160
del – Asar, Kosta Blanka, Kosta del – Sol, İsya və s. misal göstərmək
olar.
İ
spaniyanın Aralıq dənizi sahillərində olan kurortları beynəlxalq
turizmdə daha məşhurdur. Burada olan Kosta – Brava, Kosta Doroda,
Kosta – del – Asar, Kosta Blanka, Kosta – del – Sol kurortları ölkəyə
gələn turistlərin əksəriyyətinin istirahət və müalicə mərkəzlərinə
çevrilmişdir. Sahil boyu 800 km məsafədə uzanan bu kurort
zonasında 35 min yerdən çox istirahət – müalicı mərkəzləri fəaliyyət
göstərir. Kurort mərkəzində Aralıq dənizi iqlimin tipinin üstünlüyü,
yayın isti quru, qışın mülayim keçməsi, qumlu sahillərin
mövcudluğu, landşaft ekzotikliyi ilə seçilən meşələrlə əhatə
olunmasi, mineral su mənbələri ilə zənginlil bölgənin kurort turizm
imkanlarını artırmış olur.
4. Yunanıstanda mineral və termal sular əksəriyyətinə turizm
bölgəsində rast gəlinir ki, onların da əsas hissəsi Pekopones, Rodos,
Krit və s. turizm mərkəzində cəmlənib. Ölkədə mövcud olan termal
suların əsas hissəsi qeyd olunan ərazilərin payına düşür. Bu termal və
mineral suların bazasında 320 min yerlik kurort kompleksi fəaliyyət
göstərir ki, bunlardan da ən məşhurlarına Katafa, Rodos, Krit, Kaliki,
Bani, Milonu, Lindos, Yalisos, Lutarki və s. qeyd etmək olar.
Yunanıstandakı mineral sular hidrokarbonatlı, karbon qazlı,
natrium – xloridli sulardan ibarətdir. Ümumi debiti 12 mln l/sut
qiymətləndirlir. Ölkəyə gələn turistlərin 19% - i bu balneoloji
kurortlardan istifadə edir.
161
Avropanın digər ölkələrindən Çexiya, Avstriya, AFR,
Bolqarıstan, Ukraynada da mineral və termal sularla zəngindir.
5. Çexiyada mineral və termal sular ölkənin əksər yerlərində
yayılıb. Mineral və termal suların zənginliyinə görə İtaliya və
Rusiyadan geridə qalır. Ölkədə 1000 – dən çox mineral su mənbəyi
vardır ki, bunların da əsas tərkibi karbonlu, hidrokarbonatlı, natrium
tərkibi mineral və termal sulardan ibarətdir. Ölkədə olan termal
suların ümumi debiti 16 mln l/sut qiymətləndirilir. Bunlardan ən
məşhurlarına Karlovi Vari, Lazne və s. qeyd etmək olar. Bu termal
suların bazasında 34300 yerlik balneoloji kurort kompleksi yaradılıb.
Ölkəyə gələn xarici turistlərin 51% - i balneoloji kurortlardan istifadə
məqsədilə gəlir.
Çexiyanın balneloji kurortları olan Karlovi Vari, Mapiansliy
lazne, fratişkov – Lazne, Yaximov və s. dünyada məşhurdur. Qeyd
olunan kurortlar ilboyu fəaliyyət göstərməklə müalicə ilə yanaşı,
kompleks turizm xidmətində göstərir.
Karlovi Vari dünyada ən məşhur balneloji kurort olmaqla,
Çexiyanın qərbində Tepla çayının yaxınlığında yerləşir. Kurortun
iqlimi mülayim – kontinental olmaqla yayın orta temperaturu 17
0
S,
qışda -2
0
S - ə çatır. Karlovi Vari kurortunda 130 – dan çox
hidrogensulfidli, hidrokarbonatlı – xloridli və kalsiumlu mineral su
mənbələri yayılmışdır. Burada mineral suların temperaturu müxtəlif
olmaqla yanaşı, həm müalicə vannaları, həm də süfrə suyu kimi
istifadə olunur. Karlovi Vari kurort kompleksində ölkədə mövcud
162
olan balneoloji kurort yerlərinin yarıdan çoxu cəmlənib. Karlovi Vari
balneoloji kurortunda 20 – dən çox xəstəliyin təbii üsulla müalicəsi
aparılır.
6. Avstriyada mineral və termal sular Zasburq, Yuxarı Avstriya,
Ş
tiviya, Tird turizm bölgəsində daha çox yayılıb. Burada mövcud
mineral suların əsas tərkibi hidrogen sulfidli olmaqla termal sular
üstünlük təşkil edir. Ölkənin məşhur termal sularına Bad – Işıl, Haley
və s. qeyd etmək olar. Ölkədə kurort komplekslərinin inkişafına XX
ə
srin 80 – ci illərində başlamışdır. Hazırda balneoloji kurortların
xidmətlərinə görə Avropada 5 – ci yeri tutur. Ölkəyə gələn əcnəbi
turistlərin 2,6 mln nəfəri bu kurortların xidmətlərindən istifadə edir.
Ölkədə kurort təsərrüfatının və balneoloji kurortların inkişafı üçün
dövlət yardımı edilir.
Avstriyanın məşhur kurortlarına Badqastayn, Bad – Xaal, Baden
və s. qeyd etmək olar. Badqastayn Avropada çox məşhur olan dağ
iqlim balneoloji kurortudur. Kurort kompleksinin yerləşdiyi ərazidə
18 – dən çox mineral və termal su mənbəyi vardır. Bu mineral və
termal suların bazasında 7 açıq və 25 qapalı hovuz, 5000 yerdən çox
kurort kompleksi fəaliyyət göstərir. Bununla yanaşı kurort
kompleksində qış idman turizminin təşkili üçün 170 km xizək yolu
və digər zəruri texniki qurğular təçkil edilmişdir.
7. AFR –da balneoloji kurortların yayıldığı ərazilərə Bavariya,
Maklenburq, Saksoniya, Baden turizm bölgələrini əhatə edir. Burada
mineral və termal sular daha çox dağlıq ərazilərddə yayılıb. Ölkədə
163
debiti yüksək olan 1000 – dən çox mineral su mənbəyi mövcuddur.
Bunlardan ən məşhurlarına Şvasland, Svab, Vildbadi və s. qeyd
etmək olar. Bu qeyd olunan mineral suların tərkibi hidrogen –
sulfidli, hidrokarbonatlı və natriumlu sulardan ibarətdir. Yerli
turistlərin 18% - i, xarici turistlərin 15,.8% - i onların xidmətlərindən
istifadə olunur.
Almaniyanın məşhur kurortlarına misal olaraq Baden – Baden,
Visbaden, Bad – Brambax, Bad – Kroyvnax, Qarmiş – Partenkirxen
və s.qeyd etmək olar. Qeyd olunan məşhur kurort mərkəzləri
kompleks sanatoriya – istirahət xidmətləri göstərir. Baden – Baden
və Visbaden kurort mərkəzləri isə buraya gələn turistlərə əyləncə,
istirahət, ekskursiya və digər xidmətlərdə göstərilir. Almaniya
kurortlarının əlverişli coğrafi mövqeyi, landşaft ekzotikliyi ilə seçilən
ə
razidə yerləşməsi, iqlimin mülayimliyi, digər turizm ehtiyatları ilə
zəngin olması onlardan kurort – turizm məqsədilə istifadə artırmışdır.
8. Ukraynada mineral və termal sular Karpat dağlarının
ə
təklərində,Lıvov bölgəsində daha çox yayılıb. Burada olan məşhur
termal sulara Naftusi, Turskoveç, Prikarpatyeni və s. qeyd etmək
olar. Ölkədə mineral sular Qərbi Ukraynada yayıldığına görə burada
kurort kompleksləri daha çox inkişaf etmişdir. məşhur balneoloji
kurortlara, Turskoveç, Sudak, Aluşda və s. beynəlxalq kurort
mərkəzlərindən sayılır.
Turskoveç Karpat dağlarının ətəklərində unikal təbii şəraitdə
yerləşən balneoloji kurortudur. Lıvov yaxınlığında yerləşən
Dostları ilə paylaş: |