MüƏLLİF: ustad şƏHİd müRTƏza müTƏHHƏRİ TƏRCÜMƏ edəN: İslamşÜnas ağabala mehdiyev kitabın adı: Kamil insan



Yüklə 1,39 Mb.
Pdf görüntüsü
səhifə39/158
tarix29.11.2023
ölçüsü1,39 Mb.
#138727
1   ...   35   36   37   38   39   40   41   42   ...   158
Kamil insan

«Mə

na aləmində olan şeylər yalnız insanın daxilində olanlar 
vasitəsilə tanınaraq dərk edilir.»
Bu çox maraqlı məsələlərdən biridir.
ötən söhbətlərimizdə dedik ki, insani dəyərlər adlandırılan və insan mə

nəviyyatı və me

yarı sayılan şeylər çox 
şeylərə şamildir, amma bütün dəyərləri bir dəyərdə, yə

ni «dərdlilik» və «dərd sahibi olmaq»da xülasə etmək olar. 
Dünyada insani dəyərlər barəsində söz açmış hər bir məktəb insanda heyvanlarla müştərək olduğu bədən və orqanizm 
dərd və ağrılarından əlavə, başqa bir dərd aşkar edərək müəyyənləşdirib. İnsanın həmin insanlıq dərd və ağrısı nədən 
ibarətdir? Əvvəlcə dediyimiz kimi, bə

ziləri yalnız qəriblik və bu dünya ilə uyuşmazlıq dərdinə tə

kid edirlər. Çünki 
insan başqa bir dünyadan vəzifəsini yerinə yetirmək üçün öz əslindən ayrılaraq bu dünyaya gəlmiş bir varlıqdır deyirlər. 
Onun öz əslindən bu uzaqlığı, onda şövq, eşq, nalə, qürbət hissi, əsl və vətəninə qayıdışa rəğbət, yə

ni Allah və haqqa 
qayıtmaq meyli yaradıb. İnsan behiştdən qovularaq bu maddi dünyaya gəlib və indi bir daha və

d edilmiş həmin 
behiştə qayıtmaq istəyir. Əlbəttə onun bu dünyaya gəlməsi, səhv bir iş olmayıb, çünki o, müəyyən bir vəzifəni yerinə 
yetirmək üçün gəlib. Amma hər halda bu hicran onu həmişə narahat edir və nigaran halda saxlayır. Bu məktəbə əsasən 
insanın dərdi yalnız Allah dərdi, Haqqdan uzaqlıq və Ona yaxınlaşmaq dərdidir. İnsan hər hansı bir məqam və kamala 
çatmasına baxmayaraq, yenə də öz mə

şuquna çatmadığını hiss edir.
İnsan, mütləq kamal vurğunudur. Belə bir söz var: 
«İnsan həmişə malik olmadığı şeyin arzusunda olur.»
Bu çox maraqlı və təəccüblü bir məsələdir. İnsan həmişə malik olmadığı şeyin arzusunda olur və onu istəyir, amma 
həmin şeyi əldə etdikdən sonra ondan bezərək soyuyur. Nə üçün? Bir varlığın təbiətində hər hansı bir şeyə meyl olması 
və həmin varlığı əldə etdikdən sonra onu istəməməsi və özündən uzaqlaşdırması qeyri-məntiqi bir işdir.
Bir nəfər danışırdı ki, xarici ölkələrdəki muzeylərin birində olan əşyalara tamaşa edərkən, gözüm çarpayıda uzanmış 
çox gözəl bir qadına və bir ayağı həmin çarpayının üstündə, digər ayağı isə yerdə olan, yə

ni həmin qadından üz 
döndərərək qaçmaqda olan bir gözəl gəncin heykəlinə sataşdı. Mən həmin heykəli görəndə, gənc oğlan və qızın bu 


25
Kamilliyə doğru Wap.IXLAS.Az
heykəlini yonmuş heykəltəraşın onların sevişmək səhnəsini deyil, oğlanın qızdan qaçması səhnəsini yonmaqdan 
məqsədinin nə olduğunu başa düşmədim. Məsələ ilə yaxından tanış olan şəxsiyyətlərdən izah istədim. Onlar dedilər 
ki, bu heykəl Əflatunun məşhur nəzərinin təcəssümüdür. Əflatunun belə bir nəzəri var ki, insan həmişə əvvəldə hər bir 


şuquna və sevdiyi şeyə doğru böyük eşq, məhəbbət, vurğunluq və rəğbət hissi ilə irəliləyir, amma vüsala çatdıqda 
eşq orada dəfn edilir. Vüsal eşqin dəfn edildiyi, nifrət və çəkinmənin başlanğıc yeridir.
Görəsən bu nə üçün belə olur? İlk baxışda bu məsələnin qeyri-təbii və qeyri-məntiqi bir iş olması düşünülür. Amma 
bu barədə dəqiq fikirləşmiş şəxslər onu həll edə biliblər. Onlar deyirlər ki, insan məhdud, fani, məkan və zaman 
çərçivəsində olan şeylərin aşiqi ola bilmir. İnsan yalnız mütləq kamal, yə

ni Haqq və Allahın zatına aşiqdir. Allahı inkar 
edən şəxs belə, Onun aşiqidir. Allahı inkar edərək Onu söyənlər belə fitrət və təbiətlərinin dərinliyində mütləq kamal 
aşiqi olduqlarını, amma yol və mə

şuqlarını itirdiklərini, səhv saldıqlarını bilmirlər.
Mühyiddin Ərəbi deyir: 

Yüklə 1,39 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə