Azərbaycan Respublikası beynəlxalq idman və turizm əlaqələri sistemində
(1991-2005-ci illər)
85
ci maddəsində tərəflər idman, turizm sahəsində əməkdaşlığı in-
kişaf etdirməyi, gənclər təşkilatları, qadın cəmiyyətləri və başqa
qeyri-hökumət təşkilatları arasında əlaqələrin möhkəmləndiril-
məsinə kömək etməyi qərara almışdılar. Bu sazişin yerinə yeti-
rilməsi və genişmiqyaslı qarşılıqlı faydalı əməkdaşlığın təşviq
edilməsi məqsədilə hər iki tərəf Azərbaycan–Pakistan birgə ko-
missiyasının yaradılması haqqında 9 sentyabr 1995-ci ildə Bakı-
da razılığa gəlmişdir. Komissiya iqtisadiyyat, ticarət, elm və tex-
nologiya, nəqliyyat vasitələri, informasiya, təhsil, turizm və mə-
dəniyyət sahələrində qarşılıqlı maraq doğuran bütün məsələləri
öyrənməli və bu sahələrdə əməkdaşlığın genişləndirilməsi barə-
də təkliflər verməliydi. Azərbaycan Respublikasının prezidenti
H.Ə.Əliyevin 9-11 aprel 1996-cı ildə Pakistan İslam Respubli-
kasına səfəri ölkələrimiz arasında digər sahələrdə olduğu kimi
gənclər, idman və turizm sahələrində də əməkdaşlığın genişlən-
məsinə səbəb olmuş, bu əlaqələrin gələcək inkişafına müsbət şə-
rait yaratmış, idman nazirliyimiz tərəfindən mütəmadi olaraq,
Pakistanın idman qurumları ilə əlaqə saxlanılmış, informasiya
və təcrübə mübadiləsi həyata keçirilmişdir [28, v.5]. Bu səfər za-
manı aprelin 10-da İslamabadda idmana aid Anlaşma Memoran-
dumu imzalanmışdır [28, “Azərbaycan və Pakistan arasında bə-
dən tərbiyəsi və idman sahəsində əməkdaşlığa dair məlumat”].
Azərbaycan Respublikasının müvafiq qurumları tərəfindən Paki-
stanın müvafiq qurumları ilə idman sahəsində əlaqələrin geniş-
ləndirilməsinə, idmançıların, mütəxəssislərin, idman xadimləri-
nin beynəlxalq yarışlarda və digər tədbirlərdə iştirakına şərait
yaradılmasına, Pakistanda keçirilən müxtəlif tədbirlərdə gənc-
lərin və idmançıların iştirakına diqqət yetirilmişdi [28, v.5-13].
Belə ki, Pakistan tərəfinin xahişi ilə beş nəfər məşqçi qadın
1996-ci ilin sentyabrında bir il müddətinə işləmək üçün Paki-
stana göndərilmiş, 1996-cı ilin 13-29 oktyabrında İslamabadda
islam ölkələri qadınlarının ikinci oyunlarına hazırlıq məqsədilə
yarışlarda (basketbol, atletika, otüstü hokkey, badminton, stolüs-
tü tennis üzrə 5 növdə idmançılarımız 2 gümüş, 3 bürünc medal
Həsənov Yusifəli Lətif oğlu
86
qazanmışlar) 64 nəfərlik nümayəndə heyətimiz iştirak etmişdir.
Elə buradaca təşkilatçıların təklifinə əsasən badminton yığma
komandamız bir həftəlik təlim-məşq toplanışında olmuşdur [28,
v.2-3]. Həmin ildən başlayaraq respublikamızda ənənəvi olaraq
Beynəlxalq Həvəskar Boks Assosiasiyasının Prezidenti əslən
Pakistandan olan professor Ə.Çoudrinin şərəfinə ənənəvi bey-
nəlxalq turnirin keçirilməsinə başlanılmışdır. 2004-cü ildə turnir
“A” kateqoriyası statusunu almış və həmin il olimpiya lisenziya-
lı turnir olmuş, Azərbaycan boksçularından A.Məmmədov,
C.Əliyev və Ə.İsmayılov Olimpiya oyunlarına lisenziyanı məhz
bu turnirdə əldə etmişdilər [28, v.6].
Pakistan komandası sonrakı illərdə də daimi olaraq bu tur-
nirdə müvəffəqiyyətlə iştirak etmişdir. Çox təəssüf ki, iştirak
edən Pakistan idmançılarının sayı qənaətbəxş olmamışdır (hər il
2-5 idmançı). Həm Azərbaycan, həm də Pakistan boksçularının
idman ustalığının artmasında bu turnirin müstəsna əhəmiyyəti
olmuşdur. Azərbaycan boksunun 1996-2002-ci illər ərzindəki
nailiyyətlərinə nəzər saldıqda aydın olur ki, Avropa, dünya çem-
pionatlarında və olimpiya oyunlarında qazanılan medalların ək-
sər sahibləri məhz AİBA prezidentinin şərəfinə keçirilmiş bey-
nəlxalq turnirlərin iştirakçıları olmuşdular. Qeyd edək ki, 1996-
cı ildən 2003-cü ilə qədər Azərbaycanın boksçu idmançıları Av-
ropa və dünya çempionatında qızıl, gümüş, bürünc medallar,
Olimpiya oyunlarında isə bir bürünc medal qazanmışlar. 1996-cı
ildə Azərbaycan boksçuları Kəraçidə keçirilən beynəlxalq yarış-
larda iştirak etmişlər. Qeyd etmək lazımdır ki, Pakistan Boks Fe-
derasiyası Azərbaycan boks komandalarını onların razılığı ilə bi-
rinci beynəlxalq kadet və yeniyetmə boks turnirinə (15-20 sent-
yabr 1996) dəvət etmiş, Pakistan Boks Federasiyasının prezi-
denti 1500 ABŞ dolları dəyərində ləvazimatı ilkin olaraq, kömək
üçün Azərbaycan Boks Federasiyasına bağışlamış, sonra isə
Pakistan idman əşyalarını təqdim etmişdi. Bunlardan əlavə
Pakistan Boks Federasiyasının prezidenti özünün 5000 ABŞ
dolları məbləğində məvacibini də bizim federasiyaya bağış-
Azərbaycan Respublikası beynəlxalq idman və turizm əlaqələri sistemində
(1991-2005-ci illər)
87
lamışdır. Azərbaycan boksçuları 1997, 1998 və 2003-cü illərdə
də Kəraçidə keçirilən beynəlxalq yarışlarda iştirak etmişdilər.
Bütün bunlar əyani şəkildə sübut edir ki, iki ölkə arasında boks
sahəsində əlaqələrimiz daha geniş və intensiv olmuşdur. İdma-
nın digər sahələri üzrə də əlaqələrin qurulması istiqamətində
işlər gedirdi. Belə ki, 2 sentyabr 1996-cı ildə Pakistanın otüstü
hokkey, atletika, qayıq sürmə, boks federasiyaları Azərbaycan-
dakı səfirlikləri vasitəsilə ölkəmizin müvafiq federasiyaları ilə
əlaqələr qurmaq istəklərini bildirmiş, nəticədə ölkələrimizin
boks, badminton, stolüstü tennis, otüstü hokkey üzrə federa-
siyaları arasında işgüzar əməkdaşlıq əlaqələri yaranmışdı. Bun-
larla yanaşı təkcə bu ölkələrin özündə keçirilən idman yarış-
larında deyil, digər beynəlxalq tədbirlərdə də əməkdaşlıq inkişaf
edirdi. Məsələn, İslam Həmrəylik İdman Federasiyası tərəfindən
təklif olunmuş və 1998-ci ilin martında Lahorda keçirilmiş
“İdmanın təşkili və ona rəhbərlik” mövzusundakı kursda, habelə
yenə də həmin federasiyanın Lahorda 2001-ci ilin 21-23
yanvarında keçirilmiş antidopinq kursunda da Azərbaycan
Respublikasının nümayəndələri iştirak etmişlər.
Azərbaycan və Pakistan respublikalarının hökumətləri ara-
sında ticarət, elm və texnologiya, nəqliyyat, informasiya, təhsil,
turizm və mədəniyyət sahələrində əməkdaşlığın genişləndiril-
məsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2000-ci
il 17 may tarixli sərəncamı ilə yaradılmış Azərbaycan-Pakistan
birgə komissiyasının 1-ci iclası 2000-ci ilin 28-29 sentyabrında
Bakıda keçirilmiş və müvafiq protokol imzalanmışdı [28, v.13].
Azərbaycan-Pakistan birgə komissiyasının 2-ci iclası 2002-ci
ilin aprelində İslamabadda keçirilmiş və burada həmçinin idman
əlaqələrinin inkişaf etdirilməsi, genişləndirilməsi və s. bu kimi
məsələlər müzakirə olunmuşdur. Digər ölkələrlə olduğu kimi
Pakistanla da idman əlaqələrinə müqavilələrlə yanaşı birgə ko-
missiyanın iclasları öz təsirini göstərmişdir.
İki ölkə arasında idman sahəsində idmançılar və idman təş-
kilatları arasında əlaqələrin inkişaf etdirilməsi məqsədi ilə Paki-
Dostları ilə paylaş: |