23
Sibir həbsxana və düĢərgələrində can çürütmüĢ, amma yaĢamıĢ və bu yadigar eĢqi
yaĢatmağa çalıĢmıĢdı. Bu məhkum ömürdən yalnız son 15 ilini azadlıqda yaĢamıĢdı.
Timirovanın əsas ittihamı onun "cinayətkar" eĢqi idi; Sovet məktəblərində adı
ilə 70 il uĢaqları xortdan, bir adamyeyən kimi qorxutduqları Admiral Kolçakla olan
sevgisi və onu son nəfəsinə kimi tərk etməməsi idi.
...Bu məhəbbət od-alov və qan içində doğulmuĢdu, elə beləcə də sabahı
olmayacaq bir ümidsiz gecənin Ģöləsində yaĢadı.
Hər ikisi həyatlarını həsr etdikləri mübarizənin sonunu - aqibətini bilirdi.
Həyat onları qarĢılaĢdırarkən hər ikisi evli idi. Gənc Anna Timirova təntənəli
bir bal gecəsi onu görmüĢ, aĢiq olmuĢdu. Qadının cəzbedici Ģərq gözəlliyi və
füsunkarlığı admiralın ciddiyyətini və möhkəm inadını qırmıĢdı. Sonralar Omskda
(qədim tatar Ģəhəri Ombu) admiralın yanında Timirovanı görüb müĢahidə edən,
Sibir hökumətinin müttəfiqlərindən olan, fransız emissarı Berjeron xatirələrində
ondan vəcdlə bəhs edir: "Ömrümdə heç yerdə gözəllik, cazibə və ləyaqətin belə
çulğalaĢmasına rast gəlməmiĢdim. Mən özüm inadkar subaylardanam, amma nə
vaxtsa ailə qurmaq fikrinə düĢsəm, arzu edərdim ki, yalnız onun kimi bir qadına rast
gəlim... Ġlk dəfə mən onu rəsmi bir görüĢdə admiralla bir gördüm, onların zahiri
oxĢarlığı məni heyrətə gətirdi. Əgər mən onların münasibətlərini və əlaqələrinin
xarakterini əvvəlcədən bilməsəydim, onları bacı-qardaĢ və ya yaxın qohumlar zənn
edərdim. BaxıĢlar, rəftar, yeriĢ, əhval-ruhiyyə, temperament... hamısı eyni. Eyni
ġərq ruhu. Onlara baxır və qeyri-ixtiyari düĢünürsən: Onların bir-birindən ayrı
həyatı mümkün deyil. Yadımdadır, mən onları ilk dəfə birlikdə gördükdə təəssüflə
düĢünürdüm:
kim bilir, qarĢıda onları nə gözləyir - Ģahlıq, yoxsa Ģərəfsiz bir ölüm?!"
Həyat... Zərrə-zərrə, damla-damla qəlbə dolan vurğunluq və Ģəfqət artıb,
kükrəyib bu qəlbdə nə tüğyanlar, fırtınalar qopara bilərmiĢ!... Müharibələrə, aclığa,
itkiyə, məhrumiyyətə qalib gələn məhəbbət!... Minlərdən-milyonlardan yalnız birinə
nəsib olan Ģan-Ģərəfli məhəbbət!
...Admiralın 1919-cu ilin aprelindən öz anası ilə mühacirətdə yaĢayan oğlu
Rostislavın (1910-1965) yazdığına görə, onların kökü türk Ġlyas paĢa Kolçakdan
baĢlayır. Türk yurdu, Osmanlı Ģəhəri Xatın qalasının komendantı Ģanlı-Ģöhrətli Ġlyas
paĢadan.
"Kolçak, qolçak" türk dillərində tarixən hərbi geyim, hərb paltarlarının biri -
qola geyilən, onu qoruyan zirehli geyim mənasını ifadə etmiĢdir. "Kolçak, qolçaq"
get-gedə sonra məiĢət əĢyası Ģəklinə düĢərək iĢ vaxtı paltarı xarab olmaqdan
qoruyan, eyni zamanda qolu qoruyan (məsələn, təndirə çörək yaparkən geyilən
qolçaq) əĢya mənasını daĢımağa baĢlamıĢdır. Tarixçi-filoloq Nikolay Baskakov
özünün "Ġqor alayı haqqında dastanın türk leksikası" əsərində rus dilindəki kolçuqa
"zirehli döyüĢçü geyimi" terminini də "kolçak" sözü ilə bağlayır. Vladimir Radlov
məĢhur qıpçaq xanı Konçak xanın adının da (tarixi mənbələr göstərməkdədir ki, Rus
xalqının ilk tarixi bədii abidəsi olan "Ġqor alayı haqqında dastan"ın qəhrəmanının