Azərbaycan Respublikası beynəlxalq idman və turizm əlaqələri sistemində
(1991-2005-ci illər)
155
834.351 nəfər turistdən 216.923 nəfəri (25%), 2003-cü ildə
1.013.811 nəfərindən 401.502 nəfəri (40%) və 2004-cü ildə isə
1.348.655 nəfərindən 496.050 nəfəri Rusiyadan (37%) olmuşdu
[32, v.78].
Tədqiqata cəlb edilmiş dövrdə, yəni 1991-2005-ci illərdə
Azərbaycan Respublikası hələ SSRİ dövründə böyük əlaqələr
saxladığı Ukrayna və onun şəhər və regionları ilə də beynəlxalq
turizm əlaqələrinə xüsusi diqqət yetirmişdi. Məsələn, 12 sen-
tyabr 1997-ci ildə Bakıda imzalanmış Kiyev və Bakı arasında
əməkdaşlıq müqaviləsinin 6-cı və 8-ci maddələri turizm sahəsin-
də əməkdaşlığı nəzərdə tuturdu [72, v.7]. Bu prosesə Azərbay-
can ilə Ukrayna dövlət başçılarının qarşılıqlı səfərlərinin diqqə-
təlayiq təsiri olmuşdu. Eyni zamanda, xeyli dövlətlərarası və hö-
kumətlərarası müqavilələr imzalanmışdı ki, bu da iki ölkə ara-
sında hərtərəfli əməkdaşlığın inkişafı, o cümlədən beynəlxalq
turizm əlaqələri üçün hüquqi bazanı formalaşdırmışdı. Bu ba-
xımdan Azərbaycan və Ukrayna arasında bərabərlik və qarşılıqlı
fayda əsasında turizm mübadiləsinin daha da inkişaf etdirilməsi
üçün hüquqi bünövrə yaratmaq istəyi ilə Bakıda 1 iyul 1999-cu
ildə 8 maddədən ibarət sazişin imzalanması əhəmiyyətli olmuş-
du [71, v.45].
Lakin bu saziş demək olar ki, iki ölkə arasında
beynəlxalq turizm əlaqələrinin yüksək inkişafına elə də güclü tə-
sir göstərə bilməmişdi. Lakin bu hal iki ölkənin bu istiqamətdə
səylərini zəiflətməmişdi. Əksinə Azərbaycan ilə Ukrayna arasın-
da turizm sahəsində beynəlxalq əlaqələrin genişlənib daha da in-
kişaf etməsi problemlərinə hər iki tərəfdə marağın artmasına tə-
kan vermişdi. Bu məqsədlə 19 mart 2000-ci ildə Azərbaycan
Respublikası ilə Ukrayna arasında 2000-2009-cu illər üçün im-
zalanmış uzunmüddətli iqtisadi əməkdaşlıq proqramında və iqti-
sadi əməkdaşlıq məsələləri üzrə birgə hökumətlərarası komissi-
yanın bütün iclaslarında turizmə geniş yer ayrılması öz işini gör-
müşdü [71, “Azərbaycan Respublikası ilə Ukrayna Respublikası
arasında 2000-2009-cu illər üçün imzalanmış uzunmüddətli iqti-
sadi əməkdaşlıq proqramı və bu proqramın icrası haqqında ara-
Həsənov Yusifəli Lətif oğlu
156
yış”]. Hər iki ölkənin milli turizm idarələrinin, turist firmaları və
mehmanxanalarının təmsilçiləri 3-11 sentyabr 2001-ci ildə
QDİƏT çərçivəsində Antalyada təşkil olunmuş treninq kursda
iştirak etmişdilər. 2001-ci ilin martında Moskvada MDB-yə üzv
ölkələrin turizm üzrə şurasının işçi iclasında hər iki ölkənin tu-
rizm idarələrinin rəhbərləri iştirak etmiş və hər iki ölkə ÜTT-nin
“İpək Yolu üzrə turizm layihəsi”nin reallaşmasında iştirakı mə-
sələsini öz üzərlərinə götürmüşdülər.
Azərbaycan Respublikası ilə Ukrayna arasında beynəlxalq
turizm əlaqələri təkcə yuxarıda qeyd olunanlarla bitməmişdi. Bu
əlaqələrlə bağlı olan problemlər həmçinin digər beynəlxalq və
regional təşkilatların yığıncaqlarında da müzakirə edilmişdi.
Məsələn, 5-6 mart 2002-ci ildə İstanbulda QDİƏT-yə üzv ölkə-
lərin turizm sahəsində əməkdaşlıq üzrə işçi qrupunun iclasında
Azərbaycan Respublikası Turizm Nazirliyinin və Ukraynanın
Türkiyədəki səfirliyinin nümayəndə heyətləri iki ölkə arasında
turizm sahəsində əməkdaşlığın inkişaf perspektivləri ilə bağlı fi-
kir mübadiləsi aparmışdılar. 25-26 sentyabr 2003-cü ildə Bakıda
“QDİƏT regionunda turizm imkanları” mövzusunda keçirilmiş
beynəlxalq konfransda Ukrayna səfirliyinin nümayəndəsi də iş-
tirak etmişdir. GUÖAM çərçivəsində bu təşkilata üzv olan döv-
lətlərlə əlaqələr qurulmuş, turizm sahəsində əməkdaşlıq üzrə sa-
hələrarası qrupun Azərbaycan tərəfinin tərkibi təsdiq olunmuş
və Ukrayna tərəfinə göndərilmişdir [71, “İqtisadi əməkdaşlıq
məsələləri üzrə birgə hökumətlərarası komissiyanın iclas proto-
kolları”; 54, “GUÖAM-a üzv dövlətlərlə əlaqələrə dair məlu-
mat”].
Mövcud tədqiqat üçün seçilmiş dövrdə - 1991-2005-ci illər-
də ölkəmiz Qazaxıstan ilə də rəsmi beynəlxalq turizm əlaqələri
yaradıb inkişaf etdirmişdi. Bu proses hər iki ölkə arasında 22 ok-
tyabr 1999-cu ildə imzalanmış uzunmüddətli iqtisadi əməkdaşlıq
tədbirləri üzrə planın mədəniyyət, elm, turizm bəndində beynəl-
xalq turizmin inkişaf etdirilməsi, 1999-2000-ci illərdə aviaturla-
rın təşkili, Qazaxıstan və Azərbaycanın turist nümayəndəlikləri-
Azərbaycan Respublikası beynəlxalq idman və turizm əlaqələri sistemində
(1991-2005-ci illər)
157
nin açılmasına kömək edilməsi, turizm informasiyalarının-rek-
lam materialları, çap nəşrləri, filmlər və sərgilərin mübadiləsinin
aparılmasının daha da fəallaşmasına güclü təsir göstərmişdi [61,
v.9]. Planın turizmə aid olan 5.3, 5.5 bəndlərinin icrası ilə bağlı
Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Xarici Tu-
rizm Şurası tərəfindən turizm saziş layihəsi və Azərbaycan haq-
qında məlumat göndərilmiş, ÜTT və UNESCO tərəfindən keçi-
rilən beynəlxalq görüş və forumlarda, eləcə də MDB Turizm Şu-
rası çərçivəsində Turizm Nazirliyinin və Qazaxıstanın Turizm
və İdman üzrə Agentliyinin nümayəndələri görüşlər keçirmişdi-
lər. 22 oktyabr 1999-cu ildə Qazaxıstanla imzalanmış uzunmüd-
dətli iqtisadi əməkdaşlıq tədbirləri üzrə planına müvafiq olaraq
iki ölkə arasında beynəlxalq turizm tədbirləri sonrakı illərdə də
uğurla davam etdirilmişdi. Belə ki, 2003-cü il ərzində planın 5.3
bəndinin icrası tələblərinə əsasən İstanbulda, Moskvada və Lon-
donda keçirilmiş beynəlxalq turizm sərgiləri çərçivəsində Qaza-
xıstanın turizm nümayəndələri ilə əlaqələr qurulmuş, iki ölkənin
turizm potensialı haqqında fikir mübadiləsi aparılmış və Azər-
baycan Respublikasının turizm potensialını əks etdirən çap və
reklam məhsulları Qazaxıstan tərəfinə təqdim olunmuşdu. Öz
növbəsində Qazax Turizm Assosiasiyası öz fəaliyyəti haqqında
məlumatı elektron poçt vasitəsilə ölkəmizin Turizm Nazirliyinə
göndərmişdi [61, v.14]. Azərbaycanda fəaliyyət göstərən “İm-
proteks Travel”, “Albanavia”, və “Skylife” turizm şirkətləri Qa-
zaxıstan ilə turizm mübadiləsi aparmışdı [61, v.16]. 2003-cü il-
də planın turizmə aid 5.5 bəndinin icrası ilə bağlı “AİTF-2004”
3-cü ABTS-də Qazaxıstan turizm təşkilatının iştirakı ilə bağlı
qarşı tərəfə xüsusi dəvət məktubu göndərilmiş və nəticədə Qaza-
xıstan da bu sərgidə təmsil olunmuşdur. Ümumiyyətlə hər ilin
aprel ayının ikinci həftəsində keçirilən ABTS-də Qazaxıstan təş-
kilatları fəal iştirak etmişdir [61, v.32]. Nəhayət Qazaxıstan ilə
əlaqələrin genişləndirilməsinə diqqət yetirilməsinin nəticəsi ola-
raq, 1 mart 2004-cü ildə Azərbaycan və Qazaxıstan respublika-
larının hökumətləri arasında mədəniyyət, elm və turizm sahəsin-
Dostları ilə paylaş: |