www.kitabxana.net
– Milli Virtual Kitabxana
173
biləcəyimizi bizə bəziləri söyləsə bəlkə də gülərək keçərdik.
Artıq hər seqmentdən insan, xarici görünüşü, sinif fərqi, din, dil fərqi olmadan sərbəst şəkildə ünsiyyət qura
bilir. Bəlkə də bu məcrada öyrənir, öyrədir, təhsilli olurlar.
Bəs, biz Sosial Mediada nə qədər azadıq?
Sosial Media’nın sürətlə irəliləməsi və böyüməsiylə artıq hər marka, iş adamı, təşkilat özünün bu axında harada
olduğunu çox düşünməyə başladı. Ölkəni idarə edənlər də bu vəziyyətə daxildir. Bu səbəbdən yazdıqları bir-bir
araşdırmalar kimi oldu. Məsələn Twitter’də yazdıqlarınızın ictimai təsiri hesablansa və kimsə sizdən hüquqi
mənada hesab soruşmaz deyilsə də, bir siyasətçiyə etdiyiniz bir tənqid sonrası başınıza nə gələcəyini
bilməzsiniz. Bu o demək olur ki, Sosial Media nə qədər ünsiyyət mövzusunda bizə böyük bir lüks təqdim etsə
də əslində bir o qədər də azad deyilik və məhdudlaşdırılırıq. Təbii ki, bu vəziyyət yaşanılan ölkəyə, ətraf
mühitə, o ölkənin insanlarının baxış bucaqlarına görə dəyişən bir faktdır. Lakin, yenə də azadlığımızın
məhdudlaşdırılmadığını iddia edə bilmərik.
Sosial Media Ənənəvi Mediaya nəzərən daha azaddırmı?
Sosial Media, Ənənəvi Media’ya nəzərən gündəmi an etibarilə təqib etməyimizi təmin edən, bir sonrakı günə
qalmadan hər olan-keçəndən dərhal xəbər almağımızı təmin edir. Eyni zamanda düşüncələrimizi də sanki bir
qəzetin köşə yazarıyıq kimi ya da bir televiziya kanalımız varmışcasına canlı nəşr etmə azadlığını bizə təqdim
edir. Bir müharibə müxbiri müharibənin içindən çəkdiyi bir foto şəkili dərhal paylaşaraq ya da bir şou xəbərçisi
bir anda tutduğu flash bir şou xəbərini paylaşaraq məlumat almaq azadlığımıza önəmli bir azadlıq qata bilir.
Lakin, medalyonun bir də o biri üzü var. Məşhurlarımız bir yana yolda gedərkən belə bir başqasının bizim
şəklimizi çəkib-çəkmədiyini bilmədən yolumuza davam edirik. Anlıq etdiyimiz komik bir hərəkət bəlkə də
özümüzün rəzil olaraq qəbul edəcəyi bir şeyi dərhal bir Sosial Media üzərindən görməyimiz mümkün bir
www.kitabxana.net
– Milli Virtual Kitabxana
174
vəziyyətdir.
Bəs, azadlıq bunun harasındadır? deyənləriniz olacaq. Keçmişdən bəri davam edən və böyüklərimizin də tez-tez
istifadə etdiyi ―Azadlığımız başqasının azadlığının başladığı yerdə bitər‖ sözü bax tam da bu anda
qulaqlarım;zda cingildəyir. Bu çox incə xəttin bir önünə bir arxasına keçənlər üçün bu sözün qulaqlarda sırğa
olmasını diləməmək mümkün deyil. Biri yolda gedərkən, ayağı sürüşüb yıxılarsa, digər biri də bunu komik
hesab edib Sosial Media üzərindən paylaşarsa, qanunların mövqeyi çox maraqlı olacaqdır. Təbii ki, bunu
soruşmaq bizə bir sanksiya gücü təmin edirmi, haqqınızı nə qədər müdafiə edə bilərsiniz, qanunlar bu mövzuda
nə qədər yetərlidir? Bu böyük bir sual işarəsidir.
Sosial Media bilənlər üçün bir neçə il əvvəlindən varlığını hiss etdirsə də bir çoxumuz üçün yeni bir məcradır.
Ümumiyyətlə, qanunlarımızda bu mövzuyla əlaqədar yetərsiz qalır. Bu vəziyyətdə öz-özümüzə bir tərəzi
meydana gətirməyimiz lazımdır.
Həqiqətən də başqalarının həyatlarını, ətraflarını, ailələrini nəzərə alaraq paylaşmalarda həm paylaşım
keyfiyyətini həm də öz keyfiyyətimizi, bizi təqib edən, yazılarımızı oxuyan, paylaşdığımız videoları izləyən
şəxslərin keyfiyyətini salmamaq üçün çox lazımlıdır.
İşin hüquqi tərəfini bir yana buraxacaq olsaq Sosial Media, Ənənəvi Media’ya nəzərən azadlıq mənasında daha
açıq bir platforma təmin edir. Ənənəvi Media’da xəbərləri sonradan almağımızdan əlavə subyektiv bir
platforma ilə qarşı-qarşıya qalırıq. Bu vəziyyət dövlət idarəçilərinin Ənənəvi Media’nı da bir mənada idarə
etməsi və yönləndirməsi ilə çox bağlıdır. Bu demək olur ki qətiliklə Sosial Media’da daha azadıq.
Dünyadakı Sosial Media azadlığını ələ alsaq, məsələn, ölkə olaraq sərt əlaqələr içərisində olan başqa bir ölkənin
bizə qarşı olan paylaşımlarını görməyimizin qadağan ediləcəyini bilirik.
Bu vəziyyət bizi yenə eyni nöqtəyə daşıyır. Dünya idarəçilərinin, ölkə idarəçilərinin təşəbbüsü qədər bu
www.kitabxana.net
– Milli Virtual Kitabxana
175
məcrada varıq və bu qədər azadıq.
Nəyə görə “sağlam” sosial Ģəbəkələri “xəstə” sosial Ģəbəkələrə çeviririk?
Sosial şəbəkələri ―xəstə‖ləndirən user-lərimiz haqqında…
İnternet ölkəmizdə inkişaf etdikcə sosial şəbəkələrə də gənclər və həmçinin orta yaşlı nəsil tərəfindən axın artır.
User-lərimiz müxtəlif sosial şəbəkələrdən istifadə edir. Lakin, çox təəssüf ki, böyük faiz istifadəçi kütləsinin
sosial şəbəkələrdən istifadə məqsədi eyni, monoton və xeyirsiz olur.
Məsələn, odnoklassniki sosial şəbəkəsi sinif, qrup yoldaşlarını tapıb onlarla ünsiyyətdə olmaq üçün nəzərdə
www.kitabxana.net
– Milli Virtual Kitabxana
176
tutulub. Amma bizim istifadəçilərin çoxu odnoklassniki sosial şəbəkəsini tanışlıq və online oyunlar oynamaq
üçün istifadə edir. Həmçinin bizim user-lər öz şəkillərini güzgü qarşısında , avtomobil yanında çəkdirib orada
paylaşaraq 5, +5 xalı qazanmaq üçün istifadə edir.
Facebook sosial şəbəkəsi əsasən ünsiyyət, xaricdə, uzaqda qalan dostlarla, qohumlarla danışmaq üçün və
müxtəlif şirkətlər haqqında məlumatlar əldə edilməsi üçün istifadəsi nəzərdə tutulub. Lakin, bizim böyük
istifadəçi kütləmiz bu sosial şəbəkədə hər gün küçə sözlərindən, nalayiq ifadələrdən , hətta söyüşlərdən ibarət
başlıqlı səhifələr açıb orada səhifəsinin adına uyğun user-lər kütləsi ilə ünsiyyətdə olurlar.
Həmçinin bu kütlə istifadəçilər facebook-dan ―padxod‖ məqsədi ilə ona-buna söz atmaq, like dilənməklə
məşğul olurlar. Facebook üzrə istifadəçilərimiz çox şükür ki, belə məqsədli və belə düşüncəli user-lərdən ibarət
deyil. Bu tip user-lər yavaş-yavaş Twitter sosial şəbəkəsinə də gəlməkdədirlər. Çoxlarının düşündüyü lakin
dilinə gətirmədiyi bir sual var:
Bəs nəyə görə bizim istifadəçi kütləsinin daxil olduğu və istifadə etdiyi sosial şəbəkələr, xəstə sosial şəbəkələrə
çevrilir?
Sosial şəbəkələrdə user-lərin əksəriyyəti özünü sərbəst hiss edir. Belə user-lər real həyatda olduğundan,
göründüyündən bir az fərqli görünə bilər. Həmçinin hər kəs öz daxili aləmini, tərbiyəsini bu sosial şəbəkələrdə
əks etdirir. Öncə qeyd etdiyim müəyyən user-lər öz davranışı, şit-şit fikirləri ilə öz tərbiyələrini, dünya
görüşlərini göstərirlər. Bu zaman da sağlam düşüncəli istifadəçilərlə bu istifadəçilərin mədəniyyəti, tərbiyəsi,
əxlaqı, fikirləri burada toqquşur və bir-birinə zidd gedir. Hər iki tərəf çalışır ki, öz xüsusiyyətlərini bilərəkdən
və ya bilməyərəkdən təbliğ etsin, insanlara təsir etsin.
Bu tip user-lərin çoxalmasına başlıca səbəb bekarçılıq, özünü real həyatda təsdiq edə bilməməkdir. Buna virtual
həyatda can atmaları, wap saytlarda, chat-larda keçirdikləri belə ―həyat tərzlərini‖ bu saytların dəbdən
düşməsinə görə sosial şəbəkələrdə istifadə etmək istəyidir.
Dostları ilə paylaş: |