MüƏLLİF: ustad şƏHİd müRTƏza müTƏHHƏRİ TƏRCÜMƏ edəN: İslamşÜnas ağabala mehdiyev kitabın adı: Kamil insan


«Heç bir insan, Allahından başqa digərini sevməyib və indiyə kimi dünyada Allahdan



Yüklə 1,39 Mb.
Pdf görüntüsü
səhifə40/158
tarix29.11.2023
ölçüsü1,39 Mb.
#138727
1   ...   36   37   38   39   40   41   42   43   ...   158
Kamil insan

«Heç bir insan, Allahından başqa digərini sevməyib və indiyə kimi dünyada Allahdan 
başqa digər birini sevən insan tapılmayıb. Amma Allah-taala Zeynəb, Suad, Hind və bu kimi adların altında 
gizlənib.»
Məcnun Leylinin aşiqi olduğunu güman edir, amma o, öz fitrət və vicdanının dərinliklərindən xəbərsizdir. 
Buna görə də Mühyiddin Ərəbi deyir ki, peyğəmbərlər Allah eşqi və Ona ibadət edilməsini öyrətməyə gəlməyiblər, 
çünki bu hər bir insanın fitri işlərindəndir. Peyğəmbərlər, düz və əyri yolları göstərməyə gəliblər. Bu ilahi elçilər gəliblər 
ki, insana belə desinlər: 
Ey insan! Sən mütləq kamal aşiqisən. Pul, mənsəb və qadının mütləq kamal olduğunu 
güman edirsən. Sən mütləq kamaldan başqa, digər bir şey istəmirsən, amma (xarici nümunənin tapılmasında) 
səhvə düçar olursan. Peyğəmbərlər insanı bu səhvdən qurtarmağa gəliblər.
İnsanın dərdi həmin ilahi dərddir. Əgər səhv pərdələr onun gözünün qarşısından çəkilsə və o, öz mə

şuqunu tapsa, 
Əli (ə)-dan eşitdiyimiz aşiqanə ibadətlərdən edər.
Qur

an nə üçün – 
«Bilin ki, qəlblər yalnız Allahı zikr etməklə aram tapar» – 
deyir. Ayənin ərəb dilindəki formasında 
«bi zikrillah»
birləşməsi öndə gətirilib, çünki bu tərkib qəlblərin aram tapmasının yalnız və yalnız Allahı zikr etməklə 
yarana bilməsi mə

nasını verir. Belə bir qrammatik tərkib müəyyən bir məsələni yalnız bir şeyə həsr etmək və onu 
yalnız bir nöqtədə məhududlaşdırmaq məqsədi güdür. Bəşərin qəlbi, yalnız bir şeylə aram tapır, iztirab və sıxıntıdan 
qurtulur və o, Allahı zikr etmək, Onu yada salaraq Onunla ünsiyyətdə olmaqdır. Qur

an deyir ki, əgər insan sərvət 
və rifaha çatmaqla asayişdə olacağını, iztirab və narahatçılıqdan qurtularaq şikayət və gileylənmədən qaçacağını 
fikirləşirsə çox səhv edir. Əlbəttə Qur

an bu qism şeylərin dalınca getməsinin pis olmasını demir, bəlkə onları əldə 
etməyin lazım olduğunu bildirir. Amma deyir ki, insana asayiş və sakitlik verən şeylərin bunlar olmasını və insanın 
onları əldə etdikdə lazımı kamala çatmasını fikirləşmək səhv bir şeydir. İnsanın qəlbi yalnız və yalnız Allahı zikr 
etməklə sakitləşir. Məktəblərin çoxu, insanın öz əsl və kökündən uzaqlığına tə

kid edirlər.
Digər məktəblər isə insanın Allah dərdi deyil, xalq dərdinə malik olması üzərində tə

kid edirlər. Hətta bə

ziləri 
insanın Allah üçün dərdə malik olmamasını anlamadıqlarını bildirirlər. Jurnalların birində də Allah, yoxsa insan? 
başlıqlı məqalə yazılıb və orada müxtəlif fikirlər irəli sürülüb. Biri Allah, digəri insan, üçüncüsü isə Allah və insan 
prinsipləri ilə çıxış edir. Amma mən Allahla insan bir-birindən ayrı deyil – Allah olmasa insan da olmaz – deyənə rast 
gəlməmişəm. İnsanda olan Allah dərdini tapmasaq və o, Allaha tərəf getməsə, onun insani dərdi bir yerə çatmayacaq və 
heç bir nəticə verməyəcək. Allah dərdidir, onun dərdi Allah dərdinə malik olmasından yaranır.

Yüklə 1,39 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə