergi ödənişi təsbitini tapdı. Belə konsessiya forması isə «modern-
ləşmiş  konsessiya»  adlandırıldı.  lk  konsessiyalar  dünya  neft  infrastrukturunun 
təşəkkülündə əhəmiyyətli start rolunu oynadı. 
Konsessiyalar  böyük  ərazi  sahəsini  və  uzunmüddətli  dövrü  əhatə  edir.  Əgər 
OPEK  ölkələrində  1970-ci  illərdə  milliləşdirmə  dalğası  baş  verməsəydi,  indi  bir 


 
38
çox  ərəb  ölkələrində  bu  konsessiyalar  davam  edəcəkdi.  lk  konsessiyalar  əsasən 
konsessionerin üstün maraqları çərçivəsində təşəkkül tapmışdı. Sonradan «maraq-
lar balansı»  mümkün  qədər  dövlətin üsünlüyü  ilə inkişaf  etmişdir.  Keçid  ölkələri 
üçün konsessiyanı özəlləşdirmənin alternativi kimi də qəbul etmək olar [48, 64]. 
Konsessionerlə  icarədar  arasında  gəlirlərin  bölgüsü  müdhiş  risk  amili  ilə 
bağlıdır. Risk yüksəldikcə kompensasiya da artır. Konsessiya prosesdə risk amilinə 
görə  müvafıq  bazar  mexanizmini  tənzimləmək  üçün  dövlət  məmurları  ilə  yanaşı 
bir  sıra  reytinqli  agentliklər  də  işə  cəlb  olunurlar.  Müasir  konsessiya  bir  qayda 
olaraq  yatağın  işlənməsi  zamanı  yalnız  müvafıq  istismar  zonasını  əhatə  edir. 
Burada işlərin ahəngdarlığı üçün uyğun olan nəzarət sistemi formalaşdırılır. Müasir 
konsessiya sistematik olaraq üç növ vergi ödənişini əhatə edir: 
– royalti; 
– mənfəət vergisi; 
– ərazinin mənimsənilməsi üçün renta – icarə haqqı. 
Bununla belə HPB-də olduğu kimi konsessiya sistemində də qeyri-sistematik 
ödənişlər  (bonuslar)  nəzərdə  tutula  bilər.  Bonusun  həcmi  bir  sıra  şərt  və  şərait 
imkanlarından asılı olaraq müxtəlif səviyyədə müəyyən edilə bilər. 
Konsessiya  sazişləri  çox  zaman  sadəcə  lisensiya  və  ya  «vergi  +  royalti» 
kontraktlar kimi də adlandırılır. Lakin burada fərqliliyi yaradan amillər də vardır. 
Ön fərqlilik isə onunla bağlıdır ki, lisenziya sazişləri inzibati-hüquq, konsessiya isə 
mülkü-hüquq çərçivəsində tətbiq olunur. 
Məlumatlara görə Rusiya dünyada yeganə iri miqyaslı neft ölkəsidir ki, yerin 
təkindən istifadədə həm lisenziya və həm də HPB formalarını tətbiq edir. Bununla 
belə  konsessiya  sistemi  Rusiya  üçün  də  yeni  deyildir.  Sovetlər  Ittifaqının 
mövcudluğu vaxtı «Yeni iqtisadi siyasət» (NEP) zamanı bu sistem təqdir və tətbiq 
olunurdu.  Vətəndaş  müharibəsindən  sonra  ölkənin  investisiya  reytinqi  olduqca 
aşağı düşmüşdü. Proletariatın rəhbəri Vladimir  liç Lenin (1870-1924) hazır idi ki, 
konsessioner istehsal məhsulunun 2-3 faizini hazır şəkildə, qalan hissəsini isə pul 
formasında versin.  O,  yazırdı  «Bizim  yeni  iqtisadi  siyasətimizdə  praktiki  məqsəd 
konsessiyaların  alınmasında  dayanırdı».  Lakin  NEP  zamanı  çox  az  adam  «Lenin 


 
39
konsessiyaları»  haqqında  məlumatlara  malik  idi.  Sovetlər  ttifaqının  süqutü  ərə-
fəsində  bu  möhtəşəm  ölkədə  «Lenin  konsessiyaları»  qismən  reabilitasiya  olundu 
[45, 55]. 
Konsessiyanın icarə müqaviləsi kimi anlanılması da düzgün olmazdı. Əslində 
bu  tiplər  arasında  kəskin  sərhədlər  də  yoxdur.  Fərqlilik  isə  əmlak  istifadəsi  prin-
siplərinə  istinadən  onların normativ-hüquqi düzülüşü  ilə bağlıdır.  Hər  bir ölkənin 
müvafiq qanunvericiliyində bu fərqliliyi müəyyən edən normativlər mövcuddur. 
Konsessiyanın  inkişafı  XX  əsrin  60-cı  illərində  HPB-nin  yaranmasına  və 
növbəti  neft  biznesi  formalarının  təşəkkülünə  rəvac  verdi.  Bu  illərdə  neft 
sənayesində  servis  biznes  kontrakt  formaları  yaranmağa  və  geniş  yayılmağa 
başladı. Onun da yayılma zonasını «üçüncü ölkələr» əhatə etdi. Servis kontraktları 
daha  geniş  Brazilyada  yayılmışdır.  Belə  kontraktlar  ran,  rak,  Venesuella, 
Nigeriya, Vyetnam və Azərbaycanda da bağlanılmışdır. 
Neft  biznesinin  bu  kontrakt  növünün  risk-servis  («risk-servis»)  və  risksiz, 
xalis-servis  («strayt-sevis»)  forması  vardır.  Risk-servis  formasına  görə  xidmət 
təklif  edən  podratçı-şirkət  kəşfiyyat  aparır,  əsas  milli  neft  kompaniyası  olan 
mülkiyyətçi üçün yatağın işlənməsini yenidən təşkil edir. Bununla podratçı yatağın 
açılıb-açılmamasından və onun kommersiyalığından asılı olmayaraq  mükafat alır. 
Risk-servis kontraktı podratçını öz pulu ilə riskə sövq edir. Burada praktiki olaraq 
mülkiyyətçinin  xərcləri  sıfıra  bərabərdir.  Ancaq  bu  işdə  podratçı  gəlirləri  də 
yüksək  ola  bilər.  O,  getdiyi  risk  müqabilində  ödəniş  də  tələb  edə  bilər.  Bütün 
bunlar  isə  kontraktın  əlahiddə  şərtləri  ilə  tənzimlənir.  Neftin  kommersiyalılıq 
baxımından  aşkarlığı  zamanı  isə  podratçı  müvafıq  maliyyələşmə  proseslərini 
həyata  keçirir,  Milli  neft  kompaniyası  isə  yatağı  nəzarətə  alır.  Servis  kompa-
niyasının xərcləri isə çıxarılan məhsul hesabına kompensasiya olunur [48, 55]. 
Ayrı-ayrı hallarda dövlət tam və qismən olaraq kəşfiyyat xərclərini öz üzərinə 
də  götürə  bilər.  Müştərək  fəaliyyəti  nəzərdə  tutan  bu  kontrakt  forması  iki  növlü 
quruluşda təsnifat alır: 
– hüquqi şəxs yaratmaqla; 
– hüquqi şəxs yaratmamaqla – konsorsium. 


Yüklə 1,06 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə