Microsoft Word Magistr-dissertas doc



Yüklə 1,06 Mb.
Pdf görüntüsü
səhifə3/37
tarix15.07.2018
ölçüsü1,06 Mb.
#55721
1   2   3   4   5   6   7   8   9   ...   37

 
7
–  respublikanın  neft  sənayesində  işgüzar  fəallıq  strategiyasının  seçilməsi 
imkanları araşdırılmış, neft biznesinin tənzimlənməsi mexanizminin təkmilləşdiril-
məsinin prioritet istiqamətləri müəyyənləşdirilmişdir; 
–  neft  sənayesində  innovasiya  sahibkarlığının  inkişaf  istiqamətləri 
göstərilmiş, innovasiya aktivliyinin ölçülməsi üzrə müvafiq alqoritmik hesablama 
mexanizmləri təklif olunmuşdur; 
–  ARDNŞ-nın  vahid  və  ya  bir  neçə  Şaquli  nteqrasiya  olunan  təşkilata 
bölünməsi  zərurətliyində  innovasiya  biznesinin korporativ,  işgüzar,  funksional və 
əməliyyat strategiyasına əsaslanan yeni optimal strateji xətti müəyənləşdirilmişdir. 
Tədqiqatın  nəzəri  və  praktiki  əhəmiyyəti  ondan  ibarətdir  ki,  tədqiqatın 
nəticələri və irəli sürülən təklif və tövsiyələr neft sənayesində biznes fəaliyyətinin 
təkmilləşdirilməsinə, onun mobilliyinin və rasionallığının artırılmasına kömək edə 
bilər.  şdə  təklif  olunan  elmi  əsaslandırmalar,  metodoloji  təyinatlar  və  mütərəqqi 
biznes  texnologiyaları  yeni  neft  yataqlarının  işlənməsinin  menecmentində,  neftin 
emalı,  təchizatı  və  marketinqi  prosesində  optimal  fəaliyyət  mexanizmi  kimi 
istifadə oluna bilər. 
Dissertasiyanın  həcmi  və  quruluşu.  Dissertasiya  işi  126  səhifə  həcmində 
olmaqla  giriş,  2  fəsil,  nəticə  və  təkliflər,  92  sayda  elmi-informatik  mənbəyə 
əsaslanan  ədəbiyyat  siyahısından  ibarətdir.  şdə  6  cədvəl,  1  dioqram  və  5  sxem 
verilmişdir. 
 
 
 
 
 


 
8
FƏS L 1. NEFT B ZNES N N FORMALAŞMASI VƏ 
NK ŞAFININ NƏZƏR -METODOLOJ  ƏSASLARI 
 
1.1. Müasir biznesin mahiyyəti və iqtisadiyyatda rolu 
 
Qloballaşma  şəraitində  Azərbaycan  iqtisadiyyatının  dayanaqlı  inkişafında, 
daxili  bazarın  yerli  xammala  əsaslanan  sənaye  məhsulları  ilə  zənginləşməsində, 
sağlam rəqabət mühitinin yaradılmasında, əhalinin həyat tərzinin yaxşılaşmasında 
və  məşğulluq  probleminin  həllində  biznes  və  onun  mühüm  istiqaməti  sayılan 
sahibkarlıq fəaliyyəti müstəsna rol oynayır. 
ngilis  dilindən  biznes  (business)  iş,  məşğuliyyət  və  fəaliyyət  kimi  tərcümə 
olunur. Lakin burada «iş» iqtisadi və təsərrüfat fəaliyyəti olaraq anlaşılır. Bununla 
belə  bütün  iqtisadi  və  təsərrüfat  fəaliyyətlərini  biznes  adlandırmaq  da  yanlışlıq 
olardı. 
Əsas  prinsipial  cəhətini  mənfəət  götürmə  təşkil  edən  biznesin  məqsəd  və 
məramı  onun  xarakteri  və  inkişaf  dərəcəsindən  asılı  olaraq  müxtəlifdir.  Burada 
fəaliyyətin davamlı inkişafı üçün zəruri vəsaitin yığımı, cəmiyyətə lazımı əmtəə və 
xıdmətlərin  təqdimatı,  sahədə  və  bazarda  qabaqcıl  mövqelərə  nail  olmaq, 
istehlakçıların  tələblərini  optimal  təmin  etmək,  öz  işçilərinə  fəallıq  və  səriştə 
yaratmaq imkanları vermək kimi ümumi prinsipial istiqamətlər mövcuddur. Biznes 
işi  məqsədli  ifadəsini,  həm  də  konkret  fəaliyyət  istiqamətini  müəyyən  edən 
məsələlərdə,  təyin  olunmuş  zaman  çərçivəsində  keyfiyyət  və  kəmiyyətlə  bağlı 
tapşırıqlarda tapır. Liberal iqtisadi sferada biznes fəaliyyəti mülkiyyət azadlığı və 
bazar  subyektinin  gerçək  müstəqilliyinə  əsaslanır.  Beynəlxalq  təcrübə  bəyan  edir 
ki, biznesin sürətli inkişafı və genişləndirilməsinin əsasını iqtisadi, təşkilati, sosial 
səbəb və tələblərin təsiri qaynaqlandırır. 
Biznes  haqqında  təəssüratları  miqyas  aspektindən,  onu  fəallaşdıran  növlər 
çeşidindən,  subyekt  və  infrastruktur  elementlərindən,  müvafiq  olan  mühit  və 
məkan  vəziyyətindən  ayrılıqda  canlandırmaq  mümkün  deyildir.  Bütün  bunlardan 
öncə  isə  bizneslə  sahibkarlığın  eynilik  və  fərqlilik  cəhətlərini  aramaq  gərəklidir. 


 
9
Belə  araşdırma  və  təqdimatına  ehtiyac  isə  mövcud  tədqiqat  işinin  çətinlik  tələb 
edilən  məqamlarda  müvafiq  yaranışların  hər  birinin  obyekti  və  sərhədlərinin 
konkret təyinatlılıq aspektindən irəli gəlir. 
«Biznes» və «sahibkarlıq» anlayışları iqtisadi müstəvidə əsasən eyni mənanı 
ifadələndirsələr  də  yetərli  fərqiliklərə  malikdirlər.  Kommersiya  fəaliyyəti  kimi 
biznes sahibkarlığa nisbətdə daha geniş mahiyyət daşıyır. Məxsusi struktura malik 
sahibkarlıqdan  əhatəli  olaraq  biznesin  subyekini  qeyri-sahibkarlıq  təşkilatları  və 
təsisatları  da  ehtiva  edir.  Biznes  fəaliyyəti  əsasən  qısamüddətli  bir  proses, 
birdəfəlik  bir  akt  olub,  hər  hansı  bir  konkret  işin  görülməsi,  sövdələşmənin 
reallaşması ilə əlaqədardır. Sahibkarlıq fəaliyyəti isə bazar iqtisadiyyatı ölkələrində 
daimi  bir  prosesdir  və  həmin  cəmiyyətin  mövcudluğuna  və  inkişafına  əsas  olan 
iqtisadi şərtlərindən biridir [60, s.78]. 
Biznes  və  sahibkarlıq  nəzəri,  praktiki  və  etimoloji  kökləri  bəşər 
sivilizasiyasının dərinliklərinə gedir çıxır. Əmtəə-pul, ticari münasibətlərinin erkən 
yaranışları  əsaslı  olaraq  məhz  biznes  işi  və  sahibkarlıq  fəaliyyəti  zəminində 
qurulmuşdur.  Böyük  təkəmmül  dövrü  keşmiş  bu  oxşar  proseslər  iqtisadi  fıkir 
tarixinin  yetkinləşən  orta  əsrlər  zamanında  özünün  sistemli  formalaşma 
mərhələsinə qədəm qoymuşdur. 
lk  dəfə  iqtisadi  ədəbiyyatlarda  «sahibkar»  anlayışına  1723-cü  ildə  Parisdə 
kommersiya lüğətində rast gəlinmişdir. Bu lüğətdə «sahibkar» istehsal və ya tikinti 
üçün  öhdəlik  götürmüş  insan  obrazı  mahiyyətində  göstərilmişdir.  Elmi  termin 
olaraq  isə  «sahibkar»  sözü  ilk  dəfə  XVIII  əsrin  əvvəllərində  ingilis  iqtisadçısı, 
demoqraf  və  bankir  Riçard  Kantilonun  (1680-1734)  əsərlərində  işlənmişdir. 
R.Kantilon hesab edirdi ki, bazarda tələb və təklif arasında fərqlilik ayrı-ayrı bazar 
subyektlərinə  əmtəələrin  ucuz  alınıb  baha  satılması  üçün  imkanlar  açır.  Məhz  bu 
subyektləri  o,  fransız  dilindəki  «vasitəçi»  sözünü  ifadələndirilən  sahibkar 
adlandırmışdır.  R.Kantilon  diqqət  yetirmişdi  ki,  belə  insanlar  tədavül  və  istehsal 
sferasında  fəaliyyət  göstərirlər  və  burada  onların  istehsal  vasitələri  üzərində 
mülkiyyətçi olması mütləq deyildir [89]. 


Yüklə 1,06 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə