Microsoft Word Sosial inkisaf?n t?min edilm?sinin regional aspektl?ri docx



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə20/36
tarix05.12.2017
ölçüsü5,01 Kb.
#14124
1   ...   16   17   18   19   20   21   22   23   ...   36

60 
 

işsizlərin sosial  müdafiəsinin  təmin  edilməsi,  işə düzəlməkdə çətinlik çəkən 
vətəndaşların  məşğulluğunun  təmin  edilməsinə  kömək  edən  xüsusi  tədbirlərin 
həyata keçirilməsi; 

sahibkarlığın, kiçik və orta biznesin inkişafının, eləcə də fərdi əmək fəaliyyəti 
ilə məşğul olanların (xüsusilə də əmək bazarında gərginlik olan ərazilərdə) iqtisadi 
həvəsləndirilməsinin təmin edilməsi; 

peşə təhsilinin əmək bazarının dəyişən tələblərinə uyğunlaşdırılması məqsədi 
ilə bu sahədə yeni ixtisas və ixtisaslaşma təsnifatının hazırlanması; 

peşə hazırlığı (əlavə təhsil), iqtisadiyyatın sahələri üzrə əhalinin məşğulluğu 
və boş iş yerləri haqqında məlumatı əhatə etməklə, əmək bazarının vəziyyətinə dair 
analitik-informasiya sisteminin yaradılması və tətbiq olunması; 

işləyənlərin layiqli həyat səviyyəsini təmin etmək məqsədi ilə iqtisadiyyatın 
inkişafından  asılı  olaraq  minimum  əməkhaqqının  mərhələli  artımının  həyata 
keçirilməsi; 

məşğulluq və işsizlik  səviyyəsinin real vəziyyətinin  qiymətləndirilməsi  üzrə 
tədbirlərin davam etdirilməsi; 

ə
mək qanunvericiliyinə riayət olunmasına nəzarətin təmin edilməsi; 

ə
mək şəraiti və əməyin ödənilməsi müasir tələblərə cavab verən iş yerlərinin 
yaradılması və mövcud iş yerlərinin səmərəliliyinin artırılması; 

qeyri-neft sektorunda, xüsusilə aqrar, toxuculuq, emal müəssisələri və xidmət 
sahələrinin inkişafı hesabına yeni iş yerlərinin yaradılması; 

kənd  yerlərində sosial  və kommunal  infrastrukturun inkişaf  etdirilməsi  yolu 
ilə əhalinin, xüsusən də gənclərin miqrasiya səviyyəsinin azaldılması; 

ə
mək  bazarının  tələblərini  nəzərə  alaraq  rəqabət  qabiliyyətli  ixtisaslar  üzrə 
kadrların hazırlanması istiqamətində peşə təhsili sisteminin təkmilləşdirilməsi; 

SCO-88/ SCO-08 
beynəlxalq 
məşğulluq 
təsnifatına 
ə
saslanan 
təkmilləşdirilmiş peşə və təlim standartlarının hazırlanması və tətbiqi; 

işə düzəlməkdə çətinlik çəkən vətəndaşların məşğulluğunun təmin edilməsinə 
köməklik göstərilməsi; 


61 
 

qadınların əmək bazarında rəqabət qabiliyyətlərinin artırılması, onlar arasında 
sahibkarlığın  və  özünüməşğulluğun  inkişaf  etdirilməsi,  işsiz  və  işaxtaran 
qadınların peşə hazırlığı və əlavə təhsilinin təmin edilməsi; 

gənclərin məşğulluğunun artırılması; 

ə
məkqabiliyyətli  əlillərin  cəmiyyətə,  o  cümlədən  əmək  bazarına 
inteqrasiyasının təmin edilməsi, onların məşğulluq səviyyəsinin artırılması; 

qaçqın  və  məcburi  köçkünlər  üçün  peşə  hazırlığının  təmin  edilməsi,  onlar 
arasında özünüməşğulluğun inkişaf etdirilməsi; 

cəzaçəkmə  müəssisələrindən  azad  ediləcək  şəxslərin  məşğulluğunun  təmin 
edilməsinə  köməklik  göstərilməsi  məqsədi  ilə  peşə  hazırlığı  kurslarının  təşkil 
edilməsi; 

işaxtaran  və  işsiz  vətəndaşların  sosial  müdafiəsinin  ünvanlı  dövlət  sosial 
yardımı sistemi ilə əlaqələndirilməsi işinin təkmilləşdirilməsi; 

sosial  müdafiəyə  xüsusi  ehtiyacı  olan  əhali  qrupları  üçün  yeni  iş  yerlərinin 
yaradılması; 

işsizlik  müavinətinin  minimum  məbləğinin  artırılması  və  onun  mərhələlərlə 
minimum yaşayış standartlarına  çatdırılması; 

sahə  səviyyəsində  kollektiv  sazişlərin  və  müəssisə  səviyyəsində  kollektiv 
müqavilələrin  bağlanması  işinin  təşkil  edilməsinə  dövlət  nəzarətinin 
gücləndirilməsi; 

kollektiv  saziş  və  müqavilələrdə  məşğulluğun  təmin  olunması,  kadrların 
hazırlanması  və  işçilərin  sosial  müdafiəsinin  gücləndirilməsi  məsələlərinin  əks 
etdirilməsi; 

ə
halinin  məşğulluğunun  artırılması  sahəsində  tədbirlərin  sosial  tərəfdaşlıq 
prinsipi əsasında həyata keçirilməsi; 

sosial  tərəfdaşlığın  səmərəliliyinin  artırılması  məqsədi  ilə  sosial  və  iqtisadi 
məsələlər  üzrə  daimi  fəaliyyət  göstərən  üçtərəfli  komissiyanın  yaradılması  üçün 
tədbirlərin həyata keçirilməsi. 
 


62 
 
                  
 
 
2.2.Sosial siyasətin təkmilləşdirilməsi istiqamətləri 
 
    Hər  bir  dövlətin  həyata  keçirdiyi  sosial  siyasət  həmin  dövlətin  idarəetmə 
sistemindən,  siyasi  rejimdən  birbaşa  asılıdır.Bu  mənada  hər  bir  dövlətin  sosial 
siyasəti digərindən fərqlənir.Məsələn, totalitar dövlətdə sosial siyasət sosial sahədə 
totalitar  fəaliyyətinə  qədər  məhdudlaşdırılır.Demokratik  cəmiyyətdə  isə  sosial 
siyasət  demokratik  dövlətin  daşıdığı  funksiyanı  və  vətəndaş  cəmiyyətinin 
subyektlərini  təmsil  edir.Dövlətin  müxtəlif  sahələrdə  həyata  keçirdiyi  geniş 
islahatlar  sosial  siyasətin  qarşısında  duran  kompleks  vəzifələrin  həllini,bəzi 
hallarda  isə  bir  sıra  mənfi  halların  və  ziddiyətlərin  aradan  qaldırılmasını  tələb 
edir.Göründüyü  kimi,  sosial  siyasət  anlayışı  özündə  cəmiyyətin  ümumi  inkişaf 
xüsusiyyətlərini  özündə  ehtiva  edir.Belə  ki,  hər  bir  dövlət  öz  inkişafına  və 
məqsədlərinə  uyğun  olaraq  sosial  siyasəti  formalaşdırır  və  bu  siyasətin  həyata 
keçirilməsi üçün zəruri şəraitin yaradılmasını təmin etməyə çalışır. 
   Sosial  siyasətin  həyata  keçirilməsi  onun  məqsəd  və  vəzifələrinin  düzgün 
müəyyənləşdirilməkdən  asılıdır.Sosial  siyasətin  məqsədi  qarşıya  qoyduğu 
məqsədlərə  yardım  etməkdir.Sosial  siyasətin  başlıca  məqsədi  yoxsulluğun  aradan 
qaldırıldığı,  sosial  təzadların  olmadığı  və  ya  kəskin    münaqişələrsiz  həll  edildiyi 
yüksək həyat səviyyəsinə malik cəmiyyət formalaşdırmaqdan ibarətdir. 
   Sosial  siyasətin  məqsədi  təkcə  bu  günü  deyil,  gələcəyi  də  mütləq  nəzərə 
almalıdır.Bu siyasət elə  bir  şərait  yaratmalıdır  ki,  insanlar  layiqli  əmək  fəaliyyəti 
ilə  məşğul  olsunlar,  yüksək  sosial  fəallıq  göstərərək  cəmiyyətin  maddi  rifahının 
yaxşəlaşdırılması  sahəsində  təməli  möhkəmləndirsinlər  və  onun  sosial  təminat 
səviyyəsini yüksəltsinlər.  
    Sosial  siyasətin  qarşısında  duran  məqsəd  insanlarda  fəal  həyat  mövqeyi 
formalaşdırmaqdan,  cəmiyyətin  ümumi  rifahını,  humanistləşdirmə  səviyyəsini 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə