Mövzu Turizm resurslarının öyrənilməsinin elmi-nəzəri əsasları Plan: 1



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə48/59
tarix20.10.2017
ölçüsü5,01 Kb.
#6134
1   ...   44   45   46   47   48   49   50   51   ...   59

152 
 
Xaçmaz  və  Dəvəçidəki  termal  sulardan  ibarətdir.  Ölkədə  bu  suların 
ümumi debeti 3,2 min l / sutka təşkil edir. 
Qeyd  olunan  mineral  sular  yayıldığı  ərazilərdə  balneoloji 
kurortlar  əsasən  müxtəlif  uroloji  xəstəliklərin  müalicəsində  istifadə 
olunur.  Hidrokarbonatlı  sular  yayıldığı  ərazilərin  coğrafi  şəraitindən 
asılı  olaraq  kompleks  turizm  məqsədilə  istifadə  olunur.  Belə  ki, 
Bolqarıstanda  33000  yerlik  müalicəvi  sanatoriyaların  əksəriyyəti  bu 
suların baxasında yaradılıb. 
2. Sulfidli və hidrogensulfidli termal sular. Bu tipli termal sular 
Rusiyanın şimali Qafqaz bölgəsində, Krımda, Balkan yarımadasında 
daha çox yayılıb. Bu sularda temperatur 16 – 25
0
s – dən yüksək olur 
(bəzi  sularda  80
0
s  -  ə  çatır).  Termal  suların  əsas  müalicəvi 
xüsusiyyətlərinə dəri, dayaq – hərəkət orqanları, əsəb xəstəliklərinin 
müalicəsi  daxildir.  Hidrogensulfidli  sulardan  müxtəlif  dərmanların 
hazırlanmasında da istifadə olunur. Bu mineral – termal sular Fransa, 
Böyük  Britaniya,  Şimali  Qafqaz,  Ukrayna  və  s.  ölkələrdə  yayılıb. 
Azərbaycanda  ən  çox  hidrogensulfidli  kükürdlü  sular  Abşeron  və 
Lənkəran bölgəsində yayılıb. Ölkədə fəaliyyət göstərən kurortlardan 
3200  yerlik  bu  suların  bazası  əsasında  fəaliyyət  göstərir. 
Hidrogensulfidli  suların  digər  əhəmiyyətinə  kimya  sənayesində  və 
müalicə  palçıqları  ilə  birlikdə  vanna  müalicəsində  istifadə 
olunmasıdır. 
3.  Yodlu  –  bromlu  termal  sular.  Bu  suların  yayılması  əsasən 
neftli – qazlı ərazilər üçün səciyyəvidir. Bu növ termal suların ümumi 


153 
 
debiti  8  mln  l  /sut.  qədər  qiymətləndirilir.  Əsas  yayıldığı  ərazilərə 
ABŞ – ın Meksika sahili, Şimali Afrika ölkələri, İtaliyanı, həmçinin 
Azərbaycanı da aid etmək olar. Bu termal sulardan istifadə müalicəvi 
xarakterinə görə digərləri ilə müqayisədə azlıq təşkil edir. Bunun da 
səbəbi qeyd olunan termal sularda digər qarışıqların çox olmasıdır. 
4.  Xloridli  və  ayrıca  tərkibində  karbon  qazının  üstünlük  təşkil 
etdiyi sular. Bu sular minerallaşma dərəcəsinin yüksək olmasına görə 
digər  sulardan  üstündür.  Bu  suların  bəzilərinin  tərkibində  hidrogen, 
kalsium, karbon qazının üstün olması müalicə əhəmiyyəti ilə  yanaşı 
süfrə  suyu  kimi  istifadə  olunmasına  şərait  yaradır.  Qeyd  olunan 
mineral  suların  tərkibinə  maqni  və  kalsi  tərkibli  kimyəvi 
birləşmələrin  çox  olması  onların  müalicəvi  xüsusiyyələrini  artırmış 
olur.  Bu  suların  ümumi  debiti  500  mln  l/sut  çox  qiymətləndirilir. 
Yayıldığı  əsas  ərazilərə  Rusiyanın  Şimali  Qafqaz  bölgəsi  125  mln 
l/sut, 
Türkiyə, 
Çexiya, 
Slovakiya,Ukraynanın 
Karpat 
hissəsi,Fransa,İtaliya  və  s.  qeyd  etmək  olar.  Azərbaycandakı  bu 
mineral sular Kiçik Qafqaz və Naxçıvanda yayılıb. 
Mineral  və  termal  sularla  yanaşı  müalicəvi  palçıq  vulkanları, 
baleoloji  əsas  təbii  bazasını  təşkil  edir.  Belə  kurortlar  Gürcüstanda, 
Rumıniyada,  Yeni  Zelandiyada,  Ukrayna,  ABŞ  və  Azərbaycanda 
fəaliyyət göstərir. Dünyada mövcud olan palçıq vulkanlarının ümumi 
ehtiyyatı 1,3 mlrd km
3
 təşkil edir. 
Azərbaycanda  müalicəvi  palçıq  vulkanları  Abşerondakı  Böyük 
Ş
or,  Masazır  göllərində  yayılıb.  Bu  müalicəvi  palçıqların  bazasında 


154 
 
ölkəmizdə  ayrıca  müalicə  mərkəzləri  təşkil  olunmasa  da  müxtəlif 
sanatoriyalarda istifadə olunur. 
2.
  Mineral  və  termal  sular  turizm  ehtiyatı  baxımından 
qiymətləndirilərkən  nəzərə  alınan  əsas  amillərə  onun  debiti, 
müalicəvi  xüsusiyyətləri  və  digər  təbii  komplekslərlə  birgə  istifadə 
imkanları daxildir. Mineral suların ümumi sutkalıq debiti min litrdən 
çox  olursa  istifadə  üçün  yararlı  sayılır.  Bununla  yanaşı  mineral  və 
termal  suların  yayıldığı  ərazilərin  təbii  şəraiti,  onlardan  istifadə 
imkanlarına təsir etmiş olur. Mineral və termal suların ətrafında digər 
turizm  ehtiyatları  mövcuddursa,  onların  kurort  –  turizm  baxımından 
mənimsənilməsi daha çox effektiv sayılır. 
Mineral  və  termal  suların  qiymətləndirilməsində  müalicəvi 
xüsusiyyətləri  onların  müxtəlif  xəstəliklərin  müalicəsində  tətbiq 
olunması  ilə  bağlıdır.  Mineral  suların  tərkibinin  müxtəlifliyi,  digər 
zərərli  qarışıqların  az  olması,  antropogen  təsirə  məruz  qalmaması 
ondan istifadənin əhəmiyyətin artırmış olur. 
Mineral  və  termal  suların  digər  təbii  komponentlərlə  əlaqəsini 
aşağıdakı kimi qruplaşdırmaq olar: 
1.  Mineral  və  termal  suların  yayıldığı  ərazilərdə  landşaft 
ekzotikliyi  ilə  seçilən  təbii  komponentlərin  olması.  Balneoloji 
kurortların  digər  təbii  və  antropogen  ehtiyatlardan  birgə  istifadə 
olunması  mehmanxana  tipli  balneoloji  kurortların  yaradılması  üçün 
yaralıdır. Belə ki, balneoloji kurortlar landşaft ekzotikliyi ilə seçilən 


155 
 
ə
razilərdə  daha  çox  tikilir  və  onun  kompleks  kurort  –  turizm 
xidmətləri göstərmək imkanları artır. 
2.  Mineral  və  termal  suların  yerləşdiyi  coğrafi  şəraitin  əlverişli 
olması  turizm  infrastrukturunun  yaradılması  baxımından  münbit 
şə
rait yaradır ki, bu da ehtiyatların kompleks istifadəsinə imkan verir. 
Balneoloji  turizm  ehtiyatlarının  coğrafi  şəraiti  dedikdə  onu  əhatə 
edən təbii landşaftla yanaşı, sosial – iqtisadi infrastruktur sahələrinin 
mövcudluğu,  digər  təbii  –  antropogen  turizm  resursları  ilə  birgə 
istifadə imkanlarının nəzərə alınması daxildir. əksər balneoloji turizm 
ehtiyatlarından  istifadə  də  əsas  meyarlardan  biri  digər  turizm 
ehtiyatlarından birgə istifadə etmək imkanlarıdır. Buna görə də əksər 
Avropoa  ölkələrində  balneoloji  kurortların  təşkilində  təbii  mühitin 
saflığı  və  müxtəlifliyi  nəzərə  alınmaqla  yanaşı,  yerləşdiyi  ərazinin 
təbii  müxtəlifliyindən,  antropogen  turizm  ehtiyatlarından  istifadə 
etməklə  istirahət  və  dərketmə  turizminin  inkişafına  şərait  yaratmış 
olur.  Burada  istehsal  olunan  mineral  süfrə  suyu  isə  bütün Avropada 
məşhurdur. 
  3.  Ərazinin  mənimsənilməsinin  əsas  xüsusiyyətlərindən  olan 
ehtiyatların 
yayılması 
balneoloji 
kurort 
baxımından 
qiymətləndirilərkən  ətraf  mühitin  sağlamlığının  qorunmasıdır.  Yəni 
ə
gər  təbii  ehtiyatlardan  istifadə  mineral  və  termal  suların  tərkibinin 
dəyişməsinə,  çirklənməsinə  şərait  yaratmamalıdır.  Bununla  yanaşı 
balneoloji  kurortlarda  yaşıllıq  norması  digər  istirahət  –  turizm 
mərkəzlərindən  yüksək  olur.  Belə  ki,  balneoloji  kurortlarda  yaşıllıq 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə