Mütləq ki, axtaran tapar



Yüklə 3,73 Mb.
Pdf görüntüsü
səhifə18/157
tarix26.09.2017
ölçüsü3,73 Mb.
#2016
1   ...   14   15   16   17   18   19   20   21   ...   157

84 

 

söylədi. “Sən xəfiyyəsən?” 



Hazırda  Lenqdon  kim  olduğunu  özü  də  bilmirdi. 

Yadına  sala  bilmədiyi  iki  günü,  özünü  unutmağını  heç 

cür  dərk  edə  bilmirdi.  Onu  Amerika  Konsulluğunun 

rəsmisi ilə görüşdən iyirmi dəqiqə ayırırdı. 

Axı nə baş verir? 

O,  Siennaya  baxaraq  artıq  yollarının  ayrıldığını 

düşünsə  də,  aralarında  bitməmiş  işbirliyi  olduğunu 

duyurdu. Gözünün qarşısına döşəmədə can verən saqqallı 

həkim gəldi. “Sienna”, - o pıçıldadı, - “sənin dostu... Dr. 

Markoni... özümü çox pis hiss edirəm”. 

Sienna başını tərpətdi. 

“Səni  də  bu  oyunun  iştirakçısı  etdiyimə  görə  üzr 

istəyirəm.  Xəstəxanadakı  vəziyyətindən  xəbərdaram  və 

əgər axtarış...” Lenqdonun gözləri yol çəkdi. 

“Eybi  yoxdur”,  -  Sienna  dedi.  “Yerimi  dəyişməyə  - 

öyrəncəliyəm..” 

Lenqdon  Siennanın  gözlərində  hər  şeyin  bu  səhər 

onun üçün dəyişdiyi fikrini oxuya bilirdi. Lenqdonun öz 

həyatı qarmaqarışıq olsa da, bu qadına daha çox acıyırdı. 

O, mənim həyatımı xilas etdi... mən isə onun həyatını 

alt- üst etdim. 

Tam  bir  dəqiqə  sükut  içində  oturdular.  Aralarındakı 

hava  getdikcə  ağırlaşırdı,  sanki  ikisi  də  sözə  başlamaq 

downloaded from KitabYurdu.org




85 

 

istəyirdi, lakin nə danışacaqlarını bilmirdilər. Hər şeydən 



öncə onlar yad idilər. Onları qarşılaşdıran qısa və qəribə 

səyahət  artıq  sona  çatmışdı  və  indi  hərə  öz  cığırını 

tapmalı idi. 

“Sienna”, - Lenqdon axır ki, dilləndi, - “konsulluqla 

bunu həll etdikdən sonra... sənə hər hansı bir yolla kömək 

ola bilsəm... xahiş edirəm”. 

“Çox sağ ol”, - o pıçıldadı və qəmgin halda baxışlarını 

pəncərəyə tərəf çevirdi. 

Dəqiqələr keçir, Sienna Bruks pəncərədən yeni açılan 

günə baxır və bu günün ona nələr gətirəcəyini düşünürdü. 

Lakin nə gətirəcəyindən asılı olmayaraq, dünya başqa cür 

görünəcəkdi. 

Sadəcə,  adrenalin  olduğunu  bilsə  də,  bu  amerikalı 

professora  qarşı  qəribə  hisslər  duyurdu.  Yaraşıqlı 

olmasından başqa həm də gözəl ürəyə sahib idi. Hansısa 

paralel  dünyada  o,  Robert  Lenqdonla  bir  yerdə  olmağı 

istəyərdi. 

“Amma o, heç vaxt məni istəməz”, - Sienna fikirləşdi. 

“Mən qüsurluyam”. 

Qəhər  onu  boğurdu.  Birdən  pəncərədən  gördükləri 

ona  hisslərini  unutdurdu.  Dik  dayanıb  üzünü  şüşəyə 

dayadı və aşağı baxmağa başladı. “Robert, bura bax!” 

Lenqdon yaxınlaşdı və yenicə dayanan BMV markalı 

downloaded from KitabYurdu.org




86 

 

qara motosikleti gördü. 



Sürücü  arıq  da  olsa,  qüvvətli  görünüşü  var  idi. 

Əynində qara dəri gödəkcə, başında kaska var idi. O, yerə 

düşüb parlaq 

qara  kaskasını  çıxardanda  Sienna  Lenqdonun  nəfəsinin 

kəsildiyini hiss etdi. 

Qadının  hörüklü  saçlannı  səhv  salmaq  mümkün 

deyildi. 

O, tanış tapançanı çıxardı, səsboğucu qurğunu yoxladı 

və yenidən cibinə qoydu. Sonra isə ölümsaçan addımlara 

mehmanxanaya girdi. 

“Robert”,  -  Sienna  qorxudan  əsən  səslə  pıçıldadı. 

“Hökumət səni öldürtdürmək üçün kimisə göndərib”. 

13 

fəsil 


Mənzilin 

pəncərəsi 

önündə 

dayanıb  baxışlarını 



mehmanxanaya  zillədiyi  an  Robert  Lenqdon  böyük 

həyəcan keçirirdi. Hörüklü qadın təzəcə binaya girmişdi, 

lakin Lenqdon onun ünvanı necə tapdığını heç cür başa 

düşə bilmirdi. 

Bədənində  adrenalin  coşur  və  sanki  beynin 

funksiyasını  pozurdu.  “Dövlətim  məni  öldürmək  üçün 

kimisə göndərib?” 

Sienna da eyni dərəcədə təəccüblü görünürdü. 

“Robert, bu o deməkdir ki, xəstəxanada sənin qətlinə 

downloaded from KitabYurdu.org




87 

 

cəhd  də  dövlətin  sifarişi  imiş”.  O,  ayağa  durdu  və 



mənzilin  qapısının  bağlı  olub-olmadığın  yoxladı. 

“Birləşmiş Ştatlar Konsulluğunun səni öldürmək icazəsi 

varsa...”  O,  fikrini  tamamlamadı,  buna  daha  ehtiyac  da 

yox idi. 

Axı  onlar  mənim  nə  etdiyimi  düşünürlər?  Dövlətim 

məni niyə güdsün ki?! 

Xəstəxanaya düşərkən təkrarladığı iki söz qulağında - 

səsləndi. 

Çox üzgünəm... çox üzgünəm. 

“Bura sənin üçün təhlükəlidir”, - Sienna dedi. 

“Bizim  üçün  təhlükəlidir”.  O,  başı  ilə  yolun  digər 

tərəfinə  işarə  etdi.  “O,  qadın  ikimizin  də  xəstəxanadan 

qaçdığımızı gördü və əminəm ki, sənin dövlətin və polis 

həm  də  məni  axtarır.  Mənzilim  kirayə  olduğuna  görə 

mənim  adımda  deyil,  amma  istənilən  halda  məni  də 

tapacaqlar”.  O,  başını  bioboruya  tərəf  çevirdi.  “Elə  bu 

dəqiqə bunu açmalısan”. 

Titan  lövhəyə  baxdıqca  Lenqdon  yalnız  biotəhlükə 

işarəsini görə bilirdi. 

“Borunun içindəki nədirsə”, - Sienna dedi, - “yəqin ki, 

üzərində kimlik şifrəsi, qurumun etiketi, telefon nömrəsi, 

hər  nəsə  var.  Sənə  məlumat  lazımdır.  Mənə  məlumat 

lazımdır! Sənin dövlətin mənim dostumu qətlə yetirib!” 

downloaded from KitabYurdu.org




88 

 

Siennanm səsindəki ağn Lenqdonu fikirdən ayırdı və 



o, Siennanm haqlı olması ilə razılaşaraq başını tərpətdi. 

“Hə,  mən...  çox  üzgünəm”.  Lenqdon  dedi.  Eyni  sözləri 

təkrarlayırdı.  O,  baxışlarını  yenidən  masanın  üstündəki 

boruya çevirdi və 

içində  nəyin  ola  biləcəyini  düşünməyə  başladı.  “Bunu 

açmaq son dərəcə təhlükəli ola bilər”. 

Sienna bir anlıq düşündü. “Hər nədirsə, istisna olaraq, 

içində  yaxşı  şey  var.  Çox  güman  ki,  zərbəyə  dayanıqlı 

Pleksiqlas  (Plexiglass) borucuqda  yerləşdirilib. Bu boru 

isə  daşınma  zamanı  zədələrdən  qoruyan  qabıq 

funksiyasını daşıyır”. 

Lenqdon  pəncərədən  mehmanxananın  qarşısında 

dayanmış 

motosikletə  baxdı.  Qadın  hələ  çölə 

çıxmamışdısa 

da, 


tezliklə 

Lenqdonun 

orada 

olmadığından  xəbər  tutacaqdı.  O,  qadının  növbəti 



addımının  nə  olacağını  düşünürdü...  və  görəsən  o, 

mənzilin  qapısının  ağzını  kəsdirənədək  nə  qədər 

zamanları var idi. 

Lenqdon  qərar  verdi.  O,  titan  borunu  götürdü  və 

könülsüz  halda  baş  barmağını  biometrik  lövhəyə 

yaxınlaşdırdı.  Bir  saniyə  sonra  səs  eşidildi  və  lövhə 

açıldı. 

Lenqdon  yenidən  bağlanmazdan  əvvəl  borunun  iki 

downloaded from KitabYurdu.org



Yüklə 3,73 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə