Mütləq ki, axtaran tapar



Yüklə 3,73 Mb.
Pdf görüntüsü
səhifə34/157
tarix26.09.2017
ölçüsü3,73 Mb.
#2016
1   ...   30   31   32   33   34   35   36   37   ...   157

163 

 

edərək  möcüzəvi  şəkildə  xəstəlikdən  qurtulmuşdu. 



Təəssüf  ki,  müalicənin  gözlənilməz  əks-təsiri  Elizabet 

həddi-buluğa çatarkən özünü büruzə verdi... o, heç vaxt 

menustral tsikl yaşaya bilmədi. 

Həkimin  otağındakı  anı  heç  zaman  unuda  bilmirdi. 

Cinsiyyət  sisteminə  dəyən  ziyanın  həmişəlik  olduğunu 

öyrənəndə on doqquz yaşı var idi. 

Elizabet  Sinskey  heç  vaxt  dünyaya  uşaq  gətirə  - 

bilməyəcəkdi. 

“Zaman bu boşluğu dolduracaq”, - həkimi onu əmin 

etməyə  çalışmışdı. Lakin  bu  boşluq illər keçdikcə onun 

içində böyümüşdü. Xəstəliyini sağaldan dərmanlar onun 

törəmək qabiliyyətini əlindən alsa da, heyvani instinktini 

boğa bilməmişdi. İllər boyu bu mümkünsüz istəyinə çata 

bilmək  üçün  çalışmışdı.  Hətta  indi,  altmış  bir  yaşında 

belə ana və körpə gördükdə içindəki boşluğu hiss edirdi. 

“Düz qarşıdadır, Dr. Sinskey”, - sürücü dedi. 

Elizabet uzun buruq saçlarını tələsik daradı, güzgüdə 

özünə  baxdı.  Artıq  maşın  dayanmışdı.  Sürücü  ona 

Manhettenin  bu  zəngin  hissəsində  maşından  düşməkdə 

kömək etdi. 

“Mən  sizi  burada  gözləyəcəm”,  -  sürücü  dedi.  “Siz 

hazır olduqda birbaşa aeroporta gedərik”. 

Xarici  Əlaqələr  Şurasının  Nyu-York  qərargahı 

downloaded from KitabYurdu.org




164 

 

təvazökar  neoklassik  üslubda  tikilmiş  binada  yerləşirdi. 



“Park,  68 ünvanında  yerləşən bu tikili  vaxtilə  Standard 

Neft Maqnatı binası olmuşdu. Tikilinin xarici görünüşü 

ətrafın mənzərəsi ilə incə uyğunluq təşkil edirdi. 

“Dr.  Sinskey”,  -  ucaboy  katibə  onu  salamladı. 

“Buradan, zəhmət olmasa. O sizi gözləyir”. 

Yaxşı, bəs o kimdir? O, katibəni izləyərək dəbdəbəli 

dəhlizin digər tərəfindəki bağlı qapıya tərəf getdi. Katibə 

qapını açmazdan və Elizabetə içəri girməsi üçün başıyla 

işarə etməzdən öncə cəld qapını döydü. 

O, içəri daxil oldu, qapı arxasınca bağlandı. 

Balaca  və  qaranlıq  iclas  otağı  yalnız  videoekranın 

işığı  ilə  işıqlandırılmışdı.  Ekranın  qarşısında  onu  çox 

hündür və cüssəli bir siluet qarşıladı. 

Simasını aydın görə bilməsə də, eneıjisini hiss edirdi. 

“Dr. Sinskey”, - kişinin sərt səsi eşidildi. “Təklifimi 

rədd  etmədiyiniz  üçün  minnətdaram”.  Kişinin  kobud 

ləhcəsi onun ya Elizabetin də vətən olan İsveçrədən, ya 

da Almaniyadan olduğunu bildirirdi. 

“Zəhmət  olmasa,  əyləşin”,  -  kişi  otağın  o  biri 

başındakı stula işarə ilə təklif etdi. 

Heç bir tanışlıq olmadan? Elizabet əyləşdi. Ekrandakı 

görüntü onun sinirlərini bir az da gərdi. Axı nə ola bilər? 

“Sizin  bu  gün  səhərki  mühazirənizi  mən  də 

downloaded from KitabYurdu.org




165 

 

dinləyirdim”, - siluet dedi. “Sizi dinləmək üçün uzaq yol 



gəlmişəm. Təsirli çıxış idi”. 

“Təşəkkür edirəm”, - o cavab verdi. 

“İcazə  verin,  sizin  mən  təsəvvür  etdiyimdən  daha 

gözəl  olduğunuzu  da  vurğulayım...  yaşınıza  və  dünya 

səhiyyəsinə bələd olmağınıza rəğmən”. 

Elizabetin  təəccübdən  ağzı  açıldı.  Bu  cür  danışmaq 

sözün  istənilən  anlamında  təhqiramiz  idi.  “Üzr 

istəyirəm...”,  -  o,  qaranlığa  baxaraq  əzmlə  dedi.  “Siz 

kimsiniz? Və məni nə səbəbə bura dəvət etmisiniz?” 

“Yumor cəhdimin uğursuzluğuna görə üzr istəyirəm”, 

-  arıq  siluet  cavab  verdi.  “Ekrandakı  rəsm  burada 

olmağınızın səbəbini izah edəcək”. 

Sinskey qorxunc görüntüyə baxdı - rəsm əngin insan 

dənizini  əks  etdirirdi,  xəstə  adamlar  yığmı,  üst-üstə 

qalaqlanmış lüt bədənlər. 

“Əvəzolunmaz  rəssam  Dore”,  -  kişi  dilləndi.  “Onun 

Dante  Alqiyerinin  cəhənnəm  təsvirini  mükəmməlcəsinə 

rəsmə çevirməsi. Ümid edirəm, sizi narahat etmir... çünki 

hamımızın  sonu  ora  olacaqdır”.  O  dayandı,  asta-asta 

doktora  tərəf  əyildi. “Və  izin  verin  bunun  səbəbini  sizə 

deyim”. 

O,  irəli  doğru  addımladıqca  bir  az  da  hündür 

görünürdü.  “Əgər  mən  bu  kağız  parçasını  götürüb  iki 

downloaded from KitabYurdu.org




166 

 

hissəyə bölsəm...” O, masanın yanında dayandı, sonra bir 



vərəq götürdü. Vərəqi iki hissəyə böldü. “Bu iki hissəni 

üst-üstə qoysam...” 

İki  hissəni  bir-birinə  yapışdırdı.  “Və  prosesi  yenidən 

təkrarlasam...” O, kağızı eyni yerdən cınb üst-üstə qoydu. 

“Orijinaldan dörd dəfə daha qalın vərəq yığmı əmələ 

gələr, elə deyilmi?” Onun gözləri qaranlıqda yanan məşəl 

kimi idi. 

Elizabet 

onun 

səsinin 


qalxan 

tonundan 

və 

aqressiyasından xoşlanmadı. O, heç nə demədi. 



“Təxmini  hesablasaq”,  -  kişi  yaxınlaşaraq  dedi,  - 

“tutaq  ki,  vərəq  millimetrin  onda  biri  qalınlıqdadır  və 

əgər  mən  prosesi...  deyək  ki...  əlli  dəfə....  təkrarlasam, 

qalınlığın nə qədər olacağını deyə bilərsizmi?” 

Elizabet bir az da əsəbiləşdi. “Bilərəm”, - deyə cavab 

verdi, səsi gözlədiyindən daha acıqlı idi. 

“Millimetrin  onda  bir  hissəsinin  gücün  əllidə  iki 

hissəsinə  hasili. Ona  geometrik  inkişaf deyirlər. Burada 

niyə olduğumu soruşa bilərəmmi?” 

Kişi özündənrazı halda gülümsədi və başını tərpətdi. 

“Doğrudur  və  fiziki  dəyərin  nə  qədər  olduğunu  təxmin 

edə  bilərsinizmi?  Millimetrin  onda  bir  hissəsinin  gücün 

əllidə  iki  hissəsinə  hasili?  Bizim  kağız  qalağımızın  nə 

qədər 


downloaded from KitabYurdu.org


Yüklə 3,73 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə