MüNDƏRİcat fond haqqinda əsas göSTƏRİCİLƏR İdarəetmə VƏ ŞƏffafliq



Yüklə 470,91 Kb.
səhifə5/5
tarix04.02.2018
ölçüsü470,91 Kb.
#23641
1   2   3   4   5



Əlavə

Suveren Fondlar (SF)

“Santyaqo Prinsipləri”

Ümumi Qəbul olunmuş Prinsip və Normalar (ÜQPN) üzrə qiymətləndirmə


Aprel, 2015


Prinsiplər/Alt-prinsiplər


Cavablar




  1. Hüquqi Əsaslar, Məqsədlər və Makroiqtisadi Siyasətlə Əlaqələndirmə


Prinsip 1.
SF-in hüquqi əsasları möhkəm olmalı, onun effektiv fəaliyyətini və məqsədlərinə nail olmasını dəstəkləməlidir.
Alt-prinsip 1.1.

SF-in hüquqi əsasları SF-in və onun əməliyyatlarının hüquqi cəhətdən möhkəmliyini təmin etməlidir.


Alt-prinsip 1.2.

SF-in hüquqi bazasının və strukturunun, eləcə də SF ilə digər dövlət orqanları arasında hüquqi əlaqələrin əsas xüsusiyyətləri ictimaiyyətə açıqlanmalıdır.


ARDNF-nin hüquqi əsasları Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Neft Fondu haqqında Əsasnamə”də (bundan sonra “ARDNF-nin Əsasnaməsi”) aydın şəkildə təyin olunmuşdur.


ARDNF büdcədənkənar dövlət təsisatı, hüquqi şəxsdir və onun fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyası və qanunları, Prezidentin fərman və sərəncamları və “ARDNF-nin Əsasnaməsi” rəhbər tutulur.
ARDNF-nin hüquqi əsasları , strukturu və digər dövlət qurumları ilə əlaqələrinə dair bütün hüquqi sənədlər ictimaiyyətə açıqlanır və Fondun rəsmi internet səhifəsindən əldə oluna bilər.

Daha ətraflı məlumat üçün bax:

http://www.oilfund.az/az/content/25


Prinsip 2.
SF-in fəaliyyətinin məqsədi aydın şəkildə müəyyən olunmalı və ictimaiyyətə açıqlanmalıdır.



ARDNF-nin yaradılmasının əsas məqsədi neft və qaz sazişlərinin icrasından əldə olunan gəlirlərin toplanmasını və səmərəli idarə olunmasını təmin etməkdir.


ARDNF-nin əsas vəzifələri ölkədə makroiqtisadi stabilliyin (valyuta daxilolmalarının mənfi təsirlərinin neytrallaşdırılması) qorunması və vəsaitlərin indiki və gələcək nəsillər üçün toplanıb artırılmasıdır.
Yuxarıda qeyd edilən ARDNF-nin yaradılmasının əsas məqsədi, həmçinin ARDNF-nin əsas vəzifələri Fondun rəsmi internet səhifəsinə yerləşdirilmişdir.
Daha ətraflı məlumat üçün bax:

http://www.oilfund.az/az/content/25/9

http://www.oilfund.az/az/content/3


Prinsip 3.
SF-in fəliyyətinin ölkədə birbaşa makroiqtisadi təsirləri olarsa, bu fəaliyyətin ümumi makroiqtisadi siyasətin tərkib hissəsi olmasını təmin etmək məqsədi ilə, o, yerli maliyyə və pul-kredit orqanları ilə yaxından əlaqələndirilməlidir.




ARDNF-nin qanunvericiliyinə əsasən Fondun vəsaitləri Azərbaycan Respublikası daxilində investisiya edilə bilməz. Fondun xərcləri Milli Məclis tərəfindən təsdiq olunan icmal büdcənin tərkib hissəsidir.

Büdcə Sistemi Haqqında qanuna əsasən icmal büdcə müvafiq dövlət qurumları ilə (Maliyyə Nazirliyi,  İqtisadiyyat və Sənaye Nazirliyi və s.) məsləhətləşmələr və ARDNF-nin iştirakı ilə hazırlanır.
Daha ətraflı məlumat üçün bax:

http://www.oilfund.az/az/content/25/154

http://www.oilfund.az/az/content/25/156

http://www.oilfund.az/uploads/Budget_system-1_AZ.pdf



Prinsip 4.
SF-in maliyyələşmə və vəsaitlərinin xərclənməsinə dair ümumi yanaşmaya uyğun olaraq dəqiq və ictimaiyyət üçün açıq olan siyasət, qaydalar, prosedurlar və ya mexanizmləri olmalıdır.
ÜQPT 4.1. Alt-prinsip

SF-in maliyyələşmə mənbələri ictimaiyyətə açıqlanmalıdır.


ÜQPT 4.2 Alt-prinsip

SF-in vəsaitlərinin xərclənməsinə aid ümumi yanaşma ictimaiyyət üçün açıq olmalıdır.






Fondun maliyyələşmə və vəsaitlərinin xərclənməsinə dair prosedur qaydalar “ARDNF-nin Əsasnaməsi” və “Azərbaycan Respublikası Dövlət Neft Fondunun (büdcə) gəlir və xərclər proqramının tərtibi və icrası qaydaları”nda (bundan sonra “ARDNF-nin büdcəsinə dair qaydalar”) aydın şəkildə müəyyən olunmuşdur. Bu qaydalar Neft Fondunun rəsmi internet səhifəsində yerləşdirilmişdir.
Daha ətraflı məlumat üçün bax:

http://www.oilfund.az/az/content/25/154

http://www.oilfund.az/az/content/25/156

http://www.oilfund.az/uploads/Budget_system-1_AZ.pdf



Prinsip 5.

SF-ə aid müvafiq statistik məlumatlar Fondun ali idarəedici orqanına və ya lazım olan hallarda makroiqtisadi məlumatlar sisteminə daxil edilməsi məqsədi ilə digər lazımi orqanlara vaxtlı-vaxtında təqdim olunmalıdır.





ARDNF-yə aid statistik məlumatlar aylıq əsasda Prezident Administrasiyasına və Maliyyə Nazirliyinə, həmçinin rüblük və illik əsasda Dövlət Statistika Komitəsinə göndərilir. Fond həmçinin özünün gəlir və xərcləri ilə bağlı məlumatları Hesablama Palatasına və digər müvafiq məlumatları Vergilər Nazirliyinə, Dövlət Sosial Müdafiə Fonduna və digər əlaqəli dövlət orqanlarına təqdim edir. Əlavə olaraq, Fond öz fəaliyyəti ilə bağlı müvafiq məlumatları müntəzəm olaraq Dünya Bankına və Beynəlxalq Valyuta Fonduna təqdim edir.

ARDNF-nin fəaliyyəti ilə bağlı bütün məlumatlar (audit olunmuş illik hesabatlar, rüblük hesabatlar və s.) Fondun rəsmi internet səhifəsi vasitəsilə ictimaiyyətə çatdırılır.
Daha ətraflı məlumat üçün bax:

http://www.oilfund.az/az/content/25/154



http://www.oilfund.az/az/content/25/156

http://www.oilfund.az/uploads/Budget_system-1_AZ.pdf




B. İnstitusional əsaslar və İdarəetmə strukturu
Prinsip 6.
SF güclü idarəetmə strukturuna malik olmalı və bu idarəetmə strukturu Fondun məqsədlərini həyata keçirmək üçün hesabatlılıq və əməliyyat müstəqilliyini dəstəkləyən rol və öhdəliklərin aydın və effektiv bölgüsünü təmin etməlidir.


ARDNF-nin üç-pilləli idarəetmə strukturu var və ölkə Prezidenti ali idarəetmə səlahiyyətlərinə malikdir.
ARDNF-nin fəaliyyətinə nəzarəti Baş nazirin sədrlik etdiyi Müşahidə Şurası həyata keçirir. Müşahidə Şurasının digər üzvləri Milli Məclis sədrinin müavini, Maliyyə naziri, İqtisadiyyat və Sənaye naziri, Mərkəzi Bankın Sədri və İqtisadi siyasət məsələləri üzrə Dövlət müşaviridir.

ARDNF-in əməliyyat idarəetməsi İcraçı direktora həvalə olunmuşdur. Azərbaycan Respublikası Prezidenti, Müşahidə Şurası və İcraçı direktorun hüquq və vəzifələri “ARDNF-nin Əsasnaməsi”ndə aydın şəkildə göstərilmişdir.

Daha ətraflı məlumat üçün bax:

http://www.oilfund.az/az/content/25/154




Prinsip 7.
Ali idarəedici orqan SF-in məqsədlərini müəyyən etməli, aydın şəkildə müəyyən olunmuş prosedurlara əsasən Fondun idarəetmə orqan(lar)ının üzvlərini təyin etməli və SF-in əməliyyatları üzərində nəzarəti həyata keçirməlidir.

ARDNF-nin təsis olunmasının məqsədləri Azərbaycan Respublikası Prezidenti tərəfindən təsdiq edilmiş “ARDNF-nin Əsasnaməsi”ndə aydın şəkildə müəyyən edilmişdir.

5-ci və 6-cı Prinsiplərə verilən rəylərə də bax.

Daha ətraflı məlumat üçün bax:

http://www.oilfund.az/az/content/25/154


Prinsip 8.
İdarəetmə orqan(lar)ı SF-in maraqları çərçivəsində fəaliyyət göstərməli və öz funksiyalarını həyata keçirmək üçün aydın şəkildə müəyyən olunmuş mandata, müvafiq səlahiyyət və səriştəyə malik olmalıdır.

Azərbaycan Respublikası Baş nazirinin sədrlik etdiyi Müşahidə Şurasının heyət üzvlərini Azərbaycan Respublikası Maliyyə naziri, Mərkəzi Bankın Sədri, İqtisadiyyat və Sənaye naziri, Milli Məclis sədrinin müavini və İqtisadi siyasət üzrə Dövlət müşaviri təşkil edirlər. Müşahidə Şurasının öz funksiyalarını yerinə yetirməsi üçün aşkar təyinatı, müvafiq vəzifə və səlahiyyətləri vardır. Müşahidə Şurasının bütün vəzifə və öhdəlikləri müvafiq normativ qanunvericiliklə tam şəkildə müəyyən olunmuşdur.


Daha ətraflı məlumat üçün bax:

http://www.oilfund.az/az/content/25/154




Prinsip 9.
SF-in əməliyyat idarəetməsi onun strategiyalarını müstəqil əsasda və aydın şəkildə müəyyən olunmuş öhdəliklərə uyğun olaraq həyata keçirməlidir.

“ARDNF-nin Əsasnaməsi”, “Azərbaycan Respublikası Dövlət Neft Fondunun valyuta vəsaitinin saxlanılması, yerləşdirilməsi və idarə edilməsi haqqında Qaydalar” (bundan sonra “Investisiya qaydaları”) və “ARDNF-nin büdcəsinə dair qaydalar” İcraçı direktorun rol və öhdəliklərini aydın şəkildə müəyyən edir.

Bu rol və öhdəliklərə müvafiq olaraq, İcraçı direktor Fondun əməliyyat idarəetməsində müstəqilliyə malikdir.

Daha ətraflı məlumat üçün bax:


http://www.oilfund.az/az/content/25/154

http://www.oilfund.az/uploads/Inv_QAY.pdf

http://www.oilfund.az/az/content/25/156


Prinsip 10.
SF-in əməliyyatlarına dair hesabatlılıq sistemi müvafiq qanunvericilik, nizamnamə, digər təsisat sənədləri və ya idarəetmə razılaşmasında aydın şəkildə müəyyən olunmalıdır.

ARDNF-də hesabatlılıq sistemi “ARDNF-nin Əsasnaməsi”, “İnvestisiya qaydaları”, “ARDNF-nin büdcəsinə dair qaydalar” və “Büdcə Sistemi Haqqında qanun”da aydın şəkildə müəyyən olunmuşdur. Fondun fəaliyyətini əks etdirən rüblük hesabatlar və audit olunmuş illik hesabatlar müntəzəm olaraq hazırlanaraq ictimaiyyətə açıqlanır. ARDNF-nin fəaliyyətinə dair bütün məlumatlar Fondun daimi yenilənən rəsmi internet səhifəsində mövcuddur. Fond həmçinin vaxtaşırı olaraq mətbuat konfransları təşkil edir.

5-ci Prinsipə verilən rəylərə də bax.

Daha ətraflı məlumat üçün bax:


http://www.oilfund.az/az/content/25/154

http://www.oilfund.az/pub/tiny_upload/Inv_guid.pdf

http://www.oilfund.az/az/content/25/156 http://www.oilfund.az/uploads/Budget_system-1_AZ.pdf


Prinsip 11.
SF-in əməliyyatları və fəaliyyəti üzrə illik hesabatı və onu müşaiyət edən maliyyə hesabatları nizamlı şəkildə tanınmış beynəlxalq və ya Milli Mühasibat Standartlarına uyğun olaraq hazırlanmalıdır.




ARDNF fəaliyyətə başladığı ildən illik hesabatlar və onu müşayiət edən maliyyə hesabatlarını hazırlamışdır.

Fondun bütün maliyyə hesabatları Beynəlxalq Mühasiblər Federasiyasının İctimai Sektor Komitəsi tərəfindən nəşr olunmuş İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartlarına (İSMUBS) uyğun olaraq hazırlanmışdır. İSMUBS Maliyyə Hesabatının Beynəlxalq Standartlarını (MHBS) ictimai sektora uyğunlaşdırmaqla hazırlanmışdır.

Fondun bütün illik hesabatları və onu müşayiət edən maliyyə hesabatları ARDNF-nn rəsmi internet səhifəsində yerləşdirilir.
Daha ətraflı məlumat üçün bax:

http://www.oilfund.az/az/content/25/154

http://www.oilfund.az/az/account


Prinsip 12.
SF-in əməliyyatları və maliyyə hesabatları beynəlxalq və ya milli audit standartlarına uyğun olaraq ardıcıl surətdə illik audit olunmalıdır.



ARDNF fəaliyyətə başladığı ildən nüfuzlu müstəqil audit şirkətləri tərəfindən audit olunur. Auditorun seçilməsi prosesi Azərbaycan Respublikasının “Dövlət Satınalmaları” haqqında mövcud qanunvericiliyinə müvafiq qaydada təşkil edilmiş açıq tender vasitəsilə müəyyən olunur. 2013-2015-ci illər dövrü üçün ARDNF-nin maliyyə hesabatlarının auditi “Price Waterhouse Coopers” şirkətinə həvalə olunmuşdur.

ARDNF-nin fəaliyyətinə dair bütün illik hesabatlar və onu müşayiət edən maliyyə hesabatları Fondun rəsmi internet səhifəsində yerləşdirilir.

ARDNF-də eyni zamanda müntəzəm olaraq daxili audit hesabatlarını hazırlayan daxili auditor fəaliyyət göstərir.
Daha ətraflı məlumat üçün bax:

http://www.oilfund.az/az/content/25/154

http://tender.gov.az/new/docs/q1.doc


Prinsip 13.
Peşəkar və etik standartlar aydın şəkildə müəyyən olunmalı, SF-in idarəetmə orqanının, rəhbərliyinin və işçi heyətinin üzvlərinə bildirilməlidir.


Davranış və etik standartlar “İnvestisiya qaydaları”nda aydın şəkildə müəyyən olunmuşdur.


Fondun vəzifəli şəxsləri və əməkdaşlarının peşə davranışı Beynəlxalq Maliyyə Bazarları Assosiasiyasının (ACİ, Paris) Davranış Məcəlləsi ilə təsbit edilmiş etik normalara və davranış qaydalarına, həmçinin “ARDNF-nin əməkdaşlarının etik davranış Qaydaları”na uyğun gəlməlidir.

Daha ətraflı məlumat üçün bax:

http://www.oilfund.az/pub/tiny_upload/Inv_guide.pdf

http://www.oilfund.az/az_AZ/about_found/etik-davranis-qaydalari.asp



Prinsip 14.
SF-in əməliyyatlarının idarə olunması məqsədi ilə üçüncü tərəflərlə qurulmuş bütün münasibətlər maliyyə və iqtisadi əsaslara söykənməli, eyni zamanda aydın qayda və prosedurlara əsaslanmalıdır.



Fondun üçüncü tərəflərlə əlaqəli fəaliyyəti maliyyə və iqtisadi əsaslara söykənir. Fondun “İnvestisiya qaydaları” və “İnvestisiya siyasəti” üçüncü tərəflərlə münasibətlərini tənzimləyir.


Xarici menecerlərlə əlaqəli bütün məsələlər Fondun fəaliyyətinə dair müvafiq sənədlərdə təfərrüatlı və aydın şəkildə müəyyən olunmuşdur. Xarici menecerlərin təyin olunması “Dövlət Satınalmaları” haqqında Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Xarici menecerlər menecerin kredit reytinqi, idarə etdiyi aktivlərin həcmi, aktivlərin idarə edilməsi sahəsində təcrübə, təklif olunan gəlirlilik və risk dərəcəsi, təklif olunan ödəniş norması və s. kimi meyarlar əsasında seçilir. Xarici menecerlərin investisiya fəaliyyətinin onların müvafiq mandatına uyğunluğu gündəlik əsasda, portfellərinin gəlirliliyi isə aylıq əsasda yoxlanılır.
Daha ətraflı məlumat üçün bax:

http://www.oilfund.az/pub/tiny_upload/Inv_guide.pdf

http://www.oilfund.az/pub/tiny_upload/Inv_policy.pdf


Prinsip 15.
SF fəaliyyət və əməliyyatlarını həyata keçirdiyi ölkələrin bütün normativ qaydalarına və şəffaflıq tələblərinə riayət etməlidir.

Fond əməliyyat və fəaliyyətlərini həyata keçiridiyi ölkələrin bütün müvafiq normativ qaydalarına və şəffaflıq tələblərinə riayət edir.



Prinsip 16.
SF-in idarəetmə strukturu, məqsədləri, eləcə də SF-in ali idarəedici orqandan əməliyyat müstəqilliyi ictimaiyyətə açıqlanmaldır.


Fondun idarəetmə strukturu, məqsədləri və əməliyyat müstəqilliyi müvafiq qanunvericilikdə aydın şəkildə müəyyən olunmuşdur.


Daha ətraflı məlumat üçün bax:

http://www.oilfund.az/az/content/25/154



Prinsip 17.
SF, beynəlxalq maliyyə bazarlarında sabitliyin təmin edilməsinə dəstək vermək, eləcə də investisiya etdiyi ölkələrdə etibarını artırmaq zəminində öz fəaliyyətinin iqtisadi və maliyyə istiqamətlərinə dair müvafiq maliyyə məlumatlarını ictimaiyyətə açıqlamalıdır.

Fondun illik olaraq hazırlayıb, ictimaiyyətə açıqladığı hesabatlarda eyni zamanda audit olunmuş maliyyə hesabatları da yer alır. Rüblük hesabatlar və Fondun fəaliyyətinə dair bütün digər maliyyə məlumatları Fondun rəsmi internet səhifəsində yerləşdirilir. Fondun vəsaitinin ümumi məbləği, vəsaitlərinin bölüşdürülməsi, seçilmiş bençmark, illik gəlirlilik səviyyəsi və s. bu kimi maliyyə məlumatlarına daxildir.

Daha ətraflı məlumat üçün bax:

http://www.oilfund.az/az/account http://www.oilfund.az/az/content/20/249




C. İnvestisiya və Riskin idarə olunmasının Əsasları
Prinsip 18.

SF-in investisiya siyasəti aydın, eyni zamanda ali idarəedici orqan və ya idarəetmə orqan(lar)ı tərəfindən müəyyən olunan Fondun məqsədlərinə, risk dözümlülüyünə, investisiya strategiyasına uyğun olmalı və fundamental portfel idarəetməsi prinsiplərinə əsaslanmalıdır.


Alt-prinsip 18.1.

İnvestisiya siyasəti SF-in maliyyə risklərinin səviyyəsini və borclanmadan mümkün istifadəni müəyyən etməlidir.



Alt-prinsip 18.2.

İnvestisiya siyasəti daxili və (ya) xarici investisiya menecerlərindən hansı dərəcədə istifadə olunma səviyyəsini, onların fəaliyyət və səlahiyyət çərçivələrini,eyni zamanda onların seçilməsi və icrasına nəzarət prosesini təyin etməlidir.


Alt-prinsip 18.3.

SF-in İnvestisiya siyasətinin məzmunu ictimaiyyətə açıqlanmalıdır.




ARDNF-nin vəsaitlərinin idarə edilməsinin əsas istiqamətləri və investisiya qərarlarının şəffaflığının təmin olunması məsələləri “İnvestisiya Qaydaları” və “İnvestisiya Siyasəti” vasitəsi ilə tənzimlənir. Digər məsələlərlə yanaşı, bu sənədlər vəsaitlərin strateji bölgüsü, investisiya portfelinin valyuta tərkibi, bençmark, risk meyarları üzrə limitlər, Fondun xarici menecerləri üçün müəyyən olunmuş minimal tələblər, investisiya istiqamətləri üzrə tətbiq edilən limitlər, həmçinin Fondun tərəf müqabillərinin (kastodial bankların, müxbir bankların və s.) kredit göstəriciləri üzrə limitləri müəyyən edir.

Derivativlər (svop, forvard, fyüçers və s.) yalnız mümkün riskin minimuma endirilməsi (hedcinq) və ya investisiya portfelinin valyuta tərkibinin və aktivlər strukturunun optimallaşdırılması məqsədi ilə istifadə oluna bilər.

Fondun xarici menecerlərin fəaliyyəti ilə bağlı rəhbər tutduğu qayda və prosedurlar üçün 14-cü Prinsipə verilmiş rəyə baxa bilərsiniz.
“İnvestisiya Qaydaları” və “İnvestisiya Siyasəti” Fondun rəsmi internet səhifəsində yerləşdirilmişdir.
Daha ətraflı məlumat üçün bax:

http://www.oilfund.az/pub/tiny_upload/Inv_guide.pdf

http://www.oilfund.az/pub/tiny_upload/Inv_policy.pdf



Prinsip 19.
SF-in investisiya qərarları Fondun investisiya siyasətinə uyğun olaraq risklər nəzərə alınmaqla gəlirlərin maksimallaşdırılmasına istiqamətlənməli, eləcə də maliyyə və iqtisadi əsaslara söykənməlidir.
Alt-prinsip 19.1.

Əgər investisiya qərarları iqtisadi və maliyyə əsaslarına malik olmazsa, bu qərarlar, investisiya siyasətində aydın şəkildə əks olunmalı və ictimaiyyətə açıqlanmalıdır.


Alt-prinsip 19.2.

SF-in vəsaitlərinin idarə edilməsi bu sahədə özünü doğrultmuş, qabaqcıl prinsiplərə əsaslanmalıdır.



“İnvestisiya Siyasəti”nə əsasən Fondun investisiya qərarları risklər nəzərə alınmaqla gəlirliliyin maksimumlaşdırılması məqsədinə əsaslanır. Fondun bütün investisiyaları vəsaitlərin idarə olunması sahəsində qabaqcıl təcrübəyə əsasən sırf iqtisadi və maliyyə qərarlarına söykənir.


Həmçinin 18-ci Prinsipə verilən rəyə bax.
Daha ətraflı məlumat üçün bax:

http://www.oilfund.az/pub/tiny_upload/Inv_policy.pdf



Prinsip 20.
SF, özəl qurumlarla rəqabət şəraitində ikən hər hansı xüsusi əhəmiyyətli informasiyadan və ya dövlətin təsir vasitələrindən faydalanmamalıdır.


“ARDNF-nin Əsasnaməsi”nə əsasən Fond daxili bazarda investisiya edə bilməz. “İnvestisiya Qaydaları”na əsasən ARDNF öz investisiya qərarlarını tam müstəqil şəkildə qəbul edir. ARDNF-nin təşkilati və hüquqi əsasları onun hər hansı xüsusi əhəmiyyətli informasiyadan istifadəsinin qarşısını alır.


Daha ətraflı məlumat üçün bax:

http://www.oilfund.az/pub/tiny_upload/Inv_guide.pdf

http://www.oilfund.az/az/content/25/154


Prinsip 21.
SF səhmdar mülkiyyət hüquqlarını onun səhmlərə investisiya dəyərinin əsas elementi hesab edir. SF öz səhmdar hüquqlarından istifadə etdikdə, bunu SF-in investisiya siyasətinə uyğun şəkildə, investisiyaların maliyyə dəyərinə ziyan vurmadan həyata keçirməlidir.

SF, onun səhmdar hüquqlarından istifadəsini müəyyən edən əsas meyarlar da daxil olmaqla, səsvermə hüququna sahib, katirovka olunmuş qurumların səhmlərinə ümumi yanaşmanı ictimaiyyətə açıqlamalıdır.


ARDNF səhm bazarlarında investisiya fəaliyyətinə 2012-ci ildə başlamışdır və hazırkı mərhələdə öz səhmdar mülkiyyət hüququndan istifadə etməmək qənaətindədir.



Prinsip 22.
SF, onun investisiya fəaliyyəti ilə bağlı riskləri müəyyən edən, qiymətləndirən və idarə edən struktura malik olmalıdır.

Alt-prinsip 22.1.

Risklərin idarə edilməsi sistemi etibarlı informasiyaya və müntəzəm hesabatvermə sistemlərinə əsaslanmalı və bunlar da öz növbəsində müvafiq risklərin məqbul hesab olunan ölçü və səviyyələrdə, nəzarət və həvəsləndirmə mexanizmləri, davranış kodeksləri, biznesin davamlı planlaşdırılması və müstəqil audit funksiyası çərçivəsində monitorinqi və idarə edilməsinə imkan verməlidir.




Alt-prinsip 22.2.

SF-in risklərin idarə edilməsi sisteminə ümumi yanaşması ictimaiyyətə açıqlanmalıdır.




ARDNF-nin maliyyə əməliyyatları risklərinin müəyyən edilməsi, ölçülməsi və idarə olunması Fondun ümumi idarəetmə sistemində xüsusi yer tutur. Müvafiq normativ sənədlər (“İnvestisiya Qaydaları”, “İnvestisiya Siyasəti” və s.), risklərin idarə edilməsi üzrə ixtisaslaşmış bölmə (Risklərin idarə edilməsi departamenti), daxili və xarici audit funksiyaları, eyni zamanda “RiskMetrics” “RiskManager 4” kimi alətlər və daxildə hazırlanmış modellər ARDNF-də risklərin idarə edilməsi sistemini dəstəkləyir.


“İnvestisiya Qaydaları” və “İnvestisiya Siyasəti” risklərin idarə edilməsinin əsas istiqamətlərini müəyyənləşdirir, bazar, kredit, konsentrasiya və likvidlik riskləri üzrə əsas risk limitlərini təyin edir. Bununla yanaşı, risk limitləri gündəlik əsasda gəlirlilik və risk hesabatları vasitəsilə nəzarətdə saxlanılır. “İnvestisiya Qaydaları” və “İnvestisiya Siyasəti” sənədlərində bəhs olunan amillərə əlavə olaraq, bazar riskinin müntəzəm olaraq daha təfsilatlı təhlili və nəzarəti aparılır. Təhlil prosesində faiz dərəcəsi həssaslıq təhlili (bir ödəmə müddəti üzrə faiz dərəcəsi dürasiyası (key rate duration), PV01 və s.), konsentrasiya riski (qruplar üzrə dürasiya, qruplar üzrə riskə məruz dəyər (RMD), marjinal RMD və s.), az ehtimallı hadisələr (şərti RMD, stress test) və ssenari üzrə təhlil kimi metodlardan istifadə edilir.
ARDNF-nin əməliyyat riskləri daxili prosedur və qaydalar, eləcə də iş fəaliyyətinin davamlılığı əsasında idarə olunur.
Daha ətraflı məlumat üçün bax:

http://www.oilfund.az/pub/tiny_upload/Inv_guide.pdf

http://www.oilfund.az/pub/tiny_upload/Inv_policy.pdf


Prinsip 23.
SF-in vəsait və investisiyalarının gəlirliliyi (bençmarkdan istifadə olunduğu təqdirdə, mütləq və bençmarkla nisbətdə) aydın müəyyən olunmuş prinsip və standartlara uyğun olaraq hesablanmalı və bu informasiya hesabat şəklində Fondun ali idarəedici orqanına göndərilməlidir.


ARDNF-nin vəsaitləri ilə bağlı ətraflı məlumatlar (investisiya portfelinin xarici valyutalar üzrə bölgüsü, kredit reytinqləri, yerləşdirilmə müddəti və coğrafi regionlar üzrə təsnifata dair məlumatlar daxil olmaqla) rüblük pres-relizlər vasitəsi ilə ictimaiyyətə çatdırılır. Fondun investisiyalarının gəlirliliyi bu sahədə mövcud olan ən yaxşı təcrübə əsasında hesablanır və illik hesabata daxil edilir. İllik hesabatlar və rüblük məlumatlar Fondun rəsmi internet səhifəsində yerləşdirilir.


Daha ətraflı məlumat üçün bax:

http://www.oilfund.az/az/account




Prinsip 24.
ÜQPN-nin tətbiqi SF və ya onun verdiyi səlahiyyətlər əsasında başqa bir qurum tərəfindən müntəzəm olaraq nəzarətdə saxlanılmalıdır.

Bu hesabat ilk dəfə ARDNF-nin rəsmi internet səhifəsində 2011-ci ilin aprel ayında yerləşdirilmişdir və illik əsasda nəzərdən keçirilir.



Yüklə 470,91 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə