49
prinsipinə bənzər bir ədəbi təsvir üsuluna meyl etməyə başladılar. Bir sıra
fransız realistləri yazıcıdan obyektivlik, elmilik və s. tələb edirdilər. Bun-
lar da tarixilik məsələsinin aspektləri idi. Naturalizmin ədəbi manifestini
1880-ci ildə Emil Zolya “Eksperimental roman” adı ilə çap etdirdi. Bura-
dakı eksperiment anlayışı o zaman darvinizmin əsas üsulu olan canlı mü-
şahidəni əks etdirirdi. Belə müşahidə konkret və fərdi faktın həm bədii,
həm də elmi mənasını ortaya qoyurdu. Yeni cərəyan Avropanın digər
ölkələrində də özünə tərəfdarlar tapdı. E.Zolya müəyyən tibbi və genetik
fərziyyələri təsvir edən, tibbi eksperimenti proses kimi təsvir edən əsərlər
də yazmışdır.
Naturalistlər həm də coşqun inkişaf edən təbiətşünaslığın, xüsusilə
darvinizmin müşahidə yolu ilə təbiəti öyrənmək metodunun təsiri altında
idilər. Onlar da obrazın, xüsusilə insan obrazlarının dəqiq təsvirini, müşa-
hidə vasitəsi ilə göstərilməsini, hətta fərdlərin genetik xüsusiyyətlərini
belə dəqiq qələmə almağı tələb edirdilər. Təbiət mənasına gələn natura
sözü də bununla əlaqədar idi. Ədəbi təsvirin dəqiqliyi elmi fakt dəqiqliyi
ilə müqayisə olunurdu və yazıçıdan elmi obyektivlik tələb edilirdi.
Naturalizmin əsas prinsipindən – həyati konkret müşahidə ilə öy-
rənmək və göstərmək prinsipindən Balzak da istifadə etmişdi və bu yolla
böyük məhsuldarlığa nail olub doxsandan artıq roman yazmışdı. Lakin
Balzak üçün həmişə bədii ümumiləşdirmə üsulu daha əsas idi. O konkret
müşahidələrdəki ən fərdi, ünvanlı cəhətləri atırdı. Lakin Emil Zolya və onun
davamçıları canlı müşahidəni məqsədə çevirirdilər. O özü şaxtaçıların həyatını
öyrənib ən yaxşı romanlarından birini “ Jerminal” əsərini yazmışdı.
Əlbəttə, naturalizmin proqramında və təcrübəsində ədəbiyyatın
inkişaf tarixi üçün mütləq yenilik yox idi, bu realizmin ümumi inkişaf
məcrası daxilində olan bir hadisə idi. Emil Zolya sadəcə öz zəmanəsində
coşqun inkişaf edən elmi prinsip və informasiyadan, elmin nəticələrindən
ədəbi yaradıcılıqda istifadə etməyə çağırırdı. Bu isə əslində onun həyata
qiymətləndirici münasibətinin Balzaka nisbətən yoxsulluğunu doldurmaq
üçün idi. Bu mənada naturalizm realizmin tarixi inkişaf üsullarından və
yollarından biridir və öz proqramı və prinsipi ilə dünyanı ədəbi təsvirin
əsas fundamental əlamətinə – dünyanı fərdi görümdə təsvir prinsipinə bir
qədər zidd idi. Aydındır ki, naturalistlər elmin nailiyyətlərindən istifadə
yolu ilə özlərinin dünyaya qiymətləndirici münasibətlərini fərdiləşdirmək
üçün istifadə edirdilər.
Naturalizm çox inkişaf etmədi: çünki onun təsvir prinsipi naturalist-
lərdən əvvəl də, onlardan sonra da olmuşdur. Sosialist realizmində, bədii
publisistikada, sənədli kinoda, foto sənətində, neorealist kinoda naturadan
təsvir prinsipindən geniş istifadə edilmişdir və edilir. Müasir bədii kinoda
50
müəyyən fərdi tibbi xəstəlik tarixçələrini ssenariləşdirən kino janrı da
naturalist sayıla bilər. Əslində hər bir yazıcı az-çox naturalistdir. E.Zolya
öz naturalistliyini prinsip kimi təbliğ edirdi, amma sonralar yazıcılar bu
təbliğatda aktual məntiq görmədilər.
1.6.2. Simvolizm. Magik, fantastik və mistik realizm
Simvolizm realizm epoxasının tərkibində bir cərəyan kimi XIX
əsrin sonlarında naturalizmə qarşı polemikada yaranmışdır. Simvolistlər
naturalizmin ifratlığından qaçmaq üçün həyat faktına qarşı simvolu
(ümumiləşdirməni) qoyurdular. Naturalizmi isə bayağı görürdülər. İrəliki
fəsillərdə biz görəcəyik ki, sözlə təsvir olunmuş həyat faktı da simvola
çevrilir. Lakin o zaman bu cəhətə əhəmiyyət vermirdilər, çünki semiotika
hələ kifayət qədər yayılmamışdı. Simvolizm deyəndə həyat həqiqətlərini
simvol dərəcəsində ümumiləşməyə üstünlük verən və konkret tarixi dövr-
də aktual olmuş bir realist fikir və yaradıcılıq məktəbi nəzərdə tutulur.
Simvolizm bütün Qərbi Avropa ədəbiyyatlarında – Fransada – S.Malarme
və A.Rembo, Belçikada – E.Verxarn, Almaniyada – Q.Qauptman, İngiltə-
rədə O.Ouayld və s. sənətkarların əsərlərində özünü göstərmişdir.
Simvolluq ədəbi obrazın, sözün təbiətindədir, ona görə bundan ifa-
də vasitəsi kimi ədəbiyyatda ən qədim vaxtlardan və bütün ədəbiyyatlarda
az-çox istifadə edilmişdir. Simvol funksiyasında sözdən başqa heyvan
obrazları, təbiət hadisələri, predmetlər, insan hərəkətləri, şəkil və hey-
kəllər və s. də çıxış edə bilir. Məsələn, nağıl və təmsillərdə heyvanlar in-
sanların simvolu kimi göstərilir. Və ya sufi poeziyanın obraz sırası başdan
başa rəmzi və simvolikdir. Bu baxımdan XIX əsrin sonlarına xas simvo-
lizmi həm də müəyyən spesifik realist obrazlılıq nəzəriyyəsinin bir şəkli
saymaq olar.
Simvolistlərdə insan obrazları həyat faktından daha çox müəyyən
ideyaların ədəbi illüstrasiyası kimi verilir. Azərbaycan ədəbiyyatında sim-
volizm cərəyan kimi olmayıb, amma XX əsrin əvvəllərinin müəyyən əsər-
lərində öz aşkar təsirini qoyub. Məsələn, C.Məmmədquluzadə “Ölülər”
pyesində simvolik ümumiləşmədən istifadə edib. Fanatizmə təslim olmuş
müsəlmanlar mənəvi ölülük rəmzi kimi verilir. Bu, fikri simvollaşdırmaq
formasıdır. Hüseyn Cavidin “İblis” dramı da simvolik təsvir üsulu ilə ya-
radılmışdır. Əsərin adına çıxarılmış iblis obrazı insanın simvolu kimi veri-
lir. Hər iki fakt bizim ədəbiyyata Qərb simvolizminin təsiri kimi qiymət-
ləndirilə bilər.
51
XX əsrin 1930-1960-cı illərində Cənubi Amerikada realizmin növ-
bəti milli forması – şərti olaraq magik realizm adlandırılan hadisə meyda-
na çıxmışdır. Cənubi Amerikada ispanlarla yerli xalqların birləşib qarış-
masından ispan dilində yeni bir ədəbi mədəniyyət yaranmış və tarixi tə-
rəqqinin nisbətən aşağı səviyyəsindən müasir sivilizasiyaya qoşulmuş bu
xalqların miflərini də realist nəsrə gətirmişdir. Mİflərdən bədii vasitə kimi
istifadə gerçəkliyi realist təsvirin imkanlarını artırır və Avropa ədəbi
tənqidinə də maraqlı təsir buraxırdı. Əslində mifdən, rəmzdən, alleqorik
obrazdan realist əsərlərdə, xüsusilə poeziyada istifadə həmişə olmuşdur,
ona görə Cənubi Amerikada Jorj Amadu, Qabriel Markes kimi yazıçıların
əsərlərində özünü göstərən magik realizmi simvolizm elementlərindən
istifadənin milli bir ədəbiyyatda üzə çıxması kimi qiymətləndirmək olar.
Mistik və ya fantasmaqorik realizm Qərbi Avropada macara nəsri-
nin bir forması kimi yaranmışdır. Bədii kino biznesinin inkişafı tamaşaçı
cəlb etmək üçün yeni-yeni süjetlər tapmalı idi. Bu süjetlərin bir qismi qə-
dim dini-mistik ədəbiyyatlarda və magiyaya dair kitablarda tapılmağa baş-
ladı. Qədim magiya və mistika bir qayda olaraq müasir həyata köçürülür.
Lakin ciddi sosial-fəlsəfi realist nəsrdə mistik ümumiləşmələrə
meyli daha artıq rus ədəbiyyatı, xüsusilə H.Qoqol, M.F.Dostoyevski və
A.P.Çexovun ədəbi təcrübəsi ilə bağlamaq daha düzgün olar. Sonralar
Frans Kafka kimi yazıcıların yaradıcılığında simvolizmin ifrat bir bədii
şərtilik şəklini alması, ədəbi obrazın öz konkretliyini itirməsi həm də onla-
rın təsiri ilə bağlı idi. Əlbəttə, Kafkada xalis alman mistikası da vardır,
lakin dünyanın fundamental fəlsəfi həqiqətlərini tapmaq və bədii şəkildə
göstərmək meylində o, rus klassikasının təsirindədir. Belə təsir German
Gessenin nəsrində də özünü göstərirdi.
Şübhəsiz ki, F.Dostoyevskidən və Avropa macara ədəbiyyatından
gələn iki müxtəlif realizm forması fərqlidir. Macəralı, mistik realizmi rus
ədəbiyyatında da müstəqil xətt kimi olmuşdur. Rus yazıçısı M.Bulqako-
vun “Usta və Marqarita” romanı bina gözəl misal ola bilər. Realizmin bu
şəklində artıq fəlsəfi-sosial ümumiləşdirmə aparıcı deyil, həyatın realist
macəralı təsviri lövhələrinə fantastik elementlər qarışır. Bu fantastikanın
məzmununa görə sözü gedən realizm formaları müxtəlif və mənaca yaxın
terminlərlə adlandırıla bilir. Məsələn, xalis fantastika elmi mistikadır. Ey-
ni zamanda, din və təriqətlərlə bağlı, tibb elmi ilə bağlı, kitab falı ilə bağlı,
cadugərliklə bağlı çoxlu əsərlər yazılmış və onların əsasında da bədii
filmlər çəkilmişdir.
XX əsrin sonlarında mistik realizmə geniş meyl müşahidə olunmuş-
dur. Bu daha çox kinoda belə süjetlərin işlənməsi və maddi uğur qazanma-
sı ilə də bağlıdır. Məsələn, Amerikada cadulanmış mənzillər mövzusu ilə
Dostları ilə paylaş: |