Microsoft Word qurbanov veis docx



Yüklə 1,11 Mb.
Pdf görüntüsü
səhifə19/45
tarix23.01.2018
ölçüsü1,11 Mb.
#22079
1   ...   15   16   17   18   19   20   21   22   ...   45

38 

 

Ş



übhəsiz ki, gələcəkdə torpaqların münbitlik xassələrinin pisləşməsinin qarşısı 

alınmazsa bu proseslərin genişlənəcəyi qaçılmazdır. 

 

    2.2.Böyük Qafqazın şimal-şərq yamaclarında baş verən eroziya 



proseslərinə antropogen və təbii proseslərin təsiri. Böyük Qafqazın şimal-şərq 

yamacının yay otlaqlarında baş verən sürüşmə və eroziya proseslərinin əmələ 

gəlmə səbəbləri və onların qarşısının alınması məsələlərindən bəhs edilir. 

Planetmizin qiymətli sərvəti sayılan otlaqlar torpağın inkişafında,formalaşmasında, 

strukturunun yaxşılaşmasında, münbitliyin artmasında əvəzsiz rol oynayır.  nsan 

öz fəaliyyəti ilə istəyindən asılı olmayaraq ərazinin təbii landşaftlarını pozur, 

dəyişdirir və əsrlər boyu yaranmış təbii ekosistemləri yenidən qurur, atmosferi, su 

hövzələrini və bütövlükdə ətraf mühiti çirkləndirir. Müasir dövrdə əvvəlki 

yüzilliklərlə müqayisədə insan öz düşünülməz təsrrüfat-iqtisadi 

fəaliyyəti ilə ətraf mühiti sürətlə dəyişdirir. Hazırda biosferdə antropogen təzyiqin 

geniş miqyasda gücləndiyi bir zamanda bitki və heyvanat aləminin müxtəfliyinin, 

genetik fondunu saxlamaq mühüm vacib problem hesab olunur. Flora və faunanın 

istənilən bir növü əvəzolunmaz genetik fond sayılır, onların birinin itirilməsi 

biosferin normal fəaliyyəti üçün yol verilməzdir. Tədqiqat sahəsi olan Böyük 

Qafqaz təbii coğrafi vilayəti respublikamızın təbii coğrafi landşaft konpleksləri 

içində özünəməxsus biogeosenozlara malikdir.Ərazinin hansı təsirlərə məruz 

qalmasını və orada baş verən eroziya proseslərinin qarşısının alınması yollarını 

müəyyənləşdirməkdən ibarətdir. 

    Ərazinin müxtəlif relyefi, iqlimi, bitki, torpaq örtüyü və bu təbii komponetlərin 

yüksəklikdən asılı olaraq yaratdığı təbii meşə, alp və subalp çəmən və çəmən-çöl 

biosenozları zaman-zaman insanın təsrrüfat fəaliyyətinin təsirinə məruz qalaraq öz 

arealını və təbii – tarixi strukturunu dəyişmiş və transformasiyaya məruz qalmışdır. 

nsan cəmiyyətinin formalaşması və onun təsərrüfat fəaliyyəti ilə əlaqədar olaraq, 

kənd təsərrüfatı bitkilərinin becərilməsi üçün yamaclardan istifadə edilməsi, 

örüşlərin intensiv mənimsənilməsi, meşələrin yanacaq əldə edilməsi məqsədilə 

qırılması, dağ yamaclarının üzüaşağı şumlanması və becərilməsi eroziya 

proseslərinin daha intensiv yayılmasına səbəb olmuşdur. Bunların da nəticəsində 

torpaqlar təbii münbitliyini itirmiş, yamaclar parçalanmış və sel daşqınlarının baş 

verməsi üçün əlverişli şərait yaranmışdır. 

Eroziya prosesi torpağın üst münbit və bioloji fəal qatını dağıdır, yağış və qar 

suları torpağı yamac boyu üzüaşağı yuyaraq, çay və dərələrə tökür. Yüksək, orta 

dağlıq və dağətəyi zonalarda, dik yamaclarda, şiddətli küləklər müşahidə olunan 

düzən ərazilərdə bitki örtüyünün dağılması, dağ yay otlaqlarında mal-qaranın 

normaya uyğun otarılmaması, torpaqdan istifadə edərkən, torpaqqoruyucu 

meliorativ və aqrotexniki tədbirlərin tətbiq edilməməsi eroziyanın şiddətlənməsinə 

səbəb olur. Şiddətli eroziya torpaq səthinin dağılması, onun yuyulub aparılması, 

ş

ırımların, yarğan və qobuların əmələ gəlməsi, torpaq və qumların sovrulması 



şə

klində təzahür edə bilər. Dağ və dağətəyi zonalarda bitki örtüyü seyrək olan və 

ya üzüaşağı şumlanmış yamaclarda leysan səciyyəli yağışdan sonra su axınları 

ə

mələ gəlməklə torpağı yuyub dağıdır. Belə sahələrdə əvvəlcə az müşahidə edilən 




39 

 

xırda, sonralar isə iri şırımlar əmələ gəlir. Təcrübə göstərir ki, belə sahələrin yararlı 



şə

klə salınması xeyli çətinləşir. 

    Eroziyaya məruz qalmış torpaqların fiziki xassələri, xüsusilə su sızdırması 

pisləşdiyi üçün səthi su axını güclənir,torpağın qida maddələri ilə zəngin olan narın 

hissəciklərini yuyub aparır və yamacda dərin şırımlar əmələ gətirir 

(B.Q.Şəkuri,2002). Belə yamaclarda şum apardıqda, bu şırımlar torpaqla tam 

dolmadığı üçün həmin sahələrə təkrar yağmurlar düşdükdə torpağın səthində yeni 

ş

ırımlar əmələ gəlir və torpaq intensiv yuyulma prosesinə məruz qalır. Bunun da 



nəticəsində torpağın üst münbit qatı tədricən yuyulub dağılır, alt qat səthə çıxır. Alt 

qatın su-fiziki xassəsi pis,eroziyaya qarşı davamlılığı zəif olduğundan yağmur 

suları torpağa hopmur və eroziya prosesinin şiddətlənməsi müşahidə 

edilir(X.M.Mustafayev, B.Q.Şəkuri,1991). Uzun illər ərzində torpaqda əmələ gəlib 

toplanmış qida maddələri səthi axın əmələ gətirən yağmurların təsirindən şırımlarla 

yuyulub aparılır və səmərəsiz olaraq çay və dənizlərə tökülür. Torpağın münbitliyi 

xeyli pisləşdiyindən yüksək məhsuldarlıq əldə etmək üçün əsas amillərdən sayılan 

rütubət itir. Həmin o torpaqlarda humusun, qida maddələrinin miqdarı kəskin 

şə

kildə azalır. Ümumiyyətlə eroziya prosesi nəticəsində respublikamızda kənd 



təsərrüfatı bitkilərinin, xüsusilə dənli bitkilərin məhsulu külli miqdarda itirilir, 

məhsulun keyfiyyəti kəskin pisləşir. Dağ-meşə zonasında meşələrin sistemsiz 

qırılması eroziyanın güclənməsinə səbəb olur və meşə bitmə şəraitini xeyli 

zəiflədir. Bu proseslər Azərbaycanın ərazisi daxilində Böyük və Kiçik Qafqazın 

müxtəlif yamaclarında, o cümlədən, Böyük Qafqazın şimal-şərq yamacı yay 

otlaqlarında da intensiv getmişdir. 

   Böyük Qafqazın şimal-şərq yamacı yay otlaqları əsas etibarı ilə Quba və Qusar 

rayonları ərazilərinin yüksəkliklərində formalaşmışlar. Bu otlaqlar 33736 ha 

ə

razini əhatə edirlər ki, bununda 28771 hası Quba rayonunun, 4965 hası Qusar 



rayonunun yüksək dağlıq qurşaqlarında yaylmışlar. Dəniz səviyyəsindən 2000- 

2200 m hündürlükdə yayılmış bu otlaq sahələri ölkə iqtisadiyyatında əvəzsiz rol 

oynayır. Həmin yüksəklikdə yaşayan əhalinin əsas təsərüffat fəaliyyəti olan 

heyvandarlıq üçün əlverişli yem bazası olan bu otlaqlar intensiv istismara məruz 

qalır. Nəticə etibarı ilə torpaqlarda eroziya prosesləri baş verir ki, bu da həmin 

ə

razidə torpaqların kənd təsərüffatında istifadəsindən çıxaraq yararsız hala 



düşməsinə səbəb olur. 

Böyük Qafqazın şimal-şərq yamacının subalp və alp çəmənliklərində dəniz 

səviyyəsindən 2000-2200 m yüksəklikdə formalaşan yay otlaqları heyvandarlıq 

üçün mühüm əhəmiyyət kəsb edir. Heyvandarlıq və arıçılıq həmin yüksəklikdə 

yaşayan insanların əsas təsərüffat fəaliyyəti hesab olunur. Heyvandarlığın inkişafı 

üçün əsas yem bazası sayılan yay otlaqları əsrlər boyu bu və ya digər məqsədlər 

üçün istifadə edilir. Bu torpaqlar otlaq kimi düzgün istifadə edilmədiyindən 

eroziyaya məruz qalmışdır. Bunlardan atmosfer yağıntıları, meşələrin intensiv 

qırılması və otarmanın düzgün aparılmaması və s. kimi səbəblər vardır. Qeyd 

etmək lazımdır ki, öyrənilən ərazidə bir çox sürüşmə hadisələri də baş vermişdir. 

     Ərazinin ot örtüyü iri və xırda buynuzlu heyvanların intensiv otarılması 

nəticəsində məhv olmaqdadır. Bildiyimiz kimi iri və xırda buynuzlu heyvanlar 




Yüklə 1,11 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə