MüƏLLİF: ustad şƏHİd müRTƏza müTƏHHƏRİ TƏRCÜMƏ edəN: İslamşÜnas ağabala mehdiyev kitabın adı: Kamil insan


«insanlar  qiyamət günü məhşərə niyyət, məqsəd və istəklərinə uyğun, həqiqi xislət və sifətləri ilə gətiriləcəklər.»



Yüklə 1,39 Mb.
Pdf görüntüsü
səhifə10/158
tarix29.11.2023
ölçüsü1,39 Mb.
#138727
1   ...   6   7   8   9   10   11   12   13   ...   158
Kamil insan

«insanlar 
qiyamət günü məhşərə niyyət, məqsəd və istəklərinə uyğun, həqiqi xislət və sifətləri ilə gətiriləcəklər.»
Siz bu dünyada necəsiniz? Nə olmaq istəyirsiniz? Nə istəyirsiniz? Sizin istəkləriniz insan istəyidir yoxsa yırtıcı 
heyvan istəkləri? Bəlkə istəkləriniz gövşəyən heyvan istəkləridir? İstəkləriniz nə olsa siz həmin şeysiniz. Qiyamətdə 
də burada olduğunuz kimi məhşərə gətiriləcəksiniz. Buna görə də bizə Allah pərəstişindən başqa bütün pərəstişləri 
qadağan ediblər. Çünki nəyə pərəstiş etsək həmin şey oluruq. Pulpərəst olsaq pul bizim mahiyyət və vücudumuzun bir 
hissəsi olacaq. Bu pul, qiyamətdəki həmin əridilmiş filizdir. Qur

an, bu filizin pərəstişindən başqa bir işləri olmayan 
mövcudlara belə deyir:
«...Qızıl-gümüş yığıb onu Allah yolunda xərcləməyənləri şiddətli bir əzabla müjdələ!
O gün [qiyamət günü] yığdıqları qızıl-gümüş cəhənnəm atəşində qızdırılıb alınlarına, böyürlərinə və kürəklərinə 
dağ basılacaq [və onlara]: «Bu, sizin özünüz üçün yığıb saxladığınız mallardır. Yığdığınızın [əzabını, acısını] dadın!» 
deyiləcəkdir!» (Tövbə 34-35).
Həmin pullar onun axirət dünyasında yandırılacaqdır və onlar həmin şəxsin cəhənnəm alovudurlar. Bu, insanı məsx 
edən şeylərdən biridir.
Mən bu fəsldə xülasə də olsa sağlam və naqis insanı – əlbəttə əvvəldə dediyimiz kimi ruhi cəhətlər baxımından 


8
Kamilliyə doğru Wap.IXLAS.Az
tanıtdırmağa çalışdım. Söhbətlərimizdən belə bir nəticəyə gəldik ki, kin-küdurət, paxıllıq və həsəd hissi keçirən insanlar 
naqis insanlardırlar. Həmçinin bu dünyada olan maddələrdən birinə ondan istifadə etmədən pərəstiş edən insan da naqis 
və məsx olunmuş insandır.
MÜBARƏK RAMAZAN AYININ İNSAN YETİŞDİRMƏ PROQRAMI
Ümumiyyətlə mübarək Ramazan ayı insan yetişdirmə proqramıdır. Proqram bundan ibarətdir ki, naqis insanlar 
bu ayda özlərini sağlam insanlara, sağlam insanlar isə kamil insanlara çevirsinlər. Mübarək Ramazan ayı nəfsin 
təmizlənməsi, eyb və nöqsanların aradan qaldırılaraq islah edilməsi, əql, iman və iradənin nəfsi istək və şəhvətlərə 
qələbəsi, dua, Haqqın pərəstişi, Allaha doğru yüksəliş, ruhun təkamülə doğru aparılması və zərifləşdirilməsi proqramıdır. 
Əgər Ramazan ayı girdikdən sonra, insan otuz gün aclıq, susuzluq və yuxusuzluq çəkib gecə yarısına kimi müxtəlif 
məclislərdə iştirak etməklə ayı başa vursa və Fitr bayramına çatdıqdan sonra Şə

ban ayının son günü ilə müqayisədə 
bir zərrə belə dəyişilməsə, həmin orucun ona heç bir tə

siri yoxdur. İslam insanların quruca ağızlarını bağlamalarını 
istəmir. Çünki onların ağızlarını bağlamaları ilə bağlamamaları islam üçün fərq etmir. Məqsəd, insanların oruc tutaraq 
islah edilmələridir. Nə üçün hədislərdə deyilir ki, oruc tutanların çoxlarının orucdan olan bəhrə və nəsibləri aclıqdan 
başqa bir şey deyil?! Ağız halal yeməkdən ona görə çəkinir ki, insan həmin otuz gün ərzində dilini haram söhbət, 
qeybət, yalan, söyüş və digər işlərdən qorumağı məşq etsin.
Bir gün oruc tutmuş bir qadın həzrət Peyğəmbərin (s) yanına gəlmişdi. Peyğəmbər (s) ona süd və ya nə isə digər 
bir yeməli şey təklif edir. Qadın deyir: Ey Allahın peyğəmbəri, orucam. Peyğəmbər (s) ona deyir ki, yox sən oruc 
deyilsən, götür iç. Qadın yenə də oruc olduğunu bildirir. Amma Peyğəmbər (s) yenə də onun südü içməsini israr edir. 
Qadın bir daha oruc olduğunu deyir. Əlbəttə, o, doğrudan da öz fikrində oruc idi, amma bizim oruclarımız kimi zahiri 
oruc! Peyğəmbər ona belə buyurdu: 

Yüklə 1,39 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə