Microsoft Word Yusifəli-kitab doc



Yüklə 255,19 Kb.
Pdf görüntüsü
səhifə39/62
tarix04.02.2018
ölçüsü255,19 Kb.
#24122
1   ...   35   36   37   38   39   40   41   42   ...   62

Həsənov Yusifəli Lətif oğlu 
 
126 
 
dondakı sərgidə  iştirak Azərbaycanın turizm  imkanlarının tanıt-
dırılmasında  mühüm  rol  oynamışdır.  Belə  ki,  sərgidən  sonra 
Azərbaycana  jurnalistlərin  gəlməsi  və  bir  neçə  turist  şirkətinin 
ölkəmizlə  maraqlanması  bunu  deməyə  əsas  verir.  10-13  noyabr 
2003-cü  ildə  Londonda  keçirilən  beynəlxalq  turizm  sərgisində 
Azərbaycanın birinci dəfə sərgidə iştirakından fərqli olaraq ikin-
ci sərgidə stendimizin sahəsi iki dəfədən çox artaraq 19,5 kvad-
rat metrə çatmışdı [50, v.10]. Bu sərgidə də Azərbaycanı müva-
fiq qurum rəhbəri olmaqla üç nəfər və özəl turizm şirkətləri olan 
“Grand Otel Evropa”, “Vahid S”, “AB Travel”, “Abşeron Tur”, 
“İmproteks”, “İnter Tur” şirkətləri təmsil etmişdir. Bu iki sərgi-
də  iştirak  Azərbaycanın  turizm  potensialının  reklam  və  tanıdıl-
masında mühüm rol oynamışdı. Britaniya ilə qurulan turizm əla-
qələri hədər getməmiş, iki ölkə arasındakı əlaqələri, o cümlədən 
turizm  sahəsindəki  əlaqələri  genişləndirmək  üçün  hökumətin 
rəsmi dəvəti ilə 15-20 fevral 2004-cü ildə əlahəzrət Kent şahza-
dəsi Maykl Azərbaycana səfər etmişdi [50, v.11-12]. O, ölkəmi-
zin  turizm  imkanları geniş olan  bölgələrinə getmiş və  Azərbay-
canın  turizm  potensialını  yüksək  qiymətləndirmişdir.  Beləliklə, 
Azərbaycan Respublikasının Britaniya ilə turizm əlaqələri qeyri-
qənaətbəxş və məhdud olsa da, hər halda mövcud olmuşdur. 
Tədqiq  olunan  dövrdə,  yəni  1991-2005-ci  illərdə  Azərbay-
can  Respublikası  ilə  Almaniya  arasında  da  beynəlxalq  turizm 
əlaqələri  faktiki  olaraq  yaranıb  inkişaf  etmişdi.  Lakin  qeyd  et-
mək  lazımdır ki, Almaniya  ilə  Azərbaycan Respublikasının rəs-
mi  turizm  qurumları  arasında  əlaqə  1991-2003-cü  illərdə  yara-
dılmamışdı  [44,  v.1].  Ancaq  bu,  o  demək  deyil  ki,  Azərbaycan 
ilə Almaniya arasında heç bir turizm əlaqəsi olmamışdı. Bu illər 
ərzində Azərbaycan ilə Almaniya arasında turist axını sərbəst şə-
kildə  olmuşdu.  Əgər  Almaniyadan  ölkəmizə  əsasən  biznes  ilə 
əlaqədar  gəlirdilərsə,  ölkəmizdən  Almaniyaya  əsasən  iş,  təhsil, 
yaşayış, müalicə və səyahət məqsədilə getmişdilər. Turizm sahə-
sində ölkələrarası əlaqələrin inkişafında reklam və təbliğatın çox 
əhəmiyyətli olduğunu nəzərə alan nazirlik 2003-cü ildən Berlin-


Azərbaycan Respublikası beynəlxalq idman və turizm əlaqələri sistemində  
(1991-2005-ci illər)
 
127 
 
də  hər  il  keçirilən  “İTB–Berlin”  Beynəlxalq  Turizm  Sərgisində 
ölkəmizin  turizm  potensialını  əks  etdirən  çoxlu  çap  məhsulları-
nın, milli suvenirlərin, milli naxışlarla bəzədilmiş xalçaların və s. 
nümayişini təşkil etmişdi. Qeyd olunan sərgidə iştirak nəticəsin-
də,  Britaniya  ilə  olduğu  kimi,  Azərbaycanla  Almaniya  arasında 
da rəsmi turizm əlaqələri möhkəmlənir və turizmin müxtəlif sa-
hələrinin  inkişafına  stimul  yaradırdı.  İki  ölkə  arasında  turizm 
əlaqələrinin  inkişafında  Avropada  yaşayan  azərbaycanlıların  da 
imkanlarından  istifadə ölkədə turizm siyasətini  icra edən  müva-
fiq nazirliyin diqqətində olmuşdu. Məsələn, 17-18 aprel 2004-cü 
ildə Berlindəki Hilton hotelində Avropa-Azərbaycan Təşkilatları 
Assambleyasının  (AATA) təsis toplantısı keçirilmişdi [44, v.7]. 
Azərbaycanda  xarici  turizmin  inkişafında  AATA-nın  potensia-
lından istifadə olunmasında gözəl imkanın yaranması nəzərə alı-
naraq  “Azərbaycanda  turizm  potensialının  imkanları”  mövzu-
sunda  məruzə  ilə  çıxış  olunmuşdu.  Göstərmək  lazımdır  ki,  Al-
maniya  ilə  yaradılan  turizm  əlaqələrinin  nəticəsi  bu  gün  lazımi 
səviyyədə olmasa da, bu sahədə atılan ilk addımlar gələcək üçün 
möhkəm baza rolunu oynayır. 
Turizm  sahəsində  Azərbaycanın  əlaqələrini  genişləndirmək 
istədiyi  Avropa  ölkələrindən  biri  də  güclü  turizm  ehtiyatlarına 
malik  İtaliyadır. Yuxarıda qeyd etdiyimiz  Britaniya  və  Almani-
yadan fərqli olaraq, respublikamız İtaliya ilə rəsmi turizm əlaqə-
lərini  iki  ölkənin  bu  sahədə  maraqlarına  uyğun  olaraq  sazişlə 
əsaslandırmışdır. Belə ki, bu iki cənub respublikası hər iki ölkə-
nin  iqtisadiyyatı  və  iki  xalq  arasında  daha  yaxşı  anlaşma  üçün 
turizmin  vacibliyini  qəbul  edərək  Romada  25  sentyabr  1997-ci 
ildə  8  maddədən  ibarət  xüsusi  saziş  imzalamışdır  [65].  Bu  mü-
qavilə  iki  ölkə  arasında  turizmin  inkişafı  üçün  hüquqi  baza  ya-
ratsa  da,  təəssüflər  olsun  ki,  turizm  əlaqələrinin  inkişafına  heç 
bir təsir göstərməmişdi. Xüsusilə qeyd etmək lazımdır ki, İtaliya 
ilə Azərbaycan arasında turist mübadiləsi etmək üçün həmin öl-
kələrin turizm  şirkətləri arasında da müqavilə bağlanmışdı. Mə-
sələn, iki ölkə arasında turizm mübadiləsi həyata keçirmək üçün 


Həsənov Yusifəli Lətif oğlu 
 
128 
 
“Ulduz-Tur” turizm  şirkəti  İtaliyanın  “Mir–İtaly” turizm  şirkəti 
ilə 3 mart 2004-cü ildə əməkdaşlıq müqaviləsi imzalamışdı [65; 
60,  v.1].  Bağlanmış  müqavilənin  şərtlərini  gerçəkləşdirmək 
məqsədilə “Ulduz-Tur” turizm şirkəti yerli vətəndaşları İtaliyaya 
turist vizaları  ilə təmin etməli  idi. Yuxarıdakı  faktlardan da gö-
ründüyü  kimi,  İtaliya  ilə  Azərbaycan  arasında  rəsmi  və  qeyri-
rəsmi turizm  əlaqələri  yaradılmış,  lakin  bu, hələ ki, sabit və ar-
tan turizm axınlarına səbəb olmamışdı. 
Göstərilən illərdə ölkəmiz Polşa, Latviya, Litva və Estoniya 
ilə də beynəlxalq turizm əlaqələrinə xüsusi diqqət yetirmişdi [68, 
v.10].  Belə  ki,  ölkələrarası  səmərəli  turizm  əlaqələrinin  inkişa-
fında  hüquqi  baza  əsas  olduğundan  ilk  əvvəl  həmin  ölkələrlə 
müqavilə  imzalanmasına  diqqət  yetirilmişdir.  Nəticədə,  Azər-
baycan Respublikası  və Polşa hökumətləri  ikitərəfli turizmin in-
kişafı  sahəsində  daha  səmərəli  əməkdaşlığa  cəhd  göstərərək, 
Varşavada 26 avqust 1997-ci ildə 10 maddədən ibarət xüsusi sa-
ziş  imzalamışdılar  [68,  v.11].  Lakin,  təəssüflə  qeyd  etmək  la-
zımdır ki, son vaxtlara qədər iki ölkə arasında  imzalanmış sazi-
şin  müddəaları  həyata  keçirilməmişdi.  Bununla  yanaşı  turizm 
sahəsində böyük təcrübəyə malik Polşa ilə zəngin turizm poten-
sialı olan Azərbaycan Respublikası  arasında sözügedən əlaqələ-
rin bərpası və inkişaf etdirilməsi üçün lazımi zəmin vardır. 
Baltikyanı ölkələrə gəldikdə isə, qeyd etmək lazımdır ki, tu-
rizm  sahəsində  nəzərəçarpacaq  inkişafa  nail  olunmamışdı.  Ona 
görə  də  Polşa  və  Baltikyanı  ölkələrlə  Azərbaycan  Respublikası 
arasında turizm əlaqələrinin inkişafına təkan vermək üçün aşağı-
dakı  işlərin  görülməsi  daha  müsbət  nəticələr  verərdi:  Azərbay-
can Respublikası ilə Polşa, Latviya, Litva və Estoniyanın müva-
fiq  rəsmi  turizm  qurumları  arasında  əlaqələrin  yaradılması,  hər 
ilin  aprelində  Bakıda  keçirilən  Beynəlxalq  Turizm  Sərgisinə 
Polşa,  Latviya,  Litva  və  Estoniya  turizm  şirkətlərinin  dəvət 
olunması, ölkələrimiz üzrə qarşılıqlı turist mübadiləsi, Azərbay-
canın turizm  sektoruna Polşa, Latviya, Litva və Estoniya  inves-
torlarının cəlb olunması, Polşa, Latviya, Litva və Estoniya turist-


Yüklə 255,19 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə