Microsoft Word Sosial inkisaf?n t?min edilm?sinin regional aspektl?ri docx



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə19/36
tarix05.12.2017
ölçüsü5,01 Kb.
#14124
1   ...   15   16   17   18   19   20   21   22   ...   36

57 
 
- əmək bazarında tələb və təklif arasında dinamik uyğunluğun gücləndirilməsinə 
yönəldilmiş institusional infrastrukturu təkmilləşdirmək; 
-  kadr  hazırlığı  sisteminin,  o  cümlədən  peşə  hazırlığı  və  ixtisasartırma 
şə
bəkəsinin  fəaliyyətini  dinamik  inkişaf  edən  əmək  bazarının  tələblərinə 
uyğunlaşdırmaq. 
Yaxın onillikdə həyata keçiriləcək məşğulluq strategiyası bir-birini tamamlayan iki 
mərhələdə reallaşdırılacaqdır. 
       2006-2010-cu  illəri  əhatə  edən  birinci  mərhələdə  əsas  hədəf  olaraq  hazırda 
mövcud  olan  işsizliyin  nəzərə  çarpacaq  dərəcədə  azaldılması,  işsizlərin,  sosial 
həssas  əhali  təbəqələrinin  sosial  müdafiəsinin  gücləndirilməsi,  əmək  bazarının 
təkmilləşdirilməsinə yönəlmiş addımların atılması nəzərdə tutulur. Bununla yanaşı, 
ə
mək  ehtiyatlarının  keyfiyyətcə  yaxşılaşması,  onun  rəqabət  gücünün  artırılması, 
iqtisadi  fəallığın  yüksəldilməsi  üçün  əlverişli  şəraitin  yaradılması  daim  diqqət 
mərkəzində olacaqdır. 
      2011-2015-ci  illəri  əhatə  edən  ikinci  mərhələdə  fəaliyyət  istiqaməti,  əsasən, 
işçi  qüvvəsinə  tələbatın  stimullaşdırılmasını  təmin  edən,  yüksək  beynəlxalq 
standartlara  uyğun  işgüzarlıq  mühitinin  formalaşmasına,  struktur  islahatlarının 
dərinləşdirilməsinə, investisiya fəallığının daha da artırılmasına və insan kapitalının 
yüksək inkişaf səviyyəsinin təmin edilməsinə yönəldiləcəkdir.[5] 
      Məşğulluq strategiyasının həyata keçirilməsində mühüm istiqamətlərdən biri 
yeni  iş  yerlərinin  yaradılmasını  məhdudlaşdıran  amillərin  aradan  qaldırılması  və 
məşğulluq  səviyyəsinin  artırılmasını  stimullaşdıran  institusional  şərait 
yaradılmışdır.  Bu  baxımdan  dövlət  tənzimləmə  mexanizminin  əsas  tərkib 
hissələri olan fiskal və monetar siyasətin səmərəli şəkildə həyata keçirilmə-si və 
sahibkarlığın,  xüsusilə  kiçik  və  orta  sahibkarlığın  inkişafına  yönəlmiş  tədbirlərin 
görülməsi xüsusi əhəmiyyət kəsb edir. 
Bu sahədə aşağıdakı prioritet istiqamətlər müəyyən edilmişdir: 
- sahibkarlığın  inkişafına  mane  olan  problemlərin  aradan  qaldırılması,  xarici 
iqtisadi  fəaliyyət  iştirakçılarına  sağlam  rəqabət  şəraitinin  yaradılması  sahəsində 


58 
 
müvafiq tədbirlərin həyata keçirilməsinin davam etdirilməsi; 
- Azərbaycan  Respublikasının  Ümumdünya  Ticarət  Təşkilatına  üzvlüyünün  ölkə 
iqtisadiyyatına və xüsusilə əmək bazarı və məşğulluğa təsirinin araşdırılması və 
bununla bağlı zəruri qabaqlayıcı tədbirlərin işlənilməsi; 
- ölkədə  makroiqtisadi  sabitlik  sahəsində  əldə  olunmuş  nailiyyətlərin 
möhkəmlənməsinə,  inflyasiyanın  qarşısının  alınmasına,  manatın  məzənnəsinin 
sabit  saxlanılmasına,  beynəlxalq  normalara  uyğun  valyuta  ehtiyatlarının 
yaradılmasına  və  ölkənin  tədiyə  qabiliyyətinin  yaxşılaşmasına  yönəldilmiş  pul-
kredit siyasətinin davam etdirilməsi; 
- sahibkarların  maliyyə  resurslarına  olan  ehtiyaclarmı  daha  dolğun  ödəmək 
məqsədilə verilən kreditlər üçün girov təminatı sisteminin təkmilləşdirilməsi; 
- dövlət  satınalmaları  ilə  əlaqədar  keçirilən  tenderlərdə  yerli  mallar  (işlər  və 
xidmətlər) təklif edən təşkilatlara üstünlük verilməsi; 
- yerli  sənaye  məhsullarının  dünya  bazarında  rəqabət  qabiliyyətinin 
yüksəldilməsi sahəsində tədbirlərin həyata keçirilməsi; 
- ölkədə sığorta sisteminin inkişaf  etdirilməsi, sığorta şirkətlərinin  fəaliyyətinin 
təkmilləşdirilməsi, sığorta bazarında investisiya siyasətinin formalaşması; 
- beynəlxalq  maliyyə  qurumlarının  orta  və  kiçik  sahibkarlığın  inkişafına  cəlb 
edilməsi; 
- regional iqtisadi əlaqələrin genişləndirilməsi; 
  -kiçik 
sahibkarlıq 
subyektlərində 
yeni 
texnologiyaların 
tətbiqinin 
stimullaşdırılması  və  yerli  xammaldan  istehsal  olunan  məhsulun  rəqabət 
qabiliyyətinin yüksəldilməsi. 
       Dövlət Proqramında 2011-2015-ci illər üçün nəzərdə tutulan tədbirlərin həyata 
keçirilməsindən 
aşağıdakı 
nəticələr 
gözlənilir: 
-  səmərəli  məşğulluq  siyasətinin  həyata  keçirilməsi  üçün  əlverişli  şəraitin 
yaradılması; 
-  əmək  ehtiyatlarının  keyfiyyətcə  yaxşılaşdırılması  və  iqtisadi  fəallığın 
yüksəldilməsi  üçün  əlverişli  şərait  yaradılması,  kadr  hazırlığı  sisteminin,  o 


59 
 
cümlədən  peşə  hazırlığı  və  əlavə  təhsil  şəbəkəsinin  fəaliyyətinin  dinamik  inkişaf 
edən əmək bazarının tələblərinə uyğunlaşdırılması; 

işaxtaran 
və 
işsiz  şəxslərin 
sosial 
müdafiəsinin  gücləndirilməsi; 
-  əmək  bazarında  tələb  və  təklif  arasında  dinamik  uyğunluğun  gücləndirilməsinə 
yönəldilmiş institusional mühitin təkmilləşdirilməsi; 
-  yüksək  beynəlxalq  standartlara  uyğun  işgüzarlıq  mühitinin  formalaşdırılması; 
-  struktur  islahatların  dərinləşdirilməsi,  investisiya  fəallığının  artırılması; 
-  insan  kapitalının  yüksək  inkişaf  səviyyəsinin  təmin  edilməsi.[5] 
      Dövlət 
Proqramının 
həyata 
keçirilməsinin 
maliyyə 
təminatı: 
      Dövlət  Proqramının  maliyyə  təminatını  dövlət  büdcəsinin  vəsaiti  və 
Azərbaycan  Respublikasının  qanunvericiliyində  nəzərdə  tutulmuş  digər  mənbələr 
təşkil edir. 
       Dövlət Proqramının həyata keçirilməsi üzrə Tədbirlər Planı: 
     2014-2017-ci  illərdə  məşğulluq  sahəsində  məqsədlərin  həyata  keçirilməsi  və 
hədəflərə nail olmaq üçün aşağıdakı tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur: 
-ölkədə  makroiqtisadi  sabitlik  sahəsində  əldə  olunmuş  nailiyyətlərin   
möhkəmləndirilməsi,  inflyasiyanın  məqbul  səviyyədə  saxlanmasını  dəstəkləyən 
siyasətin davam etdirilməsi; 

yerli  sənaye  məhsullarının  dünya  bazarında  rəqabət  qabiliyyətinin 
yüksəldilməsi sahəsində tədbirlərin həyata keçirilməsi;  

regional iqtisadi əlaqələrin genişləndirilməsi; 

ə
dalətli rəqabət mühitinin formalaşdırılması və inkişafı; 

elmi  tutumlu  sahələrin  inkişafı  ilə  bağlı  qabaqcıl  texnologiya  və 
innovasiyaların tətbiq edilməsi; 

təklif  olunan  işçi  qüvvəsi  ilə  mövcud  iş  yerlərinin  sayı  arasında  tarazlığı 
təmin edən şəraitin yaradılması; 

qeyri-formal məşğulluğun qarşısının alınması; 

neft  ixracından  əldə  olunan  gəlirlərin  bir  hissəsinin  insan  kapitalının 
inkişafına istiqamətləndirilməsi; 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə