Mövzu: Mеhmanхana fəaliyyətinin tariхi inkişaf mərhələləri Plan


MÖVZU: 7. MEHMANXANANIN TƏŞKILATI VƏ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə19/49
tarix04.11.2017
ölçüsü5,01 Kb.
#8646
1   ...   15   16   17   18   19   20   21   22   ...   49

 
59
MÖVZU: 7. MEHMANXANANIN TƏŞKILATI VƏ 
IDARƏETMƏ STRUKTURLARI 
Plan 
1. Mеhmanхananın idarəеtmə strukturunun tərkibi 
2. Mеhmanхanaların qəbul və хidmət şöbəsinin iş prisipi 
3. Bronlaşdırma bölməsinin fəaliyyəti  
4. Təhlükəsizlik və inzibati təsərrüfat bölmələri 
5. Turistlərin qəbulu və xidmətinin təşkili  
6. Idarəetmədə avtomatlaşdırma sistemi 
 
1. Mehmanxanalarda xidmətin səmərəli təşkili baş menecer və icraçı komitənin 
fəaliyyətindən çox aslıdır. 
Idarəetmə strukturları və onların vəzifələri 
a) Baş menecer və icraçı komitə (General Manager & Directors board); 
b) Mehmanxananın əsas şöbələri və bölmələri; 
c) Baş inzibatçının bölməsi (Front Office) 
•  Təhlükəsizlik bölməsi (Security); 
•   Inzibati-təsərrüfat bölməsi (cleaning Division/Floor Keeping); 
•   Turistlərin qəbul və xidmətinin təşkili; 
•   Brondlaşdırma (Reservation); 
•   Idarəetmədə avtomatlaşdırma sistemi (IT (MIS)). 
Mehmanxananın  əsas  vəzifəsi  qonaqları  müvəqqəti  yaşayış  yeri  ilə  təmin 
etmək və onlara xidmət göstərməkdən ibarətdir. 
Mehmanxananın  təşkilati  strukturu  onun  müəyyən  olunmuş  təyinatı, 
yerləşdiyi  ərazi,  qonaqların  spesifikliyi  və  digər  amillərlə  müəyyən  olunur.  Iri 
mehmanxanaları baş menecer və əsas şöbələrin menecerlərinin daxil olduğu icraçı 
komitə idarə edir. Mehmanxananın əsas şöbələri aşağdakılardır: 
−  qəbul və xidmət şöbəsi (Front Office); 
−  yemək və içməyə xidmət göstərən şöbə (Food & Beverege); 
−  marketing və satış şöbəsi (Sales & Marketing); 


 
60
−  kadrlar şöbəsi (HR) 
−  maliyyə və mühasibat şöbəsi (Accounting); 
−  mühəndis istismar şöbəsi (Building Administration). 
Bu  şöbənin  menecerləri  (direktorları)  korporativ  və  regional  səviyyədə 
rəhbərlərlə  adətən  əlaqədə  olur,  onlara  mütəmadi  hesabat  verirlər,  lakin  birbaşa 
mehmanxananın baş menecerinə tabedirlər. 
Mehmanxananın  nailiyyəti,  nüfuzu  burada  çalışan  müxtəlif  insanların  əlbir 
fəaliyyətindən aslıdır. Mehmanxanada hər iş vicdanla görülməli və müəyyən şöbə 
tərəfindən işin keyfiyyəti nəzərə alınmalıdır. 
800  nömrəsi  olan  «General  Eisenhower»  mehmanxanasının  baş  meneceri 
Qodfri  Bler  mehmanxana  işini  «xırdalıqlardan  ibarət  biznes»  adlandırır.  Bu 
sahənin  digər  mütəxəssisi  Metyu  Foks  deyirdi  ki,  «xırda  səhvlərə  əhəmiyyət 
verməmək  onların  böyüməsinə  səbəb  olur».  Otellər  həmişə  öz  zahiri  görünüşü, 
dəbdəbəli olması ilə qonaqları heyran qoymağa çalışır. Bu məkanda «Rits Karlton» 
oteli öz interyeri ilə, «Hyatt» öz bəzəkli, zinətli görünüşü ilə qonaqları məftun edir. 
Mehmanxana  biznesini  öz  peşəsi  seçənlər  üçün  bu  cür  otellərdə  çalışmaq  fəxr 
sayılır.  Mütəxəssislər  mehmanxananı  canlı  teatr,  onun  baş  menecerini  isə  teatrın 
rejisoru adlandırırlar. 
Baş  menecerin  üzərinə  çox  məsuliyyətli  vəzifələr  düşür,  o  cümlədən  otelin 
rentabelli  gəlirlə  işləməsini    təmin  etməsi,  qonaqlara  göstərilən  xidmətin  yüksək 
səviyyədə  və  keyfiyyətli  olmasının  təşkili,  tabeliyindəki  işçilərə  elə  şərait 
yaratmalıdır ki, onlar gördüyü işdən zövq ala bilsinlər. 
Mehmanxananın  sutka  ərzində  24  saat  istirahət  günü  olmadan  fəaliyyət 
göstərməsini  nəzərə  alaraq  burada  bir  çox  problemlərin  ortaya  çıxmasını  baş 
menecer  vaxtında  görməli  və  aradan  qaldırmalıdır.  Böyük  mehmanxanalarda  baş 
menecerin  çox  mühüm  nüfuzlu  orqanlara  (VIP)  vaxt  ayırıb  diqqət  göstərmək 
imkanı  olur.  Buna  baxmayaraq  baş  menecerin  vestibüldə  tez-tez  görünməsi  
məqsədəuyğundur.  Baş  menecerin  qonaqların  qeydiyyatı,  yerləşdirilməsi,  yeməyi 
ilə şəxsən maraqlanması qonaqlarda xoş təəssürat və razılıq hissi yaradır. 


 
61
Paris şəhərinin məşhur oteli «George V Hotel» də 30 il çalışan baş menecer 
Maks Blue bu işin mahir ustası idi. O, vaxtını dəqiq bilər, vestibüldə qonaqları nə 
vaxt  qarşılamaq  lazımdır,  nə  vaxt  yola  salmaq,  onların,  yeməyi,  qeydiyyatı, 
göstərilən  xidmətin  keyfiyyəti  ilə  maraqlanar,  qonaqlarla  ünsiyyətdə  olardı.  Baş 
menecer yaddan çıxarmamalıdır ki, mehmanxanada məhz o, ev sahibi rolunda çıxış 
edir. 
«Şeraton»  mehmanxana  şəbəkəsinin  lüks  otellər  bölməsinin  vitse-prezidenti 
Rik  Seqal  öz  müvəffəqiyyətini  bir  çox  amillərlə,  o  cümlədən  xırda  məsələlərə 
diqqət  olması  ilə  izah  edir.  Bu  keyfiyyətə  malik  olduğunu  o,  Nyu  -  Yorkda  
yerləşən «ST Regic Hotel» mehmanxanasında baş menecer işlədiyi vaxt  xüsusən 
göstərmişdir.  Baş  menecer  nəinki  mehmanxananın  fəaliyyətinə,  həmçinin  hər  bir 
işçiyə  cavabdehdir.  Baş  menecer  demokratik  olmalıdır.  Lakin  mehmanxananım 
böhran  vəziyyətində  o,  avtokrat  da  ola  bilər.  Baş  menecer  xüsusi  şəxsi 
keyfiyyətlərilə yanaşı, bir çox xassələrə malik olmalıdır: 
 fitri liderlik qabiliyyəti; 
 xırda məsələlərə diqqətlə yanaşma; 
 hər bir işlə maraqlanmaq, başlanan işi axıra çatdırmağı bacarığı; 
 insanlarla ünsiyyətdə olmaq bacarığı; 
 səbirli olmaq. 
Baş menecerlər arasında keçirilən sorğu nəticəsində aydın olub ki, işgüzarlıq 
və məsuliyyət əsas xüsusiyyət kimi çox qiymətləndirilir. Peşəkar menecerin zəruri 
keyfiyyətlərindən  biri  də  yüksək  səviyyəli  mütəxəssislərdən  ibarət  əlbir  işləməyi 
bacaran  komanda  yaratmasıdır.  Çikaqoda  (ABŞ)  yerləşən  «Four  Seasons  Hotel» 
mehmanxanasının  baş  meneceri  Hans  Uilliman  etiraf  edir  ki,  oteldə  hər  şöbənin 
müdiri  öz  işini  ondan  daha  yaxşı  bilir.  Havay  adalarının  Maui  adasında  yerləşən 
«Stouffer Wailea Beach Resort» оtelinin baş meneceri Donn Takahaşinin üslubuna 
görə işçilərə otelin fəaliyyətinin vacib kompanenti kimi baxılmalıdır. Bunun üçün 
Takahaşi kadr axınının qarşısını almaq, rəqabət aparan mehmanxanaların peşəkar 
işçiləri  öz  tərəfinə  çəkə  bilməməsi  üçün  proqram  işləyib  hazırlamışdı.  Onun 
fikrincə,  kollektivlərin  sabitliyinin  açarı  bütün  səviyyələrdə  işçilərin  qarşılıqlı 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə