Həsənov Yusifəli Lətif oğlu
82
ticəsində “Azərbaycan-Çin iqtisadi forumu, Pekin-2003” adı al-
tında tədbirin hazırlanması və 2003-cü ilin aprelin ortalarında
onun Pekində keçirilməsi barədə razılıq əldə olunmuşdur. Foru-
mun məqsədi Azərbaycan və Çinin respublikalarının hazırkı iq-
tisadi vəziyyəti ilə tanışlıq, həmçinin qarşılıqlı faydalılıq şərai-
tində hər iki ölkənin dövlət təşkilatları və iş adamlarının ticarət-
iqtisadi əməkdaşlığının inkişafına cəlb edilməsindən ibarət idi.
Elə bu tədbirdə tərəflərin futbol və voleybol komandaları arasın-
da dostluq görüşləri keçirilmişdir. Çin tərəfi forum iştirakçıları
ilə əlaqədar bütün xərcləri, o cümlədən idmançılar qrupu və in-
cəsənət nümayəndələrinin Bakı-Urumçi-Bakı reysləri ilə təyyarə
biletlərinin 50 faizinin ödənilməsini öz üzərinə götürmüşdür.
Çinin dövlət gənclər və idman qurumları ilə rəsmi əlaqələrin
qurulması məqsədilə hələ 1999-cu ildə Azərbaycan Respublika-
sının o vaxtkı Gənclər və İdman Nazirliyində “Azərbaycan Res-
publikası Hökuməti ilə Çin Xalq Respublikası Hökuməti arasın-
da gənclərlə iş və idman sahəsində əməkdaşlıq haqqında saziş”
layihəsi hazırlanmış və Azərbaycan Respublikasının Xarici İşlər
Nazirliyi tərəfindən 2000-ci və 2005-ci illərdə Çinə göndərilmiş-
di. Çin tərəfi bu sazişə dair öz rəyini son vaxta qədər bildirmə-
mişdi. Lakin 2000-ci ildə Çin tərəfinin təklifinə əsasən bizim
Gənclər və İdman Nazirliyimiz ilə Ümumçin Gənclər Federasi-
yası arasında ikitərəfli əməkdaşlıq haqqında və Çinin Dövlət
Baş İdman İdarəsi ilə idman sahəsində əməkdaşlıq haqqında iki
çərçivə sazişi, daha sonra Azərbaycan Respublikası Prezidenti-
nin 2005-ci ilin martında Çinə səfəri zamanı “Azərbaycan Res-
publikası Gənclər, İdman və Turizm Nazirliyi ilə Ümumçin
Gənclər Federasiyası arasında gənclərlə iş sahəsində əməkdaşlıq
haqqında saziş” imzalanmışdı [11, “Azərbaycan Respublikası
Gənclər, İdman və Turizm Nazirliyinin ÇXR ilə əməkdaşlığı
haqqında məlumat”]. 2005-ci ilin fevralında Çinin Azərbaycan-
dakı səfirliyindən daxil olmuş notada göstərilmişdir ki, 2000-ci
ildə iki ölkənin idman strukturları arasında idman sahəsində
əməkdaşlıq haqqında sənəd imzalandığından Çin tərəfi höku-
Azərbaycan Respublikası beynəlxalq idman və turizm əlaqələri sistemində
(1991-2005-ci illər)
83
mətlərarası sazişin imzalanmasını məqsədəuyğun hesab etmir.
Çin tərəfi Çin və Azərbaycan milli olimpiya komitələri arasında
əməkdaşlıq haqqında sazişin imzalanmasını təklif etmişdir. Əl-
bəttə ki, olimpiya komitələri arasında da əməkdaşlıq haqqında
ayrıca sazişin imzalanması mümkündür və bunun gənclərlə iş və
idman sahəsində əməkdaşlıq haqqında hökumətlərarası sazişə
maneçiliyi olmadığından ölkələrimiz arasında idman sahəsində
mövcud əlaqələrin inkişaf etdirilməsi və genişləndirilməsi üçün
idman sahəsində hökumətlərarası sazişin imzalanması vacib he-
sab olunmalıdır. Mövcud olan əlaqələri genişləndirmək məqsə-
dilə Azərbaycan Milli Olimpiya Komitəsi “Azərbaycan Milli
Olimpiya Komitəsi ilə Çin Olimpiya Komitəsi arasında texniki
və idman əməkdaşlığı haqqında saziş” layihəsini hazırlamışdı.
Həmçinin Çin Dövlət Turizm İdarəsində keçirilmiş görüşdə öl-
kələrimizin bu sahədəki əməkdaşlığını inkişaf etdirmək məsələ-
ləri müzakirə olunmuşdu [11, v.4].
Asiyanın və eləcə də bütün dünyanın ən aparıcı dövlətlərin-
dən biri olan Yaponiya ilə idman sahəsində əməkdaşlığa Azər-
baycan idmançıları həmişə böyük əhəmiyyət vermişlər. XX əs-
rin sonu– XXI əsrin lap əvvəllərində Gənclər, İdman və Turizm
Nazirliyi Yaponiyanın bir sıra qurum və təşkilatları ilə birgə la-
yihələrdə, eləcə də Azərbaycan və Yaponiya idmançıları qarşı-
lıqlı olaraq hər iki dövlətin ərazisində keçirilən idman yarışların-
da fəal iştirak etmiş, birgə təlim-məşq toplanışları həyata keçir-
miş, gənclərimiz müxtəlif proqramlar çərçivəsində Yaponiyaya
səfərlər etmişlər [41, v.4]. Azərbaycan və Yaponiya hökumətləri
arasında 3 may 1999-cu ildə bağlanmış notalar mübadiləsinə
əsasən 2000-ci ildə Yaponiya hökumətinin “Mədəniyyət qrantı”
çərçivəsində idman nazirliyi cüdo, boks və karate idman növləri
üçün avadanlıq ilə təchiz olunmuşdur [41, v.8]. Bu kömək son-
rakı illərdə də davam etdirilmiş, 12 sentyabr 2003-cü ildə res-
publika idman təmayüllü məktəbi ilə Yaponiyanın Azərbaycan-
dakı səfirliyi arasında imzalanmış qrant sazişinə əsasən məktə-
bin tədris korpusunda təmir işləri həyata keçirilmişdir [41, v.9].
Həsənov Yusifəli Lətif oğlu
84
Hər iki ölkənin idmançıları Azərbaycan Respublikası və Yapo-
niyada keçirilmiş müxtəlif idman tədbirlərində qarşılıqlı iştirak
etmiş, birgə təlim-məşq toplantıları həyata keçirmişdilər. Belə ki,
23–25 aprel 2004-cü ildə Bakıda keçirilən bədii gimnastika üzrə
dünya kubokunun mərhələ yarışlarında, 24–27 iyun 2005-ci ildə
Tokioda keçirilən uşaq və gənclər, kişi və qadınlar arasında ko-
siki karate-do üzrə 24-cü Yaponiya açıq çempionatı–dünya ku-
boku yarışlarında, 3–9 oktyabr 2005-ci ildə bədii gimnastika üz-
rə dünya çempionatında, 27–29 oktyabr 2005-ci ildə Yaponiya-
da armsport üzrə 26-cı dünya çempionatında, 2006-cı ilin 12–22
yanvarında cüdo üzrə Tokioda Ciqaro Kanonun xatirəsinə həsr
olunmuş beynəlxalq turnirdə və başqa idman yarışlarında iştirak
etmişdilər. 2005-ci ilin dekabrında Azərbaycan və Yaponiyanın
bədii gimnastika üzrə yığma, 29 yanvar– 4 fevral 2006-cı ildə
cüdo üzrə gənclərdən ibarət milli komandaları Bakıda birgə tə-
lim-məşq toplanışları keçirmişdilər. Göründüyü kimi, Yaponiya
ilə gənclər siyasəti və idman sahəsində əlaqələrimizin daha da
inkişaf etdirilməsi qarşılıqlı fayda verdiyindən və iki ölkənin
gənclər təşkilatları, təhsil ocaqları və tədqiqat müəssisələri ara-
sında əlaqələrin qurulmasını mühüm hesab etmək olar. Həmçi-
nin idman mütəxəssislərinin təcrübə mübadiləsinin təşkili əlaqə-
lərimizin inkişafına böyük töhfə verə bilər.
Azərbaycan Respublikası ilə dünyanın ən qüdrətli müsəl-
man dövlətlərindən biri olan Pakistan arasında beynəlxalq idman
əlaqələri də öz miqyasına görə diqqəti cəlb edir. 10 avqust 1995-
ci və 5 mart 1996-cı illərdə Pakistanın Azərbaycandakı səfiri öl-
kəmizin müvafiq qurumlarının rəhbərləri ilə görüşərək, iki ölkə
arasında birgə turnir təşkil edilməsi, idmançıların və idman ko-
mandalarının mübadiləsi, bir sıra idman növləri üzrə Pakistan
komandalarının hazırlığına Azərbaycan məşqçilərinin köməyi və
digər məsələləri müzakirə etmişdi [28, v.6].
Azərbaycan Respublikası və Pakistan İslam Respublikası
hökumətləri arasında 30 oktyabr 1995-ci ildə Bakıda imzalanmış
“Mədəni, elmi və humanitar əlaqələr haqqında saziş”in səkkizin-
Dostları ilə paylaş: |