|
![](/i/favi32.png) MüƏLLİF: ustad şƏHİd müRTƏza müTƏHHƏRİ TƏRCÜMƏ edəN: İslamşÜnas ağabala mehdiyev kitabın adı: Kamil insanKamil insanVə iza kanətin-nüfusu kibarən
Təibət fi muradihəl əcsamu.
Mə
᾽
nası:
Ruhlar böyüyəndə cismlər istək və məramlarına çatmaqda məşəqqət və əziyyətlərə düçar olurlar.
Bu o deməkdir ki, vay o bədənlərin halına ki, onların ruhları böyüyür. Ruh böyüyərək bütün bədənlərinki olanda,
hamının dərd və ağrılarını hiss edəndə cəza görmək həddinə çatır. O, dul qadın və bir neçə uşağın vəziyyətindən
xəbərsiz qaldığı üçün özünü cəzalandırır. Bir gün Əli (ə) küçədə, çiynində su tuluğu aparan bir qadın görür. O, bu cür
mənzərələrin kənarından e
᾽
tinasız keçən adamlardan deyil. Fikirləşir ki, bu qadının su daşıması səbəbsiz deyil, çünki
ya kimsəsizdir və ya əri ona əhəmiyyət vermir. Tez irəli gəlir. özü də ey nökər, ey qul, ey gözətçi və ya ey qənbər gəl bu
qadına kömək et demir. İrəli gələrək tam ədəblə belə deyir: Xanım, icazə verirsiniz, sizə kömək edib su tuluğunu çiynimə
götürüm? İcazə verin bu zəhməti mən çəkim. Həmin qadın da onun atasına rəhmət oxuyaraq su tuluğunu ona verir.
Əli (ə) həmin dul qadının evinə gəlir və su tuluğunu yerə qoyduqdan sonra onun suyu nə üçün özü daşıdığını soruşur.
Əriniz yoxdur? – deyə ondan sual edir. Qadın cavab verir; bəli, ərim Əli ibni Əbutalibin əsgərlərindən idi və döyüşlərin
birində şəhid olub. Mən bir neçə uşaqla tək yaşayıram. Əli (ə) bu sözləri eşidəndə narahatçılığından od tutub yanır.
Yazırlar ki, o, həmin axşam evə qayıtdıqdan sonra səhərə kimi yata bilməyib. Sübh çörək, ət, xurma və pul götürərək
sür
᾽
ətlə həmin qadının evinə gələrək qapını döyür. Qadın onun kimliyini soruşur. Cavab verir: Mən sənin dünənki
mö
᾽
min qardaşınam. Qadın qapını açır və Əli (ə) içəri daxil olur. Tez ətdən kabab çəkir və öz əli ilə uşaqların ağızlarına
qoyur. Onları dizində oturdaraq yavaşca «sizdən xəbərsiz qalmış Əlinin təqsirindən keçin» deyir. Sonra təndiri odlayır.
Təndirin üstünə çıxıb üzünü oda yaxınlaşdıranda odun istiliyini hiss edir. öz-özünə belə deyir:
Dostları ilə paylaş: |
|
|