MüƏLLİF: ustad şƏHİd müRTƏza müTƏHHƏRİ TƏRCÜMƏ edəN: İslamşÜnas ağabala mehdiyev kitabın adı: Kamil insan


«Hər bir şəxsin həqiqi dostu onun ağlı, həqiqi düşməni isə cahillik və nadanlığıdır.»



Yüklə 1,39 Mb.
Pdf görüntüsü
səhifə28/158
tarix29.11.2023
ölçüsü1,39 Mb.
#138727
1   ...   24   25   26   27   28   29   30   31   ...   158
Kamil insan

«Hər bir şəxsin həqiqi dostu onun ağlı, həqiqi düşməni isə cahillik və nadanlığıdır.»
«Ağıl və huşum mənim canımın düşmənidir» deyən və əqli huşdan yaranan narahatçılıqdan şikayətlənən şəxs
cahillik və nadanlıqdan yaranan narahatçılıq və bədbəxtçilikdən xəbərsizdir. Çünki o, bunların hər ikisindən xəbərdar 
olsaydı və onların hər ikisini hiss etsəydi belə sözlər danışmazdı. Bəli, əgər dərdə səbəb olan bir şey olmasaydı və 
insan dərdsiz qalmalı olsaydı, dərd yaradan amil olmadığı üçün dərdsizlik üstün sayılardı. Amma dərd və ağrıya səbəb 
olan amil və onun mənşəyi varsa, insanın ondan yaranan ağrını hiss etməməsi bədbəxtlik və faciədir. Məsələ cismi 
xəstəliklərdə də belədir. Buna görə də cismi xəstəliklərin ağrı verməməsi öldürücüdür. Çünki insan o vaxt xəbər tutur 
ki, iş-işdən keçir. Xərçəng xəstəliyinin öldürücü olmasının səbəblərindən biri onun əvvəldə heç bir ağrı verməməsidir. 
Əgər bu xəstəlik əvvəlcədən ağrı versə, bəlkə də qarşısının alınması üçün hansısa işlər görmək olar. O, məsələn qana 
sirayət etməmişdən qabaq aradan aparıla bilər. Xərçəngin əsas təhlükəsi, onun xəbərsiz, yə

ni ağrısız olmasıdır.
Buna görə də «dərd və ağrı pis şeydir» deməklə, insani dəyərlərin dərdlilik olması fikrini rədd etmək olmaz.
İNSANIN DƏRDİ
İnsanın dərdi nədir? İnsanın başının ağrımasının səbəbi onun insan olması deyil, çünki heyvan, məsələn qoyunun da 
başı ağrıyır. İnsanın əl, ayaq və digər üzvlərinin ağrıması da heyvani ağrılar növündəndir. Amma insan dərdi və insanın 
dərdə malik olması barəsində söhbət edənlərin məqsədi, bu qism ağrı və dərdlər deyil. İnsanda dəyərə malik olan dərd 
və ağrılar başqa şeylərdir. Ariflərin insanda kəşf etdikləri və həmişə müqəddəs sandıqları dərd Allahaxtarma dərdidir. 
Onlar deyirlər ki, bu dərd insana məxsusdur və hətta insanın mələkdən üstün olmasının səbəbi, mələyin bu dərdə malik 
olmaması, insanın isə malik olmasıdır.
İslam dininə əsasən, insan ilahi ruh üfürülmüş bir həqiqətdir ki, digər bir aləmdən gəlib və o, təbiətdə olan əşyalarla 
tam uyğunluğa malik deyil. İnsan bu dünyada özündə bütün varlıqlara qarşı bir növ qəribəlik, biganəlik və uyuşmazlıq 
hiss edir. Çünki onların hamısı fani, dəyişkən və qeyri-sabitdir. Amma insanda əbədilik hissi vardır. Bu, insanı Allaha 
ibadət və itaətə, raz-niyaza, Ona yaxınlaşmağa və öz əslinə doğru çəkən amildir.

Yüklə 1,39 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə