MüƏLLİF: ustad şƏHİd müRTƏza müTƏHHƏRİ TƏRCÜMƏ edəN: İslamşÜnas ağabala mehdiyev kitabın adı: Kamil insan



Yüklə 1,39 Mb.
Pdf görüntüsü
səhifə26/158
tarix29.11.2023
ölçüsü1,39 Mb.
#138727
1   ...   22   23   24   25   26   27   28   29   ...   158
Kamil insan

«insani dəyərlər»
deyilir.
Bu gün keçən söhbətlərimizi davam etdirəcəyik. Əvvəlki söhbətlərimizdə dedik ki, fərd və cəmiyyətin doğru yoldan 
çıxması iki cürdür. Bunlardan biri dəyərə malik olmayan şeylərin əsl dəyərlər müqabilində müqavimət göstərməsi 
və onların qarşısını almasıdır. Buna misal olaraq zülmün ədalət, allahsızlıq və laqeyidsizliyin allahpərstlik və ibadət, 
səfehlik və axmaqlığın ağıl, dərrakə və hikmət müqabilində dayanmasını göstərmək olar. Amma dəyərsiz şeylərin 
dəyərlər müqabilində dayanması, bəlkə də, bəşərin düzgün yolundan çıxmasında elə də çox tə

sir göstərməyib. Çünki 
dəyərsiz şeylər insani dəyərlər qarşısında duranda çox davam gətirə bilmir və qısa müddətdə məğlub olur. Bəşəriyyətin 
düz və haqq yoldan çıxmasının əsas amili onun, dənizdə çəkilmə və qabarma baş verdiyi kimi hansısa bir dəyərə üz 
tutaraq onu şişirtməsi və ona qapılmasıdır. Bu, bütün digər dəyərlərin məhv olmasına səbəb olur. Dediyimiz kimi 
zahidlik və təqva bir dəyərdir, insanlıq me

yarlarındandır. Amma bə

zən görürsən ki, bir şəxs və ya cəmiyyət zahidliyə 
elə qapılır ki, onun üçün hər bir şey zahidlik olur və o, zahidlikdə məhv olur. Qeyd etdik ki, belə bir şəxs və ya cəmiyyət 
yalnız bədəninin bir üzvü, məsələn burnu inkişaf edərək böyüyən insana bənzəyir.
DƏRD VƏ ONUN FAYDALARI
Əvvəldə qeyd etdiyimiz kimi, hətta materialist məktəblər də bir sıra mə

nəvi dəyərlərə inam bəsləyirlər. İnsani 
dəyərlər ümumi bir ad altında müxtəlif qismlərə bölünürlər. Bu ümumi ad, həm ariflər və həm də müasir alimlərin 
işlətdikləri terminlərdəndir. Hətta qeyd etmək lazımdır ki, həmin termin ariflərdən qabaq islami mətnlərdə də işlədilib. 
Bu o deməkdir ki, insanlığın əsas me

yarı «dərdlilik» və «dərd sahibi olmaq» adlandırılan şeydən ibarətdir. İnsanın qeyri-
insanlarla fərqi bundan ibarətdir ki, insan «dərd» sahibidir. İnsan, heyvanlara və ya insanlıq ruhuna malik olmayan bir 
baş, iki qulaqlı insanların əksinə olaraq bir sıra dərdlərə malikdir. Amma heyvanlar və insanlıq ruhuna malik olmayan 
dırnaqarası insanlar, belə bir dərdə sahib deyildirlər.
Biz əvvəlcə «dərd»in özü barəsində danışmalıyıq. Əlbəttə, bəlkə də ilk baxışda belə bir şey barəsində söhbət etmək 
təəccüblü görünər və bu nə deməkdir? sualını doğurar. Çünki dərd pis şeydir və insan onu özündən uzaqlaşdıraraq 


18
Kamilliyə doğru Wap.IXLAS.Az
aradan aparmalıdır. Belə olan surətdə, insanlıq və bir şeyin dəyərliliyinin dərdlilik olması necə mümkündür? Dərd yaxşı 
şey ola bilərmi?
İlk növbədə qeyd etmək lazımdır ki, biz dərd ilə dərdin mənşəyi arasında səhvə düçar oluruq. Məsələn, hər hansı bir 
xəstəlik və ya yarada, mövcud olan mikrob və xəstəlik və yaranın yaranma amili olan şeylər pisdir. Çünki onlar bədənə 
daxil olur və sonra dərdin yaranma mənşə və mənbəyinə çevrilirlər. Mə

də və ya bağırsaqda yara olanda insan onun 
ağrısını hiss edir. Belə bir şəraitdə həmin yaranın olması pisdir. Amma dərdin özü insanı narahat etməsinə baxmayaraq, 
onun agahlıq və oyanışına səbəb olur. Hətta insan və heyvan arasında müştərək olan cismi dərd və ağrılar belə, insanı 
agah edərək oyadır. Heç bir pozuntu olmadan insanın başının ağrıması mümkün deyildir. Ağrının yaranması sizi başda 
hansısa bir pozuntu və narahatçılığın yaranmasından xəbərdar edir. Sizi onun müalicəsinin fikrində olmağa çağırır. Bu 
müxtəlif dəzgah və avtomobildə olan yağ, benzin və sairə şeylərin miqdarını göstərən əqrəblərə bənzəyir. Məsələn, 
avtomobildə olan bə

zi əqrəblər yağın miqdarını, bə

zi əqrəblər isə suyun hərarətini göstərir. Əgər əqrəb suyun 
hərarətinin çoxaldığını və ya benzinin qurtardığını göstərirsə, siz buna necə baxırsınız? Bu yaxşıdır, yoxsa pis? Bu çox 
yaxşıdır, çünki sizi agah və xəbərdar edir. Sizin maşınınızın qızdırması və ya benzinin qurtarması pisdir. Əgər insanın 
bədənində heç vaxt ağrı olmasaydı və o, narahatçılıq hiss etməsəydi, əvvəla heç vaxt dərdindən xəbərdar və agah 
olmazdı və ikincisi həmin dərdin müalicəsi fikrinə düşməzdi. Çünki, bu dərd və ağrı əmrinin icrası labüd olan mə

mur 
kimi, insanı həmin çatışmamazlıq və narahatçılıqlar barəsində çarə axtarmağa vadar edir. Dərd və ağrı insanı narahat 
edərək dayanmadan onu dərman fikrində olmağa sövq edir.
Buna görə də hətta cismani dərdlərin özləri belə ne

mətdirlər və insanın agahlıq və oyanmasına səbəb olurlar. 
İnsanın, hətta bədənində bir narahtçılıq və pozuntu baş verməsi bahasına olsa belə, agah və xəbərdar olması yaxşı 
şeydir. Mövlananın bu barədə çox maraqlı şe

ri vardır.
Məzmunu:

Yüklə 1,39 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə