Azərbaycan Respublikası beynəlxalq idman və turizm əlaqələri sistemində
(1991-2005-ci illər)
167
ticə isə belədir: DSK-nin məlumatlarına əsasən Pakistandan öl-
kəmizə gələn turistlərin sayı 1997-ci ildə 1.362, 1998-ci ildə 728,
1999-cu ildə 411 nəfər, ölkəmizdən Pakistana gedən turistlərin
sayı isə 1997-ci ildə 5.236, 1998-ci ildə 3.260, 1999-cu ildə
2.222 nəfər olmuşdur [97, s.308; 98, s.295]. DSX-nin verdiyi
məlumata görə 2001-ci ildə Pakistandan ölkəmizə 763 nəfər və
ölkəmizdən Pakistana 754 nəfər, 2002-ci il ərzində Pakistandan
ölkəmizə 532 nəfər, ölkəmizdən Pakistana isə 534 nəfər, 2003-
cü il ərzində Pakistandan ölkəmizə 808 nəfər, ölkəmizdən Paki-
stana isə 870 nəfər, 2004-cü il ərzində Pakistandan ölkəmizə
1.145 nəfər və ölkəmizdən Pakistana 978 nəfər səfər etmişdi [28,
v.18; 67, v.10].
Bu istiqamətdə daha bir fakta müraciət edək: göstərilən
dövrdə respublikamızın Turizm Nazirliyi tərəfindən mütəmadi
olaraq Pakistanın idman və turizm qurumları ilə əlaqə saxlanıl-
mış, turizm sahəsində əməkdaşlıq inkişaf etdirilmiş, informasiya
və təcrübə mübadiləsi həyata keçirilmişdi. Ümid etmək olar ki,
2004-cü ilin iyulunda Bakıda imzalanmış Azərbaycan və Paki-
stan hökumətləri arasında turizm sahəsində əməkdaşlıq haqqın-
da saziş ölkələrimizin bu sahədə əməkdaşlığına böyük təkan ve-
rəcəkdir.
Lakin bütün bunlarla yanaşı turizm əlaqələrimizi qənaətbəxş
hesab etmək olmaz və iki tərəfin turizm nazirlikləri və turizm
təşkilatları arasında çoxlu işlər görülməlidir. Bu baxımdan ölkə-
lərimiz arasında bütün sahələrdə, o cümlədən gənclər, idman və
turizm sahələrində əlaqələrin genişlənməsində Bakı-Kəraçi avia-
reyslərinin bərpası çox mühüm rol oynaya bilər. Bu istiqamətdə
əməkdaşlığın güclü inkişafı üçün hər cür potensial imkanlar var.
Turizm sahəsində Azərbaycan Respublikasının əlaqələri ge-
nişləndirmək istədiyi ölkələrdən biri də Çin Xalq Respublikası-
dır (ÇXR). Azərbaycanın turizm sahəsində qardaş Türkiyədən
sonra müqavilə bağladığı ilk ölkə ÇXR olmuşdu. Qeyd etmək
lazımdır ki, Çin dünyada turist qəbuluna görə qabaqcıl yerlərdən
birini tutur. Bu baxımdan müstəqillik illərində turizm sənayesi
Həsənov Yusifəli Lətif oğlu
168
və turizm potensialı çox yüksək olan Çinlə ölkəmiz arasında tu-
rizm əlaqələrinin qurulub inkişaf etdirilməsi mühüm əhəmiyyət
kəsb etmişdi. Azərbaycan və Çin arasında əməkdaşlığın əsası
hələ 7-11 mart 1994-cü ildə Çin dövlət başçısının dəvəti ilə öl-
kəmizin prezidenti H.Ə.Əliyevin Çinə ilk 5 günlük rəsmi səfəri
zamanı qoyulmuşdu. Bu səfər zamanı Çin ilə turizm sazişinə xü-
susi əhəmiyyət verilmişdi [10, v.4]. Nəticədə bu görüş zamanı
Azərbaycan ilə Çin arasında dostluq münasibətlərinin əsasları
haqqında birgə bəyanat qəbul edilmiş və bir sıra sənədlər arasın-
da “Turizm sahəsində əməkdaşlıq haqqında hökumətlərarası sa-
ziş”lə yanaşı “Azərbaycan ilə Çin hökuməti arasında qrup turist
səfərləri zamanı vizaların alınmaması haqqında saziş” də imza-
lanmışdı [11, v.1-2]. Azərbaycan ilə Çin hökumətləri arasında
qrup turist səfərləri zamanı vizaların alınmaması haqqında saziş
1994-cü il yanvarın 4-də Pekində başlanmış və artıq 1994-cü il
mayın 1-dən qüvvəyə minmişdir [51, v.2]. Bu sazişin bağlanma-
sı ilə hər iki ölkəyə turist səfərləri xeyli asanlaşmışdı. Bu iki
dövlətin hökumətləri arasında turizm sahəsində əməkdaşlıq haq-
qında saziş isə 7 mart 1994-cü ildə imzalanmışdı [65]. Bu sazi-
şin bəndlərindən irəli gələn tələblər əsasında ikitərəfli turizm
əlaqələrinin inkişafında əhəmiyyətli irəliləyiş olmuşdu. 1999-cu
il noyabrın 18-dən 25-dək Ümumçin Gənclər Federasiyasının
dəvəti ilə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi-
nin 6 nəfərlik nümayəndə heyəti nazir Ə.Qarayevin rəhbərliyi ilə
ÇXR-rə rəsmi səfər zamanı bir sıra gənclər təşkilatları ilə yanaşı
Çin Gənclər Turizm Bürosunda da olmuşdu [51, v.5]. Bu əlaqə-
lər sonrakı illərdə də davam etdirilmişdi. 18-22 aprel 2001-ci il-
də respublikamızın turizm nazirinin birinci müavininin başçılığı
ilə nümayəndə heyəti ÇXR-də olmuş, idman və gənclər təşkilat-
ları ilə yanaşı Çinin Dövlət Turizm İdarəsində (ÇDTİ) də keçi-
rilmiş görüşdə ölkələrimizin bu sahədə əməkdaşlığını inkişaf et-
dirmək məsələləri müzakirə olunmuşdu [89]. 18-25 aprel 2002-
ci ildə ölkəmizin Turizm Nazirliyinin nümayəndə heyəti ÇXR-
də səfərdə olmuş, Gənclər, İdman, Uşaq və Qadın Federasiyaları,
Azərbaycan Respublikası beynəlxalq idman və turizm əlaqələri sistemində
(1991-2005-ci illər)
169
Ümumçin Xalq Nümayəndələri Məclisi, Şanxay meriyası ilə ya-
naşı ÇXR Gənclər Turizm İdarəsində də görüş olmuşdu [11,
“Azərbaycan Respublikası Gənclər, İdman və Turizm Nazirliyi-
nin Çin Xalq Respublikası ilə əməkdaşlığı haqqında məlumat”].
7 mart 1994-cü ildə imzalanmış turizm sahəsində əməkdaşlıq
haqqında sazişin birinci maddəsinə uyğun olaraq Azərbaycan
Respublikası Turizm Nazirliyi Çin səfirliyi ilə birgə ölkə mək-
təbliləri arasında “Çin haqqında nə bilirsiniz ?” adlı respublika
müsabiqəsi təşkil etmiş və müsabiqənin 10 nəfər qalibi 2002-ci
il iyulun 24-dən 31-dək Çində səfərdə olmuş, Ümumçin Qadın-
lar Federasiyası tərəfindən qəbul edilmişdilər [51, v.15].
Azərbaycan Respublikası Turizm Nazirliyi Çinin ölkəmiz-
dəki səfirliyinə iki ölkə arasında turizm sahəsində əməkdaşlıq
haqqında hökumətlərarası sazişin canlandırılması üçün 18 fevral
2003-cü ildə xüsusi məktub göndərmişdi [51, v.16]. Nəticədə 25
fevral 2003-cü ildə Çinin ölkəmizdəki səfiri ilə bizim turizm na-
ziri arasında Turizm Baş İdarəsində turizm əlaqələrinin geniş-
ləndirilməsi barəsində görüş keçirilmişdi [51, v.16]. 17-24 ok-
tyabr 2003-cü ildə Pekində keçirilmiş ÜTT-nın Baş Assamble-
yasının XV sessiyasında Azərbaycan Respublikası Turizm Na-
zirliyinin 3 nəfərlik nümayəndə heyəti iştirak etmişdi [51, v.17].
7 mart 1994-cü ildə imzalanmış turizm sahəsində əməkdaşlıq
haqqında sazişin 9-cu maddəsinə, yəni turizmə həsr olunmuş
beynəlxalq konfrans və sərgilərin təşkilində əməkdaşlığa uyğun
olaraq respublikamızın turizm naziri başda olmaqla 23-27 no-
yabr 2004-cü ildə Çin Milli Turizm İdarəsinin (ÇMTİ) dəvətinə
əsasən Şanxayda keçirilən Beynəlxalq Turizm Sərgisində iştirak
etmişdi [51, v.15]. Səfər çərçivəsində nümayəndə heyəti Şan-
xayda ÇMTİ-nın sədri və sədr müavini ilə görüşlər keçirmişdi.
Bu görüşlər və söhbətlər çərçivəsində ölkəmizin Çinin “Tövsiyə
edilən turizm ölkələri statusu (TETÖS)” sisteminə qoşulması
məsələləri müzakirə olunmuşdu. Keçirilən danışıqların əsas
məqsədi Çin turistlərinin ölkəmizə cəlb olunması idi [11, v.3-6].
Yuxarıda sadalanan məlumatlar, aparılmış tədqiqatlar, elmi
Dostları ilə paylaş: |