səsi ikinci dəfə eşidiləcək. Bu ikinci səslə qəbirlərdə olanlar çölə atı-
lacaq. O gün Rəbbinin əmrinə qarşı çıxa bilən və ya bu əmri ləngidə
bilən heç bir güc və ya insan olmayacaq. O gün torpağın altında olan
insanlar dünya həyatı boyunca haqqında tez-tez eşitdikləri, fəqət bir
çoxunun inkar etdiyi dirilişi görəcək və torpaqdan çıxarılacaqlar. Qu-
randa bu andan bəhs edən ayələrdən biri bu şəkildədir:
“Göyün və yerin Onun əmrində durması, sonra sizi bircə
dəfə çağıran kimi dərhal yerdən çıxmağınız da Onun
qüdrət əlamətlərindəndir”. (“Rum” surəsi, 25)
Sura ikinci dəfə üfürülmə ilə yanaşı, dünyanın başlanğıcından
bəri yaşamış bütün insanlar diriləcəklər. Artıq ilk üfləmədə inkarçı-
ların çaşqınlığı qorxu və peşmanlığa çevrilmişdir. Çünki artıq heç
kim sonsuzadək yaşayacaqmış kimi planlar quracağı dünyada deyil-
dir və hər kəs başına gələcəkləri bütün açıqlığı ilə anlamışdır. Bu in-
sanlar arasında bu anda dünyada yaşayan bütün insanlar və əlbəttə,
siz də olacaqsınız:
“Özü də çürümüş sümüklər olduğumuz zamanmı?!”
Onlar deyirlər: “Elə isə bu, ziyanlı dönüşdür. Doğrudan
da, o, ancaq tək bir dəhşətli səs, nərədir! Onlar dərhal
dümdüz bir yerdə olacaqlar!” (“Naziat” surəsi, 11-14)
İnsanlar dünyanın əbədi var olacağını düşünərək hərəkət edirlər.
Onların həyatı boyu yaşadığı ən böyük səhvlərdən biri də budur. İn-
sanların dünyaya bu qədər bağlanmasının başlıca səbəblərindən biri
də Allah’ın yer üzündə yaratdığı bu fövqəladə sistemin özbaşına
işləyəcəyini düşünmələri və bunun bir gün sona çatacağını ehtimal
etməmələridir. Elə isə artıq olduqları mühit özlərinə vəd edilən
həqiqətləri ortaya qoyur. İnkarçıların hesab etdiyi kimi, ölüm hər
şeyi bitirməmişdir, tam əksinə, sonsuz həyatın başlanğıcı olmuşdur.
Dünya həyatı boyu haqq dini yalanlayan və ölümün son və yox olma
Harun Yəhya (Adnan Oktar)
91
olduğunu söyləyən inkarçılar gözlənilmədən onları çağıran bu səsdən
dəhşətə düşəcəklər. Hələ əməl dəftəri onlara verilmədən və başlarına
gələcəkləri tam yaşamadan inkarçılar ah çəkib yerlərindən qalxacaq-
lar. Bu gün dünyada bildikləri gündür. Quranda “Yasin” surəsinin
52-ci ayəsində bu insanların qorxusundan belə bəhs edilir:
“Onlar deyəcəklər: “Vay halımıza! Bizi yatdığımız yerdən
kim qaldırdı? “Bu, Rəhmanın məxluqata buyurduğu
vəddir. Peyğəmbərlər doğru deyirlərmiş!” (“Yasin”
surəsi, 52)
Artıq çox gecdir, dünyadakı həyat nə zövq, nə də rahatlıq vermiş,
o ana qədər etdikləri hər şey onlar üçün sadəcə bu ağır günü hazır-
lamışdır.
Carçıya doğru
“O gün insanlar heç bir başqa tərəfə meyil etmədən car-
çının ardınca gedəcəklər. Rəhmanın qarşısında səslər
kəsiləcək, yalnız pıçıltı eşidəcəksən!” (“Taha” surəsi, 108)
İnsanlar torpaqdan çıxınca onları çağıran səsə doğru qaçmağa
başlayacaqlar. Çağırıldıqları yerə kimi qaçacaqlar. Belə bir çağırışa
əvvəllər heç kim rast gəlməmişdir.
Möminlərin rahatlığının əksinə olaraq, inkarçılar toplanma yerinə
gələrkən bu günün ağır bir gün olduğunu təsdiq edəcəklər (“Qəmər”
surəsi, 8). Artıq toplanma zamanıdır. Bunu geri çevirə bilmək üçün
heç nə edə bilməyəcəklər. Min illərlə yaşamış insanların hamısı bir
yerə toplanacaq. Bu böyük izdiham Allah’a boyun əyməklə
təəccüblə sürətlə hərəkət edib onlar üçün gələcək əzabı
gözləyəcəklər. Qaçıb can qurtarmağa və ya geri dönməyə imkan ol-
mayacaq, peşmanlıq da fayda verməyəcəkdir. Qorxu onları bü-
rüyəcəkdir. O gün yaşanacaq dəhşət Quranda belə bildirilir:
QİYAMƏT GÜNÜ
92
“O gün onlar bütlərin yanına tələsirmişlər kimi
qəbirlərdən tez-tələsik çıxacaqlar. Onların gözləri
zəlilcəsinə yerə dikiləcək, özlərini də zillət bürüyəcəkdir.
Bu onlara vəd olunmuş həmin qiyamət günüdür!”
(“Məaric” surəsi, 43-44)
Dünyada ikən xəbərdarlıqlara arxa çevirən, nə özlərinin, nə də
atalarının təkrar diriləcəyinə inanan bu insanlara Allah’ın Quranda
verdiyi cavab bu şəkildədir:
“Məgər biz öldükdən, torpaq və sür-sümük olduqdan
sonra dirildiləcəyikmi?! Eləcə də əvvəlki atalarımız diril-
diləcəklərmi?!” De: “Bəli, özü də zəlil olaraq”. (“Saffat”
surəsi, 16-18)
Dünyada Allah’ın sərhədlərini tanımayan, Allah’a itaət etməyən,
lovğa və təkəbbürlük göstərən inkarçılar burada ayədəki ifadəyə mü-
vafiq olaraq çox mütidirlər. Nə baş verdiyini sorğu-sual etmədən
qeyd-şərtsiz çağırışçıya itaət edərlər. Öz iradələri ilə hərəkət etmələri
mümkün deyildir. Allah’a təslim olmuşlar, istəyib-istəməsələr də,
Onun verəcəyi hökmə boyun əymişlər. Çünki artıq nəfsləri üçün ya-
şadıqları, içində ikən axirəti heç düşünmədikləri dünya həyatı sona
çatmışdır. Allah’ın qarşısında nə qədər aciz olduqlarını və Allah’ın
əzabının şiddətini və həqiqiliyini artıq açıq anlamışlar:
“Artıq sən onlardan üz çevir. Carçının onları olduqca pis
bir şeyə çağıracağı günədək!” (“Qəmər” surəsi, 6)
İnsan Allah’a itaət etməkdən və Ona boyun əyməkdən başqa heç
bir çarəsi olmadığını qavramışdır. Əslində, əksini istəsə də, edə
bilməz. Hətta istəyə bilməz belə...
Artıq bu gün Allah’ın bütün insanlara vəd etdiyi, inkarçılar üçün
son dərəcə acınacaqlı bir gündür. Qəbirlərdən çıxmağın dəhşətli
mənzərəsi və toplanma gününün dəhşəti mübahisəsizdir. İnsanlar
Harun Yəhya (Adnan Oktar)
93
özlərindən əvvəl dünyadakı həyatını tamamlamış insanların da bu
həqiqətlə qarşılaşdıqlarını, Allah’ın vədinin gerçəkləşdiyini bu gündə
görəcəklər. Lakin artıq gecdir. Artıq edəcək heç bir şey yoxdur. Belə
bir gündən əsla heç kim qurtulmayacaq.
Qəbirdən çəyirtkələrin səpələnməsi kimi çıxacaqlar
“Ən pis nümunə axirətə inanmayanlara, ən yüksək nü-
munə isə Allah’a məxsusdur. Allah yenilməz qüvvət,
hikmət sahibidir!” (“Nəhl” surəsi, 60)
Ayədə də bildirildiyi kimi, Allah’ın verdiyi nümunələr mövzunu
ən gözəl şəkildə təsvir edər. Bu səbəblə, Quranda ayələrin hər birinin
olduqca böyük hikmət (“Qəmər” surəsi, 5) olduğu bildirilmişdir.
Buna görə, Qurandakı hər nümunə qiyamət günü mühiti və insanla-
rın vəziyyətini gözümüzdə canlandırmağımıza imkan verir. Heç
şübhəsiz ki, Allah’ın vədi haqdır və bütün bu nümunələr
gerçəkləşəcək. Məsələn, “Qəmər” surəsində din günü torpaqdan
çıxan insanlar çəyirtkələrin yayılmasına bənzədilir:
“Onlar gözlərini zəlilanə aşağı dikib səpələnmiş
çəyirtkələr kimi qəbirlərindən çıxacaqlar”. (“Qəmər”
surəsi, 7)
Əlbəttə, Allah’ın bu bənzətməsi digər ayələrdə də olduğu kimi,
o anın beyində canlandırılması üçün ən gözəl bənzətmələrdən biridir.
Çünki çəyirtkələrin yayılması digər canlılardan fərqlidir. Köçəri
çəyirtkələr böyük sürü halında hərəkət edib getdikləri yerlərə böyük
zərər vururlar. Bəzi çəyirtkə sürülərinin eni 1,5 km, uzunluğu 80 km,
yüksəkliyi isə 25 metr olur. Və bu sürülərdə təxminən 40 milyard
çəyirtkənin olduğu güman edilir. Külək sürətlə əsdikdə çəyirtkə sü-
rüləri 200-500 m yüksəklikdə uça bilir və bu zaman bir-birinə ol-
duqca yaxın olurlar. Milyardlarla çəyirtkə kilometrlərlə uzunluqda
QİYAMƏT GÜNÜ
94
Dostları ilə paylaş: |