|
MüƏLLİF: ustad şƏHİd müRTƏza müTƏHHƏRİ TƏRCÜMƏ edəN: İslamşÜnas ağabala mehdiyev kitabın adı: Kamil insan«Biz öz qüdrət nişanələrimizi onlara həm xarici aləmdə [kainatda, göylərin və yerin ətrafında], həm də onlarınKamil insan«Biz öz qüdrət nişanələrimizi onlara həm xarici aləmdə [kainatda, göylərin və yerin ətrafında], həm də onların
öz daxilində mütləq göstərəcəyik...»
(Fussilət-53).
Qur
᾽
an, «insanların daxilində (ruhlarında)» sözlərini deməklə bu məsələni xüsusi şəkildə bəyan edib. Bu ayə dini
ədəbiyyatda «xarici aləm» və «daxili aləm» terminlərinin yaranmasına səbəb olub.
İnsanın daxili aləmində mövcud olan və maddi hesablarla izah edilə bilməyən şeylərin nədən ibarət olması barəsində
soruşsanız, bunun çox geniş bir məsələ olması və burada həmin mövzuya toxunmaq fikrində olmadığımı bildirirəm.
İNSANLIĞIN İNSANDAN AYRILMASININ MÜMKÜNLÜYÜ
Maddi hesablarla düz gəlməyən şeylərdən biri də, bizim əvvəlki söhbətlərimizdə danışdığımız məsələlər, yə
᾽
ni
insani dəyərlər, başqa sözlə desək insanın insanlığıdır. Təəccüblü məsələlərdən biri də budur ki, siz hər hansı bir
varlıqla maraqlansanız onun, özü üçün ayrılmaz bir sifət olduğunu görərsiniz. Pələngin pələnglik, itin itlik, atın isə atlıq
sifəti var. Biz atlıq sifətinə malik olmayan at, itlik sifətinə malik olmayan it və pələnglik sifəti daşımayan pələng tapa
bilmərik. Amma insanlığa malik olmayan insan tapmaq mümkündür. Çünki, keçən söhbətlərimizdə insanın insanlığı
adlandırdığımız və ona şəxsiyyət verən şeylər bəşəri və dünyəvi olmalarına baxmayaraq, insanın cisminin qurluşu ilə
bitmir. Onun insanlığının me
᾽
yarı bir baş, iki ayaq, əl və s. şeylərə malik olması ilə tamamlanmır. İnsanın xüsusiyyətləri
qeyri-maddi və hissedilməzdir. Başqa sözlə desək, maddi deyil, mə
᾽
nəvi şeylər qismindəndir. İkinci səbəb budur ki,
insanın insanlıq me
᾽
yarı və onun insani şəxsiyyət və üstünlüyünün göstəriciləri təbiətin əli ilə deyil, yalnız və yalnız
onun öz əli ilə qurulur. Məqsədimiz budur ki, insan mə
᾽
nəviyyat qapısıdır və öz vücud qapısından mə
᾽
nəvi aləmə
yol tapır. Səkkizinci imam həzrət Rza (ə) buyurub:
Dostları ilə paylaş: |
|
|