146
Milli Parkda təbii zənginliyi qorumaq üçün Ekologiya və Təbii sərvətlər
Nazirliyi tərəfindən proqram işlənib hazırlanmışdır. Bu proqramda Milli Prakın
ekosistemi qorumaqla yanaşı onun yaxınlığında Avropa modelinə uyğun istirahət
komplekslərinin yaradılması planlaşdırılır. Burada əhalinin istirahəti üçün yeni
turist bazalarının, istirahət mərkəzinin yaradılması ilə yanaşı, ekoloji turların
təşkili üçün cığırların müəyyənləşdirilməsi, Milli Parkın xəritə-sxeminin
çəkilməsi və s. nəzərdə tutulub.
2.
Ölkədə təbiət abidələrinin yayılması, ərazinin coğrafi şəraitindən asılı
olaraq dəyişir. Ən çox təbiət abidələri dağlıq və dağətəyi bölgələrdə yayılıb
ki, onların da əksəriyyəti əsas və əlavə turist marşrutlarında istifadə olunur.
Təbiət abidələrinin turizm baxımından istifadəyə görə 3 qrupa bölünür:
1. Turizm və istirahətin təşkili üçün əlverişli olan ekzotik landşaft
abidələri;
2. Müəyyən turist marşrutlarında istifadə olunan təbiət abidələri;
3. Turizm fəaliyyəti ilə birbaşa bağlı olan təbiət abidələri.
Ölkəmizdə təbiət abidələri geoloji, geomorfoloji, hidroloji, flora və
faunastik növlərə bölünür. Azərbaycanda geoloji, geomorfoloji abidələr
Abşeron, Quba, Qazax, Tovuz, Qobustan, Sədərək rayonlarında yayılıb.
1. Abşeronda geoloji abidələrə palçıq vulkanları, Binəqədidəki Bitium
gölü, dəniz sahillərində olan qayalıqlar, Məhəmmədli və Digah kəndlərində
qazın alovlandığı ərazilər aid edilir. Abşeronda qeyd olunan təbiət
abidələrindən yerli turist marşrutlarında istifadə olunur.
Naxçıvandakı geomorfoloji abidələrə Nəhəcər, Əlincə, İlanlıdağ,
həmçinin Ordubad rayonunda kvars çöküntülərindən ibarət , müxtəlif
rənglərdə dağ yamaclarını qeyd etmək olar. Geomorfoloji abidələrdən
Naxçıvandakı Sarıdağ, Dəlidağ, Dəhnədağ qədim çöküntü süxurlarının
yayılması ekzotik landşaft xüsusiyyətlərinə görə seçilir. Həmçinin Qazax,
Tovuz rayonunda, Göyəzən, Avey dağı ekzotik təbiət abidələrindəndir. Xınalıq
kəndi və Qızılqaya yaylasında 20 – dən çox geoloji abidələr vardır.
147
Hidroloji və faunastik abidələr. Belə landşaft nümunələri daha çox
Böyük Qafqazda, Naxçıvan və Gəncə - Qazaxda yayılıb. Hidroloji
abidələrdən Böyük Qafqazın şimal – şərq və cənubunda olan dərin çay
dərələrini və şəlalələri qeyd etmək olar ki, bunlardan daha çoxu Şəki, Qəbələ,
Zaqatala, Quba və Şamaxı rayonlarında yayılıb. Ölkədə mövcud olan
şə
lalələrin böyük hissəsi Böyük Qafqazın çaylarının payına düşür ki, bunların da
çoxu əsas turist marşrutlarına salınır. Afurca, Mucuq, Həmzəli, İlisu, Katex,
Sarıgüney və s. hidroloji abidələrin turizm əhəmiyyəti vardır.
Ölkədə fauna abidələri əsasən dağlıq ərazilərdə Böyük Qafqaz, Kiçik
Qafqazın meşələrində yayılıb. Flora abidələri ən çox Lənkəran bölgəsində
yayılıb. Burada endemik və relikt bitkilər ölkədə yayılan eyni əhəmiyyətli
abidələrin 2/3 – dən çoxunu təşkil edir. Bununla yanaşı Sultanbud
meşələri, Göygöldə yayılan qarmaqvari şam, şabalıdyarpaq palıd meşələri də
flora abidələrindən sayılır.
Ölkədə nadir landşaft abidələrinin daha çox cəmləndiyi ərazilərə
Abşeron, Çuxuryurd, İsmayıllı rayonlarını, Kəpəz dağı, Quba rayonundakı
Qaytarqoca silsiləsi, Təngaltı, Qəçrəş, Kiş çayının dərəsi, Şəkidəki Marxal,
Zaqatalada Pəri qalası deyilən ərazilər, Göygöl, Batabat, Lerik
rayonundakı estetik landşaftın daha çox cəmləndiyi dağlıq əraziləri qeyd etmək
olar. Ölkədə olan təbiət abidələri əhəmiyyətinə görə 3 qrupa bölünür:
1. Dünya əhəmiyyətli abidələr – İlandağ, Göygöl,Göyəzən,Batabat,
Hirkan meşəlikəri, Abşeronun palçıq vulkanları;
2. Ölkə əhəmiyyətli abidələr – Şəlalələr, Beşbarmaq dağı, Dübrar
dağlarındakı mənzərələr, nadir mineral bulaqlar, Sultanbud meşəsi və s.
3. Yerli əhəmiyyətli abidələr – Müxtəlif meşə landşaftı, yaşı bir neçə
100 ilə çatan ağaclar, çay dərələri, yanar bulaqlar, qazın alovlandığı yerlər və s.
Təbiət abidələri turist marşrutlarında istifadə olunur. Bunlardan ən çox
Abşeronun palçıq vulkanları, meşəlik ərazilər, Naxçıvanın təbiət
abidələri əsas və əlavə.
148
3.
Milli irs nümunələrinin turizmdə istifadə xüsusiyyətləri antropogen
ehtiyatlarda olduğu kimi əsasən ekskursiya məqsədli və beynəlxalq turizmin
inkişaf etdirilməsi üçün əsas vasitələrdən sayılır. Milli irs nümunələrinin ölkədə
tirizm ehtiyatı kimi istifadə olunması aşağıdakı qruplara bölünür:
1. Milli irs nümunələrinin beynəlxalq turizmdə istifadə olunması
xüsusiyyətləri. Buraya beynəlxalq sərgilərdə, tranzit turist marşrutlarında və
ölkənin müəyyən bir ərazisində turizm ehtiyatlarının daha çox cəmləşdiyi
bölgələrdə milli irs nümunələrindən istifadə olunması daxildir.
2. Bölgədə və ya yerli səviyyədə milli irs nümunələrinin təbliği
hesabına xalq sənətkarlığının, suvenir istehsalının artırılmasına yönəldilən
tədbirlərdir. Bu məqsədlə milli sənətkarlıq nümunələrinin daha çox cəmləndiyi
yaşayış məntəqələrində əlavə iqtisadi stimullar yaratmaqla xalq
sənətkarlığının inkişafına nail olunması mümkündür.
3. Milli irsin nümunələrinin ölkənin turizm reklamında istifadə
olunması və bu məqsədlə beynəlxalq səviyyəli yerləşmə müəssisələrində
onların satışının təşkil olunmasından ibarətdir.
Ölkədə milli irs nümunələrinə xalq sənətkarlığının ayrı – ayrı növləri,
suvenir istehsalı, müxtəlif kustar üsulla hazırlanan məhsullar, dekorativ sənət
nümunələri, ənənəvi toxuculuq aid edilir. Ölkədə qeyd olunan irsi
nümunələrdən xalçaçılıq ənənəvi sənət növlərindən olmaqla turizmdə suvenir
istehsalı üçün əhəmiyyətli yer tutur. Xalçaçılıq sənətinə aid olan kiçik həcmli
xalçalar beynəlxalq sərgilərdə nümayiş olunur və ölkəyə gələn turistlərin ən
çox aldığı suvenir məhsullarından sayılır. Ölkədə xalçaçılığın qədim adət -
ə
nənələrini Quba, Şamaxı, Bakı, Qarabağ, Qazax bölgələrində saxlanılıb.
Burada kiçik həcmli xalçalar və ona uyğun gələn müxtəlif məhsullar əl əməyi
ilə toxunulduğuna görə ölkəyə gələn turistləri daha çox cəlb edir. Son illər
ölkənin əsas turizm mərkəzlərindən sayılan Quba, Şamaxı, İsmayıllı,
İ
çərişəhərdə, Şəkidə kiçik xalça sexləri fəaliyyət göstərir ki, onların da
Dostları ilə paylaş: |