Azərbaycan Respublikası beynəlxalq idman və turizm əlaqələri sistemində
(1991-2005-ci illər)
149
rində keçirilən eyni xarakterli tədbirlər olmuşdur. Qeyd etmək
lazımdır ki, qarşılıqlı olaraq təşkil olunmuş bu turizm sərgilərin-
də iştirak respublikamızın beynəlxalq turizm əlaqələrinin inkişa-
fında, ölkəmizin turizm potensialının təbliğində əvzedilməz rol
oynamışdır. Şübhəsiz ki, bu da öz əksini təcrübədə də tapmışdır.
Odur ki, 1991-2005-ci illərdə ölkəmizə gələn turistlərin böyük
əksəriyyətini MDB ölkələrinin sakinləri təşkil etmişdir. Buna
misal olaraq aşağıdakı rəqəmləri göstərmək olar. Əgər 1997-ci
ildə MDB ölkələrindən respublikamıza 132 min nəfər gəlmişdir-
sə, 2000-ci ildə bu rəqəm 2,6 dəfə artaraq 346,5 min, 2004-cü il-
də isə 586,5 min nəfərə çatmışdır [175, s.505-506]. MDB ölkə-
lərindən Azərbaycan Respublikasına gələnlərin böyük əksəriy-
yətini Rusiya, Ukrayna, Orta Asiya Respublikaları və Gürcü-
standa yaşayan azərbaycanlılar təşkil etmişdir.
Prezident H.Ə.Əliyevin 27 avqust 2002-ci il tarixli sərənca-
mı ilə “Azərbaycan Respublikasında 2002-2005-ci illərdə turiz-
min inkişafına dair dövlət proqramı” və onun həyata keçirilməsi
tədbirlərinin təsdiq edilməsi Azərbaycan-MDB ölkələri arasında
beynəlxalq turizm əlaqələrini inkişaf etdirmək istiqamətində atı-
lan ən mühüm addımlardan biri olmuşdur. Bu sənəd və beynəl-
xalq turizmə belə yüksək və ciddi münasibət şübhəsiz ki, Azər-
baycan Respublikasında dünya turizm, o cümlədən MDB ölkələ-
ri ilə beynəlxalq turizm əlaqələrində öz layiqli yerini tutması
üçün vacib siyasi bazis idi.
Göstərilən illərdə Azərbaycan Respublikası ilə Rusiya Fede-
rasiyası arasında yaranmış beynəlxalq turizm əlaqələri daha ge-
niş olmuşdu. Belə ki, ölkəmizlə Rusiya arasında turizm əlaqələri
həm də Moskva hökuməti və Rusiyanın bölgələri arasında ya-
ranmışdı. 10 avqust 1993-cü ildə Azərbaycan ilə Moskva şəhər
hökuməti arasında iqtisadi, elmi-texniki və mədəniyyət sahələ-
rində əməkdaşlıq haqqında saziş imzalanmışdır [25, v.5]. 1996-
cı il yanvarın 18-də Moskvada imzalanmış “Azərbaycan Res-
publikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında
2000-ci ilə qədər olan dövrdə iqtisadi əməkdaşlığın əsas prinsip-
Həsənov Yusifəli Lətif oğlu
150
ləri və istiqamətləri haqqında saziş”in 15-ci maddəsinə əsasən
tərəflər müxtəlif sahələrlə yanaşı turizm və idman sahəsində də
qarşılıqlı münasibətlərin təmin olunmasında birgə tədbirlər gör-
məliydilər [25, v.10]. Bununla yanaşı sazişin 11-ci bəndi “Gənc-
lik” beynəlxalq turizm mərkəzi ilə əlaqədar olmuşdu. Bu saziş
13 iyun 1997-ci ildə Azərbaycan ilə Moskva Hökuməti arasında
ticarət-iqtisadi, elmi-texniki və mədəniyyət sahələrində əmək-
daşlıq haqqında saziş imzalanana qədər qüvvədə olmuşdu (13
iyun 1997-ci ildə imzalanmış sazişin 19-cu maddəsinə əsasən)
[25, v.10]. 13 iyun 1997-ci ildə imzalanmış sazişin 5-ci və 10-cu
maddələri tərəflər arasında turizm sahəsində əməkdaşlığın dəs-
təklənməsini və inkişaf etdirilməsini nəzərdə tuturdu. Bu əlaqə-
lərin inkişafında şübhəsiz ki, iki ölkə arasında saxlanılan geniş
siyasi əlaqələrin də rolu həlledici olmuşdu. Bu baxımdan 2001-
ci ilin yanvarında Rusiya prezidentinin Azərbaycan Respublika-
sına ilk rəsmi səfəri və 2002-ci ilin yanvarında Azərbaycan Res-
publikası prezidentinin Rusiyaya səfəri Azərbaycan-Rusiya döv-
lətlərarası münasibətlərinin tarixində mühüm hadisələr olmuşdu.
Bu səfərlər zamanı imzalanmış sənədlər ölkələrimiz, dövlətləri-
miz arasında keyfiyyətcə yeni qarşılıqlı münasibətlərin etibarlı
bünövrəsini qoymuşdu.
Azərbaycan Respublikası ilə Rusiya arasında turizm əlaqə-
lərinin möhkəmlənib inkişaf etməsində iki ölkə arasında İqtisadi
Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın rolu da böyük
olmuşdu. Bu barədə faktlar az deyil. Məsələn, 2001-ci il aprelin
24-də, habelə 2002-ci il aprelin 10-da Bakıda keçirilmiş Azər-
baycan-Rusiya İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Ko-
missiyanın 5-ci və 6-cı iclas protokolunda, həm də komissiya
həmsədrlərinin 19 dekabr 2002-ci il görüş protokolunda turizm
sahəsində əməkdaşlığa xüsusi diqqət yetirilmişdi [31, v.76]. Bu
sahədə ölkəmiz ilə Rusiya arasında hər iki tərəfin turizm poten-
sialının qarşılıqlı olaraq tanıdılması, turist məhsullarının təklifi
və yenə də turizm əlaqələrinin genişlənməsi istiqamətində hər
iki ölkədə təşkil olunmuş turizm sərgilərinin əhəmiyyəti az ol-
Azərbaycan Respublikası beynəlxalq idman və turizm əlaqələri sistemində
(1991-2005-ci illər)
151
mamışdı. Azərbaycan Respublikası və Rusiya arasında İqtisadi
Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 10 aprel 2002-
ci il tarixli 6-cı iclasının protokolunun icrası ilə bağlı ölkəmizin
Turizm Nazirliyi 27-30 mart 2002-ci ildə Moskvada keçirilən
beynəlxalq “Səyahət və turizm sərgisi”ndə Azərbaycan Respub-
likasını 24 kvadrat metr stendlə təmsil etmişdi [87]. Bu sərgidə
Azərbaycandan dörd mehmanxana kompleksi və doqquz özəl tu-
rist şirkəti iştirak edirdi [75, v.27]. Diqqəti cəlb edən əsas fərq
isə milli ənənələrə uyğun stendlər, bukletlərin sərgiyə aparılması
idı. Bu sərgidə iştirak edən Azərbaycan turist şirkətlərindən bir
neçəsi Rusiya turist şirkətləri ilə ikitərəfli müqavilələr də bağla-
mışdı. Təbii ki, bu müqavilələr, sərgidə iştirak və bir sıra başqa
işlər Azərbaycan Respublikasının turizm potensialının tanıdıl-
ması və turist cəlbi üçün mühüm işlər hesab olunmalıdır.
Göstərilən illərdə Rusiya ilə Azərbaycan Respublikası ara-
sında müalicə turizmi sahəsində də beynəlxalq əlaqələr mövcud
olmuşdu. Sovetlər Birliyi dövründə sıx münasibətləri qurulan
Şimali Qafqazın istirahət və müalicə mərkəzlərinə 1991-1998-ci
illərdə Azərbaycan Respublikasından turist sovet dövrü ilə mü-
qayisədə az getsə də əlaqələr tam qırılmamışdı. Bu, hər iki tərə-
fin bazar iqtisadiyyatına keçidindən irəli gələn çətinliklə bağlı
idi. “Fərid-N” turist şirkəti 12 avqust 2002-ci ildə Bakı-Mineral-
nı Vodı turist marşrutu təşkil etmişdi (Stavropol-Krasnodar) [33,
v.11]. Ümumiyyətlə, lap yaxın keçmişdə ölkəmizə dincəlməyə
gələnlərin 70-80 faizini Rusiyadan olan turistlər təşkil edirdilər.
Bu turizm əlaqələrində əsasən Azərbaycan Respublikasında
fəaliyyət göstərən qurumlar-lisenziya almış turist şirkətlərindən
“İmproteks travel” və “Yevroturizm” şirkətləri olmuşdu. Həmin
şirkətlər geniş turist mübadiləsi həyata keçirməyə çalışırdılar.
2003-cü ilin MDB ölkələrində Sankt-Peterburq ili elan edil-
məsi ilə bağlı Azərbaycan Respublikasının Turizm Nazirliyi xü-
susi tədbirlər planı (14) hazırlamış və yerinə yetirmişdi [75,
v.17]. O cümlədən, 2003-cü il avqustun 7-də Bakıda “Böyük
Volqa yolu” beynəlxalq konfransının iştirakçıları və 2003-cü il
Dostları ilə paylaş: |