Həsənov Yusifəli Lətif oğlu
112
əlaqə və əməkdaşlığın genişləndirilməsi ilə bağlı fikir mübadilə-
si də aparılmışdır. Ölkə mədəniyyətini, incəsənətini, ümumiy-
yətlə, respublikanı təbliğ etmək, onun haqqında həqiqətləri dün-
yaya yaymaqla bağlı işlər də geniş aspektdə həyata keçirilmiş-
dir. Məsələn, MOK 1997-ci ildə BOK-nın “Olimpiya Oyunları
uşaqların gözü ilə“ beynəlxalq müsabiqəsinə qoşularaq ölkə
məktəblilərinin 122 rəsm əsərini təqdim etmiş, onlardan biri bi-
rinci, digəri isə dördüncü yerə layiq görülmüşdür. Olimpiya Ko-
mitəsi 1999-2000-ci illərdə yaşlılar arasında BOK-nın təşkil et-
diyi “Olimpiya, idman, incəsənət-2000” müsabiqəsinə də qoşul-
muşdu [104, s.20].
Beləliklə, Azərbaycan Respublikasının dövlət müstəqilliyi-
nin bərpasından sonra keçən ilk 15 il ərzində ümumdünya olim-
piya hərəkatına qoşulmağımız hər bir baxımdan böyük mədəni,
siyasi-təbliğati və ideoloji əhəmiyyətə malik idi. BOK və AOK
çərçivələrində müxtəlif forumlarda bizim nümayəndələrimiz id-
man sahəsində nailiyyətlərimizi nümayiş və sübut etməklə ya-
naşı
Azərbaycan
Respublikasının
çağdaş
həqiqətlərinin
dünya
ic-
timaiyyətinə çatdırılması sayəsində müntəzəm və hərtərəfli iş
aparmışdılar.
Azərbaycan Respublikası beynəlxalq idman və turizm əlaqələri sistemində
(1991-2005-ci illər)
113
II FƏSİL
AZƏRBAYCAN RESPUBLİKASININ
TURİZM SAHƏSİNDƏ BEYNƏLXALQ
ƏLAQƏLƏRİNİN ƏSAS İSTİQAMƏTLƏRİ
§1. Azərbaycan Respublikasında turizmin müasir
vəziyyəti
Azərbaycanın füsunkar təbiəti, əsrarəngiz tarixi abidələri,
bütövlükdə, ölkəmiz və xalqımız hələ qədim və orta əsrlərdən
müxtəlif məqsədli səyyahları alə
Həsənov Yusifəli Lətif oğlu
114
nız az miqdarda turist əsas turist marşrutunun bir hissəsi kimi
Azərbaycana göndərilirdi. Beləliklə, ölkənin turizm maraqları
müdafiə olunmur, beynəlxalq turizmdən gələn gəlirin əsas hissə-
si mərkəz tərəfindən mənimsənilirdi.
Bunlara baxmayaraq, sovet dövründə Azərbaycan turizmi
müəyyən nailiyyətlər də əldə etmişdi [175, s.500]. Ancaq gəlmə
turizm 1988-ci ilədək dövlətimiz üçün müəyyən qədər intensiv
inkişaf edən sahə olmuşdursa, 1988-ci ildə Dağlıq Qarabağ və
onun ətrafında baş verən hadisələr nəticəsində yerli və xarici tu-
ristlərin axını xeyli azalmış, Xankəndi, Şuşa, Sumqayıt və Bakı-
da fövqəladə vəziyyətin tətbiqi, əslində bu regionlarda bir sıra
turizm təşkilatlarının fəaliyyətlərinin dondurulmasına səbəb ol-
muşdu. Belə ki, erməni ekstremistlərinin azərbaycanlılara qarşı
həyata keçirdikləri soyqırımı siyasəti, ölkəmizə yüz minlərlə
qaçqının gəlməsi ilə nəticələndi. Hökumətin qərarı ilə 1988-ci
ilin dekabrından Ermənistandan – öz tarixi torpaqlarından
qovulmuş soydaşlarımızın respublikanın turist bazalarında və
sanatoriya-kurort müəssisələrində yerləşdirilməsinə başlandı.
Nəticədə, 1990-cı ilin birinci rübündən etibarən Azərbaycan
Respublikasında fəaliyyət göstərən ümumittifaq və beynəlxalq
turist marşrutları ləğv olundu. 1990-1993-cü illərdə ölkədə
mürəkkəb ictimai-siyasi vəziyyət, maliyyə və iqtisadi böhran,
20% Azərbaycan torpaqlarının Ermənistan qoşunları tərəfindən
işğalı, qaçqın və məcburi köçkünlər problemi, onların yerləş-
dirilməsi və s. dövlətin turist-ekskursiya təşkilatlarını böhran və-
ziyyətinə salmışdı. Turizm-ekskursiya təşkilatları böhran vəziy-
yətindən çıxmaq üçün imkanlar axtarır, yerli əhaliyə göstərilən
turist-ekskursiya xidmətinin genişləndirilməsinə yönəldilmiş
tədbirlər həyata keçirirdilər.
Respublikamız dövlət müstəqilliyini bərpa etdikdən sonra
xarici turist qəbulunda MDB ölkələri birinci yerdə durmuşdur
Bu ölkələrdən gələnlərin də böyük əksəriyyətini Rusiya, Ukray-
na, Orta Asiya respublikaları və Gürcüstanda yaşayan azərbay-
canlılar təşkil etmişdi [175, s.505-506]. Ölkəmizə gələn turistlər
Azərbaycan Respublikası beynəlxalq idman və turizm əlaqələri sistemində
(1991-2005-ci illər)
115
içərisində ikinci yeri İran vətəndaşları tutmuşdu. İrandan Azər-
baycana gələnlərin böyük əksəriyyətini sərhədyanı ticarət məq-
sədilə gələnlər təşkil etmişdir. Iranla müqayisədə Türkiyədən
Azərbaycana gələn turistlərin sayı az olmuş və azalmağa meyil-
lilik müşahidə olunmuşdu [175, s.505-506]. Avropa ölkələrin-
dən, habelə ABŞ, Kanada və İsraildən gələnlərin sayı isə 1997-
ci ildən sonra azalmışdı [175, s.505-506]. 1997-ci ildən sonra
Azərbaycana gələn turistlərin sayı tədricən artsa da, onlara gös-
tərilən xidmətlərin həcminin azalması hiss olunurdu. 1997-ci il-
də gəlmə turizmdən daxil olmalar 162 milyon, 2000-ci ildə bu
rəqəm, təqribən, 2,6 dəfə azalaraq 63 milyon ABŞ dolları həc-
mində olmuşdu. Onu da qeyd etmək lazımdır ki, müstəqilliyin
ilk illərində – yəni ötən əsrin 90-cı illərində Azərbaycanın bey-
nəlxalq turizm əlaqələrində əsasən “alış-veriş məqsədli səfərlər”
– “Shopinq-tur”lar üstünlük təşkil etmişdir. Bu dövrdə əsas tu-
rist axını Kiş adası və İstanbul, Kəraçi və Dehli, Urumçi və Du-
baya olmuşdur.
Qeyd edək ki, tədqiqat üçün seçilmiş dövrdə – XX əsrin son
və XXI əsrin ilk illərində Azərbaycan Respublikasının turizm
bazarı formalaşma mərhələsində idi və bu formalaşma çox sürət-
lə gedirdi. Bu formalaşmanın əsas amilləri siyasi və iqtisadi və-
ziyyətin sabitliyi idi. Bazarın formalaşmasının daha vacib amili
Azərbaycan və dünyanın aparıcı neft şirkətlərinin konsorsiumu
arasında imzalanan “Əsrin müqaviləsi”nin, həmçinin 1998-ci
ilin sentyabrında transkontinental nəqliyyat koridorunun
(TRASEKA) inkişaf etdirilməsi üzrə əsas çoxtərəfli razılaşma-
nın imzalanması ilə əlaqədar olan xarici partnyorlarla işgüzar
əlaqələrin fəallaşdırılmasıdır. Bundan əlavə iqtisadi, nəqliyyat
və turizm baxımından böyük əhəmiyyəti olan və Ümumdünya
Turizm Təşkilatının (ÜTT) UNESCO ilə əməkdaşlığı sayəsində
bərpa edilən “Böyük İpək Yolu” turist transkontinental marşru-
tuna Azərbaycan da daxil edilmişdir. Başqa sözlə, neft sənayesi-
nin inkişafı, Bakının Avrasiya nəqliyyat koridoru üstündə yer-
ləşməsi ölkəyə xarici işgüzar adamların axınının artmasına gəti-
Dostları ilə paylaş: |