Həsənov Yusifəli Lətif oğlu
98
quzunda 46 idmançı ilə çıxış edərək, 10 qızıl, 11 gümüş və 7 bü-
rünc medal qazanmışdılar [139, s.5-6]. 1952-ci ildə Helsinkidə
keçirilmiş XV Yay Olimpiya Oyunlarında Azərbaycan SSR-nin
beş idmançısı çıxış etmiş və sərbəst güləşçimiz R.Məmmədbə-
yov gümüş medal qazanaraq, Azərbaycanın ilk olimpiya medal-
çısı olmuşdu. 1956-cı ildə Melburnda keçirilən XVI, 1960-cı il-
də Romada keçirilən XVII, 1964-cü ildə Tokioda keçirilən
XVIII, 1968-ci ildə Mexikoda keçirilən XIX, 1972-ci ildə Mün-
hendə keçirilən XX, 1976-cı ildə Monrealda keçirilən XXI,
1980-ci ildə Moskvada keçirilən XXII, 1988-ci ildə Seulda keçi-
rilən XXIV Olimpiya Oyunlarında da Azərbaycan idmançıları
SSRİ komandası tərkibində iştirak etmiş və uğurlu nəticələrə
nail olmuşdur [82, s.11].
1992-ci ildə ölkəmizdə respublikamızın milli federasiyaları-
nın və Milli Olimpiya Komitəsinin (MOK) yaranması zərurəti
də dövlətin suverenliyinin tələbi kimi meydana çıxmış və opera-
tiv surətdə həll olunmuşdur. Lakin 1992-ci ildə Barselonada
Olimpiya oyunları başlananda ölkəmizin Milli Olimpiya Komi-
təsi hələ Beynəlxalq Olimpiya Komitəsi (BOK) tərəfindən tanın-
mamışdı. Ona görə də ölkəmizin yalnız dörd idmançısı MDB-
nin yığma komandasının tərkibində Barselona oyunlarında işti-
rak edə bilmişdir [104, s.10]. Barselonada keçirilmiş XXV Yay
Olimpiya Oyunlarında ölkəmizin iki idmançısı – cüdoçu N.Hü-
seynov və gimnast V.Belenki olimpiya çempionu olmuşlar [103,
s.256-257].
Yuxarıdakı faktlardan göründüyü kimi, ölkəmiz bir müddət
Olimpiya Hərəkatına müstəqil dövlət kimi qoşula bilməmişdir.
Azərbaycan Milli Olimpiya Komitəsi 1992-ci il yanvarın 14-də
keçirilən Ümumrespublika konfransında təsis edilmiş, MOK elə
həmin ildə Ədliyyə Nazirliyi tərəfindən qeydiyyata alınmış,
1992-ci ilin noyabrında Avropa Olimpiya Komitəsinin Akapul-
koda keçirilmiş Baş Assambleyasında Azərbaycan MOK-nun
qitə təşkilatına daxil olması haqqında qərar qəbul edilmiş, 1993-
cü ilin sentyabrında isə Beynəlxalq Olimpiya Komitəsinin Mo-
Azərbaycan Respublikası beynəlxalq idman və turizm əlaqələri sistemində
(1991-2005-ci illər)
99
nakoda
keçirilmiş
Baş
Assambleyasında
BOK
Azərbaycan
MOK-
nı tanımışdı. Respublikamızın müvafiq idman təşkilatları 1994-
cü ildə Avropa Futbol Birliyinə (UEFA) və başqa beynəlxalq
idman təşkilatlarına üzv qəbul olunmuşdu [103, s.12; 137, s.3].
MOK-un yaradılması ilə ölkəmizin Olimpiya hərəkatında yeni
bir dövr başlamışdır. Artıq ölkəmiz müstəqil bir dövlət kimi
Beynəlxalq Olimpiya Hərəkatına qoşularaq, öz idman potensia-
lını tam nümayiş etdirmək imkanı əldə etmişdir. MOK ilk növ-
bədə Olimpiya Hərəkatının öyrənilməsi və təbliğinə diqqət yetir-
məli, müstəqil dövlətin bu hərəkatda iştirakı üçün zəruri olan
əsasları müəyyənləşdirməli, respublikada idmanın inkişafına
qayğı göstərməli, MOK-nın beynəlxalq əlaqələrini qurmalı, ko-
mitənin maddi-texniki bazasını yaratmalı, Milli Olimpiya Hərə-
katının tarixi, ölkə olimpiyaçıları ilə bağlı materialları toplamalı
və təhlil etməli idi. Təəssüf ki, Olimpiya Komitəsi fəaliyyətə
başladığı ilk dövrdə hələlik işini tələb olunan səviyyədə qura bil-
məmişdi. Onun fəaliyyəti çox zaman BOK-un keçirdiyi bir sıra
tədbirlərdə rəhbər işçilərin “növbətçi” iştirakı, 1992-1997-ci illər
ərzində ölkəmizin iki dəfə beynəlxalq qaçış gününə qatılması ilə
məhdudlaşmışdı [103, s.14].
H.Ə.Əliyevin prezident seçilməsindən sonra ölkəmizdə bü-
tün sahələrdə olduğu kimi idmana da münasibət kökündən də-
yişmişdi. Ermənistanın Azərbaycana qarşı apardığı təcavüzkar
müharibə ölkənin iqtisadiyyatına böyük zərbələr vursa da, idma-
nın inkişafına kifayət qədər vəsait ayırmaq çətin olsa da, bu sa-
həyə xüsusi diqqət yetirilmişdi. 1993-cü ilin noyabrında ölkə
başçısı dünya və Avropa miqyaslı yarışlarda yüksək nəticələr
göstərmiş idmançıları qəbul edərkən idmanın inkişafı üçün geniş
imkanlar yaradılacağını bildirmişdi [139, s.13]. Bundan sonra
idmanımızın, MOK-un inkişafı və beynəlxalq əlaqələri genişlən-
məyə başlanmışdır. Belə ki, 1994-cü ilin aprelində ölkə başçısı
BOK prezidenti X.A.Samarançı, Milli Olimpiya Komitələri As-
sosiasiyasının (MOKA) prezidenti M.V.Rananı, Avropa Olimpi-
ya Komitəsinin (AOK) prezidenti J.Roqqu qəbul etmişdi [139,
Həsənov Yusifəli Lətif oğlu
100
s.14; 37, s.12]. Bu görüşlərdən üç ay sonra prezidentin fərmanı
ilə respublikamızın Gənclər və İdman Nazirliyi yaradılmışdı
[103, s.14]. Olimpiya oyunlarında ölkəmizin layiqincə təmsil
olunması üçün ölkə başçısı Atlanta Oyunlarına hazırlıqla bağlı
1995-ci il fevralın 26-da xüsusi sərəncam imzalamışdı [103,
s.14]. Görülən işlərin nəticəsində ilk dəfə müstəqilliyinin beşinci
ilində Atlanta Olimpiya Oyunlarının lisenziya yarışlarında id-
mançılarımızın idmanın on növündə 23 lisenziya qazanması bu
sahədə ciddi hazırlıq işləri aparıldığından xəbər verirdi. Beləlik-
lə, Azərbaycan Respublikası ilk dəfə 1996-cı il XXVI Atlanta
Yay Olimpiadasında 23 nəfərdən ibarət milli komanda ilə çıxış
etmişdir. Sərbəst üsulla güləşçi N.Abdullayevin həmin yarışlar-
da qazandığı gümüş medal isə müstəqil ölkə idmanının ilk yük-
sək nəticəsi kimi qiymətlidir. 197 ölkənin iştirak etdiyi bu oyun-
larda ölkəmizin 61-ci yer tutması idmanımızın uğuru sayıla bilər
[103, s.258-265 ].
Ölkəmizin və onun dövlət rəhbərinin idmana göstərdiyi diq-
qət və qayğı beynəlxalq idman və olimpiya təşkilatlarının da nə-
zərini özünə cəlb etmişdi. 1997-ci ildə Milli Olimpiya Komitələ-
ri Assosiasiyasının Reykyavikdə keçirilən Baş Məclisi Azərbay-
can prezidentini Olimpiya Hərəkatı və idman sahəsində böyük
xidmətlərinə görə görkəmli dövlət xadimlərinə verilən “Olimpi-
ya ləyaqəti mükafatı” ilə təltif etmişdi [139, s.28-29].
Azərbaycan Respublikası MOK-nun 1997-ci il iyulun 31-də
keçirilmiş Baş Məclisində təşkilat məsələlərinə baxıldı. MOK-
un yeni idarə heyətinin seçilməsi komitənin fəaliyyətində əsaslı
dönüş yaratmış, ölkəmizdə Olimpiya Hərəkatının sürətli inkişa-
fına təkan vermiş və onun Beynəlxalq Olimpiya Hərəkatına fəal
qoşulmasını təmin etmişdir. MOK beynəlxalq əlaqələrə xüsusi
diqqət yetirmiş, beynəlxalq əlaqə və əməkdaşlığı düzgün qur-
muş, bu da öz növbəsində respublikamızın Olimpiya Hərəkatın-
da iştirakına təkan vermiş, idmanın inkişafı üçün geniş perspek-
tivlər açmışdır. 1997-ci ildən MOK-un rəhbərliyi BOK-un, Milli
Olimpiya Komitələri Assosiasiyasının, Avropa Olimpiya Komi-
Dostları ilə paylaş: |