Mustafa Kamal Atatürk 135 Türkiyə Cümhuriyyəti



Yüklə 1,73 Mb.
Pdf görüntüsü
səhifə21/61
tarix19.10.2018
ölçüsü1,73 Mb.
#74709
1   ...   17   18   19   20   21   22   23   24   ...   61

M.K.Atatürk – 135 
Türkiyə Cümhuriyyəti azərbaycanlı gənc tədqiqatçıların araşdırmalarında 
63
 
 
Fəridə NOVRUZOVA 
Bakı Dövlət Universiteti
Tarix fakültəsi, II kurs tələbəsi 
E-mail: faridanovruzova070@gmail.com  
 
ATATÜRK VƏ TÜRKÇÜLÜK 
 
Elmi rəhbər: Şəbnəm CƏFƏROVA 
Bakı Dövlət Universitetinin müəllimi 
Açar sözlər: Atatürkçülük ideologiyası, türkçülük, türkçü kimdir 
Osmanlı  imperiyasının  süquta  uğradığı  dövrdə,  dünya  səh-
nəsinə çıxan dahi şəxsiyyət Atatürk ideya və praktikanı öz şəxsiy-
yətində  birləşdirmiş  bir  lider  idi.  Fikir  və  düşüncələrinin  əsasını 
Atatürkçülük  təşkil  edirdi.  Sual  olunur,  Atatürkçülük  deyə  fikir 
ola  bilərmi?  Əlbəttə  ola  bilər.  Araşdırmamız  göstərir  ki,  belə  bir 
ideologiya var. Mustafa Kamalın üzərində israrla durduğu, dövlət 
və  millət  həyatında  tətbiq  etmək  istədiyi  fikirlər,  prinsiplər  ciddi 
bir şəkildə toplanılıb bir araya gətirilsə, belə sistemlər topluluğuna 
Atatürkçülük adı verilə bilər. Ziya Göyalpın dediyi kimi “Atatürk-
çü düşüncə ölkə gerçəklərindən, türk tarixinin yarpaqlarından qay-
naqlanır. O, fərdi düşüncə deyildir, millətimizin müştərək arzu və 
meyillərinin ifadəsi olan bir düşüncədir”. Atatürkün düşüncə siste-
minin əsasını təşkil edən prinsiplərdən biri Türkçülük ideologiya-
sıdır. Atatürk türk olmağı fəxarət hissi hesab edirdi. Bəs Türkçü-
lük ideologiyası nədir? O, həmişə deyərdi ki, “Əgər mənim fikir-
lərimin, mənim ideyalarımın və bütün düşüncələrimin qayəsi atam 
Əli Rza Əfəndidirsə, fikirlərimin, düşüncələrimin mayası məhz Zi-
ya Göyalpdan gəlir. Ziya Göyalp müəllimim olaraq mənə bu ideo-
logiyanı  öyrədib”.  Artıq  aydındır  ki,  Atatürkə  bu  ideyalar  müəlli-
mindən ötürülmüşdür. 
Osmanlı  imperiyasının  son  illərində  3  ideoloji  prinsip  var 
idi:  Osmançılıq,  İslamçılıq,  Türkçülük.  Türkçülük  “Hər  şey  türk 
üçün”, “Türkə görə” fikrini müdafiə edən Türk Millətçiliyinin adı-


M.K.Atatürk – 135 
Türkiyə Cümhuriyyəti azərbaycanlı gənc tədqiqatçıların araşdırmalarında 
64
 
dır. Türkçülük türk millətini  yüksəltmək deməkdir. Türk millətin 
adıdır. Millət  özünə xas  bir mədəniyyətə sahib olan topluluq  de-
məkdir. Yüz milyon türkün bir millət halında birləşməsi, Türkçü-
lər  üçün  güclü  həyəcan  qaynağıdır.  Türkçülük  yüksəlmək  üçün 
deyil, yüksəltmək üçündür. “O, Ərəb və Qərb mədəniyyətinə qar-
şıdır. Türkçülüyün ən böyük vəzifəsi türklüyə xidmətdir. O, yorul-
madan türk soyunun üstünlüyünü anladacaq, yad ünsürlərin təhlü-
kəsini söyləyəcək, barışmaz düşmənimizin Moskva olduğunu təl-
qin edəcəkdir”. 
Atatürk əsl türkçü idi. Bunu Atatürkün sözləri ilə təsdiq edə 
bilərik.  “Mən  hər  şeydən  öncə  bir  türk  millətçisiyəm.  Belə  doğ-
dum belə öləcəm. Türk birliyinin bir gün həqiqət olacağına inan-
cım vardır. Mən görməsəm belə, gözlərimi dünyaya onun yuxuları 
içində yumacam. Sabahın tarixi, yeni fəsillərini türk birliyi ilə aça-
çaq. Türkün varlığı bu köhnə aləmə yeni üfüqlər açaçaq, günəş nə 
demək,  üfüq  nə  demək,  o  zaman  görüləcək”.  Türkçülük  bir  fikir 
olduğu  qədər  də  bir  inancdır.  Hər  istəyən  türkçü  ola  bilmədiyi 
kimi hər türkçüyüm deyən də türkçü ola bilməz. Türkçülük bir hə-
dəfdir. O hədəf ki, Atatürk düşüncəsinin qayəsi idi. Hədəfsiz mil-
lətlərin ən talehlisi belə zəif olmağa məhkumdur. Hər türkçü yaşa-
dığı yerin işini inancla edərsə, türkçülük hədəfi sağlamlaşar. Türk-
çü sərt yaşamaqdan xoşlanar və böyük sərtliyi nəfsinə qarşı göstə-
rər.  Türkçü  millətinə  bir  xidmət  göstərərkən,  bunu  bəyənilmək 
üçün deyil, vəzifəsi bildiyi üçün edər. Türkçülər həmrəy yaşama-
ğa məcburdur. Həmrəylik az qüvvə ilə çox iş görmənin tək və də-
yişməz çarəsidir. 
Türkiyə  Cümhuriyyətinin  12-ci  il  dönümündə  “Atatürk  bi-
zim ən böyüyümüzdür”, “Atatürk bu millətin ən yüksəyidir” kimi 
şüarlar hazırlanmışdı. Şüarların siyahısını gözdən keçirən Atatürk 
hamısının üstündən xətt çəkərək, belə yazdı: “Atatürk bizim içəri-
mizdən bir nəfərdir”. O, “Nə mutlu türküm deyənə” dedi. Mən isə 
deyirəm: Nə mutlu bizə, Nə mutlu Atatürkü sevənə. 
ƏDƏBİYYAT 
1. Atatürkün fikir və düşünceleri. Ankara, 1999 


M.K.Atatürk – 135 
Türkiyə Cümhuriyyəti azərbaycanlı gənc tədqiqatçıların araşdırmalarında 
65
 
2. Atsız Nihal. Türkçülük / Orkun, 10 sayı, 1 Ekim 1943 
3. David Kushner. Türk milletçiliyinin doğuşu. İstanbul, 1979  
4. Göyalp Ziya. Türkçülüyün əsasları. Bakı , Maarif Nəşriyyatı, 
1991 
5. İbrahim Kafesoğlu. Türk milletçiliyinin meseleleri İstanbul, 
1970 
6. Qocatürk Utkan. Atatürk Bakı-Elm-1991 
______________________ 
 
Ülkər KAZIMOVA 
Bakı Dövlət Universiteti, 
Tarix fakültəsi, Yaxın və Orta Şərq ölkələri tarixi 
ixtisası üzrə II kurs magistrant 
E-mail: ulkerkazimova@yahoo.com 
TÜRKİYƏ CÜMHURİYYƏTİNİN SƏLƏFİ 
OSMANLI DÖVLƏTİ A.Y.KRIMSKİNİN GÖZÜ İLƏ 
Elmi rəhbər: Rafiq İSMAYILOV 
Bakı Dövlət Universitetinin dosenti 
Açar sözlər: A.Y.Krımski, Osmanlı dövləti, Sultan I Süleyman Qa-
nuni, Sultan I Səlim, Türk heyranlığı 
1923-cü il 29 oktyabrda Mustafa Kamal Atatürkün başçılığı 
ilə Respublika elan edilən Türkiyənin sələfi olan Osmanlı dövləti 
möhtəşəm tarixi ilə iz qoymuş dövlətlərdən biridir. XVIII əsrdən 
etibarən  Osmanlı  dövlətində  başlayan  tənəzzül  XX  əsrin  əvvəllə-
rində uğursuzluqlar və I dünya müharibəsində məğlubiyyətlə özü-
nü  göstərdi.  Lakin  müasir  Türkiyənin  qurucusu  Mustafa  Kamal 
Atatürk apardığı siyasət  ilə Osmanlı dövlətinin tarix səhnəsindən 
silinməsinin qarşısını aldı. 
Bütün bunlara görə həm müasir Türkiyə, həm də Osmanlı döv-
ləti  həmişə  tarixçilərin  diqqət  mərkəzində  olmuşdur.  Bu  tarixçilər 
içərisində  A.Y.Krımskinin  adını  xüsusi  qeyd  etmək  lazımdır.  A.Y. 
Krımski Yaxın Şərqin üç ən böyük etnosu və onların burada mövcud 
olmuş dövlətləri haqqında geniş şəkildə araşdırmalar aparmışdır. 


Yüklə 1,73 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə