MüƏLLİF: ustad şƏHİd müRTƏza müTƏHHƏRİ TƏRCÜMƏ edəN: İslamşÜnas ağabala mehdiyev kitabın adı: Kamil insan



Yüklə 1,39 Mb.
Pdf görüntüsü
səhifə20/158
tarix29.11.2023
ölçüsü1,39 Mb.
#138727
1   ...   16   17   18   19   20   21   22   23   ...   158
Kamil insan

NƏHCÜL-BƏLAĞƏ KAMİLLİK KİTABIDIR
Nəhclü-bəlağə, Seyyid Rəzinin həzrət Əli (ə)-ın sözlərinin bir hissəsini toplayaraq bir məcmuə və toplum şəklinə 
saldığı kitabın adıdır. Seyyid Rəzi ədəbiyyatçı olduğu üçün Nəhcül-bəlağə ilə birtərəfli əlaqə yaradıb, yə

ni həzrət Əli 
(ə)-ın yalnız ədəbi baxımdan gözəlliyin zirvəsində olan sözlərini toplayıb. Hal-hazırki Nəhcül-bəlağədə təqribən 229 
xütbə var, halbuki Seyyid Rəzidən yüz il qabaq yaşamış Məs

udi özünün «Mürucuz-zəhəb» kitabında yazır: «İndi 
camaatın əlində Əlinin təqribən 480 xütbəsi mövcuddur.» Bütün bu tarixi dəlil və sənədləri görən bə

zi şəxslər «Nəhcül-
bəlağə»nin Seyyid Rəzidən sonra meydana çıxdığını necə iddia edirlər?! Deməli, Əli (ə)-ın xütbələri mövcud «Nəhcül-
bəlağə»dəkindən daha çox olub və Seyyid Rəzi onların hamısını toplamayıb.
Amma bütün bununla belə, «Nəhcül-bəlağə» necə kitabdır? Bu kitabda müxtəlif ünsürlər vardır. Adam «Nəhcül-
bəlağə»ni oxuyanda bə

zən İbni Sinanın, bə

zən Mövlana Cəlaləddin Rumi və ya Mühyiddin Ərəbinin, bə

zən Firdosi 
kimi qəhrəmanlıq şairinin, yaxud azadlıqdan başqa heç nə başa düşməyən şəxsin, bə

zən isə guşənişin və yalqız abid, 
zahid və ya rahibin danışdığını fikirləşir. Biz, Əli (ə)-da bütün insani dəyərlərin cəmləşdiyini görürük, çünki söz, danışan 
şəxsin ruhi təcəllisidir. İndi siz Əlinin nə qədər böyük, özümüzün isə, nə qədər kiçik olduğumuzu təsəvvür edin!
Əlli il bundan əvvələ kimi bizim cəmiyyətin dini meyl və rəğbəti zahidlik və ibadət dəyəri istiqamətində idi. Buna 
görə də minbərə çıxıb xalqa moizə edən din xadimləri və ruhanilər «Nəhcül-bəlağə»nin hansı hissələrini oxuyurdular? 
Həmin vaxtlar adətən bu kitabdan yalnız iyirmiyə yaxın xütbə oxunurdu. özü də hansı xütbələr? Sırf zahidlik və axirət 
barəsindəki xütbələr! O zaman «Nəhcül-bəlağə»nin digər xütbələrindən xəbər yox idi və onlar bərəsində danışılmırdı. 
Bunun səbəbi o idi ki, cəmiyyət onları həzm edə bilmirdi. Cəmiyyət müəyyən dəyərlərə üz tutmuşdu və buna görə də 
«Nəhcül-bəlağə»nin yalnız həmin barədəki xütbələri yayılmışdı. Bəlkə, həmin şərait yüz il də davam etsəydi, heç kəs 
həzrət Əli (ə)-ın Malik Əştərə yazdığı ictimai-siyasi göstərişlər xəzinəsi olan fərmanını oxumazdı. Niyə və nə üçün? 
Çünki cəmiyyətdə həmin əhval-ruhiyyə yox idi. Məsələn, həzrət Əli (ə)-ın belə bir sözü var:

Yüklə 1,39 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə