MüƏLLİf haqqinda



Yüklə 2,5 Kb.
Pdf görüntüsü
səhifə28/44
tarix08.01.2018
ölçüsü2,5 Kb.
#19943
növüYazı
1   ...   24   25   26   27   28   29   30   31   ...   44

və endə qapqara yağış buludu görüntüsü yaradırlar.
25
Gündə 80-100 km yol gedə bilən köçəri çəyirtkələr lazım gələndə
geniş su sahələrini keçib sürətlə hədəflərinə çatırlar. Gəlib çatdıqları
yerlərdə bulud topası şəklində olurlar. Milyonlara çatan sayları ilə
bir anda ortaya çıxıb getdikləri bölgəni tamamilə bürüyür, hətta
böyük ölçüdə talana səbəb ola bilirlər.
Ayələrdən anladığımız qədər insanların torpaqdan çıxması da bu
şəkildə  olacaq.  Surun  səsini  duyan  milyardlarla  insan  eynilə
çəyirtkələr kimi bir anda torpağın üstündə görünəcək, hamısı birlikdə
çağırışçının səsinə doğru qaçmağa başlayacaqlar. İnsanların onları
çağıran səsi duyar-duymaz torpaqdan çıxacaqları “Rum” surəsində
bu şəkildə anladılır:
“Göyün və yerin Onun əmrində durması, sonra sizi bircə
dəfə  çağıran  kimi  dərhal  yerdən  çıxmağınız  da  Onun
qüdrət əlamətlərindəndir”. (“Rum” surəsi, 25)
Dünya yarandığı gündən etibarən yaşamış bütün insanların bir
anda torpaqdan çıxıb bir araya toplanması həqiqəti də ağılı qarışdıran
bir mənzərədir. Belə bir gündə bir araya gələn milyardlarla insan
özləri üçün müəyyən olunmuş hökmü gözləyir və bunu əsla geri
döndərə bilmirlər.
Başları yuxarı vəziyyətdə bir istiqamətə doğru yürüş
O gün inkarçılar başları yuxarıda hipnoz olmuş kimi qaçarlar.
Sadəcə Allah’ın istədiyi şəkildə hərəkət edib çağırış səsinin gəldiyi
istiqamətə doğru yönələcəklər. Allah’ın vəd etdiyi üçün arxayın olan
möminlərdən başqa hamı qorxuya düşəcək:
“Onların hamısı qiyamət günü onun hüzuruna gələcək.
Həqiqətən, iman gətirib yaxşı işlər görənlər üçün Rəhman
bir sevgi yaradacaq”. (“Məryəm” surəsi, 95-96)
Harun Yəhya (Adnan Oktar) 
95


Dünyada  inkarçı  olanlar  qorxu  və  çaşqınlıqla  qaçarkən  nə
özlərinə, nə də başqalarına baxa bilələr. Baxmağı hətta ağıllarından
keçirməzlər. Din günü nə mallar, nə oğullar, nə də dünya həvəsləri
dəyər daşıyacaq. Hər kəs qeyd-şərtsiz itaət edəcəkdir. Etibarlı olan
yeganə şey iman olacaq. Allah inkarçıların həmin halını belə tərif
edir:
“Allah’ı zalımların etdikləri əməllərdən əsla qafil sanma!
Allah onların cəzasını yubadıb elə bir günə saxlayar ki,
həmin gün gözləri hədəqəsindən çıxar. Belə ki, onlar baş-
larını yuxarı qaldırıb, durar, gözlərini də qırpa bilməzlər.
Onların qəlbləri də bomboşdur”. (“İbrahim” surəsi, 42-
43)
“Kafirlərə nə olub ki, boyunlarını qabağa uzadıb sənə
tərəf tələsirlər? Sağdan və soldan dəstə-dəstə gəlirlər?
Məgər onların hər biri nemətlərlə dolu olan cənnətlərəmi
daxil olacağına ümid edir?” (“Məaric” surəsi, 36-38)
İnkarçılar özlərini qurtarmaq üçün cəhd göstərməzlər, bu, ağıl-
larına da gəlməz. Qəlbləri bomboşdur, öz aqibətlərinin hayındadırlar.
İnsanların haqq-hesab üçün qəbirlərindən qalxıb qaçmaları Rəbbinin
hüzurunda nizamla toplanmaları ilə başa çatır. Allah Quranda inkar-
çılara bu görüş vaxtı ilə bağlı belə buyurur:
“Onlar  Rəbbinin  hüzuruna  cərgə-cərgə  gətiriləcəklər.
“Siz Bizim yanımıza sizə ilk dəfə yaratdığımız kimi gəldi-
niz. Lakin siz elə güman edirdiniz ki, Biz sizə verdiyimiz
vədi yerinə yetirməyəcəyik!”“ (“Kəhf” surəsi, 48)
Bu insanların çoxu belə bir görüş vaxtının gələcəyinə əsla inan-
mırdılar.  Halbuki,  onları  hər  yandan  bürüyən  o  böyük  gün
gerçəkləşmişdir. Artıq çarəsizdirlər.
QİYAMƏT GÜNÜ
96


İnsanların hesab üçün toplanması
Qiyamət günü kafirlərin bütün ömrü boyu qaçdığı, gözləmədiyi
anda gəldiyi, möminlərin isə hazırlanıb gözlədiyi hesab günüdür. Bu
gün hər şey Allah’ın gücünə və şəninə uyğun yaradılmışdır. Hesabın
gerçəkləşdirilməsi üçün ruh və mələklər səf-səf düzüləcək. O gün
insanlar arasında ədalətlə hökm ediləcək və danışan adam sadəcə
doğrunu söyləyə biləcəkdir:
“Ruhun və mələklərin səf-səf duracağı gün Rəhmanın izn
verdiyi kimsələrdən başqa heç kəs danışmayacaq, danışan
da doğrunu deyəcəkdir!” (“Nəbə” surəsi, 38)
Quranın bildirdiyinə görə, Allah axirətdə bəndələrinə ən uca
məqamda  əzəmətini  göstərəcəkdir.  O  gün Allah’ın  ərşini  səkkiz
mələk daşıyar:
“Mələklər də onun ətrafında olacaq və həmin gün sənin
Rəbbinin ərşini onların üstündə səkkiz mələk daşıyacaq-
dır! O gün siz gətiriləcəksiniz. Sizin heç bir sirriniz gizli
qalmayacaqdır!” (“Haqqə” surəsi, 17-18)
O gün torpaqdan çıxan bütün insanlar dalğa-dalğa Allah’ın hü-
zuruna gələcəklər:
“Həqiqətən, ayırd etmə günü bir vaxtdır! Sur çalınacağı
gün dəstə-dəstə gələcəksiniz”. (“Nəbə” surəsi, 17-18)
Quranda möminlərin o gün üzlərinin parıldayacağı və Rəblərinə
baxacaqları bildirilmişdir. İnkarçılar isə xəcalətdən başlarını da qal-
dıra bilməyəcəklər. İnkarçıların bu halı ayələrdə bu şəkildə bildiril-
mişdir:
“Üzlər  əzəli,  əbədi  olan  Allah’a  təslim  olub  zəlil  bir
görkəm alar. Zülmə yüklənən ziyana düşüb mətləbinə ye-
tişməz”. (“Taha” surəsi, 111)
Harun Yəhya (Adnan Oktar) 
97


Hazırda, dünyada milyardlarla insan yaşayır. Bu saya indiyədək
yaşamış və bundan sonra da yaşayacaq insanların sayını əlavə etsək,
məhşər  günü  məzarlarından  çıxıb  toplanacaq  insan  izdihamı  və
bunun yaradacağı qeyri-adi mənzərə haqqında düşünmək elə də çətin
olmaz. İnsanlar bir araya toplanacaq və bir-birini, hadisələri, olub-
keçənləri  açıq  şəkildə  görüb  anlayacaqlar.  Çünki  o  gün  Quran
ayəsində də bildirildiyi kimi, kəskin bir görüş hakim olacaq:
“Sən bundan qafil idin. Artıq bu gün gözündən pərdəni
götürdük. Sən bu gün sərrast görürsən!” (“Qaf” surəsi,
22)
İnsanın dünya həyatı boyunca tanıdığı bütün insanlar orada ola-
caqlar. Tanınmış-tanınmamış, zəngin-fəqir, qısası, qiyamət gününə
qədər yaşayıb ölmüş bütün insanlar aralarında heç bir fərq olmadan
Allah’ın hüzurunda toplanacaqlar. Artıq belə bir gündə qazandıqları
şan-şöhrətdən və əldə etdikləri etibardan əsər-əlamət qalmayacaq.
Həmin gün peşman olmayan yeganə cəmiyyət möminlərin topluluğu
olacaq. Bir dövrə imza atsa da, tarixdə adından çox söz edilsə də,
iman etmədiyi müddət boyu bütün insanlar Allah’ın hüzurunda peş-
manlıq və əzabın şiddəti ilə qorxu içində olacaqlar. İnsanların dün-
yada  üstün  və  məşhur  qəbul  etdiyi  adamlar  -  dövlət  rəhbərləri
(prezidentlər), müğənnilər, sənətkarlar, zənginlər, qısası, hər kəs eyni
qorxunu yaşayacaq, hər hansı bir dünyəvi üstünlük ünsürü olmadan
hər kəs eyni mərtəbədə olacaqdır. Dünyada seçkinlik əlaməti olaraq
görülən pul və dərəcə (mövqe) insanların bir araya toplandığı bu
gündə heç bir şeyi ifadə etməyəcək, heyran olan da, heyran edən də
eyni mərtəbədə olacaq. Quranda insanların din günü Allah’ın hüzu-
runda toplanacağını bildirən ayələrdən bəziləri bu şəkildədir:
“O gün onların hamısını yığacağıq”. (“Yunis” surəsi, 28)
“De: “Allah sizi dirildir, sonra öldürür. Sonra da sizi qi-
yamət günü bir yerə yığacaqdır. Ona heç bir şəkk-şübhə
QİYAMƏT GÜNÜ
98


Yüklə 2,5 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə