Mövzu İqtisadi nəzəriyyənin genezisi və inkişaf mərhələləri



Yüklə 0,96 Mb.
səhifə15/66
tarix30.12.2023
ölçüsü0,96 Mb.
#166965
1   ...   11   12   13   14   15   16   17   18   ...   66
Mikroiqtisadiyyat 1-13 Mühazirələr (1)

Şəkil 1. İzokvanta


Əyrinin müsbət olması o deməkdir ki, bir amilin tətbiqi digərinin də tətbiq olunmasını vacib edir. Əks təqdirdə istehsal azala bilər.
Izokosta – eyni miqdarda pulla alına bilən istehsal amillərinin kombinasiyasını göstərən xətdir. Izokosta başqa sözlə, bərabər xərclər əyrisi də adlandırırlar. İzokosta paralel düz xətlərdir, çünki firma dəyişməz qiymətlərlə istədikləri miqdarda ala bilər.



Şəkil 2. İzokosta və izokvanta


Izokvanta və izokostanı tutuşdurmaqla firmanın optimal mövqeyini müəyyənləşdirirlər. Onların kəsişdiyi nöqtə dəyərinə görə faktorların ən ucuz olduğunu əks etdirir (Şəkil 2. A nöqtəsi).
Qərb iqtisadi ədəbiyyatında məcmu ictimai məhsulun strukturu dörd əsas elementə bölünür; 1. İstifadə olunan xərclər (xammal, material, yanacaq, hissələr və
s. daxildir); 2. Amillər üzrə xərclər (əmək haqqı, borc kapitalına görə faiz, torpaq rentası və s.); 3. Əlavə xərclər (avadanlıqların mənəvi aşınmasına çəkilən xərclər);

  1. Sahibkarların gəlirləri (mənfəət nəzərdə tutulur.)

Ümumi məhsulun dəyər tərkibinin bu şəkildə təsnifatı bazar sistemli ölkələrin tətbiq etdiyi üsuldur. Ümumi milli məhsul ölkədə və həmin ölkəyə aid xaricdə bir il ərzində istehsal olunmuş bütün hazır əmtəə və xidmətlərin ümumi bazar dəyərinə deyilir. Ölkənin ərazisində yaradılmış xarici dövlətlərin və vətəndaşların müəssisələrində istehsal olunmuş əmtəə və xidmətlərin dəyəri də ümumi daxili məhsulun dəyərinə daxildir. Son məhsul istehlakçıların təkrar satış üçün deyil, öz istifadələri üçün aldıqları əmtəə və xidmətlərin dəyər ifadəsində miqdarıdır. Aralıq məhsullar dedikdə isə gələcəkdə emal olunacaq və yaxud gələcəkdə bir neçə dəfə təkrar satılacaq əmtəə və xidmətlərin dəyəri nəzərdə tutulur.

Mövzu 4. Iqtisadi institutlar və mülkiyyət




«Iqtisadi institutlar» anlayışı elmə iqtisadi nəzəriyyənin institusional- sosioloji cərəyanı tərəfindən daxil edilmişdir. İnstitusionalizmin baniləri Torsteyn Veblen və onun şagirdi, sənaye tsikli sahəsində mütəxəssis olan Uesli Mitçell, publisist və siyasi xadim Con Helbreyt, iqtisadçı və qlobal problemlərin tədqiqatçısı Yan Tinbergen və başqaları hesab edilirlər. İnstitutlar insanlar tərəfindən yaradılmış formal və qeyri-formal qaydaların məcmusudur ki, iqtisadi agentlər üçün məhdudiyyət, eləcə də onların yerinə yetirilməsi və qorunmasının müvafiq nəzarət mexanizmi kimi çıxış edir.
Nəzarət mexanizmi dedikdə qaydaların riayət olunmasını və ya pozulmasını eyniləşdirməyə, həmçinin həvəsləndirici və ya qeyri-həvəsləndirici tədbirlərin tətbiqinə kömək edən vasitələr dəsti nəzərdə tutulur. İnstitutlar həm formal qanunlardan (konstitusiya, qanunvericilik, mülkiyyət hüququ), həm də qeyri-formal qaydalardan (ənənələr, adətlər, əxlaq qaydaları) ibarətdir. İnstitutlar insanlar tərəfindən qaydalara riayət edilməsi və mübadilədə qeyri-müəyyənliyin aradan qaldırılması məqsədilə yaradılırdı. Bu cür institutlar iqtisadiyyatda qəbul olunmuş standart məhdudiyyətlərlə birgə alternativlər dəstini təyin edirdilər, bu yolla da istehsal və tədavül xərclərini, müvafiq mənfəətliyi və iqtisadi fəaliyyətə cəlb olunma ehtimalını müəyyənləşdirirdilər.
Son iyirmi il ərzində çoxlu araşdırmaların aparılmasına baxmayaraq institutların müasir iqtisadi nəzəriyyəsi rüşeym halındadır. 1993-cü ildə Duqlas Nort yeni institusional iqtisadiyyatın pionerlərindən biri kimi Nobel mükafatı ilə təltif olunmuşdur. İnstitutlar olduqca mübahisəli konsepsiyadır. Bu mövzuda yazan alimlər institutların nə olduğu barədə dəqiq izahat verməyiblər. Hələ üstəlik institutlar iqtisadi perspektivlər nöqteyi-nəzərindən müxtəlif şəkildə müəyyən olunurlar. Məsələn, Elster yazır ki, institutu qanuna vadar edən mexanizm kimi xarakterizə etmək olar ki, bunun da ən heyrətamiz cəhəti davranışın güc işlətməklə dəyişdirilməsidir.
Cek Nayt hesab edir ki, institutlar qarşılıqlı ictimai münasibətləri xüsusi tərzdə strukturlaşdıran qaydalar dəstidir ki, bunları bilməklə həmin birliyin bütün üzvləri razılaşmalıdır. K.Mengerin hazırladığı terminologiyadan istifadə etməklə institutları daha yüksək qəbildən olan ictimai nemətlər kimi müəyyən etmək olar. Bu isə aşağıdakı kimi izah olunur: əgər institutlar ayrı-ayrı iqtisadi müvəkkillərin hərəkət əlaqələri üçün zəruri olan informasiyaların istehsalını təmin edirlərsə, onda məhz bu informasiya ictimai nemət olur. Beləliklə, bazar qiyməti informasiya daşıyıcısı olmaqla iqtisadi müvəkkillərin müəyyən qaydalar əsasında təşkil edilən qarşılıqlı təsiri əsasında formalaşır.
İnstitutlara qiymətdən düşmə və yeni investisiyalar vasitəsilə dəyişə bilən ictimai kapital kimi baxmaq olar. Formal qanunlar sürətlə dəyişilə bilir, lakin məcburetmə və qeyri-formal qaydalar ləng dəyişilir. Nümunə kimi kapitalizmin iqtisadi institutlarının bazar modelinə münasib olanlarını uyğunlaşdıran Rusiyanı göstərə bilərik. Qeyri-formal qaydalar, normalar, adətlər hökumət tərəfindən
yaradılmır, onlar kortəbii surətdə inkişaf edirlər. İnstitutlar ətraf mühitin dəyişikliklərinə ləng uyğunlaşırlar.
Vaxtilə səmərəli olmuş bir çox institutlar səmərəsiz olurlar və uzun müddət bu cür qalırlar, yəni cəmiyyəti bir çox illər bundan əvvəl müəyyən edilmiş tarixi yolundan döndərmək çətindir. İnstitutların iqtisadi həyatda rolu olduqca böyükdür. İnstitutlar gündəlik həyatı müəyyən quruluşa salaraq qeyri-müəyyənliyi azaldırlar. Onlar insanlar arasındakı qarşılıqlı münasibətləri təşkil edirlər. İnstitutlar hər bir insanda olan iqtisadi davranışda alternativlər dəstini müəyyənləşdirir və məhdudlaşdırırlar. İnstitutlar adamlar tərəfindən qarşılıqlı insani münasibətlərə nizam vermək üçün yaradılmış məhdudiyyətlərin bütün formalarını özlərində birləşdirirlər.
İnstitutlar formal və qeyri-formal olurlar. Formal institutlar insanlar tərəfindən düşünülmüş qaydalardır, qeyri-formal institutlar isə hamı tərəfindən qəbul edilmiş davranış (adətlər, ənənələr və s.) şərtiliyi və kodeksləridir. Onlar şüurlu insan düşüncəsinin məhsulu (məsələn, konstitusiya) ola və ya sadəcə olaraq tarixi inkişaf prosesində yarana bilərlər. Formal institutlar qismən də bazar iqtisadiyyatında institusional dəyişikliklərə nəzarət edənlərin maraqlarına xidmət etmək üçün yaradılırlar. Bəzilərinin şəxsi maraqlarının dalınca getməsi digərlərində mənfi təsir yarada bilir.
İnstitutlarla istehsalın səmərəliliyi arasındakı əlaqəni başa düşmək üçün transaksion xərclər konsepsiyası mövcuddur. «Transaksion xərclər» məfhumu elmi dövriyyəyə Nobel mükafatı laureatı R.Kouz (1910-cu ildə doğulub) tərəfindən daxil edilmişdir. Bu xərclər bilavasitə istehsalın özü ilə deyil, onları müşayiət edən məsrəflərlə: qiymətlər, təsərrüfat müqavilələri tərəfdaşları haqqında informasiya axtarışları, təsərrüfat müqavilələrinin bağlanması ilə əlaqədar məsrəflər, onlann həyata keçirilməsi üzərində nəzarət və s. bağlıdır. Mübadilənin şəxsləndirilmiş sadə modelində iştirakçılar dəfələrlə bir-biri ilə eyni tipli sövdələr aparırlar, bir-birinin əlamətlərini, xassə və xüsusiyyətlərini yaxşı bilirlər. Belə cəmiyyətdə ölçülmüş transaksional xərclər olduqca aşağıdır. Yalan, öhdəliklərin pozulması, prinsipsizlik faydalı olmadığı üçün ya zəif təzahür edir, ya da ümumiyyətlə sərfəli deyil. Belə şəraitdə davranış normaları qanunda öz əksini nadir hallarda tapır. Rəsmi müqavilələr bağlanmır, müqavilə şərtləri özü-özlüyündə olmur. Bununla belə ölçülən transaksional xərclər belə cəmiyyətdə aşağı (bununla yanaşı ölçülməyən xərclər icma quruluşunda yüksək ola bilər) olsa da, istehsal xərcləri yüksəkdir, çünki əməyin ixtisaslaşması və bölgüsü fərdləşdirilmiş mübadilə ilə şərtlənmiş bazar hüdudları ilə məhdudlaşdırılır.
İnstitutların cəmiyyətdə oynadığı əsas rol qeyri-müəyyənliyi insanlar arasında qarşılıqlı əlaqənin dayanıqlı (lakin səmərəli olması çox da vacib deyil) quruluşunun yaradılması yolu ilə azaltmaqdan ibarətdir. Lakin institutların sabitliyi onların dəyişikliklərə məruz qalması ilə heç də ziddiyyət yaratmır. Bütün institutlar eyni şəkildə, yəni ənənəvi şərtilikdən, kodekslərdən və davranış normalarından yazılmış hüquqa, adi hüquqa və fərdlər arasındakı müqavilələrə kimi inkişaf edirlər. İnstitusional dəyişikliklər mürəkkəb prosesdir, çünki son həddəki dəyişikliklər qaydalarda, qeyri-formal məhdudiyyətlərdə, qaydalara və məhdudiyyətlərə əməl
etməyə məcbur etmənin üsulları və səmərəliliyində olan dəyişikliklərin nəticəsi ola bilər.
Keçid iqtisadiyyatı şəraitində cəmiyyət institusionalistlərin araşdırmalarına görə, əsasən aşağıdakı üçlükdən ibarət məsələni həll etməlidir: birincisi - dəyişiklikləri və yeni mexanizmləri mənimsəmək, ikincisi - dəyişikliklərin və səhvlərin neqativ nəticələrini aradan qaldırmaq, nəhayət, keçmiş irsin qiymətli olanlarını saxlamaq. Duqlas Nortun bu irsə aid olan mövqeyi əsaslandırılmış və ağlabatan görünür: sizin keçmişə olan münasibətinizdən asılı olmayaraq insanların adət elədikləri ilə hesablaşmaq lazımdır, islahatların strategiyası və taktikası bunu nəzərə almaya bilməz. İnsan biliklərinin əsasında bir insanın və ya bir nəslin həyatı boyu qazandığı ayrı-ayrı biliklər deyil, onların uzun müddət ərzində yığılmış məcmusu durur. Təəssüf ki, onun qiymətini minimallaşdırmağı nəzərdə tutan transformasiya dinamikası nəzəriyyəsi yoxdur.
Mülkiyyyətin əsas məğzini mənimsəmə təşkil edir. Mənimsəmə mülkiyyət obyektinin subyekt tərəfindən iqtisadi, zorakılıq və hüquqi yollarla digər subyektlərdən özgələşdirməkdir. Mənimsəmə kateqoriyasını araşdırarkən əmək vasitəsilə, tədavül vasitəsilə həyata keçirilən mənimsəmə və bilavasitə istehsal prosesində icra edilən akt, istehsal anı kimi mənimsəmə növlərini göstərmək olar. Mənimsəmə və özgəninkiləşdirmənin tam forması olan mülkiyyətdən sahibliyi, istifadə etməni və sərəncam verməni fərqləndirmək lazımdır.

Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə