|
![](/i/favi32.png) MüƏLLİF: ustad şƏHİd müRTƏza müTƏHHƏRİ TƏRCÜMƏ edəN: İslamşÜnas ağabala mehdiyev kitabın adı: Kamil insan«Ey Kumeyl ibni Ziyad! İnsanın qəlbi qab kimidirKamil insan«Ey Kumeyl ibni Ziyad! İnsanın qəlbi qab kimidir.
Qabların ən yaxşısı tutumu çox olan və ya içindəkini yaxşı saxlayandır. Sənə dediklərimə yaxşı qulaq as.»
Həzrət Əli (ə) söhbətinin davamında insanları üç hissəyə bölür ki, mən bu barədə danışmaq niyyətində deyiləm.
Söhbətinin sonunda isə belə şikayətlənir:
«Əfsuslar olsun ki, ürəyimdəkiləri deməyə layiq sirr saxlayan insanlar
yoxdur.»
Sonra isə belə deyir:
«Amma belə də deyil ki, heç kəs olmasın. Həmişə, bütün dövrlərdə belə adamlar
olublar... Bəsirətin son həddində olan həqiqi elm onlara üz tutub və onlar tam yəqinlik məqamına çatıblar. Onlar
yəqinlik ruhuna birləşiblər və onunla onlar arasında fasilə yoxdur. Əyyaş və maddəpərəst adamlara çox çətin gələn
şeylər, onlara çox asan və rahat gəlir. Nadanların qorxaraq vəhşət etdikləri şey, yə
᾽
ni haqq ilə xəlvətdə münacat
etmək onların ülfət mənbəyidir, ünsiyyət ocağıdır. Bunlar, dünyada camaatla bir yerdədirlər, amma uca aləmə cəzb
edilmiş ruhlarla! Bu dünyada olmaları ilə yanaşı, həm də bu dünya da yoxdurlar. Həm bu dünyadadırlar, həm də
başqa dünyada.»
Əli (ə)-ın dərdləri, öz dilimizlə desək, Əlinin irfani-ibadi dərd və münacatları çox aydın bir məsələdir. O, ibadət
edərkən elə bir mərhələyə çatır və özündən uzaqlaşaraq məhbub və mə
᾽
şuqunun eşqi ilə elə isinir ki, ətrafında baş
verənlərdən, hətta bədəninə batmış oxun çıxırlmasından xəbərsiz olur!
İnsanın dərdi budur, yə
᾽
ni Haqqdan uzaqlığı, Onun zatına yaxınlaşmaq arzu və şövqü və Ona yaxınlaşmaq dərdi!
İnsan Haqq olan varlığın zatına çatmayınca bu iztirab və sıxıntı həmişə öz yerində qalacaqdır. İnsan başını nə ilə
qarışdırsa, həmin şey bir növ əyləncədir, həqiqət isə ayrı bir şeydir. Qur
᾽
an bu mətləbi belə ifadə edib:
Dostları ilə paylaş: |
|
|