MüƏllifdən II



Yüklə 6,32 Mb.
Pdf görüntüsü
səhifə247/266
tarix14.02.2018
ölçüsü6,32 Mb.
#26864
1   ...   243   244   245   246   247   248   249   250   ...   266

7İ0|3

 

  __________ 



XX FƏSİL XÜSUSİ İCRAA TLAR

 _________ 



 

Azərbaycan  Respublikasının  yeni  Cinayət  Məcəlləsi,  tam  inamla 

demək  olar  ki,  məhz  beynəlxalq  hüququn  prinsipləri  gözlənilməklə, 

cinayətkarlıqla  mübarizə  sahəsində  bağlanan  müqavilələr  və 

konvensiyalar  əsas  götürülməklə  qəbul  olunmuşdur.  Bu  Məcəllədə 

əhalini  məhv  etmə,  köləlik,  əhalini  deportasiya  etmə  və  ya  məcburi 

köçürmə, cinsi zorakılıq, məcburi hamiləlik, təqib, insanları zorakılıqla 

yoxa  çıxarma,  irqi  ayrı-seçkilik,  işgəncə  kimi  insan  ləyaqətinə  qarşı 

yönəlmiş cinayətlər öz şərhini tapmışdır. Bu müddəalar göstərilməklə 

konkret cəza həddi də nəzərdə tutulur. 

Bütün  bunlar  ona  dəlalət  edir  ki,  ümumiyyətlə,  insanlığa,  insan 

ləyaqətinə  sui-qəsd,  insan  alveri  və  fahişəliklə  bağlı  cinayətlər  dünya 

dövlətlərini hər zaman narahat etmişdir. Bu cinayətlərə qarşı mübarizə 

aparan  dövlətlər  aynlıqda  fahişəlik  məqsədilə vasitəçilik edən, kimisə 

fahişəliyə  sövq  edən,  yoldan  çıxaran,  fahişəliyi  şəxsin  razılığı  ilə 

istismar  edən  hər  bir  şəxsi  cəzalandırmağı  öhdəsinə  götürür.  Yaxud 

fahişəxana saxlayan və ya onu idarə edən və  ya onu maliyyələşdirən, 

üçüncü şəxslərin fahişəlik məqsədilə istifadə edə biləcəyi binanı və ya 

başqa bir yeri, yaxud onun bir hissəsini icarəyə verən hər bir şəxsi dövlət 

cəzalandırmağı öz öhdəsinə götürür. 

Artıq bir aksioma kimi qəbul etməliyik ki, cinayətkarlıqla mübarizə 

problemi  bəşəriyyəti  həmişə  düşündürmüş  və  ciddi  narahat  etmişdir. 

Aydın məsələdir ki, cinayətkarlıqla mübarizə hər şeydən əvvəl hər bir 

dövlətin suveren hüququdur və onun daxili işidir. Dövlət öz ərazisində 

baş  verən  və  qanunla  cinayət  hesab  edilən  əməlləri  törədən  şəxsləri 

məsuliyyətə alır və müvafiq qaydada cəzalandınr. Lakin, eyni zmanda, 

biz  belə  bir  həqiqəti  də  qəbul  etməliyik  ki,  müasir  beynəlxalq  hüquq 

başqa  sahələrdə  olduğu  kimi  cinayətkarlıqla  mübarizə  sahəsində  də 

dövlətlərin beynəlxalq əməkdaşlığını nəinki inkar etmir, əksinə bir sıra 

hallarda  belə  əməkdaşlığı  mümkün  və  zəruri  hesab  edir.  Bununda 

demək olar ki, bir çox vacib səbəbləri mövcuddur. 

Beynəlxalq cinayətkarlığın anlayışının eyni izahı üçün zəruri şərt və 

ilkin tələb, alimlərin fikrincə, beynəlxalq cinayət hüquq sistemində bu 

kateqoriyadan  olan  cinayətlərin  mahiyyətini  müəyyən  etməkdən 

ibarətdir.  Bu  məsələ  beynəlxalq  hüquq  ədəbiyyatında  müəyyən 

dərəcədə araşdınisa da, lakin bu gün tədqiqə ehtiyac duyulan məsələlər 

hələ də kifayət qədərdir. 



Mirağa Cəfərquliyev 

Beynəlxalq  cinayətkarlığa  qarşı  dövlətlərin  əməkdaşlığını  zəruri 

edən ən mühüm amillərdən biri beynəlxalq cinayətlərin milli cinayətlərə 

nisbətən  bəşəriyyət  üçün  daha  da  təhlükəli  olmasıdır.  Bu  baxımdan, 

beynəlxalq  cinayət  aşağıdakı  əlamətlərinə  görə  milli  cinayətlərdən 

fərqlənir: 

1)

 

beynəlxalq  cinayətlər  milli  cinayətlərdən  fərqli  olaraq  eyni 



zamanda bir neçə dövlətin mənafeyinə qəsd edir

2)

 



cinayətin yayılma traektoriyası daha geniş əraziləri əhatə edir

3)

 



beynəlxalq  cinayəti  törədən  şəxslər  müxtəlif  dövlətlərin  vətən- 

daşlan olurlar. 

Bu söylənilən səbəblərə görə hətta dünyanın ən inkişaf etmiş, geniş 

maddi və texniki resurslara malik olan dövlətləri belə təkbaşına, digər 

dövlətlərin  yardımı  və  qarşılıqlı  əməkdaşlığı  olmadan  müvəffəqiyyət 

qazanmaq qüdrətində deyil. Tarixə nəzər salmaqla buna çox asanlıqla 

əmin olmaq mümkündür. 

Beynəlxalq cinayətkarlığa qarşı dövlətlərin birgə əməkdaşlığı hansı 

məqsədlərə xidmət edir və yaxıd hansı zərurətdən doğur sualına cavab 

tapmaq  üçün  cinayətkarlıqla  mübarizə  sahəsində  dövlətlərin 

əməkdaşlığının  mühüm  cəhətlərinə  diqqət  yetirmək  kifayət  edər.  Bu 

vacib  cəhətlər  hüquq  ədəbiyyatında  təxmini  olaraq  aşağıdakı  kimi 

qruplaşdınimışdır: 

1.

 



Başqa  dövlətin  ərazisində  gizlənmiş  cinayətkarların  axtanlıb 

tapılması, onlann mühakimə olunub cəzalandmlması; 

2.

 

Cinayət  işi  üzrə  lazım  olan  materialların  əldə  edilməsində, 



xüsusilə də xariclə əlaqədar olan şahidlərin dindirilməsi, hadisə yerinin 

müayinəsi  və  s.  kimi  əməliyyatların  apanlması  üzrə  ayn-ayn  təhqiqat 

tapşmqlarmm icra edilməsinə qarşılıqlı yardım göstərmək; 

3.

 



Cinayətkarlıqla  mübarizə  məsələlərinin  birgə  öyrənilməsi  üçün 

müvafiq beynəlxalq təşkilatlar və elmi-tədqiqat müəssisələri yaratmaq 

beynəlxalq  konfrans,  konqres  və  s.  tədbirlərin  keçirilməsi  yolu  ilə 

əməkdaşlıq; 

4.

 

Beynəlxalq  cinayətkarlıqla  mübarizədə  dövlətlərin  qarşılıqlı 



əməli yardım göstərilməsi

5.

 



Bu  sahədə  müvafiq  məlumatlann  mübadiləsi,  digər  dövlətlərin 

vətəndaşları  barəsində  çıxarılmış  hökmlər  haqqında  məlumatlar  və  s. 



(63.S.35).

 



XX FƏSİL XÜSUSİ İCRAA TLAR 

Müasir  dövrdə  beynəlxalq  münasibətlər  sferasında  MDB 

çərçivəsində  mütəşəkkil  cinayətkarlığa  qarşı  mübarizədə  dövlətlərin 

əməkdaşlığı Azərbaycan Respublikası üçün xüsusi bir əhəmiyyət təşkil 

edir. 

Qeyd  etdiyimiz  kimi,  cinayətkarlıq,  xüsusilə  mütəşəkkil 



cinayətkarlıq  çoxdan  bir  dövlət  sərhədindən  çıxaraq  beynəlxalq 

əhəmiyyət  kəsb  etməyə  başlamışdır.  Məhz  buna  görə  də  mütəşəkkil 

cinayətkarlıqla  mübarizə  beynəlxalq  əməkdaşlıq  çərçivəsində 

mümkündür.  Mütəşəkkil  cinayətkarlıq  artdıqca,  buna  cavab  olaraq, 

dövlətlərin əməkdaşlıq səyləri də get-gedə artır və yeni müstəviyə keçir. 

SSRİ dağıldıqdan sonra  MDB çərçivəsində  bu kimi cinayətkarlığa 

qarşı  dövlətlərin  əməkdaşlığına  böyük  ehtiyac  yarandı.  Lakin  bu 

əməkdaşlıq sahəsində məlum oldu ki, MDB çərçivəsində müvafiq sosial 

təhlükə ilə mübarizə bir sıra çətinliklərlə üzləşir. 

Tədqiqatçılann qeyd etdiyi kimi, keçmiş SSRİ dövlətlərində mövcud 

iqtisadi-siyasi böhranlar, cinayət və cinayət prosessual qanunvericilikdə 

olan  boşluqlar,  mütəşəkkil  cinayətkarlıq  faktlannm  tədqiqatı  üzrə 

effektiv  metodiki  işlərin  olmaması,  əməkdaşlığın  dövlətlərarası  əlaqə 

mexanizminin yetkinləşməməsi bu kimi çətinliklərdən idi 

(30.S.32).

 

Keçmiş  SSRİ  dövlətəlrində  qanunvericilik  oxşarlıq  təşkil  etdiyinə 



görə mütəşəkkil cinayətkarlıqa mübarizə məsələlərində də indiki MDB 

dövlətləri, demək olar ki, eyni problemlərlə qarşılaşırlar. Sadaladığımız 

səbəblərin nəticəsi olaraq, bütün keçmiş SSRİ dövlətlərində mütəşəkkil 

cinayətkarlıq sürətlə artmağa başladı. 

Ədalət  naminə  qeyd  etmək  lazımdır  ki,  MDB  kimi  beynəlxalq 

təşkilatın  yaradılması  mütəşəkkil  cinayətkarlığa  qarşı  mübarizədə 

dövlətlərin öz səylərini birləşdirməyə əlverişli şərat yaratdı. Amma onu 

da  qeyd  edək  ki,  bu  əməkdaşlığın  hüquqi  mexanizminin  yaradılması 

prosesi çox ləng gedir. 

MDB  dövlətləri  çərçivəsində  mütəşəkkil  cinayətkralığa  qarşı 

mübarizə  sahəsində  əsas  mərhələ  "Hüquqi  yardım  və  mülki,  ailə  və 

cinayət  işləri  haqqında"  Konvensiyanın  qəbul  edilməsi  oldu.  Bu 

Konvensiya 22 yanvar 1992-ci il tarixdə imzalanmışdır. 

Göstərilən Konvensiyada MDB dövlətləri arasında cinayət törətmiş 

şəxslərin  cinayət  məsuliyyətinə  cəlb  edilməsi  və  ya  məhkəmə 

hökmünün  icra  edilməsi  üçün  verilməsi  qaydası  və  şərtlərinə  xüsusi 

diqqət ayrılmışdır. 



Yüklə 6,32 Mb.

Dostları ilə paylaş:
1   ...   243   244   245   246   247   248   249   250   ...   266




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə