MüƏLLİF: ustad şƏHİd müRTƏza müTƏHHƏRİ TƏRCÜMƏ edəN: İslamşÜnas ağabala mehdiyev kitabın adı: Kamil insan


İNSANIN DƏRDİ BARƏSİNDƏ BİR NEÇƏ TƏMSİL



Yüklə 1,39 Mb.
Pdf görüntüsü
səhifə29/158
tarix29.11.2023
ölçüsü1,39 Mb.
#138727
1   ...   25   26   27   28   29   30   31   32   ...   158
Kamil insan

İNSANIN DƏRDİ BARƏSİNDƏ BİR NEÇƏ TƏMSİL
Yəqin ki, bizim irfanda bu barədə necə misalların çəkildiyini görübsünüz. Bə

zən insanı Hindistan meşələrindən 
gətirilərək qəfəsə salınan və həmişə, narahat halda qəfəsi sındıraraq əvvəlki yerinə qayıtmaq barəsində düşünən 
tutuquşuna, bə

zən də öz yuvasından uzaq düşmüş quşa oxşadırlar. Ən ali və gözəl misallardan biri Mövlananın 
«Məsnəvi»nin əvvəlində gətirdiyi təmsildir. O, insanı qamışlıqdan kəsilmiş və həmişə nalə və fəryad çəkərək bu 
ayrılıqdan şikayətlənən ney və tütəyə bənzədir.
Beşno əz ney çun hekayət mikonəd
Vəzcodayiha şekayət mikonəd
Kəzneystan ta məra be borideənd
Əz nəfirəm mərdo zən nalideənd
Sine xahəm şərhe-şərhe əzfəraq
Ta be quyəm şərhe dərde iştiyaq.
Sonra belə deyir:
Do dəhan darim quya həmçuni
Yek dəhan pinhan əst dər ləbhayi vey
Mövlana bə

zən də başqa cür bənzətmə və təşbeh edir:
Pil bayəd ta ço xosbəd ustan
Xab binəd xotteye hindustan
Xər nəbinəd hiç hindustan be xab
Xər ze hindustan nə kərde əst iğterab.
Deyirlər ki, Hindistandan gətirilmiş filin həmişə başına vurmaq lazımdır, çünki belə etməsələr onun yadına Hindistan 


20
Kamilliyə doğru Wap.IXLAS.Az
düşər. Mövlana deyir ki, Hindistan yalnız filin yuxusuna girir, çünki o Hindistandan gəlib. Uzunqulaq heç vaxt Hindistanı 
yuxuda görmür, çünki o, Hindistandan gətirilməyib və o, burada qərib deyil. Məqsədi budur ki, insanın başqa aləmə 
qayıtmaq, haqqa və Allaha doğru getmək, münacat və vüsal dərdi var.
İNSANIN DƏRDİ ƏLİ KƏLAMINDA
Əli (ə) Kumeyl ibni Ziyad ilə səhraya gedəndə necə də gözəl söz deyib. Kumeyl deyir ki, səhraya və heç kəsin 
olmadığı bir yerə çatanda Əli (ə) dərindən ah çəkib belə dedi: 

Yüklə 1,39 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə