Microsoft Word Magistr-dissertas doc



Yüklə 1,06 Mb.
Pdf görüntüsü
səhifə9/37
tarix15.07.2018
ölçüsü1,06 Mb.
#55721
1   ...   5   6   7   8   9   10   11   12   ...   37

 
25
formalaşmasını şərtləndirmişdi. Bu reallıqlardan irəli gələrək 1808-ci ildə Bakı və 
Şirvan  neft  mədənləri  iltizama  verilmişdir.  Lakin  belə  münasibət  neft  biznesinin 
inkişafına ciddi müsbət təsir göstərməmişdir. Buna baxmayaraq, yüksələn tələblər 
neft biznesini və həm də onun strukturuna müvafiq texnoloji korrektələr etmişdir. 
Sonrakı  məqamlarda  tətbiq  edilən  iltizam  sistemi  özü  artan  neft  tələbatını 
ödəməkdə başlıca maneəyə çevrildi. Həmin illərdə Rusiya himayəsinə keçmiş neft 
mədənlərində  yaranmış  iqtisadi  münasibətlər  imperiya  xəzinəsinə  kapital  axını 
üçün  səmərəli  sayılmamışdır.  Səbəblər  isə  onunla  bağlanılırdı  ki,  qısamüddətli 
kirayəçilik  qazma  və  hasilat  işində  sərmayə  qoyuluşuna,  texniki  təkmilləşməyə 
əngəllər törədir və neft ticarəti bazarındakı tələbləri dolğun ödəyə bilmirdi. Vəziy-
yətdən  çıxış  isə  iqtisadi  münasibətlərin  təkmilləşməsini  və  yeniləşməsini  diktə 
edirdi.  Buna  görə  də  uzun  sürən  araşdırmalar  1872-ci  ildə  icarə  sisteminin  ləğvi 
haqqında qərar ilə yekunlaşdı. Neftli ərazilər tamamilə özəl əllərə verildi. Belə hal 
həm neft hasilatının texnoloji cəhətdən yenidən qurulmasını və həm də onun bey-
nəlmiləlləşən strateji kommersiya məhsuluna çevrilməsini təmin etdi [9, 11, 29]. 
Qeyd  etmək  lazımdır  ki,  sənaye-kommersiya  təyinatlı  yeni  iqtisadi 
münasibətlərin  yaranışına  qədər  neft  bəşər  sivilizasiyasına  başlıca  olaraq  işıq, 
istilik enerjisi mənbəyi, əzcaçılıq məhsulu və tikinti materialı kimi xidmət etmişdir. 
XIX  əsrin  sənaye  inqilabları  zamanında  isə  o,  daş  kömürün  hegemonluğuna  son 
qoymuş,  müasir  iqtisadi  həyatın,  industrial  inkişafın  mühüm  enerji  daşıyıcısına 
çevrilmişdir.  Bütün  bu  sıçrayışlar  neftin  yeni  mahiyyət  və  texniki  keyfiyyətinin 
genişlənən təzahürü ilə bağlıdır. 
Rusiya imperiyası ərazisində neft biznesində mövcud iltizam sisteminin ləğvi 
milli  neft  tarixində  yeni  epoxial  bir  mərhələnin  başlanğıcına  rəvac  vermişdir.  Bu 
zamandan etibarən ölkədə daha dəqiq və rəsmi neft statistikası start götürmüş, neft 
biznesinin  kəşfiyyat-axtarış,  işləmə  və  hasilat  sferasında  ilk  spesifık  şirkətlər 
təşəkkül tapmış və ilk neft sənayeçisi sahibkarları təbəqəsi formalaşmışdır.  ltizam 
sisteminin  ləğvinin  ilk  illərində  neft  hasilatı  əksərən  milli  sahibkarların  əlində 
cəmləşmişdi. Sonradan buraya xarici sərmayəçilərin də gəlişi genişlənmiş və biz-
nes prosesinin çoxtərəfliyi təmin olunmuşdur. Bu illər ərzində neft biznesində daha 


 
26
çox  səhmdar  əməkdaşlıq  formasında  işbirliyi  qurmağa  üstünlük  verilirdi.  ltizam 
sisteminin ləğvinin sonunda – 1873-cü ildə Abşeronda artıq 12 müxtəlif neft şirkət 
hasilatı təmin edirdi. Əsrin sonlarında bu şirkətlərin sayı 61-ə çatmışdı [5, 26]. 
Neft  sənayesi  və  onunla  bağlı  biznes  işlərinin  formalaşmasını  yalnız 
Azərbaycanla  bağlamaq  düzgün  olmazdı.  Elə  bu  illərdə  paralel  olraq  ABŞ-da 
fontan  vuran  quyular  neft  erasının  tam  sürətlə  irəliləyişindən  xəbər  verirdi. 
Daxiliyanma  mühərrikləri,  neftin  krekinqində  nailiyyətlər,  neft  məhsullarnın 
çeşidinin genişləndirilməsi, enerjitutumlu industrial komplekslərin yaranması neft-
qaz sənayesinin tam dövriyyədə inkişafını səciyyələndirirdi. Qətiyyətlə demək olar 
ki, XIX əsrin ikinci yarısından başlayaraq dünyanın müxtəlif guşələrində – Peruda, 
Rumıniyada, Azov dənizi sahillərində, Taman yarımadasında, Kuban çayı vadisin-
də,  Qroznıda  və  digər  ərazilərdə  neft  sənayesi  təşəkkül  tapmışdı.  Lakin  bununla 
belə dünyanın iki qütbündə – ABŞ-da Pensilvaniyada və Azərbaycanda Abşeronda 
hasilat  davamlı  fontan  vurmaqla  müşayiət  olunurdu.  Neftdən  alınan  kerosin 
təşəkkül  tapan  neft  biznesinin  əsas  predmeti,  dünya  bazarının  başlıca  energetik 
əmtəəsini  təşkil  edərək  qızğın  rəqabət  mühiti  yaratmışdı.  Bu  zaman  Azərbaycan 
neft  sənayesinə  ingilis,  fransız,  alman  kapitalının  güclü  axını  Avropa  bazarında 
ABŞ  kerosininin  sıxışdırılmasını  stimullaşdırırdı.  Belə  vəziyyətdə  Rusiya 
Azərbaycandakı təsisatlarını gücləndirir, neftdən daha çox iqtisadi-siyasi faydalan-
maqla yanaşı, hasilatda texnoloji irəliləyişlərə nail olmağa da səylər göstərirdi. 
ABŞ-da  ilk  neft  biznesi  torpaqların  hərraclara  çıxarılması  ilə  formalaşmışdı. 
«Cash tenders» adlanan bu forma XIX yüzilliyin ikinci yarısından başlayaraq ötən 
əsrin  80-ci  illərinə  qədər  mütərəqqiliyini  qoruyub  saxlamışdı.  Amerikan  neft 
biznesinin  bu  tipində  tenderdə  qalib  tərəf  neft-qaz  hasilatını  reallaşdırımaqda 
hüquq qazanırdı. 
Neftin  axtarışı, kəşfıyyatı,  hasilatı, istismarı,  emalı,  nəqli  və  habelə  müvafıq 
sahədə  xidmət  şəbəkəsinin  genişləndirilməsi,  yeni  mütərəqqi  üsulların, 
texnologiyaların  tətbiqi  prosesləri  artıq  Azərbaycanda  da  neft  biznesinin  tam 
sürətlə  formalaşdığını  diqqətə  gətirirdi.  Bakıda  müvafiq  sənaye  kompleksləri  ilə 
yanaşı  neft  biznesinin  də  yeni  sahələri  yaranır  və  müvafıq  neft  infrastrukturu 


 
27
təşəkkül tapırdı.  lk çağlarda neftin nəqlində əsas rolu dəniz nəqliyyatı oynayırdısa, 
at  arabaları  ilə  daşınan  kerosinin  həcmi  də  yetərli  hesab  edilirdi.  Genişlənən  neft 
ticarəti neftin nəqli sahəsində də yeni işlərin görülməsinə təkan verdi. Daşnımanın 
səmərəliliyinin  artırılmasında  1883-cü  ildə  inşa  edilən  Zaqafqaziya  dəniz  yolu, 
1888-ci  ildə  Sabunçu  və  Suraxanı  mədənlərini  birləşdirən  dəmir  yolu  xətlərinin 
neft biznesinin inkişafını xeyli sürətləndirdi. Texniki nailiyyətlər isə öz növbəsində 
Bakı neftinin dünya bazarına daha ucuz çıxışını təmin etməyə imkanlar açdı. 1907-
ci ildə kerosinin ötürülməsini nəzərdə tutan Bakı-Batumi neft kəməri işə düşdü ki, 
bu  da  qlobal  neft  biznesinin  inteqrasiyasında  mühüm  hadisəyə  çevrildi.  1859-cu 
ildə  Bakı  portunun  inşası  dəniz  nəqliyyatında,  xüsusən  neftdaşınmada  yeni 
perspektivlər  açdı.  Xəzərdə  təşəkkül  tapan  dəniz  donanması  o  zamanlar  Rusiya 
dəniz  daşımalarının  35-40  faizini  əhatə  edirdi.  Sonrakı  illərdə  neftin  tankerlərlə 
daşınmasında onun payı daha da yüksəldi. 
XX  yüzillik sözün əsil mənasında neft əsri kimi  yaddaşlarda qaldı. Artıq bu 
əsrdə  neft  sənayesinin  mərkəzi  Fars  körfəzinə  keçdi.  Dünyanın  yüzə  yaxın 
ölkəsində  neft  hasilatı  təşəkkül  tapdı  və  onun  müvafiq  biznes  qaydaları  təkamül 
edərək  standartlaşdı.  Neft  iqtisadi  və  energetik  məhsul  olmaqla  yanaşı,  həm  də 
güclü siyasi alətə çevrildi. Dünya bir neçə müdhiş qlobal neft böhranı yaşadı [73]. 
Neftin  mühüm  energetik  və  sintetik  əmətəə  məhsulu  kimi  keyfiyyət 
dəyərləndirməsini  təhlil  edərkən  onun  «əqrabası»  olan  təbii  qaz  da  yaddan 
çıxarılmamalıdır.  Belə  ki,  istənilən  neft  hasilatı  təbii  qazın  ayrılması  prosesi  ilə 
müşaiyət olunur. Buna görə də əksər neftlə bağı fəaliyyət və tədqiqatlar çox zaman 
təbii qazla vəhdətdə dövr edir. Daha dəqiq isə təbii qaz neftlə birlikdə çıxır və bu 
nisbət  «qaz  faktoru»  ilə  müəyyən  olunur.  Buna  görə  də  neft  hasilatı  sənayesi  və 
biznesi də ümumilikdə neft-qaz hasilatı, sənayesi və biznesi adlandırılır. 
Təbii  qazın  yaranması  prosesi  və  şərtləri  olduqca  müxtəlif  və  çoxcəhətlidir. 
Aparılmış  tədqiqatların  nəticələri  sübut  edir  ki,  bu  maddələrin  biokimyəvi  və 
termokatalik  çevrilişi  ilə  bağlıdır.  Alimlər  müəyyən  etmişlər  ki,  hələ  milyon  illər 
bundan  əvvəl  yerin  tərkindən  təbii  olaraq  qazın  özbaşına  çıxması  hadisəsi  baş 
vermişdir.  Məntiqi  hesablamalara  görə  bəşər  cəmiyyətinin  tarixi  ərzində  havaya 


Yüklə 1,06 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə