MüƏLLİF: ustad şƏHİd müRTƏza müTƏHHƏRİ TƏRCÜMƏ edəN: İslamşÜnas ağabala mehdiyev kitabın adı: Kamil insan


«Səbr etmək və namaz qılmaqla kömək diləyin.»



Yüklə 1,39 Mb.
Pdf görüntüsü
səhifə45/158
tarix29.11.2023
ölçüsü1,39 Mb.
#138727
1   ...   41   42   43   44   45   46   47   48   ...   158
Kamil insan

«Səbr etmək və namaz qılmaqla kömək diləyin.» 
Təfsir alimləri səbrdən məqsədin oruc olmasını və ya heç 
olmasa səbrin növlərindən birinin oruc olduğunu bildiriblər. Qur

an, mö

minlərə namaz və səbrdən kömək diləməyə 
əmr edib. Biz namazdan necə kömək diləyə bilərik? Allaha ibadətdən necə yardım ala bilərik? Allaha ibadətin özü 
yardım və köməkdir. Ümumiyyətlə hər bir yardımı buradan almaq olar. Əgər siz cəmiyyətdə həqiqi müsəlman və güclü 
mücahid olmaq istəyirsinizsə xalis, saf və əsil namaz qılan olmalısınız.
ÜZDƏNİRAQ ZİYALILIQ


ziləri deyirlər ki, namaz qılmaq nə deməkdir, ibadət nədir? Bunlar qoca qarıların işidir, insan ictimai olmalıdır! 
Bu sözlər bir növ ziyalılıq, amma üzdəniraq ziyalılıqdır!
Bildiyiniz kimi, ikinci xəlifə azandan 
«Həyyə əla xəyril əməl»
(əməllərin xeyirlisinə tələsin) sözlərinin çıxarılmasına 
əmr vermişdi. O, bu ifadəni azandan nə üçün çıxarıb? Onun özündən kəşf etdiyi «ziyalılıq» bu işi görməsinə səbəb 
olub. Cənab ömər bu işi ilə böyük bir səhvə yol verib. Onun xilafət dövrü islami fəthlərin qızğın çağına təsadüf edirdi. 
İslam döyüşçüləri dəstə-dəstə gərgin döyüşlərə gedir və az sayla özlərinin güclü düşmənlərini diz çökdürürdülər. 
Sayları 50-60 min nəfəri keçməyən müsəlmanlar, hər biri neçə yüz minlik qoşuna malik olan böyük İran və Rum 
imperatorluğu ilə döyüşüblər və hər iki cəbhədə düşmənə qalib gəliblər. Cihad bir daha öz dəyərini sübuta yetirir və 
islamın mücahid yetişdirməsinin mə

nası bəlli olurdu. Belə olan şəraitdə o, öz-özlüyündə belə düşünür: Azanda uca 
səslə 
«Allahu əkbər»
«Həyyə ələs-səlat» və «Həyyə ələl fəlah»
deyilməsinin heç bir eybi yoxdur, amma 
«Həyyə əla 
xəyril əməl»
deyilməsi mücahidlərin ruhiyyəsinə xələl gətirər. Çünki mücahidlər öz-özlərində fikirləşərlər ki, əgər 
namaz əməllərin ən yaxşısıdırsa, biz döyüş meydanlarında cihad etmək əvəzinə Mədinə məscidində Peyğəmbər (s)-
in qəbri yaxınlığında qalıb əməllərin ən yaxşısı olan namaz qılmaqla məşğul olarıq; Başqaları gedib döyüşsünlər
yaralanaraq ölsünlər, gözləri kor olsun, əl-ayaqları kəsilsin, qarınları deşilsin, biz burda öz evimizdə ailəmizin yanında 
qalıb dörd rəkət namaz qılarıq və əməl baxımından onlardan da üstün olarıq. Cənab ömər buna görə də belə dedi: Xeyir, 
bu pis nəticələr verə bilər. Bu ifadəni azandan çıxarmağımız məsləhətdir. Onun yerinə belə deyin: 

Yüklə 1,39 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə