Mütləq ki, axtaran tapar



Yüklə 3,73 Mb.
Pdf görüntüsü
səhifə26/157
tarix26.09.2017
ölçüsü3,73 Mb.
#2016
1   ...   22   23   24   25   26   27   28   29   ...   157

124 

 

Sənə dünya da təşəkkür edir. 



Rəis bunun nə demək olduğunu anlamasa da, oxuduğu 

ona bəs edirdi. Kitabı bağlayıb rəfə qoydu. Çox şükür ki, 

bu  qeyri-  adi  insanla  müqaviləsi  yaxın  zamanda 

bitəcəkdi. “Daha on dörd 

gün”, - təqvimində qeyd olunmuş tarixə nəzər yetirərək 

rəis düşündü. 

Sonrakı günlər ərzində rəis bu müştəri ilə bağlı ifadə 

olunmayacaq  dərəcədə  narahatlıq  keçirirdi.  Əsəbləri 

büsbütün pozulmuşdu. Lakin zaman öz axan ilə davam 

edirdi. 


Birdən  isə  -  qeyd  olunmuş  tarixə  bircə  gün  qalmış 

Florensiyada ardıcıl olaraq, gözlənilməz olaylar yaşandı. 

Rəis  vəziyyəti  ələ  almağa  çalışsa  da,  hər  şey  sürətlə 

məcrasından çıxırdı. Vəziyyət müştərinin Badia qalasına 

dırmanması ilə ən yüksək həddə çatdı. 

O öz ölümünə doğru... tullandı. 

Müştərisini  itirməyin,  illah  da„  bu  cür  itirməyin 

verdiyi  qorxuya  baxmayaraq,  rəis  sözünün  üstündə 

durdu.  O,  Florensiyada  yerləşən  seyfin  içindəki  əşyanı 

gümüşü  qadına  çatdırmaq  üçün  dərhal  hazırlıqlara 

başladı. Zamanlama isə, həqiqətən də, önəmli idi. 

Sənin  təqvimində  çevrəyə  alınmış  gündən  qabaq 

olmamaq şərti ilə. 

downloaded from KitabYurdu.org




125 

 

Rəis seyfin kodları olan zərfi Vayentaya verdi. O isə 



öz  növbəsində  Florensiyaya  gedib  seyfdəki  əşyanı 

götürməli  idi  -  “balaca  ağıllı  diş”.  Fəqət  Vayentanm 

gətirdiyi  xəbər  onu  heyrətləndirdi,  həm  də  narahat  etdi. 

Seyfin içindəkilər artıq götürülmüşdü, Vayenta isə canını 

güclə  qurtarmışdı.  Gümüşü  saçlı  qadın  hansısa  yolla 

hesabın mövcudluğundan xəbər tutmuş və ona çıxış əldə 

edərək içindəkiləri götürmüşdü. 

Üstəlik,  seyfi  açmağa  gələn  başqalan  üçün  də  həbs 

göstərişi qoydurmuşdu. 

Bütün bunlar üç gün öncə yaşanmışdı. 

Müştəri  bu  oğurlanan  əşya  ilə  gümüşü  saçlı  qadına 

qəbrindən  istehza  edərək,  onu  son  dəfə  təhqir  etmək 

niyyətində imiş. 

Amma qabaqcadan söz demək üçün hələ çox tezdir. 

Həmin  andan  etibarən  konsorsium  çaxnaşma  içində 

idi - müştərinin son arzusunu gerçəkləşdirməklə yanaşı, 

öz etibarının sarsılmamağı üçün o, bütün gücünü səfərbər 

etmişdi.  Bu  proses  boyu  konsorsium  bir  neçə  dəfə  öz 

cızığından  çıxmışdı  və  rəis  dönüşü  olmayan  addımlar 

atdıqlarından özü də 

xəbərdar idi. Florensiyada baş verən hadisələrdən beyni 

qarışan rəis indi gözünü masasına dikərək gələcəyin nə 

gətirə biləcəyini düşünürdü. 

downloaded from KitabYurdu.org




126 

 

Təqvimində  isə  müştərisinin  kobudluqla  cızıb 



çərçivəyə aldığı tarix ona baxırdı - xüsusi günü ağuşuna 

alaraq əhatələyən qırmızı halqa. 

Sabah. 

Rəis  könülsüz  halda  masanın  üstünə  qoyduğu  skotç 



şüşəsinə  nəzər  saldı.  Bu  on  dörd  ildə  ilk  dəfə  ondan 

qədəhə süzüb birnəfəsə içdi. 

Gəminin  göyərtəsinin  alt  mərtəbəsindəki  ofisində 

oturmuş  koordinator  Laurens  Noulton  balaca  qırmızı 

yaddaş çubuğunu kompüterdən çıxanb masasının üzərinə 

qoydu.  Bu  video  onun  həyatda  gördüyü  ən  qəribə 

şeylərdən biri idi. 

Və  həqiqətən  də,  yazı  doqquz  dəqiqə  uzunluğunda 

idi... son saniyəsinəcən. 

Özünü  son  dərəcə  narahat  hiss  edən  Noulton  ayağa 

durub  fikirləşirdi.  Görəsən,  bu  qəribə  videonu  rəislə  də 

paylaşsınmı?! 

“Sadəcə,  işini  gör”,  -  Noulton  öz-özünə  dedi. 

“Sualsız. - Mühakiməsiz”. 

Yazmı  beynindən  çıxarmağa  çalışaraq,  qeyd 

kitabçasında tapşırığı təsdiqlənmiş kimi işarələdi. Sabah 

isə  müştərinin  tələbinə  uyğun  olaraq,  o,  yazını  dünya 

mətbuatı ilə - paylaşacaqdı. 

18 

fəsil 


downloaded from KitabYurdu.org


127 

 

VIALE 



NICCOLO 

MACHIAVELLI 

Florensiya 

prospektləri arasında ən gözəli hesab olunur. Sıx meşə ilə 

əhatələnmiş  S-vari  geniş  dolanbac  yollar  velosipedçilər 

və “Ferrari” həvəskarlarının sevimli məskəni idi. 

Sienna  Traykı  dolanbac  yollan  məharətlə  keçdikcə 

onlar cansıxıcı ərazini geridə qoyub şəhərin sidr ağacları 

ilə  dolu,  təmiz  və  lüks  hissəsinə  -  qərbə  tərəf 

şütüyürdülər.  Yanından  keçdikləri  kilsənin  saatı  8-i 

vururdu. 

Lenqdonun  beyni  Dantenin  cəhənnəmində  təsvir 

olunan sirli şəkilləri və iki nəhəng cüssəli əsgər arasında 

oturmuş  gümüşü  saçlı  gözəl  qadını  düşünməkdən 

qanşmışdı. 

“O hər kimdirsə”, - Lenqdon düşündü, - “artıq onların 

- əlindədir”. 

“Furqondakı qadının”, - Sienna Traykm mühərrikinin 

səsini üstələyərək dedi. “Gözünə görünən qadın olduğuna 

əminsənmi?” 

“Əlbəttə”. 

“Deməli,  ötən  iki  gün  ərzində  onunla  görüşmüsən. 

Məsələ  ondadır  ki,  niyə  o,  sənin  gözünə  görünür...  və 

niyə sənə “axtar və tap” deyir?” 

Lenqdon razılaşdı. “Bilmirəm... onunla görüşdüyümü 

qəti  xatırlamıram  və  hər  dəfə  surəti  gözümün  önünə 

downloaded from KitabYurdu.org



128 

 

gəldikcə, içimdə ona inanılmaz yardım etmək istəyi baş 



qaldırır”. 

“Çox üzgünəm. Çox üzgünəm”. 

Birdən Lenqdon bu qəribə üzrxahlığm həmin qadına 

ünvanlandığını düşünməyə başladı. “Bəlkə mən onu pis 

vəziyyətdə qoymuşam?” Bu ehtimal Lenqdonun qarnını 

sancıladırdı. 

Lenqdon  sanki  cəbbəxanasından  ən  mühüm  silahın 

oğurlandığını hiss edirdi. “Mənim yaddaşım yoxdur”. 

Uşaqlıqdan bəri yaddaşı Lenqdonun ən çox güvəndiyi 

intellektual mülkü idi. Ətrafında gördüyü ən qarışıq şeyi 

belə  xırda  detalınadək  xatırlamağa  alışan  adam  kimi 

yaddaşının  itməsi  onu  radarsız  qaranlıqda  yerə  enməyə 

çalışan təyyarəyə bənzədirdi. 

“Deyəsən, cavablan tapa bilməyin üçün sənin yeganə 

yolun  La  Mappanm  şifrəsini  açmaqdır”,  -  Sienna  dedi. 

“Oradakı  sirr  hər  nədirsə...  görünür,  sənin  elə  izlənmə 

səbəbin də odur”. 

Lenqdon başı ilə təsdiqlədi. Dantenin Inferno-sundakı 

əzab çəkən bədənlər üzərində yazılmış catrovacer sözünü 

- düşünürdü. 

Anidən Lenqdonun ağlına bir fikir gəldi. 

Mən Florensiyada ayıldım... 

Yer üzündə heç bir şəhərin Danteyə Florensiya qədər 

downloaded from KitabYurdu.org




Yüklə 3,73 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə