Mütləq ki, axtaran tapar



Yüklə 3,73 Mb.
Pdf görüntüsü
səhifə37/157
tarix26.09.2017
ölçüsü3,73 Mb.
#2016
1   ...   33   34   35   36   37   38   39   40   ...   157

176 

 

kimi  qəbul  etsək,  demək,  o  heç  qarışdırılmayıb,  sadəcə 



bir  dəfə  kəsilib.  Kəsildikdən  sonra  əvvəlki  ardıcıllıq 

qalır,  amma  yanlış  kartla  başlanır”.  Lenqdon  yenə 

Malebolgenin on xəndəyinə tərəfinə işarə etdi. 

“Dantenin  yazısına  görə,  yuxan  qatda  əjdahalann 

qamçıladığı tamahkarlar olmalıdır. Bu versiyada isə onlar 

aşağıda... düz yeddinci qatda göstəriliblər”. 

Sienna artıq itməkdə olan əksə diqqətlə baxıb başını 

razılıqla tərpətdi. “Yaxşı, onu gördüm. Birinci xəndək 

yeddincidir”. 

Lenqdon proyektoru cibinə qoyub yerə düşdü. Yerdən 

bir çubuq götürüb cığırın kənarındakı palçığın üzərində 

yazmağa  başladı.  “Bizim  dəyişdirilmiş  versiyamızda 

hərflər bu sıra ilə yazılıb”. 







downloaded from KitabYurdu.org




177 

 

“Catrovacer”, - Sienna oxudu. 



“Hə.  Bu  da  “taxtanın”  kəsildiyi  hissə”.  Lenqdon 

yeddinci  hərfin  altında  xətt  cızıb  Siennanın  oxumasını 

gözlədi. 



“Aydındır”, - Sienna dərhal dedi. “Catrova. Cer”. 

“Hə.  Kartları  əvvəlki  qaydada  düzmək  üçün  isə 

taxtanı, sadəcə, götürüb yuxan qoyuruq. İki hissə yerini 

dəyişir”. 

Sienna hərflərə baxdı. “Cer. Catrova”. 

O, heç nə anlamırmış kimi başını yellədi. “Bir məna - 

görmürəm...” 

“Cer.  Catrova”,  -  Lenqdon  təkrarladı.  Bir  saniyədən 

sonra,  o,  sözləri  bir  kəlmə  kimi  dedi.  “Cer.  Catrova”. 

Sonra  isə  sözün  ortasında  ara  verərək  tələffüz  etdi. 

“Cerca... trova”. 

Sienna dərindən nəfəs aldı, onlann baxışlan toqquşdu. 

“Hə”, - Lenqdon gülümsəyərək dedi: “Cerca trova”. 

“Cerca” və “trova” italyancadan tərcümədə “axtar” və 

“tap” mənasını verir. Bu sözlərin birləşməsi - cerca trova 

-  Tövratdakı  “Axtar  və  tapacaqsan”  aforizmi  ilə 

səsləşirdi. 

“Sənin qarabasmalann!”, - Sienna heyrət içində dedi. 

downloaded from KitabYurdu.org



178 

 

“Çadralı  qadın!  O,  dayanmadan  “Axtar  və  tap”  deyə 



təkrarlayırdı!” O, durduğu yerdən sıçradı. “Robert, bunun 

mənasını  başa  düşürsən?  Deməli,  “cerca  trova”  artıq 

sənin şüurundaymış! Başa düşürsən? Bu, o deməkdir ki, 

sən  xəstəxanaya  gəlməzdən  əvvəl  şifrəni  açıbsanmış. 

Yəqin  ki,  proyektordakı  rəsmi  qabaqcadan  görübsən... 

amma yadından çıxıb!” 

“O haqlıdır”, - Lenqdon fikirləşdi. Şifrəni açmaq üçün 

bütün  diqqətini  səfərbər  etdiyi  vaxt  eyni  şeyləri  ikinci 

dəfə yaşadığı heç ağlına gəlməmişdi. 

“Robert, bayaq dedin ki, La Mappada köhnə şəhərin 

hansı hissəsinə getmək lazım olduğu yazılıb. Amma mən 

hələ də oranın hara olduğunu başa düşə bilmirəm”. 

“Cerva trova sənə nəsə demir?” 

O, başını yellədi. 

Lenqdon  xəlvəti  gülümsədi.  Nəhayət  ki,  Sienna 

nəyisə bilmədi. “Bellə  məlum olur ki, bu ifadə məxsusi 

olaraq,  Palazzo  Vecchio-nun  Beş  Yüzüncü  Zalında 

asılmış əsərə - Giorgiyo Vasarinin Battaglia di Marciano 

treskasına  işarə  edir.  Rəsmin  ən  yuxarısında  adi  gözlə 

çətin  görünən  xırda  hərflərlə  Vasari  “cerca  trova” 

yazmayıb. Onun mənasını açmaq üçün çoxlu mülahizələr 

mövcud olsa da, tam mənası hələ də sirr olaraq qalır”. 

Birdən yuxandan balaca helikopterin vıyıltısı eşidildi. 

downloaded from KitabYurdu.org




179 

 

Düz  onların  başı  üzərində  dövrə  vururdu.  Səs  çox 



yaxından  gəlirdi.  Lenqdonla  Sienna  helikopter  çıxıb 

gedənədək dayandıqları yerdən tərpənmədilər. 

Lenqdon başını qaldırıb ağaclann arasından uzaqlaşan 

helikopterin  arxasınca  baxdı.  “Oyuncaq  helikopter”,  - 

dedi.  Uzaqdan  idarə  olunan  bir  metrlik  helikopterin 

hərəkətini  və  bir  qədər  aralıda  yerə  endiyini  izlədikcə 

Lenqdon  sürətlə  nəfəs  alırdı.  Nəhəng  və  əsəbi 

ağcaqanada bənzəyirdi. 

Sienna isə hələ də narahat görünürdü. “Aşağı əyil”. 

Yerə endikdən sonra balaca helikopter yenidən onlar 

dayanan  tərəfə  qayıtdı,  ağaclann  başı  üstündə  dövrə 

vurdu və bu dəfə sola tərəf buruldu. 

“O,  oyuncaq  deyil”,  -  Sienna  pıçıldadı.  “Kəşfiyyat 

təyyarəsinin  səsidir.  Çox  güman  ki,  üstünə  kamera  da 

quraşdırılıb və canlı görüntüləri kiməsə ötürür”. 

Lenqdonun üz ifadəsi gərildi. Bu dəfə helikopter Porta 

Romana və İncəsənət İnstitutu tərəfdə göründü. 

“Mən bilmirəm sən nə etmisən”, - Sienna davam etdi, 

- “amma bəzi güclü adamlar böyük səylə səni tapmağa - 

çalışırlar”. 

Helikopter yenidən yerə oturdu və birdən yavaş-yavaş 

onların aşdığı divar boyu hərəkət etməyə başladı. 

“İncəsənət  İnstitutundan  yəqin  kimsə  bizi  görüb  və 

downloaded from KitabYurdu.org




180 

 

nəsə  deyib”,  -  Seinna  pıçıldadı.  “Biz  buradan 



uzaqlaşmalıyıq. Dərhal”. 

Vıyıltı  artıq  bağın  o  biri  başından  gəlirdi.  Lenqdon 

ayağı ilə yerdə cızdığı yazıları silib Siennanın arxasınca 

tələsdi. Qaçdıqca 

beynindən  cerca  trova,  Giorgiyo  Vasarinin  freskası  və 

Siennanm  onun  proyektordakı  mesajı  tapması  ilə  bağlı 

dedikləri keçirdi. Axtar və tapacaqsan. 

Növbəti talaya daxil oldular. Bu an Lenqdonun ağlına 

bir fikir gəldi. Cığırda dayandı. Üzündə heyrətəbənzər bir 

ifadə var idi. 

Sienna da dayandı. “Robert? Nə oldu?!” 

“Mən günahsızam”, - o, əminliklə dedi. 

“Sən nə danışırsan?” 

“Mən  elə  bilirdim  ki,  insanlar  məni...  dəhşətli  bir  iş 

gördüyüm üçün izləyirlər”. 

“Hə,  xəstəxanada  da  elə  hey  “çox  üzgünəm”  - 

deyirdin”. 

“Bilirəm. Mən ingiliscə danışdığımı zənn edirdim”. 

Sienna  təəccüblə  ona  baxdı.  “Sən  ingiliscə 

danışırdın!” 

Lenqonun  mavi  gözlərini  həyəcan  bürümüşdü. 

“Sienna,  mən  “çox  üzgünəm”  təkrarlayarkən  kimdənsə 

üzr  istəmirmişəm.  Palazzo  Vecchioda  asılan  freskanm 

downloaded from KitabYurdu.org




Yüklə 3,73 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə