Microsoft Word qurbanov veis docx



Yüklə 1,11 Mb.
Pdf görüntüsü
səhifə11/45
tarix23.01.2018
ölçüsü1,11 Mb.
#22079
1   ...   7   8   9   10   11   12   13   14   ...   45

22 

 

Mövcud  ədəbiyyat  materiallarının  təhlili  göstərir  ki,  bütün  fəaliyyətdə  olan 



yeni sel ocaqları meşələrin məhv edilməsi və ya onların mühafizə rolunun azalması 

ilə  əmələ  gəlmişdir.  Bütünlükdə  Böyük  Qafqazın  cənub  yamacı  üzrə  aparılan 

tədqiqatlar  nəticəsində  müəyyən  edilmişdir  ki,  çay  hövzələrində  meşə  sahəsi 

artdıqca  gətirmələr  axımı  azalır.  Dağlıq  ərazinin  sərt,  kəskin  parçalanmış  relyefə 

malik  olması  və  burada  intensiv  gedən  aşınma  yuyulma,  sürüşmə  və  uçqun 

prosesləri  və  sel  hadisələri  bu  ərazinin  mənimsənilməsini  çətinləşdirir.  Bu  ərazi 

eyni  zamanda  yüksək  (8-9  bal  gücünədək)  seysmikliyə  malikdir.  Ərazini  təşkil 

edən  Yura  və  Təbaşir  dövrələrinin  süxurları  şiddətli  qırışıqlığa  uğramış  və  dərin 

tektonik  yarılma  və  qırılmalarla  kəsilərək  bir-birinin  üzərinə  aşırılmış  qırışıqlara 

toplanmışdır.  Bu  qırılmalar  və  yarılmalar  boyu  vaxtaşırı  yerdəyişmə  prosesləri 

gedir  və  zəlzələlər  baş  verir.  Ərazidə  hazırda  da  qalxma  davam  edir. 

Hesablamalara  görə  yüksək-dağlıq  qurşaqda  müasir  qalxmanın  sürəti  ildə  8-10 

mm-ə, alçaqdağlıq qurşaqda isə 4-6 mm-ə çatır.  

Ə

razinin  belə  fəallığı  aşınma,  yuyulma,  sürüşmə  və  uçqun  prosesləri  ilə 



yanaşı,  sel  ocaqlarının  yaranmasına  da  şərait  yaradır.  Böyük  Qafqazın  cənub 

yamacında  sel  ocaqlarının  tektonik  pozulmalara  və  zəlzələ  episentrlərinə  doğru 

meyli ilk dəfə olaraq M.O.Məmmədəlizadə  tərəfindən araşdırılmışdır. Onun tərtib 

etdiyi  sel  ocaqlarının  yayılma  xəritə-sxeminə  pozulmalar  və  zəlzələ  episentrləri 

salınmışdır.  Təhlil  göstərmişdir  ki,  bu  episentrlər  fəal  pozulmaların  kəsişmə 

nöqtəsinə meyl edir və əsas etibarı ilə yüksək və alçaqdağlıq zonalarda, həmçinin 

qərb  (Mazımçay  və  Muxaxçay  arası)  və  şərq  (Vəndam  və  Girdiman  çayları) 

hissəsində cəmlənir.  

Beləliklə,  dağlıq  ərazinin  əsas  geomorfoloji  və  geoloji  problemləri  burada 

geniş şiddətli aşınma, yuyulma, sürüşmə uçqun prosesləri sel hadisələri və yüksək 

seysmikliklə  əlaqədardır.  Ona  görə  də  ərazinin  mənimsənilməsində  bütün  bu 

proseslər nəzərə alınmalıdır. Onu da qeyd etmək lazımdır ki, ərazinin geomorfoloji 

və geoloji xüsusiyyətləri burada sel hadisələrinin baş verməsi üçün əlverişli şərait 

yaradır.  Bu  xüsusiyyətləri  dəyişdirmək  və  sel  hadisəsinin  kökünü  kəsmək  qeyri-

mümkündür. Lakin selin baş verəcəyini, hətta onun miqyasını, gücünü qabaqcadan 

müəyyən  etmək  və  onu xeyli  zərərsizləşdirmək  olar.  Bunun üçün  cənub  yamacın 

bütün  selli  çay  hövzələrində  sel  materiallarının  toplanması,  yığılması  və  sel 

ocaqlarının vəziyyəti üzərində vaxtaşırı müşahidələr təşkil olunmalıdır. 

Böyük Qafqazın cənub yamacı mürəkkəb geoloji quruluşa malik olub, zəngin 

mineral  xammal  ehtiyatlarına  malikdir.  Ərazidə  yer  səthinə  Yura  və  Təbaşir 

dövrlərinin  gil  şistlərindən,  qumdaşlarından,  əhəngdaşlarından  və  argillitlərdən 

ibarət olan süxurları çıxır. Ərazi müxtəlif faydalı qazıntılarla zəngindir. Bunlardan 

ə

n  əsası  və  qiymətlisi  Filizçay,  Tenross,  Kasdağ  və  Katex  polimetal  yataqlarıdır. 



Bu  yataqlar  mis,  qurğuşun,  sink,  və  kükürdlə  zəngindir.  Bunlardan  başqa  bu 

yataqlarda xeyli miqdarda molibden, qızıl, gümüş və digər qiymətli metallar vardır. 

Ehtiyatlarına  görə  Filizçay  Avropada  ən  iri  yataqlardan  biri  sayılır.  Əlvan 

metallurgiya  üçün  qiymətli  xammal  mənbəyi  olan  bu  yataqlar  respublikamızın,  o 

cümlədən Şəki-Zaqatala inzibati zonasının iqtisadi, sosial və mədəni inkişafı üçün 

mühüm əhəmiyyət kəsb edir. Balakən filiz yataqları əsasında tikilməsi zəruri olan 




23 

 

metallurgiya  kimya  kombinatının  fəaliyyətini  60  ildən  çox  təmin  edə  bilər.  Bu 



baxımdan  Balakən-Kolçedan  polimetal  yatağının  istifadəsi  respublikamız  üçün  o 

zaman faydalı hesab edilə bilər ki, iqtisadi-ekoloji baxımdan onun səmərəli olması 

müəyyən  edilsin.  Hazırda  bu  yatağın  nə  özəlləşdirilməsi,  nə  də  hər  hansı  xarici 

ölkələrlə  birgə  işlənilməsi  məqsədyönlü  deyildir.  Çünki,  bu  yataqlar 

respublikamızın  iqtisadi  qüdrətinin  artmasında,  onun  gələcək  inkişafında  əvəz 

olunmaz  xammal  mənbəyidir.  Yatağın  istifadəsinə  gəldikdə  isə  onu  göstərmək 

lazımdır  ki,  o  əsasən  Şəki-Zaqatala  iqtisadi  rayonunun  əhalisinin  gələcəkdə  işlə 

təmin  edilməsində  mühüm  mənbədir.  Hazırda  iqtisadi  rayon  ərazisində  aparılan 

geoloji-axtarış  işləri,  burada  yeni  belə  yataqların  açılması  üçün  böyük 

perspektivlərin olmasını göstərir. 

Şə

ki-Zaqatala  zonasında  ən  geniş  mineral  xammal  sərvətləri  tikinti 



materiallarıdır.  Bunlardan  üst  Yura  və  Təbaşir  dövrünün  süxurlarında  böyük 

ehtiyata malik təmiz qismən  mərmərlənmiş əhəngdaşı yataqlarını göstərmək olar. 

Bu tip yataqlardan Şəki rayonu ərazisində Daşbulaq, Qoxmuq əhəngdaşı yataqları, 

mərmər qırıntısı istehsalı üçün Qarabulaq, Tikanlı əhəngdaşı yataqları tikinti daşı 

və  çınqıl  istehsalı  üçün  çox  yararlıdır.  Ərazidə  kərpic,  giramit  və  drenaj  boruları 

istehsalı  üçün  yararlı  gil  yataqları  tikinti  üçün  yararlı  olan  çay,  çınqıl  və  qum 

materialları da geniş yayılmışdır ki, bunlardan da beton istehsalında və yol tikinti 

işlərində istifadə edilir. 

Zaqatala  rayonu  ərazisində  Qımır  və  Əltabad  mineral  su  bulaqları  eyni  adlı 

kəndlərin  yaxınlığında  yerləşirlər  və  soyuq  bulaqlardır.  Yalnız  Cimcimax  bulağı 

isti  bulaqdır.  Bu  bulaqda  suyun  temperaturu  22°-dir.  Zaqatala  şəhərindən  şimal-

şə

rqdə  Muxaxçayın  hövzəsində  yerləşir  və  Yura  dövrünün  əhəngdaşları  və  gil 



ş

istləri  ilə  əlaqədardır.  Bu  bulaqların  kimyəvi  tərkibi  və  su  sərfi  dəqiq 

öyrənilməmişdir.  Onların  müalicə  əhəmiyyəti  də  tam  bəlli  deyildir.  Bu  məsələlər 

dəqiq araşdırıldıqdan sonra bu bulaqların istifadəsi həll olunmalıdır. 

Nəhayət, Şəki-Zaqatala iqtisadi rayonunun ən bol təbii sərvətlərindən biri də 

yeraltı  şirin  su  yataqlarıdır.  Qanıx-Həftəran  vadisi  ərazisi  nəhəng  artezian 

hövzəsidir. Çoxlu miqdarda qazılmış su quyularını əsasən aparılmış hesablamalara 

görə  Qanıx-Əyriçay  vadisinin  Azərbaycan  hissəsində  yeraltı  suların  istismar 

ehtiyatı gündə 2 milyon m

3

 təşkil edir. Qanıx-Əyriçay artezian hövzəsinin şirin su 



ehtiyatları  nəinki  buradakı  rayon  mərkəzlərini  və  eləcə  də  vadidəki  yaşayış 

məntəqələrinin  əksəriyyətini  keyfiyyətli  su  ilə  təmin  edə  bilər.  Habelə,  Əyriçay 

vadisindəki  torpaqları  suvarma  üçün  kifayətdir.  Şəki-Zaqatala  iqtisadi  rayonu  bu 

göstərilən mineral xammal ehtiyatlarından tam və səmərəli istifadə edərsə özünün 

bir çox ehtiyaclarını ödəyə bilər və yeni sənaye sahələri yarada bilər. Bu da onun 

sosial-iqtisidi inkişafını köklü sürətdə dəyişə bilər. 

ndiyə  qədər  sel  üzərində  aparılmış  tədqiqatlar  nəticəsində  sellərin 

formalaşma  xüsusiyyətləri  və  onlarla  mübarizə  tədbirləri  işlənilmişdir.  Lakin 

hazırki  vəziyyət  göstərir  ki,  indiyədək  passiv  mübarizə  tədbirləri,  yəni  artıq 

formalaşmış  selin  qarşısını  alan  tədbirlər  həyata  keçirilirdi.  Lakin  ildən-ilə 

sahilqoruyucu  bəndlər  güclü  daşqınlarla  tez-tez  dağıdılır  və  bəzi  yerlərdə  sel 

gətirmələrinin altında qalır. Bu isə seləmələgəlmə prosesinin qarşısını almır və illər 




Yüklə 1,11 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə