Mustafa Kamal Atatürk 135 Türkiyə Cümhuriyyəti



Yüklə 1,73 Mb.
Pdf görüntüsü
səhifə18/61
tarix19.10.2018
ölçüsü1,73 Mb.
#74709
1   ...   14   15   16   17   18   19   20   21   ...   61

M.K.Atatürk – 135 
Türkiyə Cümhuriyyəti azərbaycanlı gənc tədqiqatçıların araşdırmalarında 
54
 
10. Ruintən S. Azərbaycan türk dövlətləri ilə siyasi əlaqələr siste-
mində (XX əsrin 90-cı illəri). Bakı, 2005. 
11. “Şərq” qəzeti, 2009-cu il, 23 aprel. 
______________________ 
 
IV Bölmə 
A
TATÜRK VƏ BIZ
 
 
Fəridə ALLAHVERDIYEVA 
Bakı Dövlət Universiteti, 
Tarix fakültəsi, Türk dünyası tarixi 
ixtisası üzrə I kurs magistrantı 
E-mail: faridaallahverdiyeva@gmail.com 
 
ATATÜRKDƏ MÜASİR DÖVLƏT TƏSƏVVÜRÜ 
 
Elmi rəhbər: MƏŞDİ İSMAYILOV 
Siyasi elmlər üzrə fəlsəfə doktoru
Bakı Dövlət Universitetinin müəllimi 
 
Açar sözlər: Atatürk, Türkiyə Cumhuriyyəti, modernləşmə, Qərb 
modeli, milli dövlət, xalqçılıq, dünyəvilik 
 
Müasir  dövlət  anlayışı,  Avropada  feodal  sistemin  ənənəvi 
teokratik  dünyagörüşünün  yerini  İntibah  dövrünün  rasional-pozi-
tivist düşüncələrinin alması nəticəsində formalaşmışdır. Avropada 
mərkəzləşmiş  monarxiyaların  yaranmasına  paralel  olaraq  kapita-
list münasibətlər sisteminin də təşəkkül tapması müasir dövlətlərin 
yaranmasının ictimai, siyasi və iqtisadi əsaslarını müəyyən etmiş-
dir. Fransa inqilabının siyasi-ideoloji çərçivəsi isə müasir dövlət-
lərin, yəni digər bir ifadə ilə milli dövlətlərin tarix səhnəsində yer 
almalarının ən önəmli faktoru olmuşdur. Nəticə etibarı ilə bu gün 
müasir dövlət təsəvvürümüz 16-cı əsrdən etibarən Avropada özü-
nü göstərən fərqli dinamik proseslərin ortaya çıxardığı milli döv-
lətlərlə bağlıdır. 


M.K.Atatürk – 135 
Türkiyə Cümhuriyyəti azərbaycanlı gənc tədqiqatçıların araşdırmalarında 
55
 
Müasir  siyasi  təsəvvürdə  milli  dövlət  anlayışı  əsasən  de-
mokratiya, insan azadlıqları, hüquqi dövlət, sosial rifah, elm, təh-
sil, səhiyyə,  yüksək texnoloji  inkişaf və  istehsalatın  sənayeyə  da-
yanması  kimi  sosial  komponentləri  özündə  təcəssüm  etdirir.  Bu 
mənada  ictimai-siyasi  təşəkkülün  bu  cür  modeli  ilk  olaraq  Qərb 
ölkələrində formalaşmış və bu amillər onun ümumi inkişafını xa-
rakterizə  etməklə  bərabər  tədricən  dünyanın  geri  qalan  hissələri 
üzərində həlledici üstünlük əldə etməsinə səbəb olmuşdur. Tədri-
cən  bu  tarixi  təcrübə  modernləşmə,  yaxud  da  inkişafın  Qərb  mo-
deli  şəklində  dəyərləndirilmişdir.  19-cu  əsrdə  formalaşmış  Avro-
pamərkəzci  görüşlərə  görə  modernləşmə  (Qərb  modeli)  ənənəvi 
dövlətlərin müasirləşmələrinin tək mümkün yoludur. 
Türkiyədə modernləşmə  prosesləri Atatürkün qurduğu Tür-
kiyə  Respublikasından  daha  əvvəllərə,  əsəsən  19-cü  əsrin  ortala-
rından  başlayan  Tanzimat  adlandırılan  dövrə  təsadüf  edir.  Türk 
modernləşməsinin  hərəkətverici  düşüncəsi  ictimai  inkişafda  Qərb 
dövlətlərindən  geri  qalmamaq  və  onların  səviyyəsinə  yüksəlmək 
məntiqinə söykənmişdir. Bu baxımdan Türkiyədəki modernləşmə 
prosesləri  başlanğıcından  etibarən  iyerarxik  mahiyyətdə,  yəni  cə-
miyyətdə  yuxarıdan aşağıya doğru tətbiq olunmuşdur. Atatürk tə-
rəfindən  1923-cü  ildə  respublikanın  elan  olunması  Türkiyədəki 
modernləşmə  proseslərinin  dönüm  nöqtəsi  olmuş  və  bu  tarixdən 
etibarən  radikal  bir  şəkildə  Türkiyə  siyasi  elitası  tərəfindən  sis-
temli sosial-siyasi proqram şəklində həyata keçirilmişdir. 
Atatürk  Türkiyə  Cümhuriyyətini  Osmanlı  dövlətinin  siyasi 
və iqtisadi xarabalıqları üzərində qurub yüksəltmişdi. 1918-1923-
cü illər arasında həyata keçirilən milli azadlıq hərəkatı uğurla başa 
çatdırıldıqdan sonra sülalə hakimiyyətinə dayanan Osmanlı idarə-
etməsi  yerinə  dünyəvi  dəyərləri  əsas  alan  və  xalq  hakimiyyətinə 
əsaslanan müasir dövlət modeli əsas götürülmüşdü. Osmanlı döv-
lətinin  ənənəvi  dəyərlərindən  fərqli  olaraq  yeni  dövlət  İntibah 
dövrünün  dünyagörüşünə,  Fransa  İnqilabının  yüksək  ideyalarına 
və 19-cu əsrin pozitivist dəyərlərinə söykənirdi. Dini xürafat, küt-
ləvi təhsilsizlik və milli şüurun inkişaf etməmiş olması cumhuriy-
yətin qurucuları tərəfindən türk toplumun geriliyini, nəticə etibarı 


M.K.Atatürk – 135 
Türkiyə Cümhuriyyəti azərbaycanlı gənc tədqiqatçıların araşdırmalarında 
56
 
ilə  də  Osmanlı  imperiyasının  süqutunu  səciyyələndirən  faktorlar 
kimi qiymətləndirilmişdi. Bu istiqamətdə gənc Türk dövlətinin və 
millətinin gələcək inkişafı müasirləşməkdə, sivil dünyaya inteqra-
siya olmaqda, müasir təhsil sisteminin qurulması və milli şüurun 
gücləndirilməsində görülürdü. 
Atatürkün müasir Türkiyə təsəvvürü hər şeydən əvvəl Fran-
sa  inqilabının  siyasi-mədəni  nəticəsi  olan  milli  dövlət  anlayışına 
dayanırdı.  Atatürk  Türkiyə  Cümhuriyyətinin  ideolojik  əsaslarını 
özünün  altı  prinsipi  əsasında  müəyyənləşdirmişdi.  Respublikaçı-
lıq,  milliyyətçilik,  xalqçılıq,  dövlətçilik,  inqilabçılıq  və  dünyəvi-
likdə ifadəsini tapan bu əsas altı prinsip ilk olaraq dövrün tək siya-
si partiyası olan Respublika Xalq Firqəsinin nizamnamə və proq-
ramında öz əksini tapmış, daha sonra isə 5 fevral 1937-ci il tarixli 
dəyişikliklə konstitusiyaya daxil edilmişdir. 
Bilindiyi kimi, Türkiyə Respublikası, Lozanna konfransı ye-
kunlaşdıqdan  sonra  29  oktyabr  1923-cü  ildə  elan  olunmuşdur. 
Konstitusiyanın birinci maddəsində “Türkiyə dövlətinin idarəetmə 
forması  respublika  idarəçiliyidir”  yazmaqdadır.  Atatürkə  görə  ən 
düzgün  idarəetmə  xalqın  seçimi  ilə  formalaşan  idarəetmədir  ki, 
burada  əsas  söz  sahibi  xalqın  iradəsidir.  Atatürk  bu  düşüncəni 
Türkiyə dövlətinin təməlinə  yerləşdirmiş və beləliklə də Cümhu-
riyyət, Türk millətinin milli iradəsinə söykənən milli dövlət olaraq 
qurulmuşdur. 
Xalqçılıq prinsipi Atatürkün müasir dövlət təsəvvürünün ən 
əsas meyarlarından biridir. Bu anlayışa görə xalq, fərdlər və züm-
rələr arasında heçbir ayrılığı və bərabərsizliyi qəbul etməyən icti-
mai birlikdi. Xalq eyni zamanda azaddı və özünü idarəetmə hüqu-
quna  sahibdi.  Bu  cür  düşüncələrə  söykənən  Atatürkün  xalqçılıq 
anlayışı, hakimiyyətin və idarəetmənin də ona aid olmasını ifadə 
edirdi. 
Atatürkün müasir dövlət modelinin digər bir önəmli ideoloji 
yönü dünyəvilik prinsiplərinə söykənməsidir. Mustafa Kamal tərə-
findən bu prinsip belə izah olunmuşdur: “Dünyəvilik əsla dinsizlik 
olmadığı  kimi,  saxta  dindarlıqla  da  mübarizəyə  yol  açır,  həqiqi 
dindarlığın inkişafını təmin edir... Bunu dinsizlik mənasında anla-


Yüklə 1,73 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə