Microsoft Word qurbanov veis docx



Yüklə 1,11 Mb.
Pdf görüntüsü
səhifə18/45
tarix23.01.2018
ölçüsü1,11 Mb.
#22079
1   ...   14   15   16   17   18   19   20   21   ...   45

36 

 

hissəsində yağıntıların nisbətində fərq vardır. Bunun səbəbi əsas etibarı ilə ərazinin 



relyef xüsusiyyətlərindən asılıdır. Havanın illik nisbi rütubətliyi dağətəyi və 

yüksək dağlıq ərazilərdə 66-78% arasında, düzənliklərdə isə 76-78% təşkil edir. 

    Ərazinin relyefi, iqlim şəraiti, bitki örtüyü və torpaqəmələgətirən süxurların 

xassə və amilləri bölgənin mövcud torpaq örtüyünün tərkib hissəsinin 

formalaşmasının əsasını təşkil edir. Torpaq ehtiyatlarının əsas hissəsi, yəni 66,4% i 

və ya ümumi torpaq fondunun 462,6 min hektarı dağlıq relyef şəraitində 

yayılmışdır. Düzən ərazilərdəisə ümumi torpaq fondunun yalnız 33,6% i və ya 

213,9 min hektarı yerləşir. Dağ torpaqlarının əsas sahəsi meşə mənşəli torpqlar 

olub dağ torpaq ehtiyyatının 63,6% ni (294,3 min ha) təşkil edir. Yüksək dağlıq 

ə

razidə yerləşən dağ-çəmən torpaqlarının tip və yarımtipləri ümumi dağ torpaq 



fondunun 38,8%-ni (142,8min ha) təşkil edir. Yay otlaq sahəsi kimi istifadə olunan 

və yüksək iqtisadi əhəmiyyət kəsb edən subalp və alp zonası torpaqları bölgənin 

ümumi torpaq fondunun 20,5%- ni əhatə edir. 

    Ərazinin dağlıq hissəsində yayılmış meşə örtüyünün formalaşdırdığı təbii 

mühitin və xüsusilə torpaq ortüyünün qoruyucusu olduğu kimi, eyni zamandada 

həmin regionda sutənzimləyici, torpaqqoruyucu və s xüsusiyyətləri ilə 

səciyyələnir. Bölgənin təbiətinə təsir göstərən meşə örtüyü son yüzillikdə, 

xüsusilədə son 25-30 ildə hədsiz qırılıb məhv edilmiş, nəticədə meşəsizləşmə baş 

verdiyindən bozqır ot bitkiləri və seyrək meşə, kserofil meşə kolluqlarının arealı 

genişlənməyə başlamışdır. Bunun nəticəsində bozqırlaşma şəraitində yaxın 

keçmişdə meşə altından çıxmış boz-qəhvəyi torpaqların tip və yarımtipləri inkişaf 

etmişdir. Hazırda ərazidə yayılmış dağ-boz-qəhvəyi torpaqlar ümumi dağ torpaq 

fondunun 3,6%-ni (25,4 min ha) təşkil edir. Bölgənin torpaq örtüyünün tərkib 

hissəsini təşkil edən kənd təsərüffatına yararlı torpaqlar ümumi torpaq fondunun 

55,5%-ni (386,6 min ha) təşkil edir. Bunun 32,9%-i əkin və dincə qoyulmuş 

torpaqlardır. Biçənək sahə kimi istifadə olunan torpaqlar 7,5%-ə, 

çoxillik əkinaltı torpaqlar 7,3%-ə çatır. Kənd təsərrüfatına yararlı torpaqlar 

içərisində ən genış sahəni örüş və otlaq torpaqları tutur. Bu torpaqlar torpaq 

ehtiyatınının 48,3%-ni əhatə edir. Həyətyanı torpaq sahələri isə 4,0% (15,3min ha) 

təşkil edir. Kənd təsərrüfatında istifadə olunmayan torpaqlar isə ümumi torpaq 

fondunun 26,8%-ni (187,0 min ha) tutur. 

    Kənd təsərrüfatına yararlı torpaqların miqdarı bölgənin ayrı-ayrı rayonlarında 

çox müxtəlifdir. Bölgədə Quba rayonu ən çox kənd təsərrüfatına yararlı torpaq 

sahəsi olan rayondur və onun sahəsi 145,7 min ha olmaqla bölgənin ümumi torpaq 

fondunun 55,8%-nə bərabərdir. Bu üstünlük torpaqların 62,2%-ni təşkil edən örüş 

və otlaq sahələrinin hesabına baş verir. Əslində isə rayonda əkin və dincə 

qoyulmuş torpaqların sahəsi Qusar və Xaçmaz rayonlarına nisbətən azdır. Qusar və 

Xaçmaz rayonlarında bu göstəricilər 23,0% və 71,7%-dir (34,5 və 44,4 min ha). 

Bölgədə torpaq istifadəçiliyinin miqyası geniş olduğundan onun bu günki 

aqroekoloji durumu da xeyli fərqlidir. Torpağın əsas aqroekoloji parametrlərindən 

biri təbii münbitlik xassələrinə görə keyfiyyət qrupları üzrə paylanması aşağıdakı 

cədvəldə verilmişdir. 

 



37 

 

                



 

 

                   Bölgənin ümumi kənd təsərrüfatı sahələrinin keyfiyyəti  



                                  qrupları üzrə paylanması (ha/%) 

                                                                                                                        Cədvəl  8 

Bonit  Keyf.                             Kənd  təsərrüfat  Sahələri 



 

 

 Əkin 


Çox 

illik 


Biçənək  Həyəty. 

 

 



                     Örüş və 

 

Cəmi 


  Kənd 

 Qəsəbə 


 Yollar 

 10 


   

   39 

  844 


   295 

   153 

    377 

      

     10 

   11 

 80 


   II 

   64 

  142 


   163 

     - 


    735 

      

     17 

   18 


 60 

   III 

   21 

  355 

   115 


     - 

    293 

      

     54 


   72 

 40 

   IV 

   15 

  190 

   101 


     - 

    421 

      4 


     45 

   96 

 20 

   

    

    - 

     

     

    139 

      2 


     12 

   17 


 10 

   I-V     12 



  282 

   291 


    153 

    146 


      6 

     33 


   38 

 

   Bölgənin məhsuldar və yararlı torpaqları müxtəlif məqsədlər üçün və uzun 

müddətli istifadə olunduğu üçün torpağın təbii münbitliyi kəskin şəkildə pisləşib 

və hazırki duruma gəlib çıxmışdır. 

    

Bunun nəticəsi olaraq bölgədə kənd təsərüffatı dövriyyəsində olan 386,5 min ha 



torpaq sahəsinin yalnız 113 min ha yaxın otlaq sahəsi I keyfiyyət qrupunda yer 

tutmuşdur. Onuda qeyd edək ki, bu torpaqların 13,6%-i yəni 15,3 min hektardan 

bir qədəri həyətyanı torpaqların payına düşür. Əkin və dincə qoyulmuş torpaq 

sahələrinin 127 min hektarından ancaq 39,2 min hektarı (30,8%) I keyfiyyət 

qrupuna daxildir. Ümumi əkin sahəsinin 64,9 min hektarı (51,2%) II, 21,3 min 

hektarı (16,8%) III və 1,6 min hektara qədəri (1,2%) IV keyfiyyət qrupunun payına 

düşür. 

    Torpaqların bir qisminin yararsız hala düşməsi bütütn otlaq sahələrində 



müşahidə olunduğu kimi bu dinamiklik biçənək və örüş otlaqlarındada müşahidə 

edilməkdədir. Hazırda ümumi sahəsi təqribən 146,2 min hektara çatan kəndyanı 

örüş torpaqlarının uzunmüddətli qayğısız və səmərəsiz istifadə edilməsi 

nəticəsində torpaq örtüyü nəinki yaxşı keyfiyyət qrupunda sabitləşmir, hətta burada 

güclü eroziya proseslərin intensivləşməsinə və aşağı keyfiyyət qruplarına 

düşməsinə səbəb olmuşdur. Ərazidə olan ümumi qış otlaqları torpaqlarının az bir 

hissəsi yüksək keyfiyyət qrupunda özünü qoruyub saxlaya bilmişdir. Yerdə qalan 

hissə isə digər keyfiyyət qruplarında özünə yer tapmışdır. Bu kimi vəziyyət 

bölgədə, xüsusilədə Quba və Qusar rayonlarında yerləşən yay otlaqlarında da 

müşahidə edilir. Hazırda bölgədə istifadə edilən 33,7 min hektara yaxın yay otlaq 

sahəsinin yalnız 10,1 min hektarı yüksək keyfiyyətli torpaqlarda yerləşir. Yay 

otlaqlarının əsas hissəsi II keyfiyyət qrupunda yerləşməklə ümumi yay otlaq 

sahəsinin 52,3%-ni yəni 17,6 min hektarını əhatə edir. 

    Qış otlaqlarında orta keyfiyyətli torpaqlara transfer olma 20,2% təşkil edirsə bu 

göstərici yay otlaqlarında 16,1% təşkil edir. Bölgənin kənd təsərrüfatı 

dövriyyəsində istifadə olunan torpaqların 78,3% yüksək və yaxşı keyfiyyətli 

torpaqlar sırasındadır. Kənd təsərrüfatına yararsız torpaqlar isə 2,9%-ə çatır. 



Yüklə 1,11 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə