Microsoft Word Magistr-dissertas doc



Yüklə 1,06 Mb.
Pdf görüntüsü
səhifə4/37
tarix15.07.2018
ölçüsü1,06 Mb.
#55721
1   2   3   4   5   6   7   8   9   ...   37

 
10
Məşhur  ingilis  iqtisadçısı,  klassik  siyasi  iqtisad  məktəbinin  yaradıcılarından 
biri  Adam  Smit  (1723-1790)  sahibkarı  fəaliyyətində  gəlir  əldə  etmək  istəyən 
müəsissə mülkiyyətçisi kimi göstərirdi [90]. Bu iqtisad məktəbinin digər görkəmli 
nümayəndəsi  fransız  iqtisadçısı  Jan  Batist  Sey  (1767-1832)  isə  sahibkar 
funksionallığını  istehsal  şərtlərinin  kombinasiyon  uzlaşmasının  təşkili  ilə 
bağlayırdı [88].  ngilis iqtisadçısı Kembric məktəbinin banisi Alfred Marşal (1842-
1924)  və  onun  davamçıları  sahibkarın  təşkilatı  funksiyalarına  daha  çox  diqqət 
yetirərək  hesib  edirdilər  ki,  müvafiq  niyyəti  arzu  edən  hər  bir  kəs  sahibkar  ola 
bilər. Bunun üçün yalnız xüsusi sahibkarlıq bacarığına malikliklik yetərlidir [49]. 
Sahibkarlığa  neoklassik  istiqamətin  ən  görkəmli  nümayəndələrindən  biri  avstriya 
iqtisadçısı  Yozef  Aloiz  Şumpeter  (1883-1950)  özünə  məxsus  bir  şərh  vermişdir. 
Onun fıkrincə sahibkar kimi ayrıca insanla yanaşı, həm də müxtəlif şəxslər qrupu 
da  çıxış  edə  bilər.  Burada  şərt  deyildir  ki,  sahibkar  mütləq  istehsal  şəraitinin 
mülkiyyətçisi  olsun.  J.Şumpetrinin  fıkrincə  sahibkar  biznes  subyekti  rolunun 
ifaçısına o zaman çevrilə bilər ki, işgüzar fəaliyyətə istehsal və tədavüldə əvvələr 
tətbiq  olunmayan  üsul  və  mexanizmləri  gətirsin  [76].  ngilis  iqtisadçısı  Con 
Meynard  Keyniz  (1883-1946)  həm  də  sahibkarlara  neqativ  münasibəti  ilə 
fərqlənmişdir.  Alimin  fıkrincə  insanların  «pozitiv  fəallığı»  riyazi  hesablamadan 
deyil, daha çox özüyaranışlı optimizmdən asılıdır. Burada iqtisadi qərarlar intuitiv 
olaraq  qəbul  edilir.  O,  həmçinin  fond  bazarında  maliyyə  vasitəçiləri  və 
investorların rolu diskreditiv münasibət bəsləyirdi [43]. Bu baxımdan qazanc əldə 
etməyin  (elə  sahibkar  fəaliyyətinin)  daha  çox  bəxtə,  uğura  istinad  etməsi  dahi 
Azərbaycan  şairi  Nizami  Gəncəvinin  əsərlərində  əksini  tapmışdır.  «Bu  cinayət 
mənə çox eyləyir kar, hünərlə yox bəxtlə qazanılır var» [21]. 
Biznes və sahibkarlıqla bağlı tədqiqatlar « ndustrial cəmiyyət» nəzəriyyəsinin 
banisi,  empirik  nəzəriyyə  lideri,  amerikan  iqtisadçısı  və  sosioloqu,  tam  gerçək 
mənada biznes fılosofu Piter Draker (1909) tətqiqatlarında müasirlik qazanmışdır. 
P.Draker  biznes  menecmentdə  situasiyon  yanaşmanın  əsaslarını  formalaşdırmış, 
düzgün  idarəetmə  qərarlarnın  verilməsində  mövcud  vəziyyətin  təhlilinə 


 
11
arxalanmasını tövsiyə etmişdir. Onun fikrincə müasir industrial cəmiyyətin inkişafı 
biznes və sahibkarlığın yüksəlişi ilə bağlıdır [80]. 
Biznes və sahibkarlıq fəaliyyəti hər bir ölkədə onun konsitusiyon quruluşuna 
müvafiq normativ-hüquqi aktlar əsasında nizamlanır. Azərbaycan Respublikasında 
biznes  işi  və  sahibkarlıq  fəaliyyəti  müəssisələr,  antiinhisar  fəaliyyəti,  investisi-
yalar,  sahibkarlıq  fəaliyyəti  haqqında  qanunlar  və  «Vergi  məcəlləsi»  ilə  tənzim-
lənir [6, 7]. 
Müasir  nəzəri  elmi  şərhdə  sahibkarlıq  bütün  biznesdə  olduğu  kimi  mənfəət 
əldə  etmək  zəminində  qurulan,  şəxsi  təşəbbüslərə  və  fərdi  məsuliyyətə  əsaslanan 
məqsədyönlü fəaliyyət kimi səciyyələndirilir. O, mütləq olaraq innovasiya zəmində 
sahibkar  ideyası  ilə  bağlanılır.  Bazar  iqtisadiyyatı  şəraitində  sahibkarlar  öz 
fəaliyyətlərini dəqiq və səmərəli planlaşdırmadan, rəqabət «savaşı» üçün müvafiq 
informasiyalar  akumulyasiya  etmədən,  marketoloji  tədqiqatlar  aparmadan  stabil 
uğura nail ola bilməzlər. 
qtisadi  aktivliyin  xüsusi  forması  kimi  sahibkarlıq  iqtisadiyyatın  həm  dövlət 
və  həm  də  özəl  sektorunda  reallaşır.  Dövlət  sahibkarlığının  və  biznesinin  əsasını 
geniş  mənada  informasiya,  intellektual  əmək  məhsulları,  qiymətli  kağızlar,  pul 
resursları,  istehsal  vasitələri  üzərində  dövlət  mülkiyyəti  təşkil  edir.  Dövlət 
sahibkarlığı dövlət və bələdiyyə orqanları tərəfindən onların əmlakı əsasında təsis 
olunan  müəssisələri  əhatə  edir.  Belə  müəsissələrin  xarakterik  xüsusiyyəti  ondan 
ibarətdir  ki,  onlar  yalnız  tabeçiliyində  olan  əmlakla  öhdəlidirlər.  Başqa  sözlə 
burada nə dövlət onların öhdəliklərinə və nə də müəssisələr dövlətin öhdəliklərinə 
cavabdehlik daşımırlar. Özəl sahibkarlıq isə iqtisadi fəallığın özəl əmlak əsasında 
qeydiyyatdan  keşmiş  fərdi  əmək  fəaliyyəti  formasından  ibarətdir.  Yetərli  fərq 
xüsusiyyətlərinə  malik  olsalar  da  dövlət  və  özəl  sahibkarlıq  bir  sıra  prinsip  və 
əlamətlərinə  görə  ortaq  oxşarlıqları  bölüşürlər.  Bununla  belə  hər  iki  situasiyada 
dövlət  sahibkarlıqla  qarşılıqlı  əlaqədədir.  O,  konyektur  düzümdən  asılı  olaraq 
sahibkarlıq prosesinə maneçilik göstərər, prosesdə müşahidəçi qismində çıxış edər 
və ya işə təkan verməklə müxtəlif cür təsirlərə qatıla bilər. 


 
12
Məqsəd  hədəfini  istehlakçını  «fəth»  etmək,  özünün  istehlakçılar  həlqəsini 
yaratmaq  kimi  funksionallıqlar  əhatə  edən  sahibkarlığın  ideya  reallaşmasında 
muzdlu  işçilər  çıxış  edir.  Onlar  sahibkarlıq  prosesinin  subyektlər  qrupuna  aid 
olaraq  məqsədlər  reallaşmasının  səmərəliliyini  və  keyfıyyətini  təmin  edirlər. 
Məlumdur ki, hər bir iqtisadi subyekt öz maraqları çevrəsindən çıxış edir. Sahibkar 
və muzdlu işçinin də kommersiya fəaliyyətində planları üst-üstə düşməlidir. Lakin 
burada  fərqli  anlar  da  istisna  deyildir.  Belə  vəziyyətdə  isə  kompromis  variantlar 
axtarışına təşəbbüs olunur. Ümumiyyətlə isə kollektiv əməkdaşlıq olmadan heç bir 
texnologiya  faydalı  və  heç  bir  tapşırıq  yerinə  yetirilmiş  sayıla  bilməz.  Sahibkar 
qarşıya  qoyulan  məqsədləri  insanlar  vasitəsi  ilə  reallaşdırır  və  buna  görə  də 
insanlar uğurun mərkəzi amilini təşkil edirlər. 
Sahibkar  çox  geniş  həlqədə  «biznes»  sözünün  paronimi  olan  «biznesmen» 
anlayışında  da  tətbiqini  tapır.  Bazar  iqtisadiyyatı  şəraitində  formal  surətdə 
mülkiyyətçi olaraq biznesmen və ya sahibkar öz kapitalını artırmaqla yanaşı, eyni 
zamanda  mənsub  olduğu  ölkənin  də  milli  sərvətini  yüksəldən  fəaliyyətə  qatışır. 
Azadlığın,  riskin  və  imkanların  məhz  bu  tərzdə  təşəkkülü  müasir  bazar 
iqtisadiyyatında  işgüzarlıq  ruhunun  qorunması  ilə  müşaiyət  olunaraq  insanların 
maddi rifahının yaxşılaşmasına ən geniş imkanlar açır [10, 75]. 
Beləliklə,  aparılan  təhlili  müqayisələr  göstərir  ki,  biznes  və  sahibkarlıq 
anlayışları  oxşar  və  eynicinsli  olduqları  qədər  fəaliyyət  müstəvilərində  mümkün 
yetərli fərqliliklərə də malikdirlər. Bununla belə tədqiqat mövzusunun predmetinə 
uyğun olaraq biznesin sturutkuru ilə bağlı mühüm əlamət və məqamların açılış və 
şərhinin verilməsi vacib sayılır. 
Miqyas  amilinə  görə  biznesi  kiçik,  orta  və  böyük  fəaliyyət  qruplarına 
bölməklə  fərqləndirirlər.  Hər  bir  biznes  qrupu  məxsus  olduğu  maraqlar 
çevrəsindən  çıxış  edərək  uyğun  iqtisadi  davranış  münasibətlərini  şərtləndirən 
əsasda  fəaliyyətini  tənzimləyir.  Böyük biznes  dövlətin iqtisadi və texniki gücünü, 
möhtəşəmliyi  və  kompleksliliyi  nümayiş  etdirir.  Adından  göründüyü  kimi,  o 
həcmcə  daha  üstün  mövqedə  dayanır.  Vurğulanmalıdır  ki,  ölçü  kateqoriyalarına 
görə  ayrılmaya  məruz  qalan  biznesin  sərhədləri nəzəri  mülahizələrlə  yanaşı,  həm 


Yüklə 1,06 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə