Microsoft Word Magistr-dissertas doc



Yüklə 1,06 Mb.
Pdf görüntüsü
səhifə8/37
tarix15.07.2018
ölçüsü1,06 Mb.
#55721
1   ...   4   5   6   7   8   9   10   11   ...   37

 
22
Dövlət  sahibkarlığının  və  biznesinin  əsasını  geniş  mənada  informasiya, 
itellektual  əmək  məhsulları,  qiymətli  kağızlar,  pul  resursları,  istehsal  vasitələri 
üzərində dövlət mülkiyyəti təşkil edir.  qtisadiyyatda hər hansı yeniləşmə psixoloji 
faktoru  nəzərə  almadan  mümkün  deyildir.  nstitusional  təbəddülatlar  təkcə  təbii 
inkişaf  axını  ilə  deyil,  həm  də  əhəmiyyətli  dərəcədə  subyektiv  faktorun  təsir 
çevrəsindən  keçir.  Buna  görə  də  iqtisadi  problemlərin  həlli  müxtəlif  institusional 
strukturların təyin və tənzimləyici mexanizmləri vasitəsilə reallaşır. Bu baxımdan 
ölkələrin  industrial  inkişafı  iki  cəhət  xüsusunda  –  istehsal  vasitələri  üzərində 
mülkiyyət  və  iqtisadi  fəaliyyətin  idarəedilməsi  koordinasiyası  üzrə  müəyyənləşir 
[61, 78]. 
Peşəkar  sahibkar  təxəyyülünün  psixoloji  ovqatı  aşağıdakı  formulaya  əsas-
lanan sistemdə köklənmişdir. 
Sxem 2. 
 
SAH BKARLIQ STRATEG YASININ  
PR NS P ALLIQ VEKTORU 
 
 
 
 
Buna  görə  də  dövlət  orqanları  biznesin  bu  təbiətindən  doğan  məqsədlərə 
nəzərən  onlara  əlverişli  işgüzar  fəaliyyəti  təmin  etmədə  əsaslı  işlər  görməlidirlər. 
Müəyyən  yeni  bazar  infrastrukturu  yaratmaqda,  böyük  kapitala  cığır  açmaqda 
biznesmen, sahibkar əməyi mütləq qiymətləndirilməlidir. 
Kapital  dünyasında  əsas  hərəkətverici  qüvvəni  şəxsi  maraqlar  təşkil  edir. 
«Ekonomiks»  müəlliflərinin  qeyd  etdiyi  kimi,  «şəxsi  maraqlar  motivi 
iqtisadiyyatın  fəaliyyətinə  istiqamət  və  qayda  gətirir,  hansı  ki,  bu  maraqlarsız  o, 
fövqəlxaotik ola bilərdi» [44, 65-66]. Məlum olduğu kimi, bazar iqtisadiyyatı şəxsi 
maraqların  daha  çox  hakim  kəsildiyi  məkanda  inkişaf  tapır.  Bu  sistemdə  hərəkət 
Minimal sərmayə 
Mülayim risk 
Maksimal  
mənfəə




 
23
şübəsiz ki, iki qollu olmalıdır. Dövlət və bazar qollarının birgə optimal fəaliyyəti 
müvəffəq iqtisadi dirçəlişi, sosial rifahı təmin etməyə qadirdir. 
Keçid dövründə Azərbaycan Respublikasında həyata keçirilən geniş miqyaslı 
radikal  iqtisadi  islahatlar  nəticəsində  mülkiyyətin  və  təsərrüfatçılığın  müxtəlif 
formalarının yaradılması biznesin və bütövlükdə milli iqtisadiyyatın formalaşması 
və  inkişafına  səbəb  olmuşdur.  Belə  ki,  1996-cı  ildən  başlayaraq  ölkədə  iqtisadi 
geriləmənin qarşısı birdəfəlik alınmış və sonrakı dövrdə iqtisadiyyatda nəzərəçar-
pacaq  irəliləyişlər  baş  vermiş,  yəni  makroiqtisadi  göstərici  olan  ümumi  daxili 
məhsul hər il orta hesabla 10 faiz artmışdır.  
 
1.2. Neft biznesinin formalaşması xüsusiyyətləri 
 
Biznesin  növ  çalarları  ilə  yanaşı  onun  sahəvi  bölgü  müxtəlifliyi  də  fərqlən-
dirilir.  Bu  fərqlilik  çeşidində  neft  və  qaz  resursları  ilə  bağlı  biznes  oriyenta-
siyasının da xüsusi yeri vardır. Neft biznesi də digər kommersiya fəaliyyəti növləri 
kimi spesifik mahiyyətə, maddi keyfiyyətə və müvafiq inkişaf tarixinə malikdir. 
Strateji  energetik  məhsul  və  sintetik  material  keyfiyyəti  almamışdan  əvvəl 
neft  daha  çox  ayrı-ayrı  insanların  kommersiya  maraqlarını  ifadə  etmişdir.  Neftin 
biznes  predmetinə  çevrilməsi  də  səbəbsiz  deyildir.  Bu  səbəblərin  izahı  isə  onun 
keyfiyyət çalarının bir daha şərhinin verilməsini əsaslandırır. 
Dilimizdəki  «neft»  sözü  türk  mənşəli  isim  kimi  dünyanın  bir  çox  məmlə-
kətlərində elə bu adlanışda da işlədilir. Qlobal məkanda neft sözünü latın mənşəli 
«petroleum» və ingilis «oyl» sinonimləri əvəz edir. 
Neft  karbohidrogen  tərkibli  maddə  olaraq  təbii  aqreqat  halı  maye  struktur-
ludur. O, əsasən qonur-qara və sarı-yaşıl çalarlı olaraq müxtəlif konsistenli, uşucu 
və qaz quruluşlu maddələri özündə cəm edir. Qədim zamanlarda onu dağ yağı və 
ya dağ qətranı da adlandırırdılar. Qəbul olunmuş nəzəriyyəyə görə neftin maqmatik 
proseslər  nəticəsində  yüksək  temperatur  və  təzyiqin  təsirilə  çökmə  süxurlarında 
səpələnən üzvi maddələrin qalıqlarından əmələ gəlməsi ehtimal olunur [25,30]. 


 
24
Neftin çox min illər öncə insana bəlli aşkarlığına baxmayaraq onun xüsusi və 
geniş  miqyaslı  axtarışı  sənaye  epoxasına  qədər  maraq  obyektinə  çevrilməmişdi. 
stifadəsi bir qədər gərəkli sayılan bu yanacaq növünü əvvəllər açıq su hövzələrinin 
səthindən  toplamaqla,  hopduğu  əhəngdaşı,  qumdaşını  emal  etməklə,  yaxud  da 
dayaz  quyulardan  karxana  üsulu  ilə  çıxarmaqla  əldə  etmişlər.  Min  illər  öncə 
istifadə  edilməsinə  baxmayaraq,  indiki  kimi  dünyanın  əksər  ölkələrində  onun 
aşkarlığı  hamıya  bəlli  olmamışdır.  Bizim  eradan  əvvəl  neftə  mağara  və  açıq 
şuxurlarda,  palçıq  vulkanı  ərazilərdə  rast  gəlinmişdir.  Bu  ərazilər  sırasına  əsasən 
indiki  ran, Misir, Hind, Çin, Malay arxipelağı və digər bölgələr aid edilir. Bütün 
bu  ölkələr  içərsində  Azərbaycan  ərazisi  neftin  tapılması  və  istifadəsi  baxımından 
qədimliyi ilə üstün fərqlənmişdir. Faktlar göstərir ki, Azərbaycan ərazisində neftin 
IV  minillik  səlnamə  tarixi  vardır.  Belə  tarixə  maliklik  neftlə  bağı  kommersiya 
fəaliyyətinin  də  ilk  əlamətləri  Azərbaycanın  daxil  olduğu  məkanda  təşəkkül 
tapdığına əsaslar verir [8, 28]. 
Təbii  təkamül  ahəngi  tərəqqi  edən  neftdən  istifadə  genişliyi  daha  çox  orta 
əsrlərə  təsadüf  edir.  Artıq  XVI-XVII  əsrlərdə  neftin  qazıntısı  və  emalı  üzrə 
Azərbaycanda  neftçi  peşəsi  formalaşmağa  başlayır  və  onun  ticarəti  genişlənərək 
Avropa  və  Hindistan  arası  kontinental  zolaq  keçir.  Neftin  məişətdə,  təbabətdə, 
şəhər  təsərrüfatında  istifadəsi  digər  ölkələrə  də  yayılır.  Lakin  hadisələrin  bu 
müstəvidə daha dinamik inkişafı XIX yüzilliyə təsadüf edir. 1826-cı ildə ABŞ-da 
duz  axtarışı  üçün  qazılan  quyunun  neft  verməsi  onun  sənaye  baxımından 
dəyərləndirməsində  mühüm  amilə  çevrilir.  Neftin  energetik  və  sintetik  mahiyyəti 
daha geniş açıqlandıqca onun böyük axtarışı da dərin maraqlarda təcəssüm olunur. 
Belə yaranış isə neftin daha da kommersiyalaşmasını qaynaqlandırır. Azərbaycan 
ərazisində  neftin  geniş  biznes  predmetinə  çevrilməsi  prosesi  onun  sənaye 
baxımından  dəyərləndirilməsindən  də  əvvəlki  dövrə  təsadüf  edir.  Belə  ki,  XVIII 
əsrdə  neftin  çıxarılması  üzrə  Azərbaycanda  artıq  mədənlər  silsiləsi  təşəkkül 
tapmışdı.  Belə  vəziyyət  isə  artan  ehtiyacdan,  iqtisadi  dildə  dedikdə  isə  tələbin 
təklifi  üstələməsi  vəziyyətindən  irəli  gəlmişdi.  Artıq  XIX  əsrin  ilk  illərində 
genişlənən  neft  ticarəti  onun  istehsalı  obyektlərində  yeni  iqtisadi  münasibətlərin 


Yüklə 1,06 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə