Mütləq ki, axtaran tapar



Yüklə 3,73 Mb.
Pdf görüntüsü
səhifə35/157
tarix26.09.2017
ölçüsü3,73 Mb.
#2016
1   ...   31   32   33   34   35   36   37   38   ...   157

167 

 

hündürləşdiyini  bilirsinizmi?”  O,  bir  anlıq  dayandı. 



“Bizim bu kağız topamız cəmi əlli dəfə artdıqdan sonra, 

demək olar ki... günəşə çatar”. 

Elizabet 

təəccüblənmədi. 

Geometrik 

artımın 


inanılmaz gücü ilə o, davamlı şəkildə məşğul olmuşdu. 

Çürümədə əmələ gələn halqalar... təsirə məruz qalmış 

hüceyrələr...  ölümlə  nəticələnə  biləcək  təxminlər. 

“Sadəlövhlüyümü  bağışlayın”,  -  həkim  dedi.  Narahat 

olduğunu  gizlətmək  üçün  heç  bir  cəhd  etmirdi  artıq. 

“Amma mən sizin nəyə işarə etdiyinizi anlaya bilmirəm”. 

“Nəyə işarə etdiyimi?” O, astadan güldü. 

“Sözüm 


əhalinin 

artımının 

daha 

dramatik 



olmasındadır. Bizim kağızlarımız kimi dünya  əhalisinin 

də artımı cüzi saydan başlasa da, potensial təhlükədir”. 

O,  hələ  də  var-gəl  edirdi.  “Bir  buna  diqqət  edin. 

Dünya  əhalisinin  sayının  bir  milyard  olması  minilliklər 

çəkib  -  ta  ki  insan  yarandığı  gündən  1800-cü  illərin 

əwəllərinədək. 

Sonra isə heyrətamiz şəkildə yüz ilə say iki qat artaraq 

1920-ci illərin əvvəllərində iki milyarda çatdı. Daha əlli il 

keçdi 

və  1970-ci  illərin  əvvəllərində  dörd  milyard  oldu. 



Gördüyünüz  kimi  sayımız  qısa  bir  zamanda  səkkiz 

milyarda çatacaqdır. Tək bu gün Yer planetinə milyonun 

downloaded from KitabYurdu.org



168 

 

dörddə bir hissəsi qədər insan gəlmişdir. Və bu, hər gün 



baş verir. İndi biz hər il sayımızı Almaniyanın əhalisinin 

sayı qədər artırırıq”. 

Hündür  kişi  bir  anlıq  dayanıb  Elizabetə  diqqətlə 

baxmağa başladı. “Sizin neçə yaşınız var?” 

Bu da xoşagəlməz sual olsa da, ÜST-nin rəhbəri kimi 

o,  ziddiyyətləri  ağılla  aradan  qaldırmağa  alışmışdı. 

“Altmış bir”. 

“Əgər  siz  daha  on  doqquz  il,  yəni  səksən  yaşadək 

yaşasanız,  ömrünüz  boyu  dünya  əhalisinin  sayının  üç 

dəfə artdığının şahidi olacağınızı bilirdinizmi? Bir ömür - 

üç dəfə çoxalma. Ciddi düşünün. Özünüz də bilirsiniz ki, 

sizin  Ümumdünya  Səhiyyə  Təşkilatı  sayın  əsrimizin 

ortalarmadək  doqquz  milyarda  çatacağım  qabaqcadan 

xəbər verir. Heyvanların nəsli gözlənilməz sürətlə kəsilir. 

Təbii sərvətlər də beləcə tükənir. 

Artıq təmiz su əldə etmək problemə çevrilib. Hansısa 

bioloji  təsirlə  bizim  nəslimiz  çevrəmizdəki  digər 

nəsillərin sayını 

üstələyib.  Və  bu  təhlükə  ilə  üz-üzə  qaldığımız  halda 

Ümumdünya  Səhiyyə  Təşkilatı  -  dünya  səhiyyəsinin 

hamısı - diabetə əlac tapmaq, qan banklarını doldurmaq, 

xərçənglə mübarizə aparmaqla məşğuldur”. O dayandı və 

diqqətlə həkimə baxdı. “Sizi ona görə bura gətirtmişəm 

downloaded from KitabYurdu.org




169 

 

ki,  şəxsən  sizin  təşkilatın  niyə  bu  məsələ  ilə  qəti 



maraqlanmadığını soruşam”. 

Elizabet artıq sinirlərinə hakim ola bilmirdi. 

“Siz hər kimsinizsə, çox yaxşı bilirsiniz ki, KİM insan 

artımını çox ciddi şəkildə nəzərdə saxlayır. Bu yaxınlarda 

biz  milyonlarla  dollar  xərcləyib  Afrikaya  mütəxəssislər 

göndərmişik.  Onlar  insanlara  pulsuz  qoruyucular 

paylayır  və  doğuşu  nəzarətdə  saxlamaq  barədə  təlimlər 

keçirlər”. 

“Hə, əlbəttə!” Arıq kişi dedi. “Daha nüfuzlu katolik 

missionerləri  isə  Afrikaya  soxularaq  qoruyucudan 

istifadə edənlərin cəhənnəmə düşəcəyini onların beyninə 

yeritdi.  Afrikanın  yeni  bir  ekoloji  problemi  yaranıb  - 

zibilxanalar istifadə olunmamış qoruyucularla dolur”. 

Elizabet  özünü  çətinliklə  saxlayırdı.  Artıq  müasir 

katoliklər Vatikanın vəziyyətə bu cür müdaxilə etməsinə 

qarşı çıxsalar da 

o, haqlı idi. 

Ən bariz nümunə isə sadiq katolik Melinda Qeytsdir. 

O,  öz  kilsəsinin  qanunlarını  gözə  alıb  dünyada  doğuşa 

nəzarətə  dəstək  olaraq,  560  milyon  dollar  ianə  etmişdi. 

Elizabet  Sinskey  Bil  və  Melinda  Qeytsin  öz  təşkilatları 

vasitəsilə  dünya  səhiyyəsi  üçün  gördüyü  işlərə  görə 

yüksək adla təltif olunması barədə dəfələrlə çıxış etmişdi. 

downloaded from KitabYurdu.org




170 

 

Təəssüf  ki,  müqəddəslik  meyarını  təyin  edən  yeganə 



qurum  onların  cəhdlərinin  xristianlıqla  çuğlaşan 

məqsədini görməzliyə vurdu. 

“Dr.  Sinskey”,  -  kölgə  sözünə  davam  etdi. 

“Ümumdünya  Səhiyyə  Təşkilatı  yer  üzündə  yalnız  bir 

sağlıq probleminin olduğunu görməkdə çətinlik çəkir”. 

O,  yenə  də  ekrandakı  rəsmə  işarə  etdi  -  üst-üstə 

qalanmış  insan  dənizi.  “Bu  qədər”.  O  dayandı.  “Mən 

sizin  elm  xadimi  olduğunuzu  bilirəm.  Klassik  və  ya 

təsviri sənət bilicisi olmasanız da, sizinlə daha aydın dil 

tapaq deyə başqa bir rəsm göstərməyə izin verin”. 

Otaq  anidən  qaranlıqlaşdı  və  ekrandakı  təsvir 

dəyişildi. 

Yeni  rəsmi  Elizabet  dəfələrlə  görmüşdü... amma  hər 

dəfə baxanda onu müdhiş bir hiss bürüyürdü. 

Tarix boyu dünya əhalisinin say artımı 

Otağa ağır sükut çökdü. 

“Belə”, - arıq kişi dilləndi. “Sükut bu qrafikə uyğun 

gələn  ən  yaxşı  cavabdır.  Ona  baxmaq  qarşıdan  gələn 

qatarın işığına gözünü  zilləmək  kimidir”. Kişi  asta-asta 

Elizabetə  tərəf  çevrildi  və  gərgin,  lakin  himayəedici 

təbəssümlə ona baxdı. “Başqa bir sualınız, Dr. Sinskey?” 

“Tək bir sual”, - o, acıqla cavab verdi. “Siz məni bura 

nə  üçün  dəvət  etmişdiniz:  ağıl  öyrətməyə,  yoxsa  təhqir 

downloaded from KitabYurdu.org




Yüklə 3,73 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə