MüƏLLİF: ustad şƏHİd müRTƏza müTƏHHƏRİ TƏRCÜMƏ edəN: İslamşÜnas ağabala mehdiyev kitabın adı: Kamil insan


«Məhəmməd (s) Allahın peyğəmbəridir. Onunla birlikdə olanlar [mö



Yüklə 1,39 Mb.
Pdf görüntüsü
səhifə42/158
tarix29.11.2023
ölçüsü1,39 Mb.
#138727
1   ...   38   39   40   41   42   43   44   45   ...   158
Kamil insan

«Məhəmməd (s) Allahın peyğəmbəridir. Onunla birlikdə olanlar [mö

minlər] kafirlərə qarşı sərt, bir-birinə [öz 
aralarında] isə mərhəmətlidirlər...»
(Fəth-29).
Peyğəmbər (s)-in səhabələri və yetişdirdiyi şəxslər necədirlər? Onlar haqq və həqiqət düşmənləri müqabilində sərt, 
möhkəm və əyilməzdirlər, tunc divar kimi yerlərindən tərpənmirlər.
«Şübhəsiz ki, Allah öz yolunda möhkəm divar kimi səf çəkib döyüşənləri sevir!»
(Səff-4).
Bəli, onlar həqiqət düşmənlərinə qarşı çox sərtdirlər, amma öz aralarında mehriban, mərhəmətli və birlik 
simvoludurlar. Bu, Qur

an baxımından islam cəmiyyətinin ictimai xüsusiyyətlərindən biridir. Amma biz, neçə əsrlərdir 
ki, onu unutmuşuq. Qur

an Fəth surəsinin 29-cu ayəsinin davamında belə deyir: 
«Sən onları [namaz vaxtı] rüku edən, 
səcdəyə qapanan, Allahdan riza və lütf diləyən görərsən. Onların əlaməti üzlərində olan səcdə nişanəsidir...» 
Allah 
onların ictimai xüsusiyyətlərini bəyan etdikdən sonra tez onların ilahi dəyərlərini sadalayır. İctimai baxımdan həmin 
vəziyyətdə olan insanlar Allah müqabilində rüku və səcdə edirlər, ürəklərində Allahla danışırlar, öz Allahlarından 
tərəqqi və yüksəliş istəyirlər, olduqları vəziyyətə qane olmayıb gün-gündən irəliləmələrini istəyirlər, bütün pərəstişləri 
yalnız Allah rizasını əldə etmək üçündür, yə

ni Allaha ən ali şəkildə ibadət edirlər və çöhrələrində ibadət nişanəsi 
görünür. Ayənin davamında islami cəmiyyət üçün, həmin cəmiyyətin necə çiçəklənən və boy atan bir qurum olmasını 
açıqlamaq məqsədi ilə belə misal çəkir. Bu onların Tövratdakı vəsfidir. İncildə isə onlar elə bir əkinə bənzədilirlər ki, o 
artıq cücərtisini üzə çıxartmış, onu bəsləyib cana qüvvət gətirmiş, o da möhkəmlənib gövdəsi üstünə qalxaraq əkinçiləri 
heyran qoymuşdur.
Qur

an digər bir yerdə bu iki xisləti birlikdə bəyan edib: 

Yüklə 1,39 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə