Mütləq ki, axtaran tapar



Yüklə 3,73 Mb.
Pdf görüntüsü
səhifə45/157
tarix26.09.2017
ölçüsü3,73 Mb.
#2016
1   ...   41   42   43   44   45   46   47   48   ...   157

214 

 

Arxadakı  digər  əsgər  isə  yerə  əyilərək  oyuncaq 



helikopterlə əlləşirdi. Daha aralıda - pilləkənin ətəyində 

başqa  bir  əsgər  gözətçi  kimi  dayanmışdı.  Ernesto 

yaxınlıqdan gələn sirena səsləri eşidirdi. 

“İngiliscə bilirsiniz?” Əsgərin ləhcəsindən nyu-yorklu 

olmadığı hiss olundu. “Avropalıdır yəqin”. 

Emesto başı ilə təsdiq etdi. “Bir az”. 

“Səhərdən bəri bu qapıdan kimsə keçibmi?” 

“Yox, signore. Nessuno”. 

“Əla. Qapını kilidli saxlayın. Heç kimi içəri və ya çölə 

buraxmayın. Aydındır?” 

Emesto çiyinlərini çəkdi. Onsuz da bu, onun vəzifəsi 

idi.  “Si”  -  başa  düşdüm.  Non  deveentrare,  ne  uscire 

nessuno”. 

“Zəhmət olmasa, mənə deyin görüm bu qapı yeganə - 

girişdirmi?” 

Emesto cavab veməzdən əvvəl düşündü. Əslində, indi 

qapı çıxış sayılırdı. Ona görə də içəridən dəstəyi yox idi. 

Amma o, kişinin nəyi nəzərdə tutduğunu başa düşmüşdü. 

“Hə, l’accesso 

yalnız  buradandır.  Başqa  yol  yoxdur”.  Sarayın  içindən 

olan əsas giriş illərdir ki, bağlı idi. 

“Və Boboli bağlarından çıxan başqa gizli yol varmı? 

Məlum qapılardan başqa?” 

downloaded from KitabYurdu.org




215 

 

“Yox, signore. Hər yer hündür divarlarla əhatələnib. 



Bu, yeganə gizli çıxışdır”. 

Əsgər razılıqla başını tərpətdi. “Köməyinizə görə çox 

sağ  olun”.  O,  Emestoya  qapını  bağlayıb  kilidləməsini 

işarə etdi. 

Emesto  təəccüb  içində  verilən  işarəyə  əməl  etdi. 

Sonra  dəhlizlə  geri  qayıtdı,  dəmir  darvazanı  açdı, 

darvazadan  keçdi,  onu  yenidən  qıfılladı  və  futbol 

oyununu izləmək üçün kabinetinə döndü. 

30 

fəsil 


Lenqdonla Sienna yaranmış fürsətdən istifadə etdilər. 

Əsgər qapını döydüyü an onlar iməkləyərək kahanın 

içinə doğru hərəkət etdilər. Ən sonuncu otaqda çömbəlib 

gözləməyə  başladılar.  Bu  kiçik  yer  kobud  yonulmuş 

mozaikalar  və  yarımsan,  yan-heyvan  heykəllərlə 

bəzədilmişdi.  Mərkəzdə  isə  Çimən  Venera  heykəli 

ucalırdı. Mənzərəyə uyğun olaraq, o da çiyni üzərindən 

əsəbi nəzərlərlə baxırdı. 

Lenqdon və Sienna heykəlin dar özülünün arxasında - 

gizlənmişdilər. 

Onlann arxası kahanın ən dərin divarı boyu uzanan tək 

qlobus şəkilli daş parçasına tərəf idi. 

“Bütün  çıxışların  təmiz  olması  təsdiqləndi!”  əsgər 

yüksək  səslə  yoldaşlarına  dedi.  O,  ingiliscə  danışırdı. 

downloaded from KitabYurdu.org



216 

 

Cüzi  hiss  olunan  ləhcəsini  Lenqdon  müəyyən  edə 



bilmədi.  “Helikopteri  geri  göndərin.  Mən  bu  mağaranı 

yoxlayacağam”. 

Lenqdon  Siennanın  ona  bir  az  da  qısıldığını  hiss 

edirdi. 


Bir  neçə  saniyədən  sonra  mağarada  əsgərin  ağır 

çəkmələrinin  səsi  eşidildi.  Ayaq  səsləri  getdikcə 

yaxınlaşırdı.  Onun  ikinci  otaqda  olduğunu  müəyyən 

etmək olardı. Birbaş onlara tərəf gəlirdi. 

Sienna və Lenqdon daha çox bir-birlərinə qısıldılar. 

“Hey!”  uzaqdan  başqa  bir  səs  eşidildi.  “Biz  onları 

tapmışıq!” 

Ayaq səsləri dayandı. 

Lenqdon  səki  ilə  kiminsə  mağaraya  tərəf  qaça-qaça 

gəldiyini eşitdi. “Müsbət şəxs” təngnəfəs səslə dedi: “Elə 

indicə iki turistlə danışmışıq. Bir az əvvəl bir kişi ilə bir 

qadın  sarayın  kostyum  qalereyasını  soruşub...  ora  isə 

sarayın qərbində yerləşir”. 

Lenqdon gözucu Siennaya baxdı, onun üzündəki zərif 

gülüşü sezdi. 

Əsgər  dərindən  nəfəs  alıb  davam  etdi.  “Ən  birinci 

qərbdəki  çıxışları  bağlamışıq...  çox  böyük  əminliklə 

demək ki, biz onları bağların içində tələyə salmışıq”. 

“Tapşırığın icrasına davam edin”, - yaxınlıqdakı əsgər 

downloaded from KitabYurdu.org




217 

 

dilləndi. “Və onları yaxalayan kimi mənə zəng vurun”. 



Daş üzərində uzaqlaşan ayaq səsləri, helikopterin səsi 

eşidildi... və nəhayət ki, araya tam sakitlik çökdü. 

Lenqdon  başını  çıxarıb  ətrafa  baxmaq  istəyən  an 

Sienna onun qolundan yapışdı. O, barmağını dodaqlanna 

yaxınlaşdırıb divara düşən insan kölgəsinə işarə etdi. 

Başçı əsgər mağaranın ağzında dayanmışdı. 

Nə üçün gözləsin ki?! 

“Brüderdir”, birdən əsgər dedi. “Biz onlan demək olar 

ki,  küncə  qısnamışıq.  Az  zaman  içində  bunu 

təsdiqlədəcəyəm”. 

Adam telefonla danışırdı. Səsi çox yaxından gəlirdi, 

sanki  düz  onların  yanında  dayanmışdı.  Mağara  böyük 

mikrofona  bənzəyirdi.  Səsi  cəzb  edərək  arxada 

cəmləyirdi. 

“Başqa  bir  məlumat  da  var”,  -  Brüder  davam  etdi. 

“İstintaq  şöbəsindən  də  yeni  xəbər  almışam.  Qadının 

mənzili  kirayənişin  tərəfindən  kirayəyə  verilibmiş.  Az 

sayda  mebeli  var.  Biz  bioborunu  da  tapmışıq,  amma 

proyektor içində deyil. 

Təkrar  edirəm,  proyektor  əlimizdə  deyil.  Güman  edirik 

ki, hələ də Lenqdondadır”. 

Əsgərin  onun  adını  çəkirdi.  Lenqdonun  canından 

üşütmə keçdi. 

downloaded from KitabYurdu.org




218 

 

Ayaq  səsləri  yenidən  artdı.  Lenqdon  kişinin 



mağaranın içinə tərəf gəldiyini anladı. Yerişində bir neçə 

dəqiqə  əvvəlki  əzm  hiss  olunmurdu.  Görünür,  telefonla 

danışdıqca o baş-bu başa hərəkət edirdi. 

“Doğrudur”,  -  kişi  dilləndi.  “İstintaq  həm  də  biz 

mənzilə  daxil  olmazdan  bir  qədər  əvvəl  evdən  edilmiş 

zəngi də - təsdiqləyib”. 

“ABŞ  konsulluğu”,  -  Lenqdon  fikirləşdi.  Yadına 

telefon  danışığından  dərhal  sonra  hörüklü  qadının 

gəlməsi  düşdü.  Deyəsən,  qadın  böyük  bir  komanda  ilə 

əvəz olunmuşdu. 

“Biz onlardan həmişə qaça bilməyəcəyik”. 

Ayaq  səsləri  artıq  beş  metrlikdə  idi  və  getdikcə  də 

yaxınlaşırdı.  Kişi  artıq  ikinci  otağa  daxil  olmuşdu. 

Axıradək  gəlsəydi,  onlan  Veneranın  dar  özülünün 

arxasında gizlənən görəcəkdi. 

“Sienna  Bruks”,  -  kişi  birdən  dedi.  Onun  sözləri 

kristal kimi təmiz eşidilirdi. 

Sienna diksindi. Gözlərini düz qarşıya dikərək adamın 

ona baxacağını gözləyirdi. Amma heç kim yox idi. 

“İndi onun kompüterini yoxlayırlar”, - səs təxminən, 

daha  iki  metr  yaxınlaşdı.  “Hələ  mənə  o  barədə  hesabat 

verilməyib. Amma Lenqdonun Harvard e-mail hesabına 

bu kompüterdən girdiyinə əminik”. 

downloaded from KitabYurdu.org




Yüklə 3,73 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə